Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3015/2025 17.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən onun xeyrinə 200.000 (iki yüz min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və “Ekol” Vəkil Bürosu ilə bağlanmış müqaviləyə görə ödənilən 300 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mən Cəbrayıl rayonundan məcburi köçkün olmaqla Biləsuvar rayonunda məskunlaşmışdıq. Biləsuvar rayonunda doqquzuncu sinifi bitirib 2012- ci ildə X10 qəbul olunmuşam. 2012-ci ilin sentyabr ayından Ağcabədişəhəri, Heydər Əliyev prospekti 297 nömrəlievdə kirayədə yaşamağa başladım. Həmin ilin sentyabr ayından etibarən sinif yoldaşlarım Cəmil, Şəmistan və Tural da mənimlə birlikdə orda qalmağa başladılar. 27 fevral 2013-cü il tarixdə saat 13 radələrində dərsdən çıxıb kirayə qaldığım evə gəldim. Evdə olan qazla işləyən sobanı yandırdım və yatdım. Oyananda soyuq olmasını görüb sobanı yandırmaq üçün dəftər vərəqinialışdırmaq üçün sobaya yaxınlaşanda kibritlə sobaya yaxınlaşmağa təxminən bir metr qalmış yandıranda təzyiqlə alov çıxdı. Alov mənim üzümü və əllərimi yandırdı. Tez üzümü tutub sobanın yanında olan çarpayıların arasına yıxıldım. Anidən partlayış baş verdi və evin tavanı qoparaq divardan ayrıldı və evin pəncərələi sındı. Bütün bunlar təxminən 3-4 saniyə içərisində baş verdi. Həmin vaxtı çölə çıxdım, qonşu otaqda olan uşaqlar mənim paltarlarımın yanmasını görüb əynimdən çıxardılar. Saçlarım yanırdı kimdə mənim başıma alovu söndürmək üçün su tökdü. Bundan sonra uşaqlar yolda dayanan taksilərdən birini çağırdılar və məni xəstəxanaya apardılar. Bir gün Ağcabədi rayon xəstəxanasında qaldım. Yanıqlarım ağır olduğundan sonra məni təcili tibi yardım maşını ilə Bakı şəhərində yerləşən 5 nömrəli xəstəxanaya apardılar. 51 gün Bakı şəhərində xəstəxanada qaldıqdan sonra evə buraxıldım. Mütəmadi olaraq yanıqlarımla bağlı müalicələr alırdım. Hətta 2022ci il tarixdə yenidən Bakı şəhərində yerləşən 5 nömrəli xəstəxanın yanıq şöbəsində yenidən 10 gün müalicə olunmuşam. Mənim əlimdə yanıq çapıqları hələ də durur. Hətta sol və sağ əlimin sonuncu barmaqlarım yarımçıq açılır. Sağ əlimin şəhadət və orta barmağım geriyə qatlanmış vəziyyətdədir. Bağlanmır, hava soyuq olanda barmaqlarım qatlanmır. Hava isti olanda da yanığın təsirindən sifətimin sol hissəsində göynəmələr olurdu. Əllərim həddindən soyuq olur. Bu səbəbdən də əlçəklə işləyirəm. Bir sözlə desək məsuliyyətsiz qurumun əməkdaşlarının səhlənkarlığının ağrısını hələ də çəkirəm. Mənə dəyən zərərin nə qədər ağır olmasını, aldığım bu xəsarətlərdən nə dərəcədə əziyyət çəkdiyimi, mənəvi olaraq nələr yaşadığımı, hansı duyğular keçirdiyimi kəlimələrlə ifadə edə bilmərəm. Əlimin və bədənimin yanmış nahiyələrinin görüntüsü mənim çəkdiyim iztirabları yenidən canlandırır. . Mənim ən böyük arzum müəllim olmaq idi, indi isə nəinki müəllim olmaq, heç qələm belə tuta bilmirəm, indi isə ancaq birtəhər fəhləlik edib ağır işlərdə işləyərək ailəmi dolandırıram, bu vəziyyətə yaşamaq, həyatımı davam etdirmək çox çətindir.Mən ömür boyu yeni tanış olduğum insanlara həmin cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətlərini yenidən anlatmaq məcburiyyətində qalıram və buna da davam etməli olacam. Əlimdə və üzümdəki yanıq izləri hələ də getməyib və getməyəcəkdir. Bu izlər silinməzdir. Bu hadisəni hər dəfə anlatmağa çalışanda baş verən partlayış anı və ondan sonrakı dəhşətlər gözümün önündə canlanır. Hadisə nəticəsində baş boyunun üçüncü dərəcəli termiki yanığı, sifətin hər iki qulağın, boyunda, hər iki said və əllərdə, sol ayaqda İİ-İİİA-İİİ B dərəcəli termiki yanıq, Bədənin bir neçə nahiyyəsinin heç olmasa bir nahiyyədə üçüncü dərəcəli yanıq göstərilməklə termiki yanıqları, bədən səthinin 20-29% sahəsinin termiki yanığı xəsarətləri almışam. Buna görə 3-cü dərəcli əlillik belə verilmişdir. Bütün bunlar Tibbi-Sosial Ekspert Komissiyasının verdiyi Forma 88 arayışından da görünür. Partlayış nəticəsində mənim xəsarət almağıma görə Ağcabədi rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə cinayət işi başlanmış və X3 X19 İdarəsinin çilingəri işləyən X8 məhkəmə məsuliyyətinə verilmişdir. Ağcabədi rayon Məhkəməsinin 25 sentyabr 2013-cü il tarixli, 1(017)-58/2013 saylı hökmünə əsasən X8 Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il, 6 (altı) ay müddətinə islah işləricəzasına məhkum edilmişdir. Ağcabədi rayon Məhkəməsinin 25 sentyabr 2013-cü il tarixli, 1(017)-58/2013 saylı hökmü qanuni qüvvəyə minmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində ağır xəsarətlər almağım nəticəsində fiziki xəsarətlər almağımın paralelində mənəvi sarsıntı və bundakı sonrakı proseslər nəticəsində mənəvi iztirablar keçirməyim mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəviziyanın ödənilməsini tələb etməkdə hüququm vardır. Hiss etdiyim ağrıları ifadə etmək çətindir, lakin mənəvi zərər tələbim bu faciəli hadisənin buraxdığı yaraların sağalmasına bir az da olsa kömək edə bilər. Bildirirəm ki, məhkəmənin hökmü ilə məhkum edilən vəzifəli şəxs olan X4 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi, sağlamlığıma və qanuni mənafelərimə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə səbəb olmuşdur. Ağcabədi rayon Məhkəməsinin 25 sentyabr 2013-cü il tarixdə çıxardığı hökmdən görünür ki,X11 Ağcabədi rayonu, X17 2 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinə beşinci dərəcəli Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləyərkən “Qaz təsərrüfatı təhlükəsizliyi qaydalarının” 3.84, 3.102, 9.239 bəndlərinin və “Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə Təlimatın” 1.3., 1.11-ci bəndlərinin və peşə təlimatının tələblərinin tələblərini pozmuş ünvan 1 ünvanda X9 məxsus təsərrüfat evində tüstü borosunun damın 0,5 metr hündürlükdə olmadığını aşkarladığı halda həmin nasazlığı aradan qaldıraraq bu barədə rəsmi qaydada xidmət rəisinə və ya sahə ustasına məlumat verməmiş, qeyd edilən ünvanda qızdırıcı sobalarda alov söndükdə və tüstü bacasında lazımi seyrəlmə omadıqda odluqların söndürülməsini təmin edəcək avtomatik qurğu ilə təchiz edilməsini təmin etməmiş, qaz avadanlıqlarına texniki xidmət zamanı nasazlıqlar aşkar etsə də qaz cihazı istismar olunan qazşəbəkəsindən açmamış, ploblanmamış və bu barədə xidmət rəisinə və ya xidmət ustasına məlumat təqdim etməmiş, texniki baxış zamanı qazsobasının qeyri standart olmasınıaşkarladığı halda evə daxil olan ümumi xətdə qaz təminatını dayandırmamış və müvafiq akt tərtib etməmiş, daxili qaz avadanlığına texniki baxış və xidmətin əsas məqsədi bina daxilində istismar olunan qaz kəmərlərinin və məişət qaz cihazlarının istismara yararlığını təyin olunması və qaz cihazlarından təhlükəsiz istifadə qaydaları üzrə mənzil sahibini təlimatlandırmamış, işinə laqeyid münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi üzündən 27 fevral 2013-cü il tarixdə saat 17 radələrində X9 məxsus ünvan 1 ünavnda yerləşən evin həyətində tikilmiş təsərrüfat evində yanan qaz sobası külək olduğu üçün sönmüş, nəticədə qaz axını açıq qaldığı üçün evə dolmuş və orada kirayənişin yaşayan X13 qazın kəsildiyini görərək yenidən həmin qaz sobasını yandırmaq istəyərkən yanğınla müşayət olunmayan partlayış baş vermiş, hadisə zamanı İddiaçı yanıq xəstəliyi, sifətin, hər iki qulağın, boyunun, hər iki said və əllərin, sol ayağın ikinci, üçüncü “a”, üçüncü “b” dərəcəli termiki yanığı ilə müşaiyət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətialmış, bununla da İddiaçı qanuni mənafeyinə mühüm zərər vurmuşdur. Yuxarıda qeyd olunan əsaslar məhkəmə baxışı zamanı öz əsasını tapmış, Ağcabədi Rayon Məhkəməsinin 25 sentyabr 2013-cü il tarixdə çıxardığı hökmlə X4 Azərbaycan Respublikasının CM-nin 314.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə qazancının 15% dövlət nəfinə tutulmaqla 1 (bir) il, 6 (altı) ay müddətinə islah işləricəzasına məhkum edilmişdir. Halhazıra kimi mənə aldığım ağır xəsarətlər nəticəsində çəkdiyim iztirablar, sterslərə görə çəkdiyim mənəvi zərərə görə hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən heç bir müraciət belə edilməmişdir. Məhkəmə X11nu təqsirli bilib cəza versə də zənnimcə bu cinayət hadisəsinin baş verməsinə tək səbəb X8 deyil, həm də onun işlədiyi olduğu X5. X14 Birliyi səhlənkar əməkdaşlarının vurduğu zərəri ödəməlidir. Beləliklə, cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində mənə maddi və mənəviziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində mənim mənəvi sarsıntı keçirməyim mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququm vardır. Qanunvericilik isə bu halda mənəviziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan, bir başa zərər çəkən olaraq keçirdiyim stres, narahatlıq, məyusluq, mənəvisarsıntı və s. kimi halları nəzərə alaraq mənə, dəymiş mənəvizərər cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq mənə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsi haqqında xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, müayinə olunan şəxs İddiaçıdur, o üçüncü dərəcəli əlildir, qiymətləndirmə xx.xx.2016-cı ildə aparılmış, diaqnozda Baş və boynun üçüncü dərəcəli termiki yanığı , Sifətin, hər iki qulağın , boyunda, hər iki said və əlləridə, sol ayağında İİ-İİİA-İİİB dərəcəli termiki yanığı.Bədənin bir neçə nahiyəsinin heç olmasa bir nahiyədə üçüncü dərəcəli yanıq göstərilməklə termiki yanıqları,Bədən səthinin 20-29% sahəsinin termiki yanığı qeyd edilmiş, əlilliyinin səbəbi ümumi xəstəlik olmuşdur, həmçinin o qismən əmək qabiliyyətsizdir. İş materiallarında olan Ağcəbədi Rayon Məhkəməsinin 1(017)58/2013 saylı 25 sentyabr 2013-cü il tarixli Hökmünün təsdiq edilmiş surətindən görünür ki, X1 rayonu X17 2 saylı Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinə beşinci dərəcəli Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləyərkən "Qaz təsərrüfatı təhlükəsizliyi qaydaları"-nın 3.84, 3.102, 9.239 bəndlərini və "Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə Təlimat"-ın 1.3, 1.11 bəndlərinin və peşə təlimatının tələblərini pozaraq ünvan 2 ünvanda X9 məxsus təsərrüfat evində tüstü borusunun damın 0,5 metr hündürlükdə olmadığını aşkarladığı halda həmin nasazlığı aradan qaldıraraq bu barədə rəsmi qaydada xidmət rəisinə və ya sahə ustasına məlumat verməmiş, qeyd edilən ünvanda qızdırıcı sobalarda alov söndükdə və tüstü bacasında lazımi seyrəlmə olmadıqda odluqların söndürülməsini təmin edəcək avtomatik qurğu ilə təchiz edilməsini təmin etməmiş, qaz avadanlıqlarına texniki xidmət zamanı nasazlıqlar aşkar etsə də qaz cihazı istismar olunan qaz şəbəkəsindən açmamış, plomblamamış və bu barədə xidmət rəisinə və ya xidmət ustasına rəsmi məlumat təqdim etməmiş, texniki baxış zamanı qaz sobasının qeyri standart olmasını aşkarladığı halda evə daxil olan ümumi xətdə qaz təminatını dayandırmamış və müvafiq akt tərtib etməmiş, daxili qaz avadanlığına texniki baxış və xidmətin əsas məqsədi bina daxilində istismar olunan qaz kəmərlərinin və məişət qaz cihazlarının istismara yararlığını təyin olunması və qaz cihazlarından təhlükəsiz istifadə qaydaları üzrə mənzil sahibini təlimatlandırmamış, işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi üzündən 27 fevral 2013-cü il tarixdə 17 radələrində X12 məxsus ünvan 2 ünvanda yerləşən evin həyətində tikilmiş təsərrüfat evində yanan qaz sobası külək olduğu üçün sönmüş, nəticədə qaz axını açıq qaldığı üçün evə dolmuş və orada kirayənişin yaşayan İddiaçı qazın kəsildiyini görərək yenidən həmin qaz sobasını yandırmaq istəyərkən yanğınla müşayət olunmayan partlayış baş vermiş, hadisə zamanı İddiaçı yanıq xəstəliyi, sifətin, hər iki qulağın, boyunun, hər iki said və əllərin, sol ayağın ikinci, üçüncü "a", üçüncü "b" dərəcəli termiki yanığı ilə müşayət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti almış, bununla da İddiaçı qanuni mənafeyinə mühüm zərər vurmuşdur. Həmin Hökm ilə X8 Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsilə təqsirli bilinib, 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarinda rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan “Hökmün icrası barədə” Göstərişdən görünür ki, Ağcəbədi rayon Məhkəməsinin X2 haqqında 1(017)58/2013 saylı 25 sentyabr 2013-cü il tarixli yekun qərarı icra edilməsi üçün Ağcəbədi rayon İcra qrupunun rəhbərinə göndərilmişdir. İş materiallarında olan X7 Haqqında EM-913VK-9720/25 nömrəli müqavilədən görünür ki, hüquqi yardım göstərilən (müdafiə olunan) şəxs İddiaçı Qəzənfər oğludur, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 (sözlə: üç yüz) manat müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, 300 manat məbləğində pul İddiaçı tərəfindən Ekol vəkil bürosuna ödənilmişdir. İş materiallarında olan "X18" X23 tərəfindən xx.xx.2025-ci il tarixdə göndərilmiş İddiaçı sorğusuna cavabdan görünür ki, vətəndaş İddiaçı xx.xx.2013-cü il tarixində X15 Yanıq mərkəzinə daxil olub. Diaqnoz: Sifətin, hər iki qulağın, boyunu, hər iki said əlin, sol ayağın İİ-İİİA-İİİB dərəcəli termiki (alov) yanığı. S=24-25% Xəstəyə xx.xx.2013-cü il tarixində autodermoplastika əməliyyatı olub. Xəstənin sağ budundan hər iki said, əl və barmaqlarına sərbəst dəri köçürülüb. Xəstə xx.xx.2013-cü il tarixində kafi vəziyyətdə evə yazılıb. Xəstə xx.xx.2021-ci il tarixində yenidən müayinə və müalicə üçün Yanıq mərkəzinə müraciət edib. Diaqnoz: Yanıq sonrakı vəziyyəti: Sifətin, hər iki said, bilək və əllərin, barmaqların, hər iki qulağın, sol ayağın İİİİİİ dərəcəli termiki yanıqdan sonrakı hipertrofik kelloid dartıcı çapıqları, barmaqlarda bitişmələr, sağ əlin İİ-İİİ barmaqlarının mürəkkəb konturakturası. Xəstə xx.xx.2021-ci il tarixində evə yazılıb. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, X8 cavabdeh təşkilatın işçisi (Ağcabədi rayonu X17 2 saylı Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinə beşinci dərəcəli Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər) olduğu vaxt əmək funksiyalarının icrası zamanı öz xidməti vəzifələrini yerinə yetirməməsi nəticəsində ünvan 2 ünvanında xx.xx.2013-cü il tarixdə partlayış baş vermişdir, hadisə nəticəsində ünvanda kirayədə yaşayan İddiaçı qazın kəsildiyini görərək yenidən həmin qaz sobasını yandırmaq istəyərkən yanğınla müşayət olunmayan partlayış baş vermiş, hadisə zamanı o həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti almış, Ağcəbədi Rayon Məhkəməsinin 1(017)58/2013 saylı 25 sentyabr 2013-cü il tarixli Hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsilə təqsirli bilinib, 1 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarinda rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir, iddiaçı xx.xx.2013cü il tarixində X15 Yanıq mərkəzinə daxil olmuş, xx.xx.2013-cü il tarixində autodermoplastika əməliyyatı olmuş, xx.xx.2021-ci il tarixində yenidən müayinə və müalicə üçün Yanıq mərkəzinə müraciət etmişdir, dəyən zərər məhz Cavabdeh İB-nin əməkdaşlarının Cavabdeh İB-nin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədardır. Bununla belə, hadisənin baş verməsində cavabdehin təqsirli, hüquqazidd əməlini istisna edən, hadisə nəticəsində iddiaçıya mənəvi ziyan dəyməsini istisna edən hallar məhkəmə tərərindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır ki, hazırki iş üzrə də Cavabdeh İB-nin işçilərinin hüquqa zidd – təqsirli əməli ilə baş vermiş partlayış hadisəsi nəticəsində iddiaçının yeganə oğlunun ölməsinin onda mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarması mübahisəsizdir. Bu, həm də onunla bağlıdır ki, iddiaçı ilə mərhum şəxs - oğlu arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması və ona dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya ödənilməsi tələbi ilə məhkəmə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə hesab edir ki, baş vermiş hadisə nəticəsində iddiaçının birbaşa zərər çəkən olaraq keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və digər diqqətəlayiq hallar nəzərə almaqla, vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədilə 20.000 manat məbləğində kompensasiyanın tutulması əsaslıdır. Məhkəmə, iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 300 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 300 manat pul məbləğini, hazırki iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10-cu maddəsinə əsasən Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı vəiztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Nyu-York Apellyasiya Məhkəməsi “McDougald v. Garber” işi üzrə 1989-cu il tarixli qərarında göstərmişdir ki, “Maddi zərər pulla kompensasiya edilə bilər; lakin mənəvi sarsıntı və iztirab və həyat eşqinin azalması kimi mənəvi zərərlərin ödənilməsi, pulun zərər çəkənin məruz qaldığı zərəri kompensasiya etməsi barədə hüquqi fiksiyaya söykənir … Biz, pulun ağrını azaldacağını və ya zərər çəkənin qabiliyyətini bərpa edəcəyini düşünməsək də, bu fiksiyanı qəbul edirik. Biz, itirilmişi qiymətləndirməyi ümid etmirik, lakin mövcud şəraitdə pul kompensasiyası təsəlli vasitəsi kimi çıxış edə bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli aralıq qətnaməsinə əsasən mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İB-dən vurulmuş mənəvi ziyana görə 20000 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddianın təmin edilmiş qiyməti nəzərə alınmaqla, dövlət rüsumu kimi 150 manat Cavabdeh İB-ə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən mənəvi ziyanın əvəzi qismində 20000 (iyirmi min) manat və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat tutularaq İddiaçı ödənilsin. Cavabdehndən dövlət rüsumunun əvəzi qismində 150 (yüz əlli) manat alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3015/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3015/2025
17.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver