Məhkəmə qərarları › İş №e-2(011)-2251/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2251/2022

14.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2251/2022 14.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ünvan 1 ünvanına (kod: **********00000) hesablanmış 702 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nardaran kəndi, Yeni Massiv, ev 145-də ailəsi ilə birlikdə yaşayır. 14.09.2017-ci il tarixdə "Azəriqaz" İB-nin əməkdaşlan tərəfindən mərhum atası X2 barəsində (abonent kodu - **********00000) qeyri-qanuni olaraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib olunmuş, 27.09.2017-ci il tarixdə isə qanunsuz sərf olunmuş 2435 kubmetr qazın ödənilməsi barədə tələb irəli sürülmüşdür. Lakin, son günlərədək bu barədə heç bir məlumatı olmamışdır. Bu barədə məlumatı bir neçə gün əvvəl "Azəriqaz" İB-nin yerli nəzarətçisi məlumat vermişdir. Bununla bağlı cavabdeh təşkilata müraciət etmiş və cavab olaraq bildirdilər ki guya tərəfindən 14.09.2017-ci tarixdə qaz xəttinə kənar dəmir boru vasitəsilə müdaxilə olunduğu üçün 486 manat məbləğində borc ıesablanmışdır. Bundan başqa 30.10.2020-ci il tarixdə "Azəriqaz" İBnin əməkdaşlan tərəfindən mərhum atası X2 barəsində qeyri-qanuni olaraq təbii qazdan stifadə qaydalarının pozulması haqqında 30.10.2020-ci il tarixli, ******* saylı akt tərtib edilmiş, 11.10.2020-ci il tarixdə guya qanunsuz sərf olunmuş 2160 kubmetr (216 manat) qazın ödənilməsi barədə tələb irəli sürülmüşdür. Bu barədə məlumatı da bir neçə gün əvvəl "Azəriqaz" İB-nin yerli nəzarətçisi məlumat vermişdir. Bununla bağlı cavabdeh təşkilata müraciət etmiş və cavab olaraq bildirdilər ki guya 30.10.2020-ci tarixdə sayğacın çıxış plastmas borusunda deşik olduğu müəyyən edilmiş və bunun üçün bizə 216 manat məbləğində cərimə hesablanmışdır. İstifadələrində olan qaz xəttinə heç vaxt müdaxilə etməmiş və istifadə etdiyi qazın dəyərini artıqlaması ilə daim ödəmişdir. Ən önəmli hal da ondan ibarətdir ki, bütün bu aktlar barədə ona heç bir rəsmi məlumat verilməyib. Həmin aktlan tələb edib alarkən orada vəfat etmiş atasının adının ənündə “İmtina” sözünün yazıldığını müəyyən etmişdir. Bu da onu sübut edir ki, həmin aktlar saxtadır və heç bir hüquqi qüvvəsi yoxdur. Eyni zamanda, tərtib olunmuş saxta aktlara əsasən cərimənin hesablanması hansı normativ hüquqi akta, qanuna əsasən aparıldığı müəyyən deyil. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan doğum və ölüm gaqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. Atası qrafasında X5 qeyd edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı, 14.09.2017-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında sayğacdan kənar qaz xəttİ aşkar olunaraq dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. İş materiallarında olan X3 Bakı Regional Qazın Satışı Departamentinin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 21.02.2017-ci il tarixli qərarının surətindən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və qaz işlədicilərindən işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 137 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 43 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 137 gün, qış ayları üçün orta günlük iş rejimi 10 saat və hesabat müddəti 43 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış cəmi 2435 m3 qaz itkisinin ödənilməsi tələb edilməsi göstərilmişdir. (1.2x4x137=658 m3, 1.2x6x43=310 m3, 1.5x4x137=822 m3, 1.5x10x43=645 m3- Cəmi: 2435 m3). İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı, 31.10.2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında sayğacın çıxış plastmas borusu deşildiyi aşkar olunaraq dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. İş materiallarında olan X3 Bakı Regional Qazın Satışı Departamentinin 31.10.2020-ci il tarixli dəymiş ziyanin bərpasina dair tələbnaməsinin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 2160 m3 qaz itkisinin ödənilməsi tələb edilməsi göstərilmişdir. (4 x 6 x 90 = 2160 m3 Cəmi: 2160 m3) Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1 -ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir, Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011 -ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.7-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz, edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-mn və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə İddiaçı yaşadığı ünvan 1 ünvanında sayğacdan kənar qaz xəttİ aşkar olunaraq təbii qazdan istifadə olunması müəyyən olunmuşdur. Cavabdeh tərəfindən qərar qəbul edilərək toplam 486 manat ziyan vurulması müəyyən edilmişdir. İddiaçı qanunsuz qoşulmanın olmamasını təsdiq edə bilməmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən 14.09.2017-ci il tarixdə qərar qəbul edilərkən, sentyabr ayı olmasına baxmayaraq, nəyə görə hesabat müddətinin 137 gün götürülməsi əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, hesabat müddəti 30 gün götürülməlidir. Bu halda cəmi qaz itkisi 990 m3 təşkil edir ki, bu da 198 manat (1.2x4x30=144 m3, 1.2x6x30=216 m3, 1.5x4x30=180 m3, 1.5x10x30=450 m3 - Cəmi: 990 m3) təşkil edir ki, bunun da fərqi 288 manat təşkil edir. Bundan başqa, iddiaçının evinə quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh, ******* saylı, 31.10.2020-ci il tarixli ı aktına əsasən istehlakçıya qaz sərfiyyatına görə dəymiş ziyan hesablanmalı olmasını müəyyən etmiş, 31.10.2020-ci il tarixli qərarına əsasən ziyanın 216 manat olmasını müəyyən etmişdir. Göründüyü kimi, iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürmüş, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etmişdir. Ona görə də iddia ərizəsi qismən təmin olunmalı və əsassız hesablanmış 504 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********00000) hesablanmış 504 (beş yüz dörd) manat borcun silinməsi cavabdeh X4 həvalə edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar