Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2944/2025 04.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X1 3 yaşı olana kimi İddiaçı saxlanılması üçün Cavabdeh hər ay 200 manat alimentin (mediasiyaya müraciət edilən tarixdən xx.xx.2024-cü il) tutularaq X2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər, iddiaçı tərəf məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Samirə Eyvazovanın icraatında olan e-2(011)- 2723/2025 saylı işə birləşdirilməlidir. Elektron Məhkəmə İnformasiya Sistemindən məlum olmuşdur ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair e-2(011)-2723/2025 saylı mülki iş xx.xx.2025-ci il tarixdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Samirə Eyvazovanın icraatındadır. Həmçinin, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsi də, Məhkəmənin (hakim Leyla Şövkətli-Mənsimli) xx.xx.2025-ci il tarixli, e- 2(011)-2944/2025 saylı qərardadı ilə icraata götürülmüşdür. Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Leyla Şövkətli-Mənsimli) icraatında olan e-2(011)-2944/2025 saylı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Samirə Eyvazovanın icraatında olan e-2(011)-2723/2025 saylı mülki işlə əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün və səmərəli həyata keçirilməsi üçün hazırki iş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Samirə Eyvazovanın icraatında olan e-2(011)-2723/2025 saylı işə birləşdirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 43.1-43.2, 169 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair e-2(011)-2944/2025 saylı mülki iş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair e-2(011)-2723/2025 saylı mülki iş bir icraatda birləşdirilsin və mülki işə e- 2(011)-2723/2025 nömrə verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №e-2(011)-2944/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2944/2025
04.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver