Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2780/2023 19.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Abdullayeva Aynur Aydın qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh İB-nin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 100.000 (bir yüz min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 390 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun tək qızı olan X4 rayonu Şiyəkəran kəndinin sakini Şahid Qəhrəmanovla ailə həyatı qurmuş və birgə həmin kənddə yaşamağa başlamışlar. Birgə nikahları dövründə onların xx.xx.2006-cı il təvəllüdlü X20, xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2010-cu il təvəllüdlü X28 adında 3 oğlanları dünyaya gəlmişdir. 01 noyabr 2013-cü il tarixdə günorta saatlarında ona zəng vurularaq qızı və 3 nəvəsi dəm qazından boğulmasını dedilər. Bundan sonra dərhal Astara rayonu Şiyəkəran kəndinə getmişlər. Bütün bunlardan sonra yeznəsi X7 13 iyul 2017-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı vafat etmişdir. Qızına, nəvələrinə və yeznəsi hədsiz bağlılığı bu faciəvi ölümləri onun fikrində hələ də qalmaqla ona mənəvi iztirablar verir. X29 həm də müharibə veteranı idi. Göründüyü kimi bir ailə yer üzündən silindi getdi. Qızının və nəvələrinin faciəvi ölümünə görə bu barədə təqsirli olan Astara rayon X34 xidmət rəisi cəzalandırılmışdır. Lakin bu işdə təqsirli olan təkcə xidmət sahəsinin rəisi İltifat Nuriyev deyil, həm də onun əməkdaşı olduğu X12. X25 Birliyi məsuliyyətsiz və səhlənkar əməkdaşlarının vurduğu ziyanın əvəzini ödəməlidir. Bu ziyan isə nə qədər ödənsə də onun ödənilməsi mümkün deyildir. İş üzrə Astara rayon məhkəməsinin 25 aprel 2014-cü il tarixli hökmü vardır və bu hökm qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Bildirir ki, məhkəmənin hökmü ilə məhkum edilən şəxs vəzifəli şəxs olan X8 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə səbəb olmuşdur. Belə ki, X14, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Astara X35 (QİS) 3 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin rəisi vəzifəsində işləyərək inzibati-təsərrüfat funksiyalarını yerinə yetirdiyi üçün vəzifəli şəxs hesab edilərkən “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” nın 3.79, 3.102, 9.225, 9.228, 9.230-cu bəndlərinin, habelə Cavabdeh “Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət edən xidməti rəisinin vəzifə Təlimatı”nın tələblərini pozaraq xx.xx.2013-cü il tarixdə Astara rayonu Şiyəkəran kəndində X2 yaşadığı evdə çəkilən qaz xətlərində sızıntının olub-olmamasını, düzgün qoşulub-qoşulmamasını yoxladıqdan sonra evin ikinci mərtəbəsində yataq otağında aşkar etdiyi təbii qazla işləyən, qızdırıcı kimi istifadə olunan, normativ aktların tələblərinə cavab verməyən, kustar üsulla düzəldilmiş və təbii qaz yandırmaq üçün qaz farsunkası quraşdırılmış metal sobanı görsə də, işə vicdansız və laqeyd münasibət göstərməklə öz xidməti vəzifəsini lazimi qaydada yerinə yetirməyərək müvafiq akt tərtib etməklə qaz təchizatını dayandırmalı olduğu halda bunu etməmiş, nəticədə ehtiyatsızlıqdan Astara rayonu, Şiyəkəran kəndində yaşayan xx.xx.1981-ci il təvəllüdlü X19, xx.xx.2006-cı il təvəllüdlü X20, xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2010-cu il təvəllüdlü X3 üsulla düzəldilmiş qaz qızdırıcısının işləməsindən yaranmış dəm qazından zəhərlənərək ölmələrinə səbəb olmuşdur. Hökmdən görünür ki, iş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2013-cü il tarixli, 18 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, 01 noyabr 2013-cü il tarixdə Astara rayonunun Şiyəkərəan kəndindəki yaşayış evində ölü aşkar edilmiş şəxslərdən biri X11 meyitinin bədəni üzərində xəsarətlərin hər hansı bir obyektiv əlaməti aşkar edilməmiş, onun qanında məhkəmə-kimyəvi müayinə zamanı toksik-konsentrasiyaya uyğun gələn karboksihemoqlobinin 70% tapılması ilə, meyit ləkələrinin, əzələlərin və daxili üzvlərin açıq qırmızı rəngdə olması, daxili üzvlərin dolu qanlı olması, baş beyin və ağciyərlərin ödəmli olması ilə təsdiq edilir. Leyla Qəhrəmanovanın ölümünə səbəb dəm qazı ilə kəskin zəhərlənmə olmuşdur. İlkin meyit əlamətlərinin xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, ölüm meyit müayinə olunan vaxtdan 6-12 saat əvvəl baş vermişdir. Həmçinin hökmdə göstərilmişdir ki, Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyinin Astara Rayon Şöbəsinin xx.xx.2013-cü il tarixli, 32 saylı arayışına əsasən müəyyən edilmişdir ki, xx.xx.2006- cı il təvəllüdlü X20, xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2010-cu il təvəllüdlü X21 qanlarında karboksitamoqlobin vardır və onlar dəm qazından zəhərlənmədən ölmüşlər. Eyni zamanda hökmdə göstərilmişdir ki, məhkəmətəhlükəsizlik texnikası ekspertizasının xx.xx.2013-cü il tarixli, 20281 saylı rəyi ilə müəyyən edilmişdir ki, Astara rayonu Şiyəkəran kəndində X5 məxsus fərdi yaşayış evinin qazlaşdırılması zamanı nərmativ aktların tələblərinə cavab verməyən soba quraşdırılmaqla qeydiyyata götürülmüş (soba əldəqayırma olmaqla, odun yanacağından istifadə üçün nəzərdə tutulmuşdur və sobanın tüstü bacasına borunun en kəsiyini azaltmaq üçün siyirtmə quraşdırılmışdır) və tüstü bacası düzgün quraşdırılmamış qızdırıcı sobadan təhlükəsiz istifadə edilməsi üçün tədbirlər görülməmişdir ki, bununla da baş vermiş hadisə ilə əlaqədar “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının, 3.79, 3.102, 9.225, 9.228, 9.230-cu bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin texniki səbəbi olmuşdur. Bundan başqa hökmdə göstərilən Astara QİS-nin xx.xx.2014-cü il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, X15 xx.xx.2010-cu il tarixdən 3 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin rəisi vəzifəsində işləmişdir. Yəni cinayət hadisəsi baş verən vaxt və ondan sonra da məhkəmənin hökmü ilə məhkum edilmiş X15 vəzifəli şəxs olmuşdur. Astara rayon məhkəməsinin 25 aprel 2014-cü il tarixli 1(018)-46/2014 saylı hökmünə əsasən X15 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək ona 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, ona təyin olunmuş azadıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, ona təyin olunmuş azadlıqdan məhrumetmə növündə cəzası ilə əlaqədar cəzaçəkmə müddətinin əvvəli o, məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması, hökmün icrasına nəzarətin Astara Rayon İcra Bölməsinə həvalə edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, X6 70 manat məhkəmə-ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. Halhazıra kimi ona və kürəkəninə görə hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən heç bir mənəvi yardım edilməmişdir. Yuxarıda qeyd olunan faktlar qanuni qüvvəyə minmiş Astara Rayon Məhkəməsinin 25 aprel 2014-cü il tarixli hökmü ilə preyudisial qaydada öz təsdiqini tapmaqdadır. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələblərinin məzmununa uyğun izahat verərək iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi X22 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin 25 aprel 2014-cü il tarixli hökmü ilə Astara rayon X34 xidmət rəisi X14 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 3 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 3(üç) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, X1 X35 (QİS) yaşayış yerlərində qaz xətləri və məişət qaz cihazlarına nəzarət xidmətinin rəisi vəzifəsində işləyərkən xx.xx.2013-cii il tarixdə Astara rayonu Şiyəkəran kəndində X2 yaşadığı evdə çəkilən qaz xətirində sızıntının olub-olmamasını, düzgün qoşulub-qoşulmamasını yoxladıqdan sonra evin ikinci mərtəbəsində yataq otağında aşkar eldiyi təbii qazla işləyən, qızdırıcı kimi istifadə olunan normativ aktların tələblərinə cavab verməyən kustar üsulla düzəldilmiş və təbi qaz yandırmaq üçün qaz farsunkası quraşdırılmış metal sobanı görsə də işə vicdansız və laqeyd münasibət göstərməklə öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək müvafiq akt tərtib etməklə qaz təchizatını dayandırmalı olduğu halda bunu etməmiş, onun səhlənkarlığı nəticəsində ehtiyatsızlıqdan Aslara rayonu, Şiyəkəran kəndində yaşayan xx.xx.1981-ci il təvəllüdlü X19, xx.xx.2006-cı ıl təvəllüdlü X20, xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2010-cu ıl təvəllüdlü X3 üsulla düzəldilmiş qaz qızdırıcısının işləməsindən yaranmış dəm qazından zəhərlənərək ölmələrinə səbəb olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1 Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığı və iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi üçün ilk növbədə cavabdehin işçisinin iddiaçının ailə üzvlərinin ölümündə təqsirli olub-olmaması, habelə cavabdehin öz işçisinin hərəkətinə görə məsuliyyət daşıyıb-daşımaması araşdırılaraq hüquqi qiymət verilməlidir. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçının ona maddi və mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdeh təşkilatın Astara rayon X34 xidmət rəisi X9 əməlinin qanuna zidd olması, cinayətin baş verməsində onun təqsirli olması, habelə onun əməli nəticəsində iddiaçının ailə üzvlərinin ölməsi iş materialları ilə öz təsdiqini tapır. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçının qızının və ailə üzvlərinin ölməsində cavabdeh təşkilatın işçisinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilir. Mülki hüquq pozuntusu törətmiş İltifat Nuriyevin hərəkətlərinə görə cavabdeh təşkilatın məsuluyyət daşıması məsələsi ilə bağlı qanuni əsaslar isə Mülki Məcəllənin qeyd edilən 1099.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəaya əsasən hüquqi və ya fiziki şəxsin öz işçsinin törətdiyi deliktə görə məsuliyyət daşıması üçün əsasən iki şərt tələb olunur: birinci, deilikt törətmiş şəxs hüquqi və ya fiziki şəxsin işçisi olmalıdır. Mülki Məcəllənin 1099.1-ci maddəsinin mənası baxımından işçinin dairəsi Mülki Məcəllənin 1099.2-ci maddəsində (işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun) göstərilmişdir. İkincisi, delikt işçinin əmək (qullu, mənsəb) vəzifələrinin icrası zamanı törədilməlidir. İltifat Nuriyevin cavabdeh təşkilatın işçisi olması işin mübahisəsiz halıdır. X23 əmək vəzifələrinin icrası zamanı törətməsi qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Beləliklə, cavabdeh təşkilatın işçisi İltifat Nuriyevin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıması işdə olan sübutlar əsasında təsdiqini tapır. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçisinin təqsirindən iddiaçının ailə üzvləri ölmüşdür. Şübhəsiz ki, iddiaçı ailə üzvlərinin itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin işçisinin təqsirli hərəkətəri ilə iddiaçının ailə üzvlərinin ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 100.000 manat pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəməklə əlavə xərc çəkdiyindən iddia tələbi ödənilmiş 390 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsində də əsaslı olduğundan iddia tələbi o hissədə də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Mənəvi zərərə görə 100.000 (bir yüz min) manat pul məbləği Cavabdehndən tutularaq İddiaçı ödənilsin. 390 (üç yüz doxsan) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-2780/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2780/2023
19.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver