Məhkəmə qərarları › İş №e-2(011)-1955/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1955/2023

17.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1955/2023 17.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin; İddiaçı Cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İlkin iddia tələbi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı – iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən hesablanmaqla hər uşaq üçün xx.xx.2005-ci il təvəllüdlü X9 ali təhsil aldığı müddət ərzində, xx.xx.2008-ci il təvəllüdlü X10 isə yetkinlik yaşına çatanadək hər ay üçün 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 daha sonra iddia tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hər iki uşaq xx.xx.2005-ci il təvəllüdlü X11 və xx.xx.2008-ci il təvəllüdlü X7 iddiaçının yanında saxlanmaqla iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən hesablanaraq hər uşaq üçün xx.xx.2005-ci il təvəllüdlü X9 ali təhsil aldığı müddət ərzində, xx.xx.2008-ci il təvəllüdlü X10 isə yetkinlik yaşına çatanadək hər ay üçün 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixli iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X15 ali təhsil aldığı müddətdə hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh alınıb iddiaçıya verilməsi, xx.xx.2008-ci il təvəllüdlü X16 atası Cavabdeh alınaraq iddiaçının himayəsinə verilməsi və yetkinlik yaşına çatanadək hər ay 220 manat məbləğində sabit pul alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı - İddiaçı 10 iyul 2005-ci il təvəllüdlü X15 və 17 fevral 2008-ci il təvəllüdlü X16 adlı uşaqlarının saxlanması üçün ərizə verilən vaxtdan hesablanmaqla hər ay hər uşaq üçün 250 manat, cəmi 500 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbinin dəlilləri: İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2005-ci ildə övladları X15 doğulmuşdur. Evlilik dövründə yaşanan mübahisələr və Cavabdeh Etibar oğlunun İddiaçı ilə kobud rəftarı səbəbi ilə bu evliliyi davam etdirmək mümkün olmamışdır. Bu səbəblə Həşimova X6 Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə olan nikaha xitam verilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-204 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında Mingəçevir şəhər VVADQ şöbəsində bağlanılmış xx.xx.2005-ci il tarixli, 36 saylı nikah qeydinin pozulması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə nikaha xitam verilsə də, sonradan tərəflər barışmış və 2012-ci il tarixinədək birgə yaşamağa davam etmişdir. Bu dövrdə onların xx.xx.2008-ci il təvəllüdlü qızı, X16 doğulmuşdur. Cavabdeh tərəfindən X10 atalıq verilmişdir. Qeyd edək ki, 10 ildir ki, tərərflərin faktiki olaraq ayrı yaşamasına baxmayaraq cavabdeh tərəfindən onun övladlarına heç vaxt aliment verilməmişdir. Hər iki uşağın təhsil haqqı və digər xərclərini bu illər ərzində İddiaçı tərəfindən təkbaşına qarşılanmışdır. xx.xx.2005-ci il təvəllüdlü X15 xx.xx.2022-ci il tarixdə X29 X14 fakültəsinə ödənişli əsaslarla daxil olmuşdur. Bu səbəbdən İddiaçı artıq övladlarının təhsil haqqını və digər xərclərini təkbaşına qarşılamaq iqtidarında deyildir. Bu səbəbdən də, Cavabdeh tərəfindən xx.xx.2005-ci il təvəllüdlü X9 ali təhsilini bitirənədək, xx.xx.2008-ci il təvəllüdlü X10 isə yetkinlik yaşına çatanadək sabit pul məbləğində aliment tutulması haqqında qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qarşlıqlı iddia tələbinin dəlilləri: Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı 2 uşağın saxlanması ilə bağlı aliment tələbinə iddia qaldırmışdır. Bildirir ki, onlar Mingəçevir Şəhər Məhkəməsinin 04 iyul 2006-cı il tarixli 2-204/2006 saylı qətnaməsi əsasında boşanmışdırlar. Birgə evlilikdən 10 iyul 2005-ci il təvəllüdlü X15 və 17 fevral 2008-ci il təvəllüdlü X16 olmuşdur. Qızı Leyla aralarındakı rəsmi nikah pozulduqdan sonra doğulmuşdur. Sonradan ayrılmış və həmin vaxtdan övladları onun yanında qalmış və hər ikisinə bu illər ərzində baxdığını bildirmişdir. İddiaçı bildirir ki, oğlu X15 2022-ci ildə Mingəçevir şəhər 20 saylı tam orta məktəbin 11-ci sinfini bitirib Türkiyə Respublikasına təhsil almağa getmişdir, zəlzələ ilə əlaqədar ona 320 manat pul ödəməklə bilet alıb Mingəçevirə gətirmişdir. Hazırda Nihad Bakı şəhərində işləyir. X4 isə hazırda Mingəçevir şəhər 20 saylı tam orta məktəbdə 9-cu sinifdə oxuyur və onunla yaşayır. Buna dair yaşayış yerindən arayış təqdim etmişdir. X20 uşaqların yaşayış yerinin müəyyən edilməsi ilə bağlı iddia qaldırmışdır. Bu səbəbdən hər bir halda həmin tələblə uşaqların yaşayış yeri müəyyən olunacaqdır. İddiaçı həmçinin qeyd edir ki, uşaqların saxlanması ilə əlaqədar İddiaçı onun xeyrinə 2 uşağın saxlanması ilə bağlı aliment qət olunmasnı istəyir. Tərəflərin izahatları İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İlkin iddia üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi və Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı oğlu Nihadın Türkiyə Respublikasında oxumağından istifadə edərək qızı Leylanın cavabdehin yanında olmasına baxmayaraq hər uşaq ücün 220 manat öz xeyrinə aliment qət etdirmişdir. Nihada münasibətdə isə hesablanmış alimenti ondan almış, Leylaya münasibətdə isə icra olunmasada icraatdadır. Cavabdeh uşağa baxmadığı halda onun yanında olan uşağa da alimenti almağa çalışır. Hazırda isə Ehtibar Həşimovun aliment tələbindən imtina etməyini istəyirlər. Alimenti tələb edir, ilk iddianın geri götürülməsinə etiraz edir. Hər iki iddiaya baxılmasını tələb edir. X24 şəhər İcra Hakimiyyətini Qəyyumluq və Himayəcilik Komissiyasında dindirilmiş, atası ilə qalmaq istədiyini bildirmişdir. Uşaqlar Mingəçevir şəhərində atanın yasadığı evdə yaşayış yeri üzrə qeydiyyatda olsalarda rəy alınması ücün Xətai rayon İcra Hakimiyyətinə göndərilmişdir. İcra Hakimiyyətinini qəyyumluq və Himayəcilik Komisiyası uşağı dindirmədən , yazılı istəyini nəzərə almadan bir gündə olsun yaşamadığı anasına verməyi məqsədə müvafiq bilmişdir. Qeyd edirlər ki,, qızı Leyla hazırda Mingəçevir şəhərində əczaçılıq kursunda təhsil alır. Leyla məhkəməyə yolun uzaqlığı və təhsili ilə əlaqədar gəlmək istəmir. Azərbaycan Respublikası 10-1.6-ci maddəyə əsasən məhkəmə iclasının real vaxt rejimində müşahidə edilməsi imkanı iclasda iştirak edə bilməyən tərəfin ərizəsinə əsasən və buna texniki imkanlar yol verdiyi halda məhkəmənin qərarı ilə təşkil oluna bilər. Bu təşkil olunarsa iştirakını bu şəkildə təmin edə bilər. Mülki işə iştirakları olmadan baxaraq, Leylanın yaşayış yeri müəyyən edilməklə ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Qətnamənin mövcudluğu İddiaçı gələcəkdə edə biləcəklərindən Ehtibar Həşimovu sığortalayır. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən verilən 2006-cı il tarixli, 2-204 saylı qətnamənin surətindən görünür ki, Cavabdeh və Həşimova X6 şəhər VVADQ şöbəsində bağlanmış xx.xx.2005-ci il tarixli, 36 saylı nikah qeydi pozulmuşdur. İş materiallarında olan, Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahları pozulmuşdur. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli Bakı 12 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən 50 manat mediasiyaya dair xərc ödənilmişdir. İş materiallarında olan, AA225260 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 xx.xx.2005-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan, AZE 12614288 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.2008-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi Təhsil Müşavirliyi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X15 2022-2023cü tədris ilində Türkiyə Respublikası X29 Universiteti İdman Elmləri fakültəsi İdman menecmenti ixtisasının 1-ci kurs əyani şöbəsində təhsil alır, tədris müddəti 4 il, maksimum 7 ildir, 2025-2026-cı tədris ilinin sonunda məzun olacağı gözlənilir. İş materiallarında olan, Azərbaycan Respublikası Elm Təhsil Nazirliyi Mingəçevir şəhər təhsil sektoru 20 №li tam orta məktəb tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 şəhər 20 №li tam orta məktəbdə doqquzuncu sinifdə oxuyur. İş materiallarında olan, Azərbaycan Respublikası Elm Təhsil Nazirliyi Mingəçevir şəhər təhsil sektoru 20 №li tam orta məktəb tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X3 şəhər 20 №li tam orta məktəbin 2021/2022-ci tədris ilində on birinci sinifi bitirib. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işin Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməsi və rəy alınandək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixində Cavabdeh nümayəndəsi və vəkili mülki işin baxılması üçün aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsi barədə vəsatəti məhkəməyə daxil olmuş və həmin vəsatətə baxılması üçün iş üzrə icraat təzələnmiş və xx.xx.2023-cü il, saat 16:30-a məhkəmə iclası təyin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 vəsatəti təmin edilməmiş və məhkəmənin eyni tarixli qərardadı ilə mülki iş üzrə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. xx.xx.2023-cü il tarixində isə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 aidiyyət üzrə göndərilməsi barədə vəsatətinin təmin edilməmsi barədə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından şikayət vermiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə onun şikayəti təmin edilməmiş və mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 şikayəti təmin edilməmiş və Bakı şəhər Xətai Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(011)-1955/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə 2(011)-1955/2023 saylı mülki iş xx.xx.2023-cü il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olmuş və xx.xx.2023-cü il tarixində rəy verilməsi üçün Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. xx.xx.2023-cü il tarixində mülki iş Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə birlikdə məhkəməyə daxil olmuş və məhkəmənin xx.xx.2023-cü il tarixində iş üzrə icraat təzələnmiş, məhkəmə baxış iclas xx.xx.2023-cü il tarixə, saat 11:40-a təyin edilmiş və tərəflərə məhkəmə iclası ilə bağlı məlumat verilmişdir. xx.xx.2023-cü il tarixində İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixində isə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə ərizə ilə müraciət edərək, iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etdiyini, ilk iddianın rədd, qarsılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan, Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti “Qəyyumluq və Himayəçilik Komissiyası”nın xx.xx.2023-cü il tarixli 5-11/2-1546/2023 saylı rəyindən görünür ki, komissiya yetkinlik yaşına çatmayan 17 fevral 2008-ci il təvəllüdlü X7 anası İddiaçı yanında saxlanılması mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinə əsasən analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Qeyd edilən Məcəllənin 61-ci maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi barədə razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 17-18-ci maddələrinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 7.4-cü bəndinə əsasən uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Qərarın 7.5-ci bəndinə əsasən valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Həmin Qərarın 7.6-cı bəndinə əsasən nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur Həmin Qərarın 7.7-ci bəndinə əsasən qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müəyyən hüquq və azadlıqların səmərəli istifadəsi ilə bağlı olduqda dövlətlərin üzərinə pozitiv öhdəliklər qoyur. Pozitiv öhdəliklərin yerinə yetirilməsi bəzən milli hakimdən həmçinin mövcud olan sosial konsensusu qabaqlamağı tələb edir, lakin bu cəmiyyətin özünün tərəqqisi naminə edilir ki, bu da nəticədə onun hər bir üzvünün hüquq və azadlıqlarının müdafiəsi işinin daha etibarlı və tam olmasına səbəb olur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə iclasda iştirak edən tərəfi dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2005-ci ildə övladları X15 doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-204 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında Mingəçevir şəhər VVADQ şöbəsində bağlanılmış xx.xx.2005-ci il tarixli, 36 saylı nikah pozulmuşdur. Məhkəmə qətnaməsi ilə nikaha xitam verilsə də, sonradan tərəflər barışmış və 2012-ci il tarixinədək birgə yaşamağa davam etmişdir. Bu dövrdə onların xx.xx.2008-ci il təvəllüdlü qızı, X16 doğulmuşdur. Cavabdeh tərəfindən X10 atalıq verilmişdir. Məhkəmə ilkin iddia tələbinin “xx.xx.2005-ci il təvəllüdlü X9 ali təhsil aldığı müddət ərzində cavabdehdən hər ay 220 manat məbləğində pul vəsaitinin tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın həmin hissəsi əsassız olduğundan ilkin iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, X8 artıq yetkinlik yaşı tamam olduğundan İddiaçı belə iddia qaldırmasında subyektiv hüququ yoxdur. Bundan sonra onun atası Cavabdeh qarşı özünün tələb hüququ yaranır. Həmçinin qanunvericilikdə ali təhsil ilə bağlı aliment ödənişi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respubliksının Konstitusiya Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli qərarında qeyd edilir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Valideynlərinin nikahı pozulduqda yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyətli uşaq təhsil haqqının ödənilməsi üçün valideynə aliment tələbi irəli sürə bilməz. İş üzrə verilmiş Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti “Qəyyumluq və Himayəçilik Komissiyası”nın xx.xx.2023-cü il tarixli 5-11/2-1546/2023 saylı rəyindən görünür ki, komissiya yetkinlik yaşına çatmayan 17 fevral 2008-ci il təvəllüdlü X7 anası İddiaçı yanında saxlanılması mümkün hesab edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə verilmiş “Qəyyumluq və Himayəçilik Komissiyası”nın rəyi nəzərə alınaraq, ilkin iddia bu hissədə də təmin edilməli, 17 fevral 2008-ci il təvəllüdlü X16 atasından alınaraq anasına verilməli, onun yaşayış yeri anasının yanı hesab edilməlidir. Bundan başqa 17 yaşı olmuş X7 məhkəmə iclasında iştirakının təmin olunması və valideynlərindən hansının yanında saxlanması barədə fikrinin öyrənilməsi üçün X5 nümayəndəsi və vəkilinə telefon vasitəsi ilə məlumat verilmiş, lakin o, xx.xx.2023-cü il tarixli məhkəmə ünvanladığı ərizədə X7 yolun uzaqlığı və təhsili ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak etməyəcəyini bildirmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşayış yerinin onun anasının yanında qalmasını onunla əsaslandırır ki, Cavabdeh artıq ikinci dəfə ailə həyatı qurmuş, həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü X17 və xx.xx.2021-ci il təvəllüdlü X18 anadan olmuş, hazırda Leyla Həşimzadə də ögey anası birlikdə həmin evdə yaşayır. Halbuki, 2012-ci ildə iddiaçı ilə cavabdeh arasında münasibətlər pisləşdikdən sonra Leyla 2023-cü ilin mart ayına kimi anası ilə birlikdə yaşamışdır. Göründüyü kimi iddiaçı bu ilə kimi məhz anası ilə birlikdə yaşamış, iddiaçı ilkin olaraq aliment tələbi ilə məhkəməyə müraciət etdikdən sonra uşaq atasının yanında qalmışdır. Məhkəmə qeyd edir ki, tərəflər ayrıldığı vaxtdan bu neçə illər ərzində birgə nikahdan olmuş hər iki uşaq anasının yanında saxlanılmış, uşağın yaşayış yeri ilə bağlı mübahisə olmamış, habelə Cavabdeh uşağın onun himayəsinə verilməsi ilə bağlı iddia qaldırmamış və ya uşaq özü də atasının yanında yaşamaq istəməsini anasına bildirməmişdir. Buna görə də uşağın bu illər ərzində öyrəşdiyi həyatdan alınaraq atasının himayəsinə verilməsini uşağın mənafeyinə uyğun olmayan hesab edir. Bundan başqa məhkəmə uşağın qəyyumluq və himayəçilik orqanına yazdığı ərizəyə münasibətdə bildirir ki, uşaq məhkəmə iclasında dindirilmədiyindən həqiqətən ona kənar təsir olmadan ərizənin məhz uşağın iradəsini əks etdirdiyi müəyyən olunmur. Həmçinin İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, azyaşlı uşağı olan xx.xx.2008-ci il tarixdə doğulmuş Leyla adlı uşağı ilə görüşməyinə ilkin iddia üzrə cavabdeh olan Cavabdeh yaratdığı maneələrin aradan qaldırılması, həmin uşaq ilə hər həftənin şənbə və bazar günü saat 11:00-dan 20:00-dək (gecəni onunla qalmaq şərti ilə), görüş vaxtının müəyyən edilməsi və qərardadın qüvvədə olma müddətinin Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək müəyyən edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli, 16(051)- 34/2023 saylı qərardadı ilə ərizəsi qismən təmin edilmişdir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağı 17 fevral 2008-ci il təvəllüdlü X7 təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, iddia uşağın yetkinlik yaşına çatanadək cavabdehdən tutulacaq alimentin məbləği hər ay 220 manat müəyyən edilməlidir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, lakin o, xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən öz xeyrinə müvəqqəti olaraq hər ay, hər uşaq üçün 220 manat olmaqla 440 manat məbləğində alimentin tutulmasını xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehdən iddiaçının xeyrinə aliment tələbi barədə qətnamə çıxarılanadək müvəqqəti olaraq hər ay, hər uşaq üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 440 manat məbləğində alimentin tutulması qərara alınmışdır. Buna görə də, məhkəmə hesab edir ki, 17 fevral 2008-ci il təvəllüdlü X1 üçün sabit alimentin tutulma müddəti hazırkı qətnamə çıxdığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə aliment hissəsində dərhal icra edilməlidir. Məhkəmə qarşlıqlı iddia tələbininin ilkin iddia ilə birbaşa əlaqəli olduğunu qeyd edərək yuxarıda sadalanan əsaslardan həmin qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İlkin iddia qismən təmin edilsin. 17 fevral 2008-ci il təvəllüdlü X16 atası Cavabdeh alınaraq anası İddiaçı himayəsinə verilsin. Cavabdeh 17 fevral 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 (iki yüz iyimi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması müddəti xx.xx.2023-cü il tarixdən müəyyən edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissəsində dərhal icra olunsun. İddiaçı Cavabdeh İddiaçı qarşı – İddiaçı 10 iyul 2005-ci il təvəllüdlü X15 və 17 fevral 2008-ci il təvəllüdlü X16 adlı uşaqlarının saxlanması üçün ərizə verilən vaxtdan hesablanmaqla hər ay hər uşaq üçün 250 manat, cəmi 500 manat alimentin onun xeyrinə tutulması barədə qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar