Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1751/2025 15.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "TİM Consulting” MMC-yə qarşı əmək haqqının, son haqq-hesabın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "TİM Consulting” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2024-cü ilin aprel ayından etibarən ödənilməmiş əmək haqqı məbləğinin, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləğinin, hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənişin, 61 manat məbləğində mediasiya xərcinin və 250 manat vəkilin göstərdiyi yardıma görə xərcin Cavabdeh MMCdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmşdır ki, İddiaçı oğlu əmək müqaviləsinə əsasən işəgötürən Cavabdeh MMC-də xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2024-cü il tarixinə kimi “kiçik mühəndis proqramçı” vəzifəsində çalışmışdır. Bu müddət ərzində əmək haqqı məbləği artırılmış, sonuncu dəfə aylıq əmək haqqı 841,14 manat olaraq müəyyən edilmişdir. Əmək müqaviləsi bağlandığı tarixdən iddiaçıya cavabdeh tərəfindən 2024-cü ilin aprel ayına qədər əmək haqqı ödənilmişdir. 2024-cü ilin fevral ayının əmək haqqısımart ayında, mart ayının əmək haqqısı isə aprel ayında ödənilmişdir. Tərəflər arasında əmək münasibətləri mövcud olsa da, məhz 2024-cü ilin aprel ayından başlayaraq iddiaçıya cavabdeh tərəfindən əmək haqqının ödənilməsi ümumiyyətlə dayandırılmışdır. Bununla bağlı iddiaçı dəfələrlə cavabdehə məlumat verərək əmək haqqının ödənilməsini tələb etsə də, ona gözləməli olduğu bildirilmişdir. xx.xx.2024-cü il tarixində iddiaçı cavabdeh tərəfindən qəbul olunmuş 47 nömrəli əmrə əsasən, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Hesab edirik ki, iddiaçı ilə cavabdeh arasında olan əmək münasibətlərinə əsasən, ona ödənilməmiş aylara görə əmək haqqı məbləği, əmək məzuniyyətinə görə pul əvəzi və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-də kiçik mühəndis proqramçısı vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. xxxxxxx000100 saylı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı vəzifə maaşı 555,43 manat təşkil etmiş, məzuniyyət hüququ 21 gün olmuşdur. xxxxxxx000101 saylı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı vəzifə maaşı xx.xx.2024-cü il tarixdən artırılaraq 841,14 manat təşkil etmiş, məzuniyyət hüququ 21 gün olmuşdur. xx.xx.2024-cü il tarixli "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, 2024-cü ilin fevral ayında İddiaçı əmək haqqı ödənilməmiş, 2024-cü ilin fevral ayının əmək haqqı mart ayında, mart ayının əmək haqqı isə aprel ayında ödənilmişdir. 2024-cü ilin aprel ayının və sonrakı ayların əmək haqqı ödənilməmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən “Ədalət” Vəkil bürosuna 250 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatına 61 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 114.2. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. 131.1. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. 131.2. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. 135.1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 140.1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.
142. Məzuniyyət vaxtının əmək haqqı əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir. 143.1. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. 143.2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. 144.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
154. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 178.1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı:
1. Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmə hazırlıq iclası dəfələrlə təxirə salınmasına və iddiaçıya 2024-cü ilin mart ayından sonra əmək haqqının ödənilməsini təsdiq edən sənədləri, eləcə də 21 gün məzuniyyət hüququndan iddiaçının istifadə edibetməməsinə dair sənədləri, məzuniyyət hüququndan istifadə edilməmişdirsə, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etmək cavabdehə təklif edilsə də, Cavabdeh MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə heç bir sübut təqdim etməmişdir. İş materialları ilə təsdiq edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixindən Cavabdeh MMC-də kiçik mühəndis proqramçısı vəzifəsində çalışmış, xx.xx.2024-cü il tarixdən iddiaçının vəzifə maaşı artırılaraq 841,14 manat təşkil etmiş, məzuniyyət hüququ 21 gün olmuşdur. xx.xx.2024-cü il tarixdə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materialları ilə həmçinin təsdiq edilmişdir ki, 2024-cü ilin fevral ayında İddiaçı əmək haqqı ödənilməmiş, 2024-cü ilin fevral ayının əmək haqqı mart ayında, mart ayının əmək haqqı isə aprel ayında ödənilmişdir. 2024-cü ilin aprel ayının və sonrakı ayların əmək haqqı ödənilməmişdir, eləcə də İddiaçı 21 gün məzuniyyət hüququndan istifadə etməmiş və istifadə edilməmiş əmək məzuniyyətinə görə ona pul əvəzi ödənilməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı 2024-cü ilin aprel ayından etibarən xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilənədək əmək haqqının ödənilməməsi və əmək haqqının ödənilməsinin işəgötürən Cavabdeh MMC tərəfindən gecikdirilməsi, eləcə də İddiaçı istifadə edilməmiş 21 gün əmək məzuniyyətinə görə pul əvəzi ödənilmədiyi təsdiq olunduğundan iddia təmin edilməli, 2024-cü ilin aprel ayından etibarən ödənilməmiş əmək haqqı, əmək haqqının gecikdirməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində cərimə və istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləği işəgötürən "TİM Consulting” MMC tərəfindən hesablanaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, əmək haqqı və son haqq-hesabın ödənilməsi tələbinə dair iddia əsaslı olduğundan və göstərilmiş hüquqi yardıma görə tələb edilən 250 manat haqq ağlabatan məbləğdə müəyyən olunduğundan, iddia tələbi vəkil xərcinə, həmçinin mediasiya xərcinə aid hissələrdə də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 2024-cü ilin aprel ayından etibarən ödənilməmiş əmək haqqı, əmək haqqının gecikdirməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində cərimə və istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləği tutularaq İddiaçı ödənilsin. Cavabdeh "TİM Consulting” MMC-dən 250 manat vəkil xərci və 61 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. 100 manat məbləğində dövlət rüsumu cavabdeh "TİM Consulting” MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabineti vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli