Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2296/2025 04.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12 və X17 iştirakları ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: X12, X28 və Bakı şəhəri 9 saylı Notariat Kontorucəlb edilməklə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9 saylı notariat ofisində 27 may 2024-cü il tarixdə onunla Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi 800 saylı bağ sahəsi (yeni qaydalarla: AZ1039, ünvan 1 ünvanındakı torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab olunması və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təqribən 17-18 may 2024-cü il tarixdən xeyli müddətdir ki, tanıdığı X28 İddiaçı xahiş etdi ki, əgər imkanı varsa ona 30.000 (otuz min) manat borca pul versin. O, özündə pul olmadığını yalnız tanışlarından biri ilə danışaraq ona bildirəcəyini dedi. xx.xx.2024-cü il tarixdə o Günelə onun tanışı X12 adlı şəxslə danışdığını və həmin şəxsin 30.000 (otuz min) manat ona pul verməyə razı olduğunu bildirdi. xx.xx.2024-cü il tarixdə o, Məleykə və Günel “Gənclik Mall” Ticarət Mərkəzindəki kafelərdən birində görüşərək yuxarıda qeyd etdiyi məsələ barəsində danışdılar. Günel və Məleykə belə razılaşdılar ki, Məleykənin ona verəcəyi 30.000(otuz min) manat pula görə Günel ona hər ay 5% yəni 1.500(bir min beş yüz) manat pul ödəməlidir. 30.000 (otuz min) manat əsas pulu isə əlavə olaraq sentyabrın axırınadək qaytarmalıdır. Məmmədzadə X4 5%-ə verəcəyi 30.000 (otuz min) manat pulun əvəzində girov tələb etmişdir. G.T.Babayevanın özünə aid girov qoymaq üçün o məbləğdə heç bir əmlakı olmadığından ona müraciət edərək ona məxsus hər hansı bir əmlakını girov olaraq Babayeva Günelin adından Məleykənin ona verəcəyi pul əvəzində girov olaraq Məleykəyə verməsini xahiş etmişdir. O da etiraz etməyib. Ona məxsus olan Bakı şəhəri Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 800 saylı bağ sahəsi (yeni qaydalarda: AZ1039, ünvan 1 ünvanında olan torpaq sahəni X11 Günelə verəcəyi 30000 (otuz min) manat pulun əvəzində alqı-satqı yolu ilə girov verməyinə razılaşıb. Məleykə görüş zamanı o və Babayeva Günelə bildirdi ki, o, “Yapı Kredi” Bankdan 30.000 (otuz min) manat pulu öz adına kredit olaraq götürərək Babayeva Günelə 5%-ə verəcək və alacağı girovu özünün vaxtı olmadığı üçün bacısını notariat kontoruna göndərəcək, girovun da bacısının adına sənədləşməsini xahiş etdi. Həmçinin əlavə etdi ki, Babayeva Günelə verəcəyi 30.000 (otuz min) manat pulu da bacısı Cavabdeh verəcək və o, girov olan torpaq sahəsini alqı-satqı zamanı bank hesabına qoyacaq, o isə həmin hesabdan pulu çıxarıb Babayeva Günelə verəcək. 27 may 2024-cü il tarixdə Məleykənin bacısı Cavabdeh, o və Babayeva Günel 9 saylı notariat kontorunda görüşdülər. Həmin vaxt ona məxsus olan yuxarıda qeyd olunan torpaq sahəsinin formal olaraq Məleykənin bacısı Zemfiraya 30.000 (otuz min) manata satılmasına dair onunla alqı-satqı müqaviləsi bağlanıldı. Beləliklə, Məleykənin bacısı Zemfiranın notariat ofisində ödədiyi Məleykəyə məxsus olan 30.000 (otuz min) manat puldan 395.60 (üç yüz doxsan beş manat altmış qəpik) manat vergi tutulduqdan sonra “Kapital Bank”ın kassasından o 29.604.40 (iyirmi doqquz min altı yüz dörd manat qırx qəpik) manat götürərək Məleykənin dediyi kimi Babayeva Günelə verib. Bildirir ki, həmin puldan ona 1 manat da olsa çatmayıb. Bildirir ki, girov qoyulmuş torpaq sahəsi ona məxsusdur və şəxsi mülkiyyətidir. Həmin torpağın alqı-satqısı zamanı ona heç bir pul çatmamış, kassadan götürdüyü pulu isə Məmmədzadə Məleykə ilə Babayeva Günelin arasında olan razılaşmaya əsasən 29.604.40 (iyirmi doqquz min altı yüz dörd manat qırx qəpik) manat götürərək Babayeva Günelə vermişdir. Yuxarıda qeyd olunan faktlar xx.xx.2024cü il tarixdə X12 ilə X28 arasında yazılmış və hər ikisi tərəfindən imzalanmış iltizamda da öz əksini tapmışdır. X1 Rayon Məhkəməsinə X23 qarşı ona verdiyi 30.000 (otuz min) manat pulun üzərinə ala bilmədiyi 5% pulları da hesablayaraq, əlavə 15.000(on beş min) manat olmaqla 45.000 (qırx beş min) manat pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məleykənin bacısı Zemfiranın xx.xx.2024-cü il tarixdə 9 saylı Notariat ofisində ödədiyi X8 məxsus olan 30000 (otuz min) manat pulun əvəzində girov şəklində qoyulan “alqı-satqı”nın predmeti Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 800 saylı bağ sahəsi (Yeni qaydalarda: AZ1039, ünvan 1 ünvanda olan torpaq sahəsi ona məxsus olduğundan və Yasamal Rayon Məhkəməsində baxılan X7 X23 qarşı olan iddia ərizəsi 2(004)-5235/2024 saylı mülki iş onun mənafeyinə, hüquqlarına toxunduğundan o həmin iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində məhkəməyə cəlb edilmişdi. Həmin məhkəmədə ona müstəqil şəkildə Xətai Rayon Məhkəməsinə yuxarıda qeyd etdiyi torpaq sahəsinə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair iddia qaldırmağı bildirilmişdir. Həmin məhkəmə zamanı izahat verən iddiaçı və cavabdeh yuxarıda qeyd olunan faktları bir daha təsdiqləmişlər. Bildirmək istəyir ki, 27 may 2024-cü il tarixdə onunla Cavabdeh arasında bağlanmış Bakı şəhəri Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 800 saylı bağ sahəsi (Yeni qaydalarda: AZ1039, ünvan 1 ünvanında olan torpaq sahəsinin alqı-satqısına dair müqavilə X7 X23 vermiş olduğu 30.000 (otuz min) manat pulun əvəzində girov qoyulduğundan, Cavabdeh alqı-satqı zamanı özünə məxsus olan 1 manat da olsun ödəmədiyindən, bu müqavilə həqiqəti əks etdirmədiyindən və pərdələnmiş əqd olduğundan etibarsız hesab edilməlidir. İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişlər və iddia ərizəsinin təmin edilməsini xahiş etmişlər. İddiaçı əlavə olaraq bildirmişdir ki, onunla Cavabdeh arasında bağlanılmış alqısatqı müqaviləsi etibarsızdır. X27 faizlə 30.000 manat borc vermişdir. Məmmədzadə Məleykə bunun əvəzində girov tələb etmişdir. Günel Babayevanın özünə aid girov qoymaq üçün əmlakı olmadığından, ona məxsus Vişnyovkada yerləşən bağ girov qoyulmuşdur. Bağın formal olaraq Məleykənin bacısı Zemfiraya 30.000 (otuz min) manata satmışdır. Həmin pul ona çatmayıb. O, torpağının geri qaytarılmasını tələb edir. Sual-cavab zamanı o bildirmişdir ki, Günel Babayeva əvvəllər ondan 15.000 manat borc almışdır və bocunu qaytarmamışdır. O, mübahisəli sahəni Günelin qohumundan pulunu verib almışdır, borc əvəzinə almamışdır. Həmin 15.000 manat borcla hazırki işin əlaqəsi yoxdur. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələblərinə etiraz edir, çünki alqı-satqı müqaviləsi qanuni olaraq notariatda bağlanılmışdır. O, Sumqayıt şəhərində evini satdıqdan sonra özünə avtomobil almaq istəmiş, lakin bacısı vasitəsilə mübahisəli bağın satıldığını biləndə həmin mübahisəli bağı almaq qərarına gəlmişdir. O, istər iddiaçı istərsə də Günel Babayeva ilə iddiada göstərilən danışıqları aparmamışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 9 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, alqı-satqı müqaviləsi notariusda qanuni bağlanılmışdır buna görə də qüvvədə qalmalıdır. O, həqiqətən də İddiaçı vasitəsilə tanıdığı Günel Babayevaya 5%-lə 30.000 manat borc vermək barədə Günel və Nadirlə razılığa gəlmişdir. Lakin, bacısı ona Günelə faizlə borc verəcəyi barədə və bununla bağlı təminat olaraq bağ sahəsini alacağı barədə məlumat verməmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, faizlə pul verməyinə görə peşmandır və bacısına bütün halları əvvəldən olduğu kimi danışmamışdır. O, İddiaçı göstərişi ilə hərəkət etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X28 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, faizlə Məleykə Məmmədzadədən 30.000 manat borc almışdır. Bu borca görə mübahisəli bağ sahəsi girov olaraq Məleykənin bacısı Zemfiranın adına keçirilmişdir. O, borcunu ödəyə bilməmişdir. Buna görə də Məleykə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ona qarşı 30.000 manat pulun ödənilməsinə dair məhkəmə qətnaməsinin çıxarılmasına nail olmuşdur. Daha sonra X28 izahatının məzmununu dəyişərək bildirmişdir ki, o Məleykə Məmmədzadədən 30.000 manat borc almamışdır. O bildirmişdir ki, İddiaçı müxtəlif vaxtlarda 20.000 manat qeyd etməklə əslində 15.000 manat və əlavə 10.000 manat, cəmi 30.000 manat borc aldığından - İddiaçı 30.000 manat pul borclu olmuşdur. İddiaçı müqavilə ilə 15.000 manat borc aldığı gün ərinin ailəsinə məxsus mübahisəli bağ sahəsini oğlu vasitəsilə İddiaçı adına keçirmişdir. Həmin bağ həmişə onun ailəsinin olub, qonşuları da ailə üzvləridir. Bağı da İddiaçı ondan borc aldığı gün borca görə verib. O, İddiaçı aldığı 30.000 manat pulu İddiaçı qaytarmamışdır. Bunun əvəzinə o, Məleykə Məmmədzadədən 30.000 manat borc aldığına dair qəbz yazmışdır. O, özü şəxsən Məleykə Məmmədzadədən 30.000 manat borc almamışdır. Borcu İddiaçı alıb. Hazırda ağır maddi durumdadır, həm Məleykə Məmmədzadənin xeyrinə çıxarılmış qətnaməyə əsasən 30.000 manat pul tələbi, həm də İddiaçı xeyrinə çıxarılmış qətnaməyə əsasən 15.000 manat pul, cəmi 45.000 manat pulu icra məmurları ondan dərhal tələb edirlər. O, bu məbləğləri ödəyə bilmir. Sual-cavab zamanı o bildirmişdir ki, o, İddiaçı dediyi kimi hərəkət etmişdir buna görə də ziddiyyətli izahatlar vermişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X28 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə bağlı e- 2(011)-2296/2025 saylı mülki iş məhkəmənin icraatındadır. Həmin iş üzrə o müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində xx.xx.2025-ci il tarixdə məhkəməyə dəvət olunmuşdur. Yuxarıda qeyd olunan mülki işlə bağlı aşağıdakıları bildirir: Təqribən 17-18 may 2024-cü il tarixdə xeyli müddətdir ki, tanıdığı İddiaçı xahiş etdi ki, əgər imkanı varsa ona 30.000 (otuz min) manat borca pul versin. Nadir də ona özündə pul olmadığını yalnız tanışlarından biri ilə danışaraq ona bildirəcəyini bildirdi. Təqribən bir gün sonra Nadir ona X12 adlı şəxslə danışdığını və həmin şəxsin 30.000 (otuz min) manat ona pul verməyə razı olduğunu bildirdi. Ertəsi gün o, Məleykə və Nadir “Gənclik Mall” Ticarət Mərkəzindəki kafelərdən birində görüşərək yuxarıda qeyd etdiyi məsələ barəsində danışdılar. Onunla Məleykə belə razılaşdılar ki, Məleykənin ona verəcəyi 30.000 (otuz min) manat pulun müqavilində o, ona hər ay 5% yəni 1.500 (bir min beş yüz) manat pul ödəməlidir. 30.000 (otuz min) manat əsas pulu isə sentyabrın axırınadək qaytarmalıdır. Bundan sonra Məleykə ona 5%-ə verəcəyi 30.000 (otuz min) manat pulun əvəzində girov tələb etdi. Onun özünə aid o məbləğdə heç bir əmlakı olmadığından, tanışı İddiaçı hər hansı bir əmlakını girov olaraq onun adından Məleykənin verəcəyi pul əvəzində Məleykəyə verməsini xahiş etdi. O da etiraz etmədi. Həmin görüş zamanı Mövsümov X19 Məleykənin ona verəcəyi 30.000 (otuz min) manat pulun əvəzində Bakı şəhəri Sabunçu rayonu “Vişnyovka”-2, 800 saylı bağ sahəsi (Yeni qaydalarda:AZ1039, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 37-ci Maştağa küçəsi, giriş 9 ünvanında olan torpaq sahəsi) alqı-satqı yolu ilə girov verilməsinə razılaşdılar. Məleykə görüş zamanı ona bildirdi ki, o, bankdan 30.000 (otuz min) manatı götürərək ona 5%-ə verəcək və alacağı girovu özünün vaxtı olmadığı üçün bacısını notariat kontoruna göndərəcək girovun da bacısının adına sənədləşməsini xahiş etdi. Həmçinin əlavə etdi ki, ona veriləcək 30.000 (otuz min) manatı da bacısı girov olan torpaq sahəsini alqı-satqı zamanı bank hesabına qoyacaq, Nadir isə həmin hesabdan pulu çıxarıb ona verəcək. Bu razılaşmaya əsasən Məmmədzadə Məleykə 22 may 2024cü il tarixdə “X37”ından pul götürdüyünü ona bildirdi və bunu təsdiq edən ödəniş cədvəlini ona atdı. Məleykənin bacısı işlədiyi üçün 27 may 2024-cü il tarixdə Məleykənin bacısı Cavabdeh, o və İddiaçı 9 saylı notariat kontorunda görüşdülər. Həmin vaxt Nadirin yuxarıda qeyd olunan bağ sahəsini Məleykənin bacısı Zemfıraya 30.000 (otuz min) manata satmasına dair alqı-satqı müqaviləsi bağlanıldı. Bildirir ki, alqı-satqı zamanı 395.60 azn vergi, 150 azn Daşınmaz Əmlakın Reyestr Xidməti İdarəsinə, 200 azn bank xidməti haqqı, 50.60 azn Daşınmaz Əmlak üzrə xidmət haqqı, 322 azn notariat ofisinin xidmət haqları onun tərəfindən, Nadirin adından cəmi 1.118,20 azn ödənildi. Beləliklə Məleykənin bacısı Zemfiranın ödədiyi 30.000 (otuz min) manat puldan 395.60 (üç yüz doxsan beş manat altmış qəpik) manat vergi tutulduqdan sonra “Kapital Bank”ın kassasından İddiaçı 29.604,40 (iyirmi doqquz min altı yüz dörd manat qırx qəpik) manat götürərək ona verdi. Həmin vaxt Məleykənin bacısı Zemfira tərəfindən 1 azn də olsun belə pul ödəməmişdir. 27 may 2024-cü il tarixdə o və Məmmədzadə Məleykə öz aralarında bütün yuxarıda qeyd olunanlara dair iltizam yazdılar. Həmin iltizamı o, öz xətti ilə yazdı və imza etdi. Məleykə də iltizamı oxuyaraq razı olduğunu bildirərək aşağıdan imza etdi. Bundan sonra 2024-cü il iyun ayının əvvəllərində o, Məleykə xanımdan xahiş etdi ki, ona verəcəyi qızıl girov əvəzində əlavə olaraq 5%-ə 5.000 (beş min) manat pul versin. O da razılaşdı. xx.xx.2024-cü il tarixdə “Gənclik Mall” Ticarət Mərkəzində Məleykə və o görüşərək o, ona məxsus qızılları Məleykəyə girov qoyaraq ondan 5.000 (beş min) manat pulu 5% ödəmək şərti ilə aldı. Bundan sonra hər ay 5.000 (beş min) manata görə 5% 250 (iki yüz əlli) manat və 30.000 (otuz min) manata görə isə 5% 1.500 (bir min beş yüz) manat Məleykənin 4127 2093 0080 8703 saylı Beynəlxalq Bank kartına 4169 7388 0605 1672 saylı Kapital Bank kartına və bacısı Məmmədzadə Həmid qızının 4098 5844 6729 9887 saylı “Leo Bank” kartına pul ödənişləri etdi. Ümumilikdə bu günədək Məleykəyə və bacısı Zemfiraya cəmi 7.000 (yeddi min) manata yaxın pul ödəmişdir. Bu günkü günə onun Məleykəyə və bacısı Zemfıraya birlikdə ümumi borcu 25.000 (iyirmi beş min) manatdan artıq deyildir. Bildirir ki, sonradan ödənişləri yubatdığı üçün Məmmədzadə Məleykə ondan pul tələbinə dair Yasamal Rayonu Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdi. Yasamal Rayon Məhkəməsi onun Məmmədzadə Məleykəyə 30.250 manat borcu olmasına dair qətnamə qəbul etdi. Yasamal Rayonu Məhkəməsinin Məmmədzadə Məleykənin iddiasına baxdığı zaman izahatında Məmmədzadə Məleykə onun yuxarıda qeyd etdiklərini təsdiqləmişdir. X9 Yasamal Rayon Məhkəməsində iddia ərizəsi ilə bağlı vermiş olduğu izahatla məhkəmə iclas protokolu ilə tanış olmuşdur və həmin protokoldan qeydlər etmişdir. Həmin qeydləri ərizəsinə əlavə edir. Habelə ikinci dəfə X5 5.000 min manat 5% pul götürərkən verdiyi qəbzi və girov qoyduğu qızılların şəkillərini də ərizəsinə əlavə edir. Yuxarıda göstərilənlərə əsasən bildirir ki, girov qoyulan torpaq və qızıllar ümumilikdə 70.000 (yetmiş min) manata yaxın pul edir. Girov qoyulmuş torpaq sahəsi ona yox, İddiaçı məxsusdur və həmin torpaq sahəsi 30.000 min manat ona verilmiş pulun əvəzində girov olaraq formal alqı-satqı edilmişdir. Ərizəni mülki işin materiallarına əlavə edərək qanuni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı (“Borc verən”) ilə X28 (“Borc alan”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, borc müqaviləsinin surətindən görünür ki, İddiaçı 15.000 manat pul vəsaitini xx.xx.2024-cü il tarixinədək X23 borc vermişdir. İş materiallarında olan X31 (“Satıcı”) ilə İddiaçı (“Alıcı”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X10 (əvəzinə X29) ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,0989 ha olan torpağın 2/3 hissəsini, 0,0659 ha sahəni 20.000 manat müqabilində satmışdır. İş materiallarında olan İddiaçı (“Satıcı”) ilə Cavabdeh (“Alıcı”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Satıcı İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 37-ci Maştağa küçəsi, giriş 9 ünvanında yerləşən ümumi sahəsi 0,0989 ha olan torpağın özünə məxsus 659.33 kv.m hissəsini alıcı Cavabdeh 30.000 manata satmışdır. Müqavilənin üçüncü maddəsində qeyd edilmişdir ki, torpaq sahəsi ipoteka ilə yüklü deyil, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən (qeydiyyat tarixi: xx.xx.2024) görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi 800 saylı bağ sahəsi (yeni qaydalarda: AZ1039, ünvan 1 1/3 X18 məxsusdur (bu pay açıq saxlanılır); 2/3 hissədə İddiaçı məxsusdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən (qeydiyyat tarixi: xx.xx.2024) görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi 800 saylı bağ sahəsi (yeni qaydalarda: AZ1039, ünvan 1 1/3 X18 məxsusdur (bu pay açıq saxlanılır); 2/3 hissədə Cavabdeh məxsusdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-3089/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X23 qarşı “borc” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X13 15.000 (on beş min) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 135 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(004)-390/2025 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X7 cavabdeh X23 qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X13 30.650 (otuz min altı yüz əlli) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 225 manat pulun 185 (yüz səksən beş) manat hissəsi tutularaq iddiaçı X7 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə sorğusina ünvanlanmış cavab məktubundan görünür ki, ünvan 3 (Yeni qaydalarla: AZ 1039, ünvan 4 ünvanında yerləşən 0.0989 hektar torpaq sahəsi xx.xx.2022-ci il tarixdə mərhum X14 adına ilkin qeydiyyata alınmışdır. Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 2V-82 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən bağ sahəsinin 1/3 hissəsi X2 və 1/3 hissəsi X24 adlarına qeydiyyatdan keçirilmişdir, 1/3 hissə açıq saxlanılmışdır. Həmin notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-291 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X3 məxsus hissə də X24 mülkiyyətinə verilmişdir. Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-439 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən bağ sahəsinin X26 məxsus 2/3 hissəsi İddiaçı satılmışdır. Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-813 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən bağ sahəsinin 2/3 hissəsi xx.xx.2024-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. ünvan 3 (yeni qaydalarla: AZ 1039, ünvan 1 ünvanında yerləşən 0.0989 hektar torpaq sahəsinin 2/3 hissəsi Cavabdeh adına qeydiyyata alınmış hazırda mülkiyyətindədir, 1/3 hissəsi isə X14 adına açıq saxlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş- X14 vərəsələri: arvadı - X6, oğlu - X31. Onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. 1/3 hissə pay açıq saxlanılır. Şəhadətnamə verilən əmlak: ƏMDK-nin yanında DƏDRXnin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X18 verilmiş **********98 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.0989 ha olan torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023 tarixli qeydiyyat nömrəsi **********QD72601 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 3 ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmuşdur. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, işin araşdırılmış hallarından müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi 800 saylı bağ sahəsi (yeni qaydalarda: AZ1039, ünvan 1 ünvanında olan torpaq sahəsi ümumilikdə 0.0989 ha ölçüdə olmaqla, 2023-cü ildə vərəsəlik qaydasında 1/3 hissədə X3, 1/3 hissədə X24 adına qeydiyyata alınmışdır; 1/3 hissə X14 adına qeydiyyatda qalmaqla açıq saxlanılmışdır. Daha sonra payların bağışlanması nəticəsində həmin əmlakın 2/3 hissəsi X24 adına qeydiyyata alınmaqla, qeyd edilmiş 1/3 hissəsi açıq pay olaraq saxlanılmışdır. Sözügedən 2/3 hissə xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən əldə edilmişdir. Daha sonra İddiaçı həmin sahəni xx.xx.2024-cü il tarixdə Cavabdeh alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli sahə üçüncü şəxs G.Babayevanın digər üçüncü şəxs M.Məmmədzadədən faizlə aldığı 30.000 manat borcun təminatı olaraq, borc müqaviləsini pərdələmək məqsədilə bağlanılmış yalan əqddir. Bununla da iddiaçı mübahisəli əmlakın Cavabdeh yalan əqd olan alqı-satqımüqaviləsi üzrə özgəninkiləşdirildiyindən, müqavilə etibarsız hesab edilərək, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlı olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin faktiki hallarından görünür ki, alqı-satqı müqaviləsi imzalanarkən lazımi subyektlər (səlahiyyətli şəxslər) iştirak etmiş, İddiaçı mülkiyyətçi olaraq öz səlahiyyətləri çərçivəsində hərəkət edərək, özünə məxsus əmlakı Cavabdeh özgəninkiləşdirmişdir. Müqavilə notarial qaydada təsdiq olunmuş, müqavilənin məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Əksi barədə mötəbər sübutlar məhkəməyə təqdim edilənədək, alqı-satqı müqaviləsi bağlayarkən öz səlahiyyətləri çərçivəsində hərəkət edən İddiaçı (satıcı) və Cavabdehn (alıcı) əqdin bağlanmasına yönəlmiş hərəkətləri alqı-satqı əqdinin bağlanılmasına yönəlmiş qarşılıqlı razılaşdırılmış iradə ifadəsi kimi qiymətləndirilməlidir. Sübutlara gəldikdə məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Əqdin bağlanılması zamanı əqdin tərəflərinin alqı-satqı müqaviləsinin bağlanılmasına həqiqi niyyətlərinin olmaması barədə iddia dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, İddiaçıla, üçüncü şəxslər M.Məmmədzadə və G.Babayevanın arasında aparılmış razılaşmalar, cavabdehin razılığı və iştirakı ilə aparılmadıqda – etibarlılığı mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə alıcı olan Cavabdeh əmlak hüquqlarına (əmlak mənafeyinə) təsir etmir və sonuncunun mübahisəli əmlaka dair əmlak hüquqlarının aradan qalxması ilə nəticələnmir. Belə ki, üçüncü şəxs Məleykə Məmmədzadənin izahatları ilə müəyyən olunur ki, onun İddiaçı və Günel Babayevaya faizlə 30.000 manat borc vermək, bunun üçün təminat olaraq mübahisəli sahəni əldə etmək niyyəti olmuşdur. Sual-cavab zamanı o bildirmişdir ki, bacısı (cavabdeh) Z.Məmmədova ilə bu əməliyyatları razılaşdırmasa da, onun özünün və üçüncü şəxs G.Babayevanın iddiada qeyd edilmiş razılaşmadan xəbərləri olmuşdur. Bundan başqa o izahatında da bildirmişdir ki, Güneli borcunun ödənildiyi təqdirdə əmlakın iddiaçıya qayıtmasına etiraz etmir; bununla o mübahisəli əmlakın borcun təminatı olmasına dolayı istinad etmişdir. Üçüncü şəxs Günel Babayeva isə işin araşdırılması zamanı əvvəl Məleykə Məmmədzadədən 30.000 manat borc aldığına görə İddiaçı məxsus əmlakın sonuncunun razılığı ilə görüntü üçün bağlanılmış alqı-satqı müqaviləsinə əsasən “girov” kimi Məleykə Məmmədadənin bacısı Cavabdeh verildiyini bildirmişdir. Daha sonra isə izahatlarının məzmununu dəyişərək bildirmişdir ki, Məleykə Məmmədzadədən 30.000 borc almamışdır. O bildirmişdir ki, İddiaçı müxtəlif vaxtlarda 20.000 manat qeyd etməklə əslində 15.000 manat və əlavə 10.000 manat borc aldığından, İddiaçı 30.000 manat pul borclu olmuşdur. O bildirmişdir ki, İddiaçı borc müqaviləsi üzrə 15.000 manat aldığı gün özünün yoldaşına məxsus mübahisəli bağ sahəsini oğlu vasitəsilə İddiaçı “girov təminatı” kimi alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. Həmin bağ sahəsi həmişə onun ərinin ailəsinə məxsus olmuşdur. O, İddiaçı aldığı 30.000 manat pulu İddiaçı geri qaytarmamışdır. O, Məleykə Məmmədzadədən 30.000 manat borc aldığına dair qəbz yazmaqla İddiaçı olan borcunu bu borcla əvəzləmiş, özü şəxsən Məleykə Məmmədzadədən 30.000 borc almamışdır. 30.000 manat pulu ona İddiaçı vermişdir. Daha sonra o, İddiaçı olan 30.000 manat borcunun əvəzləşdirilməsinə görə Məleykə Məmmədzadədən borc aldığını yazılı qəbzlə təsdiqləmişdir. Bununla da, daha əvvəl İddiaçı borclu olduğu halda daha sonra Məleykə Məmmədzadəyə 30.000 (faiz ödəmək şərtilə) borclu olmuşdur. Lakin iddia tələblərini qəbul etməyən Cavabdeh alqı-satqı müqaviləsinin etibarsızlığına etiraz edərək bildirmişdir ki, İddiaçıla, üçüncü şəxslər M.Məmmədzadə və G.Babayevanın arasında aparılmış danışıqlarda iştirak etməmişdir və onun niyyəti mübahisəli əmlakı əldə etmək olmuşdur. Məhkəmə vurğulayır ki, Cavabdeh qabaqcadan bilə-bilə görüntü yaratmaq üçün yalan alqı-satqı əqdini bağlamağa razı olduğunu (buna yönələn hərəkətlərini) təsdiq edən sübutların olmadığı halda, İddiaçıla, üçüncü şəxslər M.Məmmədzadə və G.Babayevanın arasında aparılmış razılaşmalar – iddiada göstərilən kimi olmuş olsa belə - alıcı qismində Cavabdeh iştirak etdiyi alqı-satqı əqdinin etibarsızlığına səbəb olmur. Bu əqdin etibarlılığı üçün vacib komponent - əqdin tərəfi - alıcı Cavabdeh iradə ifadəsidir. Üçüncü şəxslər M.Məmmədzadə və G.Babayevanın (o cümlədən, İddiaçı) iradə ifadələrinin alqı-satqı deyil, borcun təminatı kimi borcu pərdələmək məqsədilə yalan alqı-satqı müqaviləsinin bağlanılmasına yönəlik olması da özü-özlüyündə Cavabdeh qanuni yolla ona ötürülmüş mülkiyyət hüququndan məhrum etmir. Əmlakın alqı-satqısı zamanı pul vəsaitlərinin hərəkətinə dair iddia tələblərinin dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, iddaçının mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli əmlakın alınması üçün Cavabdeh tərəfindən notariusun depoziti vasitəsilə ödədiyi 30.000 manat pul əslində X22 Babayevaya verməsini razılaşdırdığı “borc” məbləğdir. Bununla da iddiaçıya əsasən Məleykə Məmmədzadə pulu bacısı Cavabdeh “ötürmüş”, sonuncu həmin pulu “alqı-satqı müqaviləsində notariusun depozitinə ödəmək” yolu ilə İddiaçı “ötürmüş”, yekunda isə həmin məbləğ tərəflərin razılığına əsasən “girovla təmin edilməklə” Günel Babayevaya faizlə borca verilmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin etibarsızlığının əsaslandırılmasına yönəlmiş sözügedən zəncirvari əməliyyatlar (Məleykə Məmmədzadə tərəfindən pulun Cavabdeh və daha sonra ardıcılıqla İddiaçı və Günel Babayevaya ötürülməsi) barədə dəlillər o halda öz təsdiqini tapmış ola bilərdi ki, nəticə etibarilə X22 Babayevaya borc verdiyi 30.000 manat pulun Cavabdeh tərəfindən alqı-satqı ödənilmiş pulla eyni məbləğ olması öz təsdiqini tapsın və Cavabdeh sözügedən sövdələşmələrdə iştirak etməsi sübuta yetirilmiş olsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh alqı-satqı zamanı İddiaçı ödədiyi 30.000 manata pulun bacısı Məleykə Məmmədzadədən aldığını qeyd etsə də, tərəflərin yalan əqd bağlamaq barədə niyyətlərindən məlumatsız olduğunu, aldığı həmin pulu sonra bacısına qaytardığını və niyyətinin bağ evi almaq olduğunu demişdir. Əksi sübut olunmadığı halda Cavabdeh daşınmaz əmlak hüquqlarını etibarlı alqı-satqı müqaviləsi əsasında əldə edən vicdanlı alıcı olduğundan, iddia tələbləri Cavabdeh qanunla qorunan mülkiyyət hüququnun xitamına səbəb ola bilməz Bununla da İddiaçı üçüncü şəxslər M.Məmmədzadə və G.Babayevanın mübahisəli əmlakla bağlı razılaşmalarının məzmunundan asılı olmayaraq, əmlakı əldə edən Cavabdeh əqd bağlayarkən vicdanlılığını istisna edən hallar iş materialları ilə müəyyən edilməmişdir. İddiaçı, üçüncü şəxslər Günel Babayeva və Məleykə Məmmədzadə Cavabdeh görüntü üçün yalan müqavilənin bağlanılmasına bilavasitə razılıq ifadə etməsini bildirməmiş, bu hal işdə olan sair sübutlarla təsdiq olunmamışdır. Əksinə, iddiaçı və üçüncü şəxs Günel Babayeva Cavabdeh ilə bilavasitə danışıqlar aparmadıqlarını, bütün razılaşmaların Məleykə Məmmədzadə ilə aparıldığını qeyd etmişlər. İddiaçı və üçüncü şəxs Günel Babayevanın qabaqcadan razılaşdırılmış borc əməliyyatları nəticəsində zərər çəkmələri ilə bağlı izahatlarına dair məhkəmə qeyd edir ki, İddiaçıla üçüncü şəxslər M.Məmmədzadə və G.Babayevanın arasında aparılmış razılaşmaların məzmunu iş materialları ilə tam əhatə olunmamaqla yanaşı, həmin razılaşmaların tərəflərdən hər hansı birinin əsassız varlanması ilə nəticələnibnəticələnməməsi - hazırki iddianın predmetinə daxil deyil və bu iddia çərçivəsində yoxlanılmır. Hazırki iddia üzrə bağlanılmış alqı-satqı əqdinin etibarlılıq şərtlətinə cavab verib-verməməsi yoxlanılır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı ünvan 3 (yeni qaydalarda: AZ1039, ünvan 1 ünvanında olan torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh ilə 27 may 2024-cü il tarixdə 9 saylı notariat ofisində bağlanmış müqavilənin etibarsız hesab olunması barədə iddia tələbləri təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-2296/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2296/2025
04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver