Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2063/2025 04.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 na qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun mansard mərtəbəsində yerləşən və ümumi sahəsi 104.9 kv.metr təşkil edən daşınmaz əmlakın üçüncü şəxslərin faktiki sahibliyindən və istifadəsindən azad formada İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması, vəkilin etdiyi hüquqi yardım üçün ödənilmiş 720 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 250 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 MMC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun mansard mərtəbəsində yerləşən və ümumi sahəsi 104.9 kv.metr təşkil edən mənzildən çıxarılması, həmin mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması , qeyd edilən mənzilə İddiaçı istifadə və sahiblik hüquqlarının tanınması, vəkilə etdiyi hüquqi yardım üçün ödənilmiş 720 manat məbləğində xidmət haqqının, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 250 manat məbləğində pulun cavabdehlərdən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun mansard mərtəbəsində yerləşən və ümumi sahəsi 104.9 kv.metr təşkil edən sahəni inşa edib ona təhvil veməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli Podrat müqaviləsinin 3.3.2-ci bəndinə əsasən satıcıdan tikinti işlərinin sonunda müqailə qiymətinin və müqavilə ilə nəzərdə tutulmuş digər pul öhəliklərinin tam ödənişini təmin etdiyi halda, mənzili müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun olaraq təhvil almaq alcının hüquqlarından biridir. Müqavilə üzrə pul öhdəliklərini iddiaçı yerinə yetirsə də, hazırkı tarixədək sahə iddiaçıya təhvil verilməmişdir. Qeyd edilən daşınmaz əmlak sahəsi hazırda üçüncü şəxslərin faktiki sahibliyində və istifadəsindədir, belə ki, mənzildə Cavabdeh3, onun yoldaşı Cavabdeh2 və uşaqları yaşayır, əmlakın iddiaçıya verilməməsinin səbəbi bununla əlaqədardır. Üçüncü şəxslərin həmin sahədən çıxarılması və sahənin iddiaçıya təhvil verilməsi ilə əlaqədar olaraq, müəssisə rəhbərliyi ilə aparılan şifahi danışıqlar müsbət nəticə verməmişdir. Bundan sonra sahənin digər şəxslərin faktiki sahibliyindən və istifadəsindən azad şəkildə İddiaçı təhvil verilməsi barədə pretenziya ilə Cavabdeh1 MMCyə müraciət etmişdir. Həmin müraciət xx.xx.2024-cü il tarixində qarşı tərəfə çatdırılmış, lakin hazırkı tarixədək müraciətə heç bir cavab verilməmişdir. Müvafiq yaşayış kompleksinin inşası tam olaraq başa çatdırılmışdır. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 5.2-ci bəndində nəzərdə tutulmuşdur ki, mənzil alıcı tərəfindən təhvil alındıqdan sonra üçüncü şəxslərin müqavilənin predmeti olan sahəyə dair hər hansı məhkəmə mübahisəsi olarsa və hər hansı üçüncü şəxslərin hüquqları olarsa, bununla əlaqədar həmin şəxslər qarşısında mənzil sahibi tam məsuliyyət daşıyır və dəymiş zərər həmin şəxslərə mənzil sahibi tərəfindən ödəniləcəkdir. Göründüyü kimi, müqavilə əsasında alınmış daşınmaz əmlakın inşası tam olaraq başa çatsa da, müqavilə üzrə iddiaçı öhdəliklərini tam olaraq yerinə yetirmiş olsa belə, cavabdeh tərəf daşınmaz əmlakın verilməsi ilə əlaqədar öz öhdəliyini yerinə yetirməmişdir. Sonda Nümayəndə öz izahatını müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkilinin verdiyi izahata uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli Müqavilədən görünür ki, satıcı Cavabdeh1 MMC ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun mansard mərtəbəsində yerləşən və ümumi sahəsi 104.9 kv.metr təşkil edən 13- A saylı mənzilini alıcıya (İddiaçı) təhvil verilməsini və alıcı isə bunun qarşılığında satıcıya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə üzrə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür (Müqavilənin 1.1-ci bəndi). Alıcı Satıcıdan tikinti işlərinin sonunda (müqavilə qiymətinin və müqavilə ilə nəzərdə tutulmuş digər pul öhdəliklərinin tam ödənişini təmin etmədiyi halda) mənzili müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun şəkildə təhvil alacaq (Müqavilənin 3.3.2-ci bəndi). Satıcı zəmanət verir ki, bu müqavilənin predmeti olan mənzilə dair qanunvericiliklə tanınan bütün hüquqlar ona məxsusdur, üzərinə həbs qoyulmayıb, girov əşyası deyil, üçüncü şəxs tərəfindən heç bir iddia (tələb) yoxdur (Müqavilənin 5.1-ci bəndi). Mənzil alıcı tərəfindən təhvil alındıqdan sonra üçüncü şəxslərin müqavilənin predmeti olan yaşayış sahəsinə hər hansı məhkəmə mübahisələri olarsa, hər hansı üçüncü şəxslərin hüquqları olarsa, bununla əlaqədar həmin şəxslər qarşıında “Mənzil sahibi” tam məsuliyyət daşıyır və dəymiş zərər həmin şəxslərə “Mənzil sahibi” tərəfindən ödəniləcəkdir (Müqavilənin 5.2-ci bəndi). Tikinti işləri başa çatdıqdan sonra, müqavilənin 1-ci hissəsində nəzərdə tutulmuş mənzil satıcı tərəfindən müvafiq hüquqi sənəd əsasında alıcıya təhvil veriləcək (Müqavilənin 5.3-cü bəndi). İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə xx.xx.2024-cü il tarixli Pretenziyadan görünür ki, İddiaçı ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun mansard mərtəbəsində yerləşən və ümumi sahəsi 104.9 kv.metr təşkil edən sahənin digər şəxslərin faktiki sahibliyindən və istifadəsindən azad edilməsinin və ona verilməsinin təmin olunmasını xahiş etmişdir. Bu xəbərdarlıq məktubu xx.xx.2024cü il tarixində Cavabdeh1 MMC-yə çatdırılıb. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən İddiaçı verilmiş Maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində Cavabdeh1 MMC-nin hazır olan 1-ci blok (mansard, 104,9 kv.metr)13-A saylı mənzilin dəyərini tam şəkildə müəssisənin kassasına ödəmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Yerli baxış protokolundan görünür ki, mübahisəli mənzil ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokun mansarında yerləşir və mənzildən soldan sağa olmaqla 9-10-11-12-13 olaraq sıralanmışdır.Baxış keçirilən mənzil 13 nömrəlidir. Mənzil təmirlidir. Mənzildə hazırda Cavabdeh2 yaşayır və o bildirir ki, onunda birdə mənzildə həyat yoldaşı Cavabdeh3 və 2 övladı qalır. Cavabdeh2 bildirir ki, mənzilə dair sənədləri və hər-hansı müqaviləsi yoxdur. Mənzilin alınması üçün Sirac adlı şəxsə pul vermişdir. Həmçinin yerli baxışda iştirak edən Cavabdeh1 MMC-nin nəzarətçisi kimi təqdim edən komendantı X1 bildirmişdir ki, mansard mərtəbədə bir neçə mənzil yerləşir, müqavilədə 13A kimi göstərilmiş mənzil hazırda “13” ilə nömrələnib, bu mərtəbədə 104.9 kv.metr təşkil edən yalnız 13 nömrəli mənzildir, hazırda orda bir ailə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə ünvannmış xx.xx.2025-ci il tarixli məktuba əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2016-cı il tarixli 18/04-188 nömrəli məktubu və razılaşdırılmış eskiz layihəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsinə inşa edilmiş 7 ədəd (A- B-C-D-E-F-G) yaşayış binası 1-ci mərtəbələri qeyri-yaşayış sahəsi olmaqla 15 mərtəbə + mansarddan (yaşayış) ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun mansard mərtəbəsində yerləşən və ümumi sahəsi 104.9 kv.metr təşkil edən 13A saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən vəkilə hüquqi yardım xidmətləri üçün 720 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 250 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı (Payçı) ilə Cavabdeh1 MMC (Podratçı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Payçı, ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun mansard mərtəbəsində yerləşən və ümumi sahəsi 104,9 kv.metr təşkil edən 13A saylı mənzilin tikintisini “Podratçıya” həvalə etmişdir, “Payçı” ona düşən 1-ci blok mansard mərtəbədə yerləşən tam sahəsi 104.9 kv.metr olan mənzilin sahəsinin hər 1 kv.m. üçün 500 (beş yüz ) manat məbləğində pulu “Podratçıya” ödəməyi öhdəsinə götürmüş, mənzilin dəyəri Payçı tərəfindən tam şəkildə ödənilmiş, Cavabdeh1 MMC-yə hər hansı bir borcu qalmamışdır, mənzilin tikintisi başa çatdırılsa da, mənzil iddiaçıya rəsmi qaydada təhvil verilməmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil mansarda olmaqla yaşayış üçün nəzərdə tutulmuşdur, müqavilədə 13A kimi göstərilmiş mənzil hazırda 13 rəqəmi ilə nömrələnib, təmirlidir, mənzildə hal-hazırda Cavabdeh2, onun həyat yoldaşı Cavabdeh3 və 2 övladı yaşayırlar, onların mənzilə dair müqaviləsi və hər hansısa sənədləri yoxdur, mənzil rəsmi reyestrdə qeydiyyata alınmamışdır. Bununla belə, mənzilin iddiaçıya təhvil verilməsini, onun mənzildən istifadə və sahibliyini istisna edən, həmçinin mənzil üzərində üçüncü şəxslərin hər hansı əmlak hüquqlarının olmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, mənzil yaşayış üçün nəzərdə tutulmaqla mənzilin müqavilə üzrə razılaşdırılmış məbləğini iddiaçı tərəfindən tam ödədiyindən və onun mənzil ilə bağlı hər hansı icra edilməmiş öhdəliyi qalmadığından, həmçinin hal-hazırda mənzildə yaşayan şəxslərin həmin mənzilə dair əmlak hüquqları müəyyən olunmadığılndan, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə, iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 720 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin həcmi nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 720 manat pul məbləğini, hazırki iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (29-cu maddənin İ, İİ,İİİ hissələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcələnin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcələnin 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcələnin 762-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi presedentində formalaşdırılan hüquqi mövqeyə görə, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir (bax, Ceyms və digərləri Birləşmiş Krallığa qarşı, 21 fevral 1986-cı il tarixli qərar, A seriyaları, s. 29-30, § 37). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 4 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun mansard mərtəbəsində yerləşən və ümumi sahəsi 104.9 kv.metr təşkil edən 13 saylı mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququ tanınmalı, Cavabdeh3 və Cavabdeh2 ünvan 4 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun mansard mərtəbəsində yerləşən və ümumi sahəsi 104.9 kv.metr təşkil edən 13 saylı mənzildən çıxarılmalı və mənzil boşaldılmalı, ünvan 4 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun mansard mərtəbəsində yerləşən və ümumi sahəsi 104.9 kv.metr təşkil edən 13 saylı mənzil Cavabdeh1 MMC tərəfindən İddiaçı təhvil verilməli, hüquqi yardıma görə ödənilmiş 720 manat məbləğində xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 250 manat məbləğində pul cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar, təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 4 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun mansard mərtəbəsində yerləşən və ümumi sahəsi 104.9 kv.metr təşkil edən mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququ tanınsın. Cavabdeh3 və Cavabdeh2 ünvan 4 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun mansard mərtəbəsində yerləşən və ümumi sahəsi 104.9 kv.metr təşkil edən mənzildən çıxarılsınlar. ünvan 4 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun mansard mərtəbəsində yerləşən və ümumi sahəsi 104.9 kv.metr təşkil edən mənzil Cavabdeh1 MMC tərəfindən İddiaçı təhvil verilsin. Hüquqi yardıma görə ödənilmiş 720 (yeddi yüz iyirmi) manat məbləğində xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-2063/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2063/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver