Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2580/2022 25.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı mənəvi ziyanın ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Cavabdehndən iddiaçının xeyrinə 3(üç) azyaşlı övladının müxtəlif dərəcəli, yəni ağır dərəcəli və az ağır dərəcəli xəsarətlər alması ilə bağlı 40000 (qırx min) manat məbləğində mənəvi ziyana görə kompensasiyanın və dövlət rüsumuna görə ödənilmiş 210 (iki yüz on) manat məbləğində pulun tutularaq ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X17 sahəsinin əməkdaşının səhlənkarlığı nəticəsində iddiaçının 3 övladı müxtəlif dərəcəli xəsarətlər almışdır. Goranboy rayon məhkəməsinin 1(045)-30/2020 saylı, 06 avqust 2020-ci il tarixli hökmündən də göründüyü kimi, əlavə edilmiş, MTE və PAB-ın 49 saylı 31 yanvar 2020-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçını oğlu X7 məhkəmə tibbi müayinəsi və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-yanıq xəstəliyi, üzün, hər iki yuxarı və hər iki aşağı ətrafların, gövdənin arxa səthinin 2-3-cü dərəcəli termiki yanığı, yanıq şoku şox ağır dərəcə (bədən səthini 65-70 %-ni) yüksək hərarətli alovun təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, xx.xx.2019-cu il tarxidə əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İddiaçı bildirir ki. bu xəstəlikdən sonra oğlunun ömür boyu bu xəstəlikdən əziyyət çəkəcəyi və 1-ci qrup əlil olacağı bildirilmişdir. Övladının xəsarətinin nə qədər ağır olmasını onun aldığı bu xəsarətlərdən nə dərəcədə əziyyət çəkdiyini ondan başqa kimlərsə hiss edə bilməz. Həm də bu xəsarətin hansısa adi qaydada deyil, evdə bir göz qırpımında dəm qazından biri ağır dərəcəli olmaqla 3 körpə uşağımın eyni zamanda xəsarətlər alması ömür boyu iddiaçının və uşaqlarının xatirində pis bir hadisə kimi qalacaqdır. GoranboyRayon Məhkəməsinin 1(045)-30/2020 saylı, 06 avqust 2020-cı il tarixli hökmündən görünür ki, X16 ARDNŞ-nin Cavabdeh İB ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 83 nömrəli əmək müqaviləsinə və həmin müqaviləyə xx.xx.2016-cı il tarilxli, 2 saylı əlavəyə əsasən həmin birliyin X25 İstismar İdarəsinin Goranboy rayonu üzrə xidmət sahəsinin təmir-bərpa xidmətinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi işə vicdansiz və laqeyd münasibət göstərib öz xidməti vəzifəsini yerinə yetirməyərək ünvan 1 ünvanında yerləşən X8 və həmin küçənin 41 saylı ünvanında yerləşən X2 məxsus fərdi yaşayış evlərini təbii qazla təmin edən polad qaz borularında "xxxx" QSC-nin xətt baxıcısı X13 tərəfindən 18 aprel 2019-cu il tarixdə aparılmış yoxlama zamanı aşkar edilmiş qaz sızmalarını təcili aradan qaldırılmasına dair kompyuter vasitəsilə verilmiş məlumatla tanış olmasına, həmçinin bu barədə Cavabdeh İB-nin Baş direktorunun satış və istismar üzrə müavinin xx.xx.2019-cu il tarixli məktubunun icrası X25 İstismar İdarəsinin Goranboy rayonu üzrə xidmət sahəsinin rəis müavini X9 tərəfindən 233 saylı dərkənarla, xx.xx.2019cu il tarixdə ona həvalə edilməsinə məhəl qoymayaraq, X25 İstismar İdarəsinin rəisi tərəfindən 28 may 2015-ci il tarixdə təsdiq edilmiş Vəzifə təlimatının “qaz xəttlərinin sxemlərini” bilməli olmasına dair 1.2-ci bəndinin, AR NK-nin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın tələblərinin pozaraq vəzifəli şəxs kimi hərəkətsizlik etmiş və öz hərəkətsizliyinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyyatlılıq göstərməyərək cinayətkarcasına etinasızlığa yol verməklə Amalya Mustafayevanın və İradə Qurbanovanın evlərinin yerüstü qaz xəttlərinin yeraltı keçidlərində aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması istiqamətində heç bir lazımı tədbir görməyib səhlənkarlıq etməsi nəticəsində 01 dekabr 2019-cu il tarixdə saat 23 radələrində İddiaçı evdə olmadığı vaxt 26 sentyabr 2008-ci il təvəllüdlü oğlu Ümid Əhmədovun hamam otağının işığını yandırması zamanı kanalizasiya xəttinin baxış quyusundan 70 sm məsafədə keçən 25 mm-lik polad qaz borusunun üzərində karroziya nəticəsində yaranmış dəliklərdən sızan qazın kanalizasiya xəttinin germetik baxış quyusuna yığılaraq, yaranmış izafi təzyiqlə kanalizasiya xəttinə qoşulmuş kanalizasiya borusu vasitəsi ilə evin hamam otağına dolmuş qazın partlayışı baş vermiş, partlayış zamanı sonuncunun üzün, hər iki yuxarı və hər iki aşağı ətrafların, gövdənin arxa səthinin İİ-İİİ dərəcəli yanığı, çox ağır dərrəcədə (bədən səthinin 65-70 faizini) yanıq şoku ilə müşaiyət olunan həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid olan, həmin vaxt evdə olan 09 oktyabr 2010-cu il təvəllüdlü X4 yanıq şoku, qarının, ön yan bel və sifət nahiyyəsinin İ-İİ dərəcəli termiki yanığı ilə müşaiyət olunan sağlamlığa az ağır zərər vurmaya aid olan, 15 fevral 2017-ci il təvəllüdlü X1 nahiyyəsinin İ-İİ dərəcəli və bədən nahiyyəsinin termiki yanığı ilə müşaiyət olunan xəsarətlər yetirməklə cinayət əməlini törətmişdir. Həmin cinayət işinin materiallarında MTE və PAB-ın 50 saylı 31 yanvar 2020-ci il tarixli ekspert rəyindən görünür ki, X4 məhkəmə tibbi müayinəsi və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-yanıq xəstəliyi, yanıq şoku, qarının ön yan bel və sifət nahiyyəsinin 1-2-ci dərəcəli termiki yanığı yüksək hərarətli alovun təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, xx.xx.2019-cu il tarxidə əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Həmin cinayət işinin materiallarında MTE və PAB-ın 51 saylı 31 yanvar 2020-ci il tarixli ekspert rəyindən görünür ki, X5 məhkəmə tibbi müayinəsi və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-yanıq xəstəliyi, sifət nahiyyəsinin 1-2-ci dərəcəli və bədən nahiyyəsinin termiki yanığı yüksək hərarətli alovun təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, xx.xx.2019-cu il tarxidə əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Goranboy rayon məhkəməsinin 1(045)-30/2020 saylı, 06 avqust 2020-cı il tarixli hökmünə əsasən X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə cəzasını məntəqə tipli cəzaçəkmə müəssində çəkməklə 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya və ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində azyaşlı övladlarının ağır və az ağır xəsarətlər alması ilə bağlı iddiaçınınn və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Həmçinin iddiaçı qeyd edir istəyir ki, özü hərbiçi olmuşdur. Azərbaycan Respublikasına xidmət etmiş, həmçinin 44 günlük Vətən Müharibəsində iştirak etmişdir və müxtəlif medalları var. Lakin övladının bu problemi ilə əlaqədar işindən də çıxmışdır. Çünki övladının mülaciəsi ilə əlaqədar tez-tez müxtəlif yerlərə getməli olur. Ailəni dolandıran tək iddiaçıdır. Əvvəl maaş alsa da indiki vaxtda maaşından da məhrum olmuş və ancaq gündəlik işlərlə məşğuldur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. İş materiallarında olan Goranboy Rayon Məhkəməsinin 1(045)-30/2020 saylı, xx.xx.2020-cı il tarixli hökmündən görünür ki, X16 ARDNŞ-nin Cavabdeh İB ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 83 nömrəli əmək müqaviləsinə və həmin müqaviləyə xx.xx.2016-cı il tarilxli, 2 saylı əlavəyə əsasən həmin birliyin X25 İstismar İdarəsinin Goranboy rayonu üzrə xidmət sahəsinin təmir-bərpa xidmətinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi işə vicdansiz və laqeyd münasibət göstərib öz xidməti vəzifəsini yerinə yetirməyərək ünvan 1 ünvanında yerləşən X8 və həmin küçənin 41 saylı ünvanında yerləşən X6ma məxsus fərdi yaşayış evlərini təbii qazla təmin edən polad qaz borularında "xxxx" QSCnin xətt baxıcısı X13 tərəfindən xx.xx.2019-cu il tarixdə aparılmış yoxlama zamanı aşkar edilmiş qazsızmalarını təcili aradan qaldırılmasına dair kompyuter vasitəsilə verilmiş məlumatla tanış olmasına, həmçinin bu barədə Cavabdeh İB-nin Baş direktorunun satış və istismar üzrə müavinin xx.xx.2019-cu il tarixli məktubunun icrası X25 İstismar İdarəsinin Goranboy rayonu üzrə xidmət sahəsinin rəis müavini X9 tərəfindən 233 saylı dərkənarla, xx.xx.2019-cu il tarixdə ona həvalə edilməsinə məhəl qoymayaraq, X25 İstismar İdarəsinin rəisi tərəfindən xx.xx.2015-ci il tarixdə təsdiq edilmiş Vəzifə təlimatının “qaz xəttlərinin sxemlərini” bilməli olmasına dair 1.2-ci bəndinin, AR NK-nin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın tələblərinin pozaraq vəzifəli şəxs kimi hərəkətsizlik etmiş və öz hərəkətsizliyinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyyatlılıq göstərməyərək cinayətkarcasına etinasızlığa yol verməklə Amalya Mustafayevanın və İradə Qurbanovanın evlərinin yerüstü qaz xəttlərinin yeraltı keçidlərində aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması istiqamətində heç bir lazımı tədbir görməyib səhlənkarlıq etməsi nəticəsində 01.12. 2019-cu il tarixdə saat 23 radələrində İddiaçı evdə olmadığı vaxt xx.xx.2008-ci il təvəllüdlü oğlu Ümid Əhmədovun hamam otağının işığını yandırması zamanı kanalizasiya xəttinin baxış quyusundan 70 sm məsafədə keçən 25 mm-lik polad qaz borusunun üzərində karroziya nəticəsində yaranmış dəliklərdən sızan qazın kanalizasiya xəttinin germetik baxış quyusuna yığılaraq, yaranmış izafi təzyiqlə kanalizasiya xəttinə qoşulmuş kanalizasiya borusu vasitəsi ilə evin hamam otağına dolmuş qazın partlayışı baş vermiş, partlayış zamanı sonuncunun üzün, hər iki yuxarı və hər iki aşağı ətrafların, gövdənin arxa səthinin İİ-İİİ dərəcəli yanığı, çox ağır dərrəcədə (bədən səthinin 65-70 faizini) yanıq şoku ilə müşaiyət olunan həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid olan, həmin vaxt evdə olan xx.xx.2010-cu il təvəllüdlü X4 yanıq şoku, qarının, ön yan bel və sifət nahiyəsinin İ-İİ dərəcəli termiki yanığı ilə müşaiyət olunan sağlamlığa az ağır zərər vurmaya aid olan, xx.xx.2017-ci il təvəllüdlü X1 nahiyəsinin İ-İİ dərəcəli və bədən nahiyəsinin termiki yanığı ilə müşaiyət olunan xəsarətlər yetirməklə cinayət əməlini törətmişdir. Goranboy rayon məhkəməsinin 1(045)-30/2020 saylı, xx.xx.2020-cı il tarixli hökmü ilə X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, 2 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 il, 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçı iş üzrə zərərəçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə istintaqı zamanı zərərəçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində Ümid Kərimovun ondan üzr istədiyini, onlara maddi və mənəvi dəstək verərək, 10000 manat maddi ziyan ödədiyini, ona görə də Ümid Kərimovla barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını göstərmiş və ona yüngül, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən X16 barəsində təyinolunancəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun əməlində cəzanı ağırlaşdıran halların olmadığını qeyd etməklə, törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin onunla barışaraq ondan şikayətçi olmamalarını, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədə müvafiq hesab etmişdir. Həmin Hökmün surətindən həmçinin görünür ki, MTE və PAB-ın 50 saylı 31 yanvar 2020-ci il tarixli ekspert rəyinə əsasən, X4 məhkəmə tibbi müayinəsi və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-yanıq xəstəliyi, yanıq şoku, qarının ön yan bel və sifət nahiyyəsinin İ-İİ-ci dərəcəli termiki yanığı yüksək hərarətli alovun təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, xx.xx.2019-cu il tarxidə əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Həmin Hökmün surətindən həmçinin görünür ki, MTE və PAB-ın 51 saylı 31 yanvar 2020-ci il tarixli ekspert rəyinə əsasən, X5 məhkəmə tibbi müayinəsi və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-yanıq xəstəliyi, sifət nahiyyəsinin İ-İİ-ci dərəcəli və bədən nahiyyəsinin termiki yanığı yüksək hərarətli alovun təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, xx.xx.2019-cu il tarxidə əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Həmin Hökmün surətindən həmçinin görünür ki, MTE və PAB-ın 49 saylı 31 yanvar 2020-ci il tarixli ekspert rəyinə əsasən, X7 məhkəmə tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən xəsarətlər-yanıq xəstəliyi, üzün, hər iki yuxarı və hər iki aşağı ətrafların, gövdənin arxa səthinin İİ-İİİ dərəcəli termiki yanığı, yanıq şoku çox ağır dərəcə (bədən səthinin 65-70%-ni) yüksək hərarətli alovun təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-877/2021 saylı qətnaməsinin surətindən görünür ki, X3 Cavabdehnə qarşı “mənəvi zərərin ödənilməsi” tələbi üzrə cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 700.000 manat kompensasiyanın tutulması barədə iddiası qismən təmin edilmiş, Cavabdehndən vurulmuş mənəvi zərərə görə 25.000 (iyirmi beş min) manat məbləğində kompensasiya tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 4191/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-877/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5224/2021 saylı qərarının surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4191/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddiaçının övladları X10, X11 və X14 müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Göründüyü kimi, Cavabdeh səhlənkarlığı, yəni işə laqeyd münasibətləri, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələri səbəbindən qazın partlayışı nəticəsində iddiaçının övladları X10, X11 və X14 müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, sağlamlıqlarına ağır zərər vurulmuşdur. Dəyən zərər məhz cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşlarının Cavabdeh fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehin işçilərinin təqsiri üzündən övladlarının sağlamlığına zərər vurulması ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, mənəvi zərərin həcmi 40000 manat məbləğində deyil, iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 25000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin iddianın 210 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən mənəvi zərərə görə 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 210 (iki yüz on) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq iddiaçıya ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2580/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2580/2022
25.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver