Məhkəmə qərarları › İş №e-2(011)-2236/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2236/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2236/2025 23.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki işə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Aqrar sığorta fondu tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə Qərarın etibarsız sayılması (əsas: xx.xx.2024-cü il tarixli 12-9/2-S-42-1031/2024 tarixli bildiriş) barədə və sığorta şəhadətnaməsində göstərilmiş (əsas: BS-**********-XS nömrəli şəhadətnamə) 4502,40 (dörd min beş yüziki-40) manat, (BS-**********-XS nömrəli şəhadətnamə) 3578,32 (üç min beş yüz yetmiş səkkiz-32) manat, (BS-**********9-XS nömrəlişəhadətnamə) 3780,0 (üç min yeddi yüzsəksən) manat müqavilə üzrə hesablanmış cəmi 11860,72 (on bir min səkkiz yüz altımış 72) manat müqavilə üzrə hesablanmış sığorta məbləğinin ödənilməsini və ödənilməyən məbləğin hər gün üçün 0,1% dəbbə pulu hesablanaraq tam ödənilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-2236/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin e-2(102)-2041/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli, e- 2(011)-2236/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31, 32, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün ərzində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar