Məhkəmə qərarları › İş №e-2(011)-2858/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(011)-2858/2021

02.03.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(011)-2858/2021 02.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X1, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, 42C ünvanında yerləşən Kreditor MMC-nin Borclu barəsində müqavilə üzrə 500 manat məbləğində əsas borc və 50 manat cərimə borcu olmaqla, cəmi 550 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Kreditor MMC-si ilə Borclu arasında bağlanmış xx.xx.2016-cı il tarixli nisyə satış müqaviləsinə əsasən borcluya 1600 (100 manat ilkin ödəniş daxil olmaqla) manat məbləğində məişət məhsulunu satmışdır. Qeyd olunan müqavilənin şərtlərinə əsasən borclu borc məbləğini “Ödəniş qrafikində” nəzərdə tutulan müddətdə ödəməlidir. Lakin Borclu müqavilədə göstərilən şərtləri pozaraq, qeyd edilən borcunun vaxtında ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasına sadələşdirilmiş qaydada yol verilir və bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Buna görə və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Kreditor MMC-nin məhkəməyə ərizə verərkən ödədiyi 20 manat məbləğində dövlət rüsumu borcludan kreditorun xeyrinə tutulmalıdır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditorun tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunduğu üçün həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-282-ci və 284-cü maddələrini rəhbər tutaraq ƏMR E T D İ M: xx.xx.1981-ci il tarixdə Şəki rayonunda doğulmuş, ünvan 2 mənzil 10 ünvanında qeydiyyatda olan Borclu müqaviləyə əsasən Kreditor MMC-nin xeyrinə ümumilikdə 500 manat məbləğində əsas borc, 50 manat cərimə borcu olmaqla, cəmi 550 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumu tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar