Məhkəmə qərarları › İş №e-2(011)-3123/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3123/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3123/2023 16.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi tələbi barədə” iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı Cavabdeh 430 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 460 manat pul məbləğinin alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “HYUNDAİ HD 65” markalı, **-RE-*** dövlət nömrə nişanlı yük avtomobili xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il mart ayının 30-da cavabdeh X1 hüququ (müfaviq kateqoriya) olmadan idarə etdiyi “HYUNDAİ HD 65” markalı, **-RE-*** dövlət nömrə nişanlı yük avtomobili ilə Bakı şəhəri, Binəqədi şossesində “MERCEDES BENZ E220” markalı, **-UU-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Binəqədi DYPŞ-nin xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.2-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Binəqədi DYPŞ-in xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.2-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 3301 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “MERCEDES BENZ E220” markalı, **-UU-*** dövlət nömrə nişanlı avtomobillə 430 manat məbləğində ziyan dəymişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində 430 manat sığorta məbləği zərərçəkmiş şəxs X6 ödəmişdir. Cavabdeh məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı "xxxx" ASCnin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarında olan sığortaçı "xxxx" ASC ilə sığortalı X7 arasında bağlanmış icbari sığorta müqaviləsinin surətindən görünür ki, X4 məxsus “HYUNDAİ HD 65” markalı, **-RE-*** dövlət nömrə nişanlı yük avtomobili sığortaçı tərəfindən sığortalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, PXA83806 saylı siğorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış “HYUNDAİ HD 65” markalı, **-RE-*** dövlət nömrə nişanlı yük avtomobil “Mercedes Benz E220” markalı, **-UU-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. 430 manat məbləğində sığorta ödənişi X6 ödənilmişdir. İş materiallarında olan İXP 38668077 nömrəli xx.xx.2021-ci il tarixli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə “HYUNDAİ HD 65” markalı, **-RE-*** dövlət nömrə nişanlı yük avtomobili idarə edən Səmədov X2 Xətalar Məcəlləsinin 332.2, 327.1-ci maddələrində nəzərdə tutulan xətanı törətmişdir. İş materiallarında olan TP4280593 nömrəli xx.xx.2021-ci il tarixli İnzibati Tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə “HYUNDAİ HD 65” markalı, **-RE-*** dövlət nömrə nişanlı yük avtomobilini idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.2, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş “Autobox automobile services” tərəfindən verilmiş qiymətləndirmə aktının surətindən görünür ki, “Mercedes Benz E220” markalı, **-UU-*** dövlət nömrə nişanlı avtomobilin təmiri 430 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, 430 manat məbləği xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin bank hesabından AZ07HAJC******************** saylı hesaba məxaric edilmişdir. xx.xx.2021-ci il tarixli “sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktı”ndan görünür ki, AZ07HAJC******************** saylı hesab nömrəsi üzrə sığorta ödənişinin alınması üçün plastik kart X6 təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli 05-01-536 saylı bildirişin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh sığorta ödənişinin icra olunması ilə bağlı bildiriş ünvanlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. (bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır). Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi hallar, yəni Cavabdeh tərəfindən idarə olunan “HYUNDAİ HD 65” markalı, **-RE-*** dövlət nömrə nişanlı yük avtomobilin “Mercedes Benz E220” markalı, **-UU-*** dövlət nömrə nişanlı avtomobillə toqquşması, bunun nəticəsində sonuncu avtomobilə zərər dəyməsi və yol-nəqliyyat hadisəsi törətmiş Cavabdeh idarə etdiyi “HYUNDAİ HD 65” markalı, **-RE-*** dövlət nömrə nişanlı yük avtomobilini idarə etmək üçün hüququnun olmaması iş materialları ilə sübut olunur. Sahibinin mülki məsuliyyəti icbari qaydada sığortalanmış “HYUNDAİ HD 65” markalı, **-RE-*** dövlət nömrə nişanlı yük avtomobili ilə “Mercedes Benz E220” markalı, **-UU-*** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilə vurulmuş ziyanın iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırılması və X5 hesabına 430 manat məbləğində pul vəsaitinin köçürülməsi də iş materialları ilə təsdiq olunur. Bununla da, “HYUNDAİ HD 65” markalı, **-RE-*** dövlət nömrə nişanlı yük avtomobilini idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi nəticəsində sığorta hadisəsinin baş verməsi və onun nəticəsində "xxxx" ASC tərəfindən “Mercedes Benz E220” markalı, **-UU-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin ödənilməsi səbəbindən "xxxx" ASC-nin subroqasiya qaydasında dəymiş ziyanın aradan qaldırılması üçün ödənilmiş pul vəsaitini cavabdehdən tələb etmək hüququ vardır. Buna görə də "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddiası təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 430 (dörd yüz otuz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar