Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2968/2025 30.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması və maddi zərərin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli ilkin müqavilənin ləğv edilməsi, xx.xx.2022-ci il tarixli ilkin müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan 2017-ci il buraxılışlı, **-HX-*** dövlət nömrə nişanlı “CHANGAN ALSVİN” markalı nəqliyyat vasitəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması, nəqliyyat vasitəsi olmadığı təqdirdə vurulmuş 10.040 manat (on min qırx manat) maddi ziyanın Cavabdeh alınaraq İddiaçı ödənilməsi, ödənişin gecikdirildiyi 3 (doqquz) aya görə hər günü 10 (on) manatdan olmaqla 900 manat pul vəsaitinin və 122,8 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli ilkin müqavilənin 2.8-ci maddəsinə əsasən hazırki müqavilə və müqavilənin icrası ilə əlaqədar bütün növ mübahisələrə Bakı şəhəri Xətai rayon Məhkəməsində baxılacaqdır. xx.xx.2022-ci il tarixli ilkin müqaviləyə əsasən iddiaçı X3 mülkiyyətində olan 2017-ci il buraxılışlı **-HX- *** dövlət nömrə nişanlı “CHANGAN ALSVİN” minik markalı nəqliyyat vasitəsinin Cavabdeh 10.040 manata satılması barədə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Cavabdeh Müqavilənin 2.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən etibarən hər ay 555 manat olmaqla 18 ay ərzində ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.3-cü maddəsinə əsasən Cavabdeh ödənişi 10 gündən artıq gecikdirdikdə hər gün üçün əlavə 10 manat ödəniş edəcək, 10 gündən artıq gecikdirdiyi halda o vaxta qədər ödənilmiş pulu geri tələb etməyəcək və avtomobili təhvil verməyi öhdəsinə götürür. Cavabdeh, 3 aydan çoxdur ki, müqavilə üzrə ödəniş etmir və beləliklə müqavilə şərtləri pozulmuşdur. Cavabdehlə aparılan şifahi danışıqlar nəticə verməmiş, yazılı xəbərdarlıq nəticə verməmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O bildirmişdir ki, xx.xx.2022-ci il tarixli ilkin müqaviləyə əsasən X3 mülkiyyətində olan 2017-ci il buraxılışlı **-HX-*** dövlət nömrə nişanlı “CHANGAN ALSVİN” minik markalı nəqliyyat vasitəsinin Cavabdeh hissə-hissə ödəmək şərti ilə 10.040 manata satmışdır. Cavabdeh ilk 3 ayı ödənişlər etmişdir. Daha sonra ödəniş olmamışdır. Ödənişin gecikdirilməsinə görə iddiaçı əlavə olaraq hər gün üçün 10 manatdan hesablanmaqla, 3 ay üçün (2024-cü ilin sentyabr, oktyabr, noyabr ayları üçün) 900 manat cərimənin ödənilməsini cavabdehdən tələb edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o, məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin müqavilənin surətindən görünür ki, birinci tərəf - İddiaçı ona məxsus olan 2017-ci il buraxılışlı **-HX-*** dövlət nömrə nişanlı “CHANGAN ALSVİN” minik markalı avtomobili 10.040 (on min qırx) manata “İkinci tərəf”- Cavabdeh satmağı, “İkinci tərəf”- Cavabdeh isə həmin avtomobili 10.040 manata almağı öhdəsinə götürür. Cavabdeh satış məbləğini xx.xx.2022-ci ildən etibarən hər ay 555 manatla 18 ay ərzində ödəməyi, satış qiymətindən qalan 50 manatı avtomobilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öz öhdəsinə götürür. (Maddə 2.1) Birinci tərəf - İddiaçı müqavilə üzrə göstərilən məbləğ tam ödənilib bitdikdə avtomobilin “İkinci tərəf”- Cavabdeh özgəninkiləşdirilməsinə dair etibarnamə verəcəyini öz öhdəsinə götürür. (Maddə 2.4). “İkinci tərəf”- Cavabdeh ödənişi 10 gündən artıq gecikdirdikdə hər gün üçün əlavə 10 manat ödəniş edəcək, 10 gündən artıq gecikdirdiyi halda o vaxta qədər ödənilmiş pulu geri tələb etməyəcək və avtomobili Birinci tərəfin nümayəndəsi Elçin Mirzəyevə təhvil verəcək. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Satıcı İddiaçı ilə **-HX-*** dövlət nömrə nişanlı “CHANGAN ALSVİN” minik markalı nəqliyyat vasitəsinin satılması barədə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılaşmışdır. xx.xx.2022-ci il tarixli İlkin Müqavilənin 2.1-ci bəndinin tələbləri pozulmuşdur. 3 gün müddətində müqavilənin tələblərinə riayət edilməzsə nəqliyyat vasitəsinin qaytarılması, nəqliyyat vasitəsindən istifadə nəticəsində vurulan ziyanın ödənilməsi və müqavilənin birtərəfli qaydada ləğv edilməsi məhkəmə vasitəsi ilə tələb olunacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16/2-71426/2025 saylı məktubundan və ona əlavə edilmiş kompyuter çıxarışından görünür ki, “CHANGAN ALSVİN” minik markalı **-HX- *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixli şəhadətnaməyə əsasən İddiaçı adına qeydə alınmışdır. Cavabdeh xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək qüvvədə olan etibarnamə verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “AB CONSULTİNG” tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus “Changan Alsvin” minik markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiyməti 12.500 manat məbləğ təşkil edir. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilən Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İlkin müqavilə üzrə tərəflər arasında yaranmış münasibətlər mülki qanunvericiliyin nisyə alğı-satqı müqaviləsinin bağlanması barədə tələblərinə aiddir. İşdən göründüyü kimi mübahisəli avtomobil nisyə alqı-satqı müqaviləsinə əsasən hissə-hissə ödənişlər şərti ilə cavabdehdə satılmış, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etməyərək ödənişlərin ödənilməsi şərtlərini pozmuşdur. Buna görə də avtomobil cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddianın “avtomobil olmadıqda onun dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, mübahisəli avtomobilin bazar qiyməti 12.500 manat olduğundan, avtomobil aşkar edilməzsə, onun dəyəri olan 12.500 manat məbləği cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. xx.xx.2022-ci il tarixli ilkin müqavilənin ləğv edilməsi barədə iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, müqavilə müddəti (xx.xx.2022-xx.xx.2024) bitdiyindən müqavilənin məhkəmə tərəfindən ləğv edilməsinə ehtiyac aradan qalxmışdır. Buna görə də bu hissədə iddia təmin edilməməlidir. Cərimənin tutulması hissəsində iddia tələbərinə qiymət verərək, məhkəmə qey edir ki, müqavilə şərtləri hər gecikmə gününə gündəlik 10 manat cərimənin tutulmasını nəzərdə tutduğundan, iddiaçı isə müqavilə üzrə ödənişlərin bitmə tarixi olan xx.xx.2024cü il tarixdən sonrakı üç ay (90 gün) üçün gündəlik 10 manat hesablanmaqla cərimənin ödənilməsini tələb etdiyindən, həmin hissədə iddia təmin edilərək 300 manat cərimə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və qiymətləndirmə hesabatının dəyəri olan 300 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, məhkəmə iddia tələbinin təmin edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 122,8 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri qismən təmin edilsin. **-HX-*** dövlət qeydiyyat nişanlı “Changan Alsvin” minik markalı nəqliyyat vasitəsi Cavabdeh alınaraq İddiaçı qaytarılsın, avtomobil aşkar edilmədikdə onun dəyəri olan 12.500 (on iki min beş yüz) manat pul məbləği Cavabdeh alınaraq İddiaçı ödənilsin. 900 (doqquz yüz) manat cərimə məbləği, 122,8 (bir yüz iyirmi iki manat səksən qəpik) manat dövlət rüsumu və 300 (üç yüz) manat qiymətləndirmə xərcləri olmaqla, 1.322,8 (bir min üç yüz iyirmi iki manat səksən qəpik) pul məbləği Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-2968/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2968/2025
30.05.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver