Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3058/2024 05.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment ” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – 10 iyun 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin və X2 məqsədilə 200 manat miqdarında əlavə xərcin, mediasiya prosesi zamanı iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 16 dekabr 2003-cü il tarixində nikaha daxil olmuş və bu nikahdan 25 avqust 2004-cü il təvəllüdlü X13 və 10 iyun 2015-ci il təvəllüdlü X5 övladları dünyaya gəlmişdir. Xətai rayon Məhkəməsinin 2(011)- 6550/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında 16 dekabr 2003-cü il tarixdə bağlanılmış nikah pozulmuş və birgə nikahdan dünyaya gəlmiş övladları İddiaçı himayəsində saxlanılmışdır. Tərəflərin ilk övladı, 25 avqust 2004-cü il təvəllüdlü X13 artıq yetkinlik yaşına çatmış və hazırda Türkiyə Respublikasında təhsil almaqdadır. X8 bütün təhsil və yaşam xərclərini anası İddiaçı qarşılamaqdadır. İddiaçı bildirir ki, iddiaçı həm oğlunun, həm də qızının bütün xərclərini qarşılayır. Cavabdeh isə övladlarının qayğısına qalmaqla bağlı iddiaçıya heç bir köməklik göstərmir. Tərəflərin övladı 10 iyun 2015-ci il təvəllüdlü X12 hazırda anasının himayəsindədir və atası onun saxlanılmasında iştirak etmir. O cümlədən X12 uzun müddət sağlamlığı üçün loqopedik mərkəzdə loqopedik və psixoloji məşğələ keçir. Cavabdeh heç bir halda uşağın saxlanılmasında iştirak etmir və iddiaçı kiçik qızının təkbaşına saxlanılmasında çətinlik çəkir. Cavabdehin uşağın saxlanılmasında heç bir yardımı olmamışdır, halbuki övladın saxlanılması hər bir valideynin borcudur. Cavabdeh "xxxx" MMC-də çalışır və övladının saxlanılmasında iştirak etmək üçün yüksək gəlirə malikdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X9 məhkəmə iclasında bildirdi ki, iddia tələbinin aliment hissəsi ilə razıdırlar, lakin əlavə xərc hissəsi ilə razılaşamırlar. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-6550/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamə ilə iddia təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən 16 dekabr 2003-cü il tarixdə 755 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 25 avqust 2004-cü il təvəllüdlü X13 və 10 iyun 2015ci il təvəllüdlü X12 anaları-cavabdeh İddiaçı yanında saxlanılmaqla onun himayəsinə verilməsi qət olunmuşdur. İş materiallarında olan, AZE seriyalı 10673393 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki. X12 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. xx.xx.2024-cü il tarixli Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasından sonra prossesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçı tərəfindən 50 manat mediasiyaya dair və 10 manat kargüzarlıq xərci ödəmişdir. İş materiallarında olan, CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan gəlir məlumatlarından görünür ki, Cavabdeh "xxxx" MMC-də şöbə müdiri vəzifəsində işləyir, aylıq əmək haqqısı 1350 manat təşkil edir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli həkim psixiatrın müayinə vərəqəsindən görünür ki, X10 F98.5 kəkələmə, F80.0 nitq artikulasiyasının spesifik pozuntusu diaqnozu qoyulmuşdur. İş materiallarında olan, Loqopedik mərkəzin direktoru X11 tərəfindən verilmiş arayışdan görünür ki, X12 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi loqopedik mərkəzdə psixoloji və loqopedik məşğələ keçmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Əhalinin əsas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayıminimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Avropa Məhkəməsi hesab edir ki, fərdlərin nikah və ya valideynlik statusuna aid işlər şəxsi və ailə həyatı anlayışının tətbiq dairəsinə düşür. Uşaqla onun valideynləri arasında elə bağlılıq əlaqəsi mövcuddur ki, hətta onun valideynləri daha birgə yaşamasalar belə və ya münasibətlərinə son qoysalar belə, həmin əlaqə “ailə həyatı” təşkil edir (Berrehab Niderlanda qarşı). Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını dinləyərək, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-6550/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 25 avqust 2004-cü il təvəllüdlü X13 və 10 iyun 2015-ci il təvəllüdlü X12 anaları İddiaçı yanında saxlanılmaqla onun himayəsinə verilməsi qət olunmuşdur. Hal-hazırda iddiaçı ərizəsində “10 iyun 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin və X2 məqsədilə 200 manat miqdarında əlavə xərcin” cavabdehdən alınaraq iddiaçıya verilməsini göstərmişdir. Alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində müəyyən edilməlidir, bu miqdarda alimentin tutulması Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, cavabdeh "xxxx" MMC-də şöbə müdiri vəzifəsində işləyir, 1350 manat məbləğində əmək haqqı alır. Məhkəmə iddia tələbinin X2 məqsədilə 200 manat miqdarında əlavə xərcin tutulmasına dair hissəyə dair münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan, xx.xx.2024-cü il tarixli həkim psixiatrın müayinə vərəqəsindən görünür ki, X10 F98.5 kəkələmə, F80.0 nitq artikulasiyasının spesifik pozuntusu diaqnozu qoyulmuş, loqopedik mərkəz trərəfindən verilmiş arayışdan görünür ki, X12 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi loqopedik mərkəzdə psixoloji və loqopedik məşğələ keçmişdir. Nitq yalnız insana xas olan xüsusi və ən mükəmməl ünsiyyət formasıdır. Şifahi ünsiyyət (ünsiyyət) prosesində insanlar fikir mübadiləsi aparır, bir-birinə təsir edir. Nitq ünsiyyəti dil vasitəsilə baş verir. X3 və nitq artikulasiyasının spesifik pozuntusu olduğundan və bu hal öz təsdiqini tapdığından uşağın səlis danışması və normal nitq qabiliyyətinə malik olması valideynlərin təsirindən əlavə, bu sahə üzrə mütəxəssislərindən də köməyindən asılıdır. Odur ki, hazırkı mərhələdə onun mütəmadi olaraq mütəxəssis yardımı alması zəruri olduğundan iddia həmin hissədə təmin edilməlidir. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də 10 iyun 2015-ci il təvəllüdlü X1 üçün alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi, yəni xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 50 manat mediasiyaya dair və 10 manat kargüzarlıq xərci olmaqla cəmi 60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 10 iyun 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment və hazırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq 10 iyun 2015-ci il təvəllüdlü X6 müalicə xərclərinə görə hər ay 200 (iki yüz) manat vəsaitin tutularaq İddiaçı ödənilsin. 50 (əlli) manat mediasiyaya dair və 10 (on) manat kargüzarlıq xərci olmaqla cəmi 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması müddəti xx.xx.2024-cü il tarixdən müəyyən edilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-3058/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3058/2024
05.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver