Məhkəmə qərarları › İş №e-2(011)-2608/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2608/2025

03.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2608/2025 03.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı, iddiaçının vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən Cavabdehverilmiş 64.939 manat məbləğində borcun, vəkilə ödənilmiş 300 manat hüquqi yardım xərcinin və məhkəməyə ödənilmiş 287 manat dövlət rüsumu olmaqla ümümilikdə 65526 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edəsinibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tanışı Elnur Aslanovun vasitəsi ilə Cavabdeh ilə tanış olmuş və onunla yalnız mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Cavabdeh ona ərinin olmadığını, övladının öldüyünü, qardaşının şəhid düşdüyünü, bibisinin evində yaşadığını bildirmiş, 2023-cü ilin əvvəlindən başlayaraq əvvəlcə anasının xəstə olmasına görə və sonradan özünün ankaloji xəstəliyi ilə əlaqədar müalicəsi üçün iddiaçıdan borc pul istəmişdir. İddiaçı cabadehi Elnur Aslanov vasitəsi ilə tanıdığından, ona etibar etmişdir. İddiaçının həkim dostları olduğu üçün ankaloji xəstəlikdən əziyyət çəkən insanların necə əziyyət çəkmələrini və güclü maddi dəstəyə ehtiyaclarının olduğunu bilirdi. Ona görə də, Elnurun yaxın tanışı olan Elnarə adlı xanımın ankaloji xəstə olmasına inanaraq yazığı gəlmiş və müalicəsi üçün pul vermişdir. İddiaçı cavabdehə verdiyi borcun böyük hissəsini bankdan kredit götürürərək ona verdiyi üçün çox narahat idi ki, cavabdeh borcu vaxtında qaytarmaz və əlavə faiz borcu iklə birlikdə bank tərəfindən ondan tələb edilər. İddiaçı Elnura verdiyi borcu ala bilmədikdə onun ağlında belə bir şübhə yarandı ki, Cavabdeh da Elnur Aslanovla əlbir ola bilər və onun borcunu qaytarmaz. Bundan sonra iddiaçı cavabdehə zəng vuraraq borcun qaytarılmasını tələb etmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirmiş, o borcunu israrla tələb edildikdə özünü intihar edəcəyi ilə bağlı iddiaçını təhtid etmişdir. Cavabdehin borcun qaytarılmasından boyun qaçırması artıq iddiaçını ciddi narahat etmişdir. İddiaçının telefon zənglərinə də artıq cavab verilmədiyindən, o hər iki şəxs tərəfindən ona qarşı dələduzluq edildiyini başa düşmüşdür. Məhkəmə iclasında iştirak etmiş iddiaçı, iddiaçının vəkili-nümayəndəsi iddia tələbini müdəfiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh iddiaya etiraz edərək bildirmişidir ki, pulların iddiaçı tərəfindən köçürülməsini təsdiq edir, lakin məbləğ təxminən 20-30 min manat olmuşdur. Köçürülmələr ona məxsus 3 karta edilmişdir. Başqa heç bir karta köçürülmə olmamışdır. O iddiaçıdan cəmi 3 dəfə borc istəmişəm. Həmin məbləğləri də işim düzələn kimi qaytaracağını bildirmişdir. Özü heç vaxt xəstə olmamış, övladı olmamış, anası xəstə olmamışdır, sadəcə xalası onkoloji xəstə olmuşdur. Həmin məbləğləri xalasının xəstəliyi ilə bağlı xərcləmişdir. İddiaçı ilə olan yazışmalarda həmin 3 məbləği qaytaracağını bildirmişdir. O, iddiaçıya bildirmişdir ki, onun adına keçəcək torpaq və ev var, lakin həmin əmlaklar başqa şəxsin adına keçmişdir, həmin əmlaklar adına keçsə, borcunu qaytaracaqdı. Yazışmalarda bu boyda borca girməzdim dedikdə 1500, 300 və 250 manatı nəzərdə tutmuşdur. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Ödəniş qəbzlərindən (təkrar əlavə olunmuş qəbzlər nərə alınmadan) görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 55806,76 manat pul köçürülmüşdür. Sumqayıt şəhər Polis İdarəsindən daxil olmuş 1/3474 saylı materialdan görünür ki: - X4 oğlu Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək, Elnur adlı şəxs vasitəsi ilə tanıdığı Elnarə adlı qadın onkoloji xəstə olduğunu deyərək ondan pullar istəmiş, o həmin müddət ərzində həmin şəxsin ona təqdim etdiyi Leobanka məxsus 4098 **** **** 4729 saylı kart hesabına 40000 manat pul köçürsə də, həmin şəxs dələduzluq edərək onu aldatmış, pulunu indiyə qədər geri qaytarmamışdır. - X4 oğlu izahatında göstərmişdir ki, Elnarə adlı qadın mobil nömrə ilə onunla əlaqə saxlayaraq ona ərinin olmadığını, qardaşının şəhid olduğunu, övladının öldüyünü, əvvəl tək, daha sonra isə bibisinin evində yaşadığını bildimişdir. 2023-cü ilin əvvəlindən xx.xx.2024-cü il tarixə qədər olann müddət ərzində Elnarə adlı qadın onkoloji xəstə olduğunu deyərək ondan pullar istəmiş, o, həmin müddət ərzində şəxsin ona təqdim etdiyi Leobanka məxsus 4098 **** **** 4729 saylı kart hesabına 40000 manat pul köçürsə də, həmin şəxs dələduzuq edərək, onu aldatmış, pulunu indiyə qdərə geri qaytarmamışdır. - X1 izahatında göstərmişdir ki, ...Coşğunla qiyabi münasibətləri yaranmış və teztez telefonla danışmağa başlamışlar. Həmin vaxtlar o aeroportun mühafizə xidmətində işləyirdi və 780 manat maaş alırdı. Lakin Coşğunla tanış olduqdan təxminən 2 ay sonra o işdən çxarıldı və pula ehtiyacı yarandı. İlk dəfə o Coşundan qızdırmalı olmağı və müalicəyə ehtiyacının olması ilə əlaqədr 150 manat borc pul istəmiş və Coşğun ona həmin pulu göndərəcəyini bildirdikdə ona öz adına olan Leobanka aid 4098 **** **** 4729 hesabını göndərmiş və elə həmin gün Coğun onun kart hesabına 150 manat göndərmişdir. Bundan sonra onların aralarında səmmi münasibətlər daha da artmış, lakin bir-birlərinə “siz” deyə müraciət etmişlər, aralarında heç bir intim münasibət olmamışdır. Bundan başqa o daha 4 dəfə Coşğundan az məbləğlərdə borc pul istəmişdir, belə ki, anası xəstə olarkən müalicəsi üçün ona 1000 manat pul lazım olmuşdur və o həmin pulu Coğundan istidikdə, onun kart hesabına öz kart hesabından 1000 manat pul göndərmişdir. Digər 3 dəfə ondan borc istədiyi məbləğlər isə daha xırda olmuşdur. Lakin onun borc istədiyi faktlardan başqa, Coşğun onun işləmədiyini, anasının xəstə olduğunu bildiyindən tez-tez ona müxtəlif məbləğlərdə pulları o istəmədən öz təşəbbüsü ilə göndərmişdir və o da yalnız minnətdarlığını bildirmişdir. Beləliklə, Coşğun onun kart hesabına təxminən 2024-cü ilin oktyabr ayına kimi onun hesablamasına görə 25000 manata yaxın pul göndərmişdir və izahatında da qeyd etdiyi kimi 5 dəfə ondan özü borc istədiklərindən başqa digər hallarda pulları Coşğun öz təşəbbüsü ilə göndərmiş, ondan hər hansı adla pul istəməmişdir. Coşğun onun barəsində Sumqayıt ŞPİ-nin 4-cü PB-nə şikayət edənə kimi ümumiyyətlə, onunla görüşməmiş, yalnız telefon vasitəsi ilə görüntülü danışmış, ilk dəfə onu 2024-cü ilin noyabr ayında 4-cü PB-nin dəhlizində canlı olaraq görmüşdür. Coşğunun guya onun özünü şəhid bacısı, övladını itirən, onkoloji xəsəətə kimi təqdim etməyi barədə göstərdikləri yalandır. - xx.xx.2024-cü il tarixli qərarla Cavabdeh əməlində cinayət tərkibi olmadığından İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarda qeyd edilmişdir ki, İddiaçı 29 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində cəmi 50780 manat məbləğində pulu hissə-hissə olmaqla, yardım etmək məqsədi ilə Elnar Zeynalovanın kart hesabına köçürməsi, borc öhdəliklərindən irəli gələn mülki münasibətlərin tərkibini yaradır və mülki-mübahisə xarakterli olmaqla, Cavabdeh əməlində dələduzluq cinayətinin əlamətlərini istisna edir. “Whatsapp” yazışmalarından görünür ki, Cavabdeh tərəfindən İddiaçı aşağıdakı məzmunlu yazılar göndərilmişdir: “yəni bu boyda sənlə borca girməzdim”, “artıqlaması ilə hamısını sənə ümumiyyətlə hamısını sənə verəcəm”, “banka gedim alım”, “hamısını artıqlaması ilə hamısını verəcəm sənə” və s. CD diskə əlavə edilmiş səs yazılarından görünür ki, Cavabdeh İddiaçı onun hesabına pul köçürülməsini istəmişdir. Hüququ yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı tərəfindən Vəkil1 hüquqi yardım göstərilməsi üçün 300 manat məbləğində xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin hesabına pul məbləğlərinin köçürülməsi işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə iclasında cavabdeh pul köçürmələrinin iddiaçı tərəfindən həyata keçirildiyini, pulların köçürüldüyü kart hesablarının isə ona məxsus olduğunu mübahisələndirməmişdir. Lakin, cavabdeh onun hesabına iddiaçı tərəfindən köçürülən pulun məbləğinin təxminən 20-30 min manat olduğunu və cavabdehdən yalnız 3 dəfə (1500, 300, 250 manat olmaqla) borc istədiyini, qalan pulların iddiaçı tərəfindən ona könüllü olaraq, borc kimi qaytarılmaq şərti ilə deyil, yardım məqsədi ilə köçürüldüyünü bildmişdir. İddiaçı isə cavabdehin məbləğindən asılı olmayaraq hər dəfə pula ehtiyacı olanda ondan borc istədiyini, onun tərəfindən cavabdehin hesabına köçürülmüş bütün pulların borc kimi verildiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında borc münasibətləri olduğundan iddiaçı köçürülən məbləğlərin cavabdehdən geri tələb edilməsində haqqlı olmuşdur. İddiaçı tərəfindən cavabdehin kart hesabına köçürülmüş məbləğlərin əvəzsiz bağışlanmadığını, qaytarılmaq şərti ilə borc kimi verildiyini məhkəmə aşağıdakılarla əsaslandırır. Cavabdehin neçə dəfə və hansı məbləğlərdə iddiaçıdan borc istəməsi ilə bağlı məhkəmə iclasında və polis idarəsində verdiyi izahatlarda ziddiyyətlər mövcuddur. Məhkəmə iclasında cavabdeh köçürülən pullardan yalnız 3 dəfəsinin borc kimi köçürüldüyünü, belə ki, iddiaçıdan 1500 manat, 300 manat və 250 manat olmaqla, 3 dəfə borc istədiyini bildirmişdir. Polis idarəsindəki izahatında isə bildirmişdir ki, “ilk dəfə o Coşğundan qızdırmalı olmağı və müalicəyə ehtiyacının olması ilə əlaqədr 150 manat borc pul istəmiş və Coşğun ona həmin pulu göndərəcəyini bildirdikdə ona öz adına olan Leobanka aid 4098 **** **** 4729 hesabını göndərmiş və elə həmin gün Coşğun onun kart hesabına 150 manat göndərmişdir... Bundan başqa o daha 4 dəfə Coşğundan az məbləğlərdə borc pul istəmişdir, belə ki, anası xəstə olarkən müalicəsi üçün ona 1000 manat pul lazım olmuşdur və o həmin pulu Coğundan istidikdə, onun kart hesabına öz kart hesabından 1000 manat pul göndərmişdir. Digər 3 dəfə ondan borc istədiyi məbləğlər isə daha xırda olmuşdur”. İddiaçı isə cavabdehin hesabına köçürülən bütün məbləğlərin borc kimi verildiyini, polisə müraciət edərkən borc məbləğini daha az göstərməsinin səbəbinin həmin vaxt əldə edə bildiyi sübutların bütün köçürülən məbləğləri təsdiq edə bilməməsi ilə əlaqədar olduğunu bildirmişdir. İddiaçı tərəfindən cavabdehə “yəni bu boyda sənlə borca girməzdim”, “artıqlaması ilə hamısını sənə ümumiyyətlə hamısını sənə verəcəm”, “banka gedim alım”, “hamısını artıqlaması ilə hamısını verəcəm sənə” və s. məzmunlu mesajlar yazılması təsdiq edir ki, tərəflər arasında mövcud olan münasibətlər borc münasibətləri olmuşdur. “CD” diskdə təqdim edilmiş səs yazısından görünür ki, iddiaçı cavabdehdən onun hesabına pul köçürülməsini xahiş etmişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan 1500 manat, 300 manat və 250 manat olmaqla, cəmi 3 dəfə borc istədiyini bildirməsi təsdiq edir ki, tərəflər arasında olan münasibətlər məhz borc münasibətləri olmuşdur. Belə ki, həqiqətən cavabdehin dediyi kimi daha çox sayda və daha böyük məbləğlərdə köçürülən pullar qaytarılmaq şərti olmadan, əvəzsiz olaraq iddiaçı tərəfindən cavabadehə bağışlanmış olsa idi, daha kiçik məbləğlərin iddiaçıdan borc kimi istənilməsinə ehtiyac olmaz, cavabdeh həmin məbləğlərin də ona yardım kimi verilməsini xahiş edərdi. Qeyd edilənlər təsdiq edir ki, cavabdehin hesabına köçürülən pullar ona məhz borc kimi verilmişdir. Məhkəmə qeyd edilənləri, həmçinin, ayrı-ayrı vaxtlarda köçürülən pul məbləğlərinin 3000 manatdan artıq olmadığını, fiziki şəxslər arasında 3000 manata qədər məbləğdə şifahi bağlanmış borc müqavilələrinin etibarlı olduğunu nəzərə alaraq, belə qənaətə gəlir ki, borcun qaytarılması ilə bağlı iddia əsaslıdır. Lakin, qaytarılmalı olan borc məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddia qismən təmin edilərək, 55806,76 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materialları ilə (təkrar əlavə edilən qəbzlər nəzərə alınmadan) təsdiq edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin hesabına 55806,76 manat (53556,76 manat “ABB mobile” köçürmələri, 1650 manat “Leobank”dan köçürmələr, 600 manat “MilliÖn” vasitəsi ilə köçürmələr) pul köçürülmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, borcun ödənilməsi tələbinə dair iddia əsaslı olduğundan və göstərilmiş hüquqi yardıma görə tələb edilən 300 manat haqq ağlabatan məbləğdə müəyyən olunduğundan, iddia tələbi vəkil xərcinə aid hissədə də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 55806,76 manat pul, 300 manat vəkil xərcinin və 257 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar