Məhkəmə qərarları › İş №e-2(011)-2784/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2784/2021

19.02.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2784/2021 19.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, Tələbkar ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Tələbkar MMC ərizə ilə məhkəməyə müraciət edərək, borclu X1 kreditor Tələbkar MMC-nin xeyrinə 508 manat borc məbləği, 60 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 588 manat məbləğində pulun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər baxılmanın sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, borclu X1 13.11.2019-cu il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsi üzrə 508 manat məbləğində qalıq borcun və 60 manat cərimə borcunun alınaraq kreditor Tələbkar MMC-yə ödənilməsi barədədir, tələbin əsasını cavabdehlə ““İntiqam RST”-ın müdiri X2 (VÖEN:**********) arasında 13.11.2019-cu il tarixində bağlanmış nisyə alqı-satqı müqaviləsindən irəli gəlir, həmin müqavilənin predmetİ “Samsung A505 64 DS” markalı əşyanın alıcıya verilməsindən, alıcının isə əşyanı qəbul edib əvəzində bu müqavilənin şərtlərini yerinə yetirməsindən ibarətdir. İş materiallarından alıcının həmin əşyaları müqavilə şərtlərinə uyğun olaraq təhvil alması görünmür. Həmçinin, həmin müqavilədən görünür ki, müqavilənin 7.3-cü bəndinə əsasən, bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilə bilər, həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, tərəflərin məhkəməyə müraciət etmək hüququ var. Lakin buna baxmayaraq, ərizə və ona əlavə olunmuş sənədlərdən, kreditorun pretenziya qaydasına əməl etməsi görünmür. Digər tərəfdən, 13.11.2019-cu il tarixli müqavilədən görünür ki, müqavilənin preambula hissəsinə əsasən satıcı “İntiqam RST”-ın müdiri X2 (VÖEN:**********) olsa da, müqavilə Tələbkar MMC-nin direktoru X3 tərəfindən imzalanmış, sonuncu MMC-yə məxsus möhürlə imza təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər işin əmr icraatı qaydasında baxılaraq məhkəmə əmri çıxarılması üçün yetərli hesab oluna bilməz və buna görə də ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276, 279, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Tələbkar MMC-nin borclu X1 508 manat borc məbləği, 60 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 588 manat məbləğində pulun Tələbkar MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılması barədə ərizənin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar