Məhkəmə qərarları › İş №e-2(011)-2925/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(011)-2925/2021

25.02.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(011)-2925/2021 25.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/42 ünvanında yaşayan kreditor Tələbkar Borclu qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə əmr icraatı qaydasında baxaraq müəyyən etdi: Kreditor Tələbkar Borclu qarşı “borc tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kreditorın ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Kreditor Tələbkar ilə Borclu arasında xx xxxxxx 2019-cu il tarixdə hissə-hissə şərti ilə RN000800 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı olan Borclu “Real Elektronics” mağazasından ümumi nisyə dəyəri 1.056 manat olan radiator və aksesuarlar almışdır. Müqavilənin 5.2-ci bəndinə uyğun olaraq alıcı Borclu xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ayın 18-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 70 manat ödənilməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 451 manatı mağazaya ödəməmişdir. Dəfələrlə borcluya borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. İş materiallarından görünür ki, kreditor Tələbkar ilə Borclu arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli RN000800 nömrəli alğı-satqı müqaviləsinə əsasən alıcı “Real Elektronics” mağazasından ümumi nisyə dəyəri 1.056 manat olan radiator və aksesuarlar almışdır. Borclunun hazırda 451 manat əsas borcu və 150 manat cərimə borcu vardır. Kreditor Tələbkar tərəfindən məhkəmə əmrinin verilməsi üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MPM-nin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor Tələbkar tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığının təsdiq olunduğu üçün məhkəmə həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr etdi: xx xxxxxx 1979-cu ildə İsmayıllı rayonunun Qalıncaq kəndində anadan olmuş, ünvan 2 mənzil 510 ünvanında qeydiyyatda olan Borclu 451 (dörd yüz əlli bir) manat əsas borc, 150 (yüz əlli) manat cərimə borcu olmaqla, cəmi 601 (altı yüz bir) manat pul vəsaiti və 20 (iyirmi) manat dövlət rüsumu kreditor Tələbkar xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar