Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-315/2022 18.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh11 və Cavabdeh5 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh11, Paşayev Aİlahverdi Sahibəddin oğluna, Cavabdeh9 Şayəddin oğluna, Cavabdeh8, Cavabdeh7, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə, X23 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh3, Cavabdeh6, X30, üçüncü şəxslər Bakı şəhəri 6 saylı notariat ofisinə, Bakı şəhəri 11 saylı notariat ofisinə, Bakı şəhəri 15 saylı notariat ofisinə, Bakı şəhəri 27 saylı notariat ofisinə, Bakı şəhəri 28 saylı notariat ofisinə, Bakı şəhəri 38 saylı notariat ofisinə, Bakı şəhəri 51 saylı notariat ofisinə, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Omlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “müqavilələrin ləğv və etibarsız hesab edilməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh11, Paşayev Aİlahverdi Sahibəddin oğluna, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə, X23 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh3, Cavabdeh6, X30, üçüncü şəxslər Bakı şəhəri 6 saylı notariat ofisinə, Bakı şəhəri 11 saylı notariat ofisinə, Bakı şəhəri 15 saylı notariat ofisinə, Bakı şəhəri 27 saylı notariat ofisinə, Bakı şəhəri 51 saylı notariat ofisinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “müqavilələrin ləğv və etibarsız hesab edilməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - "İnfiniti FX35" markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 2011-ci ‘il tarixdə dəyəri olmuş 50000 manat pulun Cavabdeh2 alınaraq ona verilməsi; - **-VL-*** dövlət qeydiyyat nişanının Cavabdeh10 alınaraq ona qaytarılması; - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsinə dair 29.03.2013-cü il tarixdə X49 ilə Cavabdeh4 arasında 11 saylı DNK-da bağlanmış 4ə/163 reyestr nömrəli alqı-satqı müqaviləsinin; - Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 106, 70 saylı mənzilə dair Bakı şəhəri 27 saylı Notariat kontorunda 20.05,2014-cü il tarixdə Cavabdeh3 adına tərtib olunmuş bağışlama müqaviləsinin və Cavabdeh3 ilə Cavabdeh11 arasında 17.02.2016-cı il tarixdə 51 saylı DNK-da bağlanmış 4Ə-122 reyestr nömrəli alqı-satqı müqaviləsinin, toıpaq sahəsi və mənzilə dair Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş mülkiyyət hüquqlarına dair çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələblərini onunla əsasladırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev 106-da yerləşən 2 otaqlı 70 saylı mənzil, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsi və "İnfiniti FX35" markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobili onun mülkiyyətində olmuşdur. Sonradan həmin əmlaklar cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətindən çıxarılaraq özgəninkiləşdirilmişdir. Belə ki, "İnfiniti FX35" markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil 04.05.2011-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BDYPİ-də Cavabdeh2 adına alğı-satqı müqaviləsi əsasında sənədləşdirilmişdir. Həmin vaxt avtomobilin dəyəri 50000 manat olmuşdur. Cavabdeh2 həmin avtomobili 22.12.2012-ci il tarixdə Cavabdeh9 satmış və pulunu mənimsəmişdir. Bununla da Cavabdeh2 ona 50000 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa, avtomobilin **-VL-*** dövlət qeydiyyat nişanı Cavabdeh2 tərəfindən Cavabdeh9 verilmiş, daha sonra həmin qeydiyyat nişanı Cavabdeh10 məxsus "BMW-750" markalı avtomobilə təhkim olunmuşdur. Bundan başqa, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs., 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsi 29.03.2013cü il tarixdə 11 saylı DNK-da 4ə/163 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X49 tərəfindən Cavabdeh4 satılmışdır. Nərimanov rayonu F.X.Xoyski küçəsi ev 106, 70 saylı mənzil Bakı şəhəri 27 saylı Notariat kontorunda 20.05.2014-cü il tarixdə Cavabdeh3 adına bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirmiş, onun adına həmin mənzilə dair çıxarış alınmışdır. Cavabdeh3 Cavabdeh2 vasitəsilə həmin mənzili 17.02.2016-cı il tarixdə 51 saylı DNK-da 4Ə-122 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh11 satmışdır. Bütün bu əmlaklara dair bağlanmış müqavilələrdən məlumatı və razılığı olmamış və cavabdehlər bunları özbaşına etmişlər. Qeyd olunanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmuş və göstərdiyi faktlar öz əksini tapmışdır. Prosesin gedişatında iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iş üzrə başqa şəxslərin də cavabdeh kimi cəlb olunmasını zəruri hesab edir. Belə ki, iddia ərizəsində qeyd olunan müqavilələrin bağlanmasında Cavabdeh9, Cavabdeh8, Cavabdeh7, X49 (hüquqi varislər Quliyev İJlvi Qardaşxan oğlu və Quliyev Zül fəli Qardaşxan oğlu), Cavabdeh6 və Cavabdeh5 da iştirak etmişlər. İş üzrə qəbul olunacaq qərar onların qanuni mənafelərinə toxuna bilər. Ona görə də həmin şəxslər əlavə cavabdeh kimi işə cəlb olunmalıdırlar. Mülkiyyətində olan "İnfiniti FX35" markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 adına sənədləşdirildiyi vaxt avtomobilin dəyəri 32000 manat olmuşdur. Avtomobilin **-VL-*** dövlət qeydiyyat nişanı dəyişdirilərək ona yeni **-VB-*** qeydiyyat nişanı təhkim edilmişdir. O, alqı-satqını onun adından Cavabdeh3 tərəfindən saxta yolla tərtib olunmuş etibarnamə əsasında həyata keçirilmişdir. Belə ki, Rusiya Federasiyası Tümen vilayəti, Xantı-Mansiysk vilayəti. Radujnıy şəhərində 02-01/489000 nömrəli, 17.08.2010-cu il tarixdə hazırlanması adı ilə əldə olunmuş saxta etibarnaməyə əsasən guya o, Cavabdeh2 avtomobilə dair etibarnamə vermişdir. İ.akin, heç-vaxt heç kəsə belə bir etibarnamə verməmişdir. Bunu notarius K.V.Osipovun 25.03.2020ci il tarixli məktubu və həmin iş üzrə aparılan cinayət işi üzrə istintaq orqanına təqdim olunmuş 08.06.2020-ci il tarixli məhkəmə-xəttşünaslıq ekspertizasının rəyi də təsdiq edir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs., 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsi 29.03.2013-cü il tarixdə 11 saylı DNK-da 4ə/163 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən adından etibarnamə ilə X49 tərəfindən Cavabdeh4 satılarkən bir neçə saxta etibarnamələrdən istifadə olunmuşdur. Belə ki, adından Cavabdeh3 adına 6 saylı notariat kontorunda 31.10.2011-ci il tarixdə ƏN-İ seriyalı, 287878 saylı saxta baş etibarnamə tərtib olunmuş, daha sonra həmin etibarnamədə müəyyən olunan səlahiyyətlər 38 saylı notariat kontorunda 20.06.2012-ci il tarixdə Cavabdeh2 ötürülmüş, daha sonra isə həmin etibarnamədə müəyyən olunan səlahiyyətlər notarius E.H.Qurbanov tərəfindən 27.06.2012-ci il tarixdə verilmiş qanunsuz etibarnamə ilə Cavabdeh2 tərəfindən X31 ötürülmüşdür. X49 da həmin etibarnamədən istifadə edərək torpaq sahəsini Cavabdeh4 satmışdır.Cinayət işi üzrə istintaq orqanına təqdim olunmuş 08.06.2020-ci il tarixli məhkəmə-xəttşünaslıq ekspertizasının 4/59 saylı rəyinə əsasən 31.10.2011-ci il tarixli, ƏN-İ seriyalı, 287878 saylr etibarnamədə olan "İmza" qrafasındakı imza və "Quliyeva" soyadı onun tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Etibarnamənin tərtibi zamanı notariat kontorunda Cavabdeh1 özünü onun adından təqdim etmişdir. Daha sonra, həmin torpaq sahəsi 28 saylı Notariat kontorunda 08.10.2013-cü il tarixdə bağlanmış 4Ə-1-289 reyestr nömrəli alğı-satqı müqaviləsi ilə Cavabdeh4 tərəfindən Cavabdeh5 satılmışdır. Həmçinin, Nərimanov rayonu F.X.Xoyski küçəsi ev 106, 70 saylı mənzil X15 tərəfindən Bakı şəhəri 27 saylı Notariat kontorunda 20.05.2014-cii il tarixdə X5 adına bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilərkən də saxta etibarnamədən istifadə olunmuşdur. Belə ki, adiindan Cavabdeh6 adına notarius A.K.Məmmədov tərəfindən (indiki 15 saylı notariat kontorunda) 20.02.2013-cü il tarixdə saxta baş etibarnamə tərtib olunmuş, daha sonra həmin etibarnamədə müəyyən olunan səlahiyyətlər Cavabdeh6 tərəfindən 15 saylı notariat kontorunda 18.09.2013-cii il tarixdə X10 ötürülmüşdür. X15 da həmin etibarnamədən istifadə edərək mənzili X7 bağışlamışdır. Cinayət işi üzrə istintaq orqanına təqdim o!unmuş ekspert rəyinə əsasən etibarnamədə olan "İmza" qralasındakı imza. Quliyeva’ soyadı və ********** rəqəmləri onun tərəfindən deyil, Cavabdeh1 tərəfindən icra olunmuşdur. Etibarnamənin təsdiqi zamanı notariat kontorunda cavabdeh X61 özünü onun adından təqdim etmişdir. X2 qardaşı Ülvi Qulivev (11 saylı notariat kontoru tərəfindən verilmiş 29.06.2012-ci il tarixli etibarnamə) vasitəsilə həmin mənzili 17.02.2016-cı il tarixdə 51 şaxlı DNK-da 40-122 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh11 satmışdır. Yuxanda qeyd olunanları nəzərə alaraq: - "İnfiniti FX35" markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2011-ci il tarixdə dəyəri olmuş 32000 manat pulun Cavabdeh2 alınaraq ona verilməsi; - **-VL-*** dövlət qeydiyyat nişanının Cavabdeh10 alınaraq ona qaytarılması; - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs., 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsi barəsində 29.03.2013-cü il tarixdə X42 ilə Cavabdeh4 arasında 11 saylı DNK-da bağlanmış 4ə/163 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, S.H.İMirzəyev ilə Cavabdeh5 arasında 28 saylı notariat kontorunda 08.10.2013-cü il tarixdə bağlanmış 4Ə-1-289 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv olunması; - Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 106, 70 saylı mənzilə dair Bakı şəhəri 21 saylı Notariat kontorunda 20.05.2014-cü il tarixdə X15 tərəfindən X6 adına tərtib olunmuş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 ilə Cavabdeh11 arasında 17.02.2016-cı il tarixdə 51 saylı DNK-da bağlanmış 40-122 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv olunması və qeyd olunan torpaq sahəsi və mənzilq dair Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş mülkiyyət hüquqlarına dair çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər X16 və Cavabdeh2 iddia ərizəsinə etiraz edərək göstərmişdirlər ki, iddia ərizəsi tamamilə əsassızdır və bu səbəbdən də rədd edilməlidir. Belə ki, “İnfiniti FX35” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsus olmuşdur. Həmin avtomobil 2007-ci ildə alınmışdır. 2011-ci il tarixdə qardaşı Liitvəli ona öz tanışı vasitəsi ilə etibarnamə göndərmiş, o da, həmin etibarnaməni hava limanından götürmüşdür. Sonradan Liitvəli Cavabdeh2 2011-ci il tarixdə avtomobili öz adına keçirməsini, banka girov qoyaraq pul götürüb ona göndərməsini xahiş etmiş o da, avtomobili öz adına keçirmiş, bankdan pul götürüb qardaşı Lütfəliyə Dağıstan Respublikasında vermişdir. Həmin avtomobili adına keçirtdikdən sonra Yeganəyə və qardaşı Lütfəliyə etibarnamədə vermişdir. Yəni hər ikisinin razılığı ilə adına avtomobil rəsmiləşdirilmişdir. Əgər qanunsuz olaraq maşını öz adına keçirtsəydi, onda niyə onlara etibarnamə verirdi. Sonradan həmin avtomobili qardaşı Liitfəlinin göstərişi ilə X3 və pulu Anar qardaşı Lütfəliyə vermişdir Qardaşı Lütfəli (Əli) avtomobilin üzərində olan **-VL-*** qeydiyyat nişanını isə Sahibbədindən aldıqla borcun əvəzinə ona vermişdir. Bu halı Sahibəddin də təsdiq etmişdir. İddiaçı hazırkı iddia tələbində göstərilən xüsusuatlarla bağlı Nərimanov rayon Polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, Yanvar 2021-ci il tarixli Nərimanov Rayon Polis İdarəsinin qərarına əsasən “İnfiniti FX35” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilin dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə X38 və Cavabdeh3 əməlində A.R CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində cinayət təqibinə xitam verilmişdir. Nərimanov Rayon Polis idarəsinin yanvar 2021-ci il tarixli qərarı ilə müəVən edilmişdir ki. “İnfıııiti FX35” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobili sataraq pulu əldə edən şəxs iddiaçının əri X24r. Yəni, qərarla sübut olunmuşdur ki, Cavabdeh2 Quliyeva Yegnəyə məxsus avtomobili onların razılığı ilə satmış və əldə olunmuş pul vəsaitini isə əri Əli (Lütfəli) Quliyevə vermişdir. Yanvar 2021-ci il tarixli Nərimanov Rayon Polis İdarəsinin cinavət işinin icraatına xitam verilməsi barədə qərarına əsasən Bakı şəh., Badamdar qəs, 1-ci vaşavış massivi ünvanında verləşən torpaq sahəsinin ələ keçirilməsi xüsusatı üzrə aparılan cinayət təqibinə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Qərarın 13-cü bəndinə əsasən torpaq sahəsinin dələduzluq yolıı ilə ələ keçirilməsi X17 və X23 əməlində A.R.Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətİəri olmadığından onların barəsində cinavət təqibinə A.R.CPM-ııin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki. mərhum ataları X49 26.03.2014-ci il tarixdə Lütfəli (iddiaçının həyat yoldaşı) ilə birlikdə notariat kontoruna getmiş, orada torpağı Seyran adlı şəxsə satmışdır. Alınan pul Lütfəliyə verilmişdir, ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin satışından pulu əldə edən şəxs onun əri X63 (Quliyev Lütfəli) oğludur. Bu fakt salıid ifadələri, həmçinin cinayət isi materiallarında olan X63 (Quliyev Lütfəli) oğlunun özünün xətti ilə yazdığı imzası ilə təsdiq etdiyi ərizəsi ilə tam təsdiq olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, Nərimanov ravonu, F.X.Xovski küçəsi ev 106, mənzil 70-i Bakı səhəri 27 saylı Notariat kontorunda 2.0.05.2014-ci il tarixdə Qulizadə Əli (Quliyev Liitvəli) qardaşı Zülfinin adına bağışlamışdır. X65 (Quliyev Liitvəli) istəyi ilə Bank Standard QSC-yə girov qoyularaq bankdan 50.000 manat kredit alınmışdır. Həmin pulu Əli Quizadə (Quliyev Liitvəli ) götürmüşdür. Bu hal Quluzadə Əlinin (Quliyev Liitvəli) öz. ifadəsi ilə və ərizəsi ilə və şahid ifadələri ilə tam təsdiqini tapmışdır. Əli Quluzadə öz ifadəsidə göstərir ki, banka olan borcunu ödəyə bilməmişdir və qardaşı Cavabdeh2 müraciət etmişdir. Cavabdeh2 də pul vermiş və banka olan borcunu qaytarmışdır. Sonra qardaşı Cavabdeh3 ona yerdiyi etibarnamə əsasında mənzili Cavabdeh11 adlı şəxsə satmış, evin satışından artıq qalan pul iddiaçının həyat yoldası Qulivey Liitvəli (Quluzadə Əli) verilmişdir. Qərara əsasən mənzilin ələ keçirilməsi xüsusatı üzrə aparılan cinavət təqibinə və cinavət işinin icraatına Azərbavcan Respublikasının ĞPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddianı qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında izahat vermiş Cavabdeh11 göstərmişdir ki, ev almaq üçün Eldar adlı maklerə müraciət etmiş, o da, 3-4 ədəd ev göstərmişdir. Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 106, 70 saylı mənzilə baxmışdır. Satan Ülvi olmuşdur. Onu heç vaxt tanımamışdır. Pulunu verib mənzili almışdır. Eşitdiyinə görə Ülvinin qardaşı xəstə olduğundan mənzili satmışdır. Hazırda həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş cavabdeh X50 göstərmişdir ki, 25 ildir, Badamdarda yaşayır. Torpaq sahəsi almaq üçün alqı-satqı şirkətinə müraciət etmişdir. Ağabəy adlı maklerin vasitəsi ilə Bakı Şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0.0400 ha torpaq sahəsini 08.10.2013-cü ildə Cavabdeh4 130000 ABŞ dollarına almışdır. Seyranı ondan qabaq tanımamışdır. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh1, Cavabdeh4, Paşayev Aİlahverdi Sahibəddin oğlu, Cavabdeh9 Şayəddin oğlu, Cavabdeh8, Cavabdeh7, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nnin nümayəndəsi, Cavabdeh6, üçüncü şəxslər- Bakı şəhəri 6 saylı, 11 saylı, 15 saylı, 27 saylı, 28 saylı, 38 saylı, 51 saylı notariat ofisilərinin və Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Omlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin və üçüncü şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X81 İdarəsinin 04.10.2019-cu il tarixli, 92063-1219 saylı arayışından görünür ki, "İnfiniti FX35" markalı, **-VL-*** dövət qeydiyyat nişanı avtomobil 04.05.2011-ci il tarixdə İddiaçı adından qeydiyyatdan çıxarılaraq Cavabdeh2 adına qeydiyyata alınmışdır. 22.12.2012-ci il tarixdə avtomobil Cavabdeh2 adında qeydiyyatda qalmaqla yalnız dövlət qeydiyyat nişanı deyişdirilərək nəqliyyat vasitəsinə yeni **-VB-*** dövlət qeydiyyat nişanı təhkim olunmuş və AB 901582 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. 23.10.2014-cü il tarixdə avtomobil komisyon mağazada satılması üçün Cavabdeh2 adından qeydiyyatdan çıxarılmış və dövlət qeydiyyat nişanı təhvil verilmişdir. "İnfiniti FX35" markalı avtomobil isə 23.10.2014-cü il tarixdə hesab-arayış əsasında Cavabdeh8 adına qeydiyyata alınaraq nəqliyyat vasitəsinə **-BP-*** dövlət qeydiyyat nişanı təhkim edilmişdir. 27.06.2019-cu il tarixdə isə avtomobil Cavabdeh8 adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanı deyişdirilmədən alqı-satqı müqaviləsi əsasında Cavabdeh7 adına təkrar dövlət qeydiyyatına alınmışdır. "İnfiniti FX35" markalı **-VL-*** dövlet qeydiyyat nişanlı avtomobil ilk dəfə gömrük vəsiqəsi əsasında X33 adına 02,08.2007-cı il tarixdə qeydiyyata alınmış və 02.08.2007-ci il tarixdə onun adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanı dəyişdirilmədən alqısatqı müqaviləsi esaslında İddiaçı adına təkrar dövlət qeydiyyatına alınmışdır. ' 04.05.2011-ci il tarixdə avtomobil Cavabdeh2 adına qeydiyyata alınmışdır. 22412.2012ci iİ tarixdə avtomobilin dövlət qeydiyyat nişanı təhvil verilmiş və Cavabdeh9 admına qeydiyyata alınmış "Mazda 9" markalı avtomobilə təhkim olunmuşdur. 17.09.2013-cü il tarixdə **-VL-*** dövlət qeydiyyat nişanı təhvil verildiyindən yenidən X4 adına qeydiyyata alınmış "X75” markalı avtomobilə təhkim olunmuşdur. 31.01.2015-ci il tarixdə avtomobilin **-VL-*** dövlet qeydiyyat nişanı təhvil verilmiş və Cavabdeh10 adına 07.10.2015-ci il tarixdə qeydiyyata alınmış "VAZ-21214" markalı avtomobilə təhkim olunmuşdur. 09.08.2016-cı il tarixdə qeyd olunan **-VL-*** dövlət qeydiyyat nişanı təhvil verilərək yenidən Cavabdeh10 adına 11.01.2018-ci iltarixdə qeydiyyata alınmış " BMW-750” markalı avtomobilə təhkım olunmuşdur. Hal-hazırda **-VL-*** dövlət qeydiyyat nişanı "BMW-750” markalı avtomobilə məxsusi olmaqla Cavabdeh10 adında qeydiyyatdadır. Azərbaycan Respublikası DƏDRX-nin Bakı Ərazi İdarəsinin 10.12.2021-ci il tarixli, **********94 saylı arayışından görünür ki, ünvan 2 ünvanı 6 saylı DNK-nın 4-Ə-3-628 reyestr nömrəli, 21.07.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyata alınmışdır. 27saylı NK-nın 4Ə-01/187 reyestr nömrəli, 20.05.2014-cü il tarixli bağışlama müqaviləsi əsasında həmin mülk Cavabdeh3 adına rəsmiləşdirilmişdir 51 saylı NK-nın 4ə-122 reyestr nömrəli, 17.02.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil Cavabdeh11 adına qeydə alınmışdır və hazırda mülkiyyətindədir. Bakı Şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0.0400 ha torpaq sahəsi 9 saylı DNK-nın 4-Ə-4/738 reyestr nömrəli, 03.11.2005-ci il tarixli alqısatqı müqaviləsinə əsasən İddiaçı adına qeydə alınmışdır (qeydiyyat tarixi-29.08.2006-cı il). Həmin torpaq sahəsi 11 saylı NK-nın 4Ə/163 reyestr nömrəli, 29.03.2013-cü il tarixli alqı- satqı müqaviləsinə əsasən Cavabdeh4 mülkiyyətinə verilmişdir. 28 saylı NK-nın 08.10.2013-cü il tarixli, 4Ə-1-289 reyestr nömrəli alqı-satqı müqaviləsinin imzalanması ilə qeyd olunan torpaq sahəsi Cavabdeh5 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədır. Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin Ağır cinaətlərin istintaqı şöbəsinin baş müstəntiqi C.Kərimovun “Cinayəl işinin icraatına xilam verilməsi haqqında” 11.03.2022-ci il tarixli qərarının surətindən görünür ki, ********* nömrəli cinayət işinin başlanılmasına səbəb və əsas Cavabdeh2 2012-ci ilin iyun ayında sabiq qardaşı arvadı Cavabdeh1 məxsus torpaq sahəsində ev tikmək üçün Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətindən icazə almaq adı ilə digər qardaşı X15 vasitəsi ilə Cavabdeh1 15.000 manat pul alması, daha sonra isə evi tikmək üçün Bakı şəhəri. Nərimanov rayonu. F.X.Xoyski küçəsi 106 saylı binada Cavabdeh2 Cavabdeh1 daha 13.000 manat pul alması, lakin Cavabdeh2 vədinə əməl elməyərək dələdizluq yolu ilə Cavabdeh1 külli miqdarda əmlakını qəsdən ələ keçirməsi barədə sonuncunun şikayət ərizəsi əsasında toplanmış materiallar olmuşdur. 170066045 nömrəli cinayət işi 12.04.2017-cı il tarixdə Nərimanov rayon prokuroru, baş ədliyyə müşaviri Vüqar Əliyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 178.3.2-ci maddəsi ilə başlanmışdır. 28.07.2018-ci il tarixdə istintaq şöbəsinin baş müstəntiqi Rəfael Cəfərova tərəfindən qəbul edilmiş “cinayət işinin tövsif edilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında" qərara əsasən cinayət işi Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.2- ci maddələrindən həmin məcəllənin 178.2.4 və 320.2-ci maddələrinə tövsif edilmi ş və cinayət işinin icraatına xitam verilmişdir. 01.10.2019-cu il tarixdə həmin qərar ləğv edilərək əlavə istintaq aparılması üçün Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir. 26.06.2020-ci il tarixdə cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-in 39.1.2 və 39.1.3-ci maddələrinə əsasən xitam verilmişdir. , 17.09.2020-ci il tarixdə 26.06.2020-ci il tarixli xitam qərarı ləğv edilərək cinayət işinin icraatı təzələnməklə yenidən Nərimanov RPİ-in İŞ-nə göndərilmişdir. 25.01.2021-ci il tarixli qərarla cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-in 39.1.2 və 39.1.3-cü maddələrinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, |ll dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun 08.10.2021-ci il tarixli qərarı ilə cinayət işi üzrə xitam verilməsi haqqında 25.01.2021-ci il tarixli qərar ləğv edilmişdir. Cinayət işi üzrə zərərçəkmiş qismində tanınaraq dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, X12 ilə 1995-ci ilin aprel ayında ailə qurmuşdur. Onun valideyinləri və qardaşları Rusiya Federasyasında yaşamışdır. Lütfəli ilə ailə qurandan sonra qaynatası Qardaşxanın evində yaşamış və 1995-ci ilin noyabr ayının sonlarında əri Lütfəli ilə, birlikdə X36 vilayətinin Raduqa şəhərinə köçüb 2014-çü ilə kimi orada yaşamışlar. Birgə nikahdan 1996-cı ildə Kənan və 1998-ci ildə Diana anadan olmuşdur. Əri Lütfəli 2016-cı ildə ad və soyadını dəyişərək Əli Quluzadə kimi rəsmiləşdirmişdir. O, Lütfəliyə qoşulub qaçdığına görə atası ona cehiz verməmiş, cehiz əvəzi 2000-ci ildə 17.000 ABŞ dolları pul vermişdir ki, özünə mənzil alsın. 2000-ci ildə qaynanası Lütfəliyə zəng etmişdir ki, oğlanları, yəni onun qayınları Ülvi və Zülfəli onların evlərini banka girov qoyub pul götürüblər. İndi də, bank evi əllərindən alıbdır, hazırda kirayə ev tutub yaşayırlar. 2001-ci ildə Rusiya Federasyasında yaşayan qardaşı Ceyhun yol qəzasında rəhmətə getmişdir. O, əri ilə birlikdə qardaşının cənazəsini Bakı şəhərinə gətirib dəfn edərək yas mərasimindən sonra atasının ona verdiyi 17.000 ABŞ dollarına Nərmanov rayonu F.X.Xoysk prospekti 106, 70 saylı mənzili onun adına almışlar. və tam təmir edərək ailəsi ilə 3 ay orada qalmışdır. 2006-cı ilin yay aylarında o, tək Bakı şəhərinə gəlib əri Lütfəlinin verdiyi 66.000 ABŞ dollarına Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivində 4 sot torpaq sahəsini 66.000 ABŞ dollarına öz adına almışdır. Həmin torpaq sahəsində 1 mərtəbəli tikili olsa da, yaşayış olmamışdır. 2007-ci ildə o, əri Lütfəlinin verdiyi pulla öz adına «İnfiniti FX 35» markalı avtomobili avtosalondan alıb 1,5 ay idarə edib sonra atasının həyətində olan dayanacaqda saxlayıb Rusya Federasyasına, ailəsinin yanına getmişdir. 2008-ci ildə Bakı şəhərinə gəlməmiş, 2009-cu ilin yay aylarında Bakı şəhərinə ailə üzvləri ilə birlikdə gəlib adına olan avtomobili atasının həyətindəki dayanacaqdan çıxarıb özü idarə etmişdir. 2010-cu ildə qayınları Ülvi və Zülfəli gizli olaraq qarajın qapısını açıb onun avtomobilin salonunda olan texniki pasportu götürüb onun adından Ülvinin adına saxta etibarnamə almışlar ki, güya həmin etibarnaməni o, X37 Quliyevin adına vermişdir. 2008-ci ildə Lütfəlinin biznesi iflasa uğramış və Lütfəli tək 2011-ci ilin qış aylarında qayıdıb Bakı şəhərinə gəlmişdir. Uşaqları təhsil aldıqlarına görə o, uşaqlarının yanında qalrmışdır. 2012-ci ilin yay aylarında uşaqları ilə birlikdə Bakı şəhərinə gəlmişdir və atasının həyətində qarajda saxladığı avtomobili çıxarıb idarə etmək istəmişdir. Bu vaxt əri Lütfəli demişdir ki, borcları olduğundan avtomobili satıb borcunu bağlamışdır. O, Lütfəlidən adına olan avtomobili onun iştirakı olmadan necə satdığını soruşduqda, bildirmişdir ki, qardaşı Ülvi sənədləşmə məsələsini həll etmişdir. Ərinə inandığına görə əlavə suallar verməmişdir. Çünki Lütfəli 2011-ci ildə Bakı şəhərinə gələndən sonra xəstələnmiş və özünü müayinə etdirəndə məlum olmuşdur ki, başında bəd xassəli şiş var. Bundan sonra Lütfəli atası evində valideyinləri və qardaşları ilə birlikdə yaşamağa başlamışdır. Həmin Xətai rayonu Fəhlə prospektində yerləşən həyət evini də, 2004-cü ildə əri Lütfəli öz pulu ilə atası Qardaşxanın adına almışdır. O, uşaqları ilə birlikdə Lütfəlinin yanında qaynatasının evində 1 ay yaşadıqdan sonra Nərmanov rayonu F.X.Xoysk prospekti 106, mənzil 70 ünvanında yerləşən 2 otaqlı mənzilinə köçüb 2 ay yaşamış və dərslər başladığından, uşaqları ilə birlikdə Rusiya Federasyasına getmiş, əri isə müalicəsi ilə bağlı Bakı şəhərində qalmışdır. O, Bakı şəhərinə gələndə Lütfəlinin əməliyyatı üçün 5.000 ABŞ doiları pul gətirmiş və həmin pulu Lütfəliyə verib getmişdir. 2013-cü ilin qış aylarında Lütfəli əməliyyat olunub ağ ciyərinin bir payını götürmüşlər. O, 2013-cü ilin yay ayında uşaqları ilə birlikdə Bakı şəhərinə gələrək qaynatası evində, bəzən isə Nərimanov rayonunda yerləşən adına olan mənzildə qalmışlar. Həmin vaxt Lütfəli yataq vəziyyətində müalicə alırmış. O,Badamdar qəsəbəsindən aldığı torpaq sahəsinə və evinə baxmamış, yay tətili başa çatdığına görə uşaqları ilə birlikdə qayıdıb Rusiyaya getmişdir. 2014-cü ildə Lütvinin başında olan xəstəliyi daha da kəskinləşmiş, oğlu Kənan Rusiya Federasiyasının Tümen şəhərində Gömrük Universitetinə qəbul olunduğuna görə o, Bakı şəhərinə gələ bilməmişdir. 2015-ci ilin yay aylarında o, uşaqları ilə birlikdə Bakı şəhərinə gəlib Lütfəlinin vəziyətinin daha da, pisləşdiyini görmüşdür. Yenə o, yay tətilində Bakıda qalıb sonra uşaqları ilə birlikdə Rusiyaya getmişdir. 2016-cı ildə o, uşaqları ilə yay tətilində Türkiyəyə istirahətə getmişdir. 2017-ci ildə Nərimanov rayon prokurorluğundan onun mobil telefonuna zəng edib onun Nərmanov rayonu F.X.Xoysk prospekti 106, mənzil 70 ünvanında yerləşən 2 otaqlı mənzilinin satıldığını, bu barədə qaynı Zülfəlinin keçmiş arvadı Cavabdeh1 dediyini bildirmişlər. O, Rozaya zəng edib maraqlananda sonuncu bildirmişdir ki, Ülvi ondan 28.000 manat borc pul götürüb qaytarmadığına görə o, Nərimarov rayon prokuroruna Ülvidən şikayət etmişdir, onun sübutları az olduğu üçün və Ülvinin qardaşı ilə birləşib onun mənzilini satdığını bildiyinə görə bu haqda prokurora məlumat veribdir. O, sonra Ülvidən şikayət etmişdir. 2019-cu ilin fevral ayında əri X27 gəlib orada müalicə götürmüşdür. O, isə tək Bakı şəhərinə gəiıb evi olmadığıbdan qaynatası evində qalmış və qayınları Ülvi və Zülfəlidən onun mənzilini nə üçün satdıqlarını soruşmuşdur. Onlar isə mənzili Lütfəlinin satdığını demışdr. O, Nərimanov rayon prokurorluğuna zəng edib onun şikayəti əsasında başlanmış cinayət işinin nəticəsi ilə maraqlanmış, bildirmişlər ki, gəlmədiyinə görə cinayət işinin icraatina xitam verilmişdir. 2019cu ilin payız aylarında əri Lütfəli Bakı şəhərinə gəlib, qardaşlarını bir yerə yığmışdır ki,” onu aldadıb avtomobilini, evini ələ keçiriblər, pulları gətirib qaytarın, Yeganə gedib təkrar şikayət etməsin.” Ülvi demişdir ki, “hardandır pul, bir az gözləyin.” O, qayınları heç bir ödəniş etmədiyinə görə, Nərimanov rayon prokurorluğuna gedib təkrar şikayət etmişdir. 2019-cu ilin yay aylarında o Badamdar qəsəbəsində aldığı 4 sot torpaq sahəsinin qonşuluğunda yaşayan İlqarın qaynatası evinə getmişdir. Oradan özünə aldığı torpaq sahəsinə baxanda görmüşdür ki, həmin torpaq sahəsində olan evi traktor sökür. Yaxınlaşıb qonşuluqda olan evə gözətçi duran kişidən soruşmuşdur ki, bu torpaq sahəsi və ev ona məxsusdur. Tikilini kim sökür, şikayət edəcəkdir. Ona bildirmişlər ki, həmin yeri Ülvi Seyran adlı bir kişiyə satıbdır. O, qaynatası evinə gəlib bu haqda Lütfiyə deyəndə hiss etmişdir ki, ərinin də xəbəri yoxdur. Lütfəli qardaşları Ülviyə və Zülfəliyyə zəng etmişdir ki, onun xəbəri olmadan torpaq sahəsini nəyə görə satıblar. Qaynatası və qaynanası demişlər ki, Lütfəli pul qazanıb gəlıb qardaşları da satıblar indi də, pulunu verərlər. O, adına olan torpaq sahəsinin onun xəbəri olmadan satılması ilə bağlı Səbail rayon polis idarəsinə şikayət etmişdir. Ondan və Lütfəlidəq təhqiqatçı izahat alarkən onlara sənədləri göstərib izah etmişdir ki, Ülvi onun adına olan torpaq sahəsini öz adına saxta etibarnamə ilə keçirib, öz adından isə atası, Qardaşxan Quliyevin adına saxta etibarnamə veribdir, qaynatası isə torpaq sahəsini Seyran adlı şəxsə satıbdır. O, notariat kontoruna gedib müəyyən etmişdir ki, Ülvi saxta etibarnamələr düzəltdirərək həmin torpaq sahəsini satıb pulunu ələ keçiribdir. İş izrə dindirilmiş Cavabdeh1 ilkin ifadəsində bildirmişdir ki, 2000-ci ildə X18 ilə rəsmi qaydada ailə qurmuşdur. Ailə qurduqdan sonra onun atası Xırdalan qəsəbəsində, Sumqayıt Şossesi döngə 1 ünvanda, onlara torpaq sahəsi vermiş və həmin torpaq sahəsində ev tikdirərək orada yaşamışlar. Zülfəlinin kiçik qardaşı Cavabdeh2 tez-tez müxtəlif şəxslərə qarşı dələduzluq etdiyindən, həmin, şəxslərdən bəziləri gəlib Ulvı barəsində Zulfəlıyə şikayətlənmişlər. Buna görə də ailələrində narazılıqlar yaranmışdır. 2011-ci ildə Cavabdeh2 hansısa şirkətdə işləmiş və həmin şirkətin avtomaşınını idarə etmişdir. Həmin ərəfədə Ülvi şirkətə məxsus, idarə etdiyi avtomaşnla qəza törətmiş və avtomaşını banka girov qoyaraq pul götürmək istəmişdir. Ülvinin onun bacısı Təlimə Nəsibovanın nişanlısı X8 ilə münasibəti yaranmış, Pərvizlə söhbət edərək həmin avtomaşını qəzalı vəziyyətdə “Unibanka” girov qoyaraq Pərvizin adına 15000 nanat kredit götürmüşdür. Lakin sonradan həmin pulu banka ödəmədiyindən bank pulu Pərvizdən tələb etmiş, buna görə də bacısının ailəsində söz-söhbət yaranmağa başlamışdır. Həmin pul faizi ilə birlikdə 20000 manat olmuşdur. Zülfəlidən boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etdiyi zaman məhkəmə tərəfindən verilmiş 3 ay müddət ərzində Zülfəli və anası Minafə həmin pulu ödəmək məqsədi ilə Sumqayıt Şossesi döngə 1 ünvanda yerləşən həyət evini bacısının ailəsini dağıdacaqları ilə hədələyərək saldıraraq Ülvinin Pərvizin adına bankdan götürdüyü 20000 manat pulu ödətdirmişlər. 2012-ci ildə rəsmi qaydada ayrılsa da, qızına görə Zülfəli ara-sıra gəlibgetmişdir. Həmin ərəfədə atası Bilal Nəsibov ona bir qədər pul vermiş və həmin pullara Binəqədi rayonu ərazisində torpaq sahəsi almışdır. Atası evin tikintisini başlasa da, 2012-ci ilin aprel ayında vəfat etdiyindən evin tikintisi yarımçıq qalmışdır. Bir müddət sonra özü evin tikintisini davam etmək istəmiş, Binəqədi rayon İcra Hakimiyyəti buna icazə verməmişdir. Ona görə də tikintiyə icazə verilməsi üçün yollar axtarmağa başlamış, həmin vaxt Zülfəli qardaşı X59 Nazirliyində işlədiyindən bu işdə ona kömək edə biləcəyini demişdir. Təxminən 2012-ci ilin iyun ayında keçmiş qaynı Lütfəli Quliyev onun mobil telefonuna zəng edərək Ülvinin evin tikintisinə icazə ala biləcəyini yə bunun üçün 15000 manat pul lazım olduğunu bildirmişdir. O, Zülfəlinin və Lütlnlinin sözlərinə inanaraq 15000 manat pulu Zülfəliyə vermişdir kı. aparıb qardaşı Ulvıyə versin. Zülfəli ondan pulu alıb getmiş və səhəri gün Lütfəli ona zəng edib tikinti ilə bağlı icazənin alındığını bildirmiş və yanında olan Ülvi də onunla telefonla danışaraq icazənin alındığını demişdir. Daha sonra, Ülvi əlində nə qədər putu olması ilə maraqlanmışdır. O, nə üçün soruşduğunu deyəndə, Ülvi “Zülfəlidən sənə ev- tikdirən olmaz, sən əlində olan pulu mənə ver, mən də üstünü düzəldib, qardaşım qızının evini tikdirəcəm” sözlərini demişdir. Elə həmin gün Ülvinin ünvan 4 ünvanında yerləşən mənzilində 13000 manat pulu Cavabdeh2 vermişdir. Ülvi pulu ataraq hər şeyin yaxşı olacağına söz vermişdir. Həmin vaxtdan bir neçə gün sonra torpaq sahəsinə getmiş və orada heç bir tikinti işinin aparılmadığını görüb, Ülviyə zəng edib ondan pulunü qaytarmasını tələb etmişdir. Ülvi isə əlində pul olmadığını, ona iş yerindən əmək haqqı barədə arayış gətirməsini, qardaşı Lütfəlinin evini banka girov qoyub pul götürərək onun pulunu qaytaracağını bildirmişdir O, Lütfəlinin evinin onun həyat yoldaşı Yeganənin adına olmasını, Yeganənin isə X29 şəhərində yaşamasını dedikdə, Ülvi Yeganənin adından onda baş etibarnamə olmasını bildirmişdir. O, inanaraq, pulu əlindən çıxmasın deyə iş yerindən maaşı barədə arayış almışdır. 2012-ci ilin iyul ayında Lütfəli və Zülfəli ilə birlikdə «Standard Bankın» Nizami rayon filialına getmişlər və orada Lütfəli evi Zülfəlinin adına girov qoyaraq 50.000 manat pul götürmüşlər. O, isə arayışı təqdim edərək zaminlik müqaviləsinə imza etmişdir. O, verdiyi pulu istədikdə Zülfəli və Lütfəli üstündə bu qədər pulu iş yerinə aparmamasını, axşam gəlib evdən götürməsini bildirmişlər. Axşam onlara zəng etsə də telefonu açmamışlar. Nəhayət Lütfəlini taparaq pulunu qaytarmasını tələb etmiş, lakin o, bankdan götürdükləri pulları müxtəlif adamlara olan borclarının yerinə verdiklərini, əllərində pulları olmadığından onun pulunu sonra verəcəklərini deyərək, evin girov qoyulmasımdan Yeganənin xəbər tutmamasını xahiş etmişdir. Lütfəli həmçinin Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 15 saylı notariat kontorunda Yeganənin adından saxta etibarnamə düzəldərək, evi girov qoyduğunu bildirmişdir. Bundan bir müddət sonra bankdan ona bildiriş gəlmiş və onu bankın «problemli kreditlər» şöbəsinə dəv/ət etmişlər. Bankın işçiləri onun yanında Lütfəliyə zəng edərək, bir həftə ərzində pul tamamilə ödənilməsə evin bankın hesabına keçiriləcəyini bildirmişlər. Səhəri gün onu yenidən banka dəvət edərək pulun tam ödənildiyini bildirərək, zaminlikdən çıxmasına dair sənədləri imzalatdırmışlar. O. yenə də pulunu istəyəndə Zülfəli demişdir ki, artıq ev onun adınadır və birlikdə dedib bankdan evin kupçasını götürüb sataraq pulunu götürməsini təklif etmişdir. Ona görə də Zülfəli ilə birlikdə banka getmişlər və sonuncu evin kupçasını istəmişdir. Bankın işçiləri isə onun verdiyi etibarnamə əsasında kııpçanı qardaşı Cavabdeh2 götürməsini bildirmişlər. Həmin vaxt Zülfəli. qardaşı Ülviyə etibarnamə yermədiyini bildirmişdir. Bankdan çıxdıqdan sonra Zülfəli Ülviyə zəng edərək, nə vaxt ona etibarnamə verdiyini soruşmuşdur. Bundan sonra Zülfəli ilə birlikdə 11 saylı notariat kontoruna getmişlər. Orada Zülfəli notariat kontoruna daxil olmuş və bir qədər sonra qayıdaraq ona cavab verməkdən yayınmışdır. Buna görə də Lütfəliyə zəng edib, hər şeyi Yeganəyə deyəcəyini bildirmişdir. 2015-ci ilin noyabr. ayında Lütfəli bu barədə Yeganəyə bir söz deməməsı üçün Qala kəndində olan torpaq sahəsini pulun əvəzinə ona verəcəyini vəd etmişdir. Bunun üçün Xətai rayonunda yerləşən 6 saylı notariat kontoruna gəlməsini. Ülvinin torpaq sahəsini onun adına sənədləşdirəcəyini bildirmişdir. Həmin günün səhəri yeznəsi Pərviz Məmmədbəyli ilə birlikdə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən 6 saylı notariat kontoruna getmişlər. Ülvi də bir nəfər oğlanla birlikdə orada olmuş və həmin şəxsin torpaq sahəsinin sahibi olduğunu bildirmişdir. Sonra Ülvi tək notariusun otağına daxil olmu, o notariusun yanında olanda həmin oğlandan torpağın ona məxsus olub-olmadığını soruşmuşdur. Həmin oğlan heç bir torpağı olmadığını, Ülvinin onu hansısa bir sənədə qol çəkmək üçün çağırdığını bildirmişdir. Ülvi notariusun yanından çıxanda torpağın həqiqi sahibi hazırda burada olmadığından torpağı onu adına keçirə bilməyəcəyini, yalnız etibarnamə əsasında verə biləcəyini demişdir. O. isə razılaşmayaraq Lütfəliyə zəng etmiş, sonuncu isə həmin torpağı sataraq onun pulunu verəcəklərini bildirmişdir. Cavabdeh1 həmçinin göstərmişdir ki. Cavabdeh6 ümumiyyətlə tanımır, sonuncuya İddiaçı adından etibarnamə verilməsi barədə heç bir məlumatı olmamışdır. Ümumiyyətlə qeyd edilən xüsusatlarla. əlaqədar verilmiş etibarnamələrin hansı qaydada alınmasını bilməmişdir. Şahid qismində dindirilmiş X39 ilkin ifadəsində bildirmişdir kı, onun əvvəllər adı “Lütfəli” olmuşdur. Onkoloji xəstəliyə tutulduqdan sonra ümumi söhbətlərdən eşitmişdir ki, əgər adını dəyişdirsə həyatında yenilik ola bilər. 29.11.2016-cı il tarixdə adı və soyadı dəyişdirilərək X9 qeyd olunmuşdur və bu barədə 2 saylı Bakı “Asan xidmətindən” adın, atanın adının və soyadı dəyışdirilməsi haqqında 016824 nömrəli şəhadətnamə verilmişdir. 1995-ci ildə İddiaçı ilə rəsmi qaydada ailə qurmuş və birgə nigahdan 2 uşağı olmuşdur. 2012-ci ildən etibarən onkoloji xəstəlikdən əziyyət çəkdiyindən Bakı şəhərində və Rusiya Federasiyasında müalicələr almışdır. Xəstəliyi ilə əlaqədar işləmədiyi iiçün maddi durumu pisləşmişdir. Özü Bakı şəhərində olmasına baxmayaraq həyat yoldaşı Yeganə uşaqlarının təhsili ilə əlaqədar Rusiya Federasiyasının Tumen şəhərində yaşayırlar. 2012-ci ildə qardaşı Cavabdeh3 işləri ilə əlaqədar ona pul lazım olduğu üçün keçmiş arvadı Cavabdeh1 üstündə faiz ödəmək şərti ilə 15000 manat pul götürməsini və imkanı olmadığı üçün həmin pulu qaytara bilmədiyini demişdir. Roza Zülfəlidən pulunu tələb etdiyindən və müalicəsi ilə əlaqədar özünə pul lazım olduğu üçün, özünə məxsus Nərimanov rayonu F.X.Xoyski küçəsi ev 106 ünvanında olan 70 saylı mənzili banka girov qoyub kredit götürmək istəmişdir. Həmin mənzili 2002-ci ildə arvadı İddiaçı adına almışdır. Yeganə Rusiya Federasiyasının Tüınen şəhərində olmasına baxmayaraq onun şəxsiyyət vəsiqəsi Bakı şəhərində evlərində olmuşdur. Mənzil Yeganənin adına olduğundan və onun adından etibarnamə olmadığından mənzili sənədləşdirə və ya banka girov qoya bilməmişdir. Cavabdeh1 ona bildirmişdir ki. qohumu Aytən Daşınmaz əmlakın Dövlət Reyestri xidmətində hüquqşünas işləyir və Aytənin vasitəsi ilə həmin mənzili başqa adamın adına keçirə bilər. Roza ilə birlikdə Daşınmaz əmlakın Dövlət Reyestri xidmətinin Bakı Ərazi idarəsinə getmiş və mənzilin sənədlərini Aytənə göstərmiş və Yeganənin iştirakı olmadan başqa adamın adına keçirtmək istədklərini bidirmişlər. Aytən isə mənzilin çıxarışı köhnə olduğu üçün ilk öncə çıxarışı dəyişdirilmənin və bundan,sonra Yeganənin adından etibarnamə olarsa mənzili başqa şəxsin adına keçirə biləcəklərini demişdir. .Sonra Aytən işçilərdən kiməsə tapşırmış və mənzilin çıxarışını təhvil verib. Yeganənin adına yeni çıxarış almışlar. Arvadı İddiaçı ilə Cavabdeh1 zahiri görkəmində bir-birinə oxşarlıqları olmuşdur. Sadəcə olaraq Yeganənin gözlərin rəngi qəhvəyi. Rozada isə yaşıl rəngdədir. Roza ilə belə razılığa gəlmişlər ki, İddiaçı şəxsivvət vəsiqəsini notariat kontoruna təqdim elsinlər və Roza özünü Yeganə kimi təqdim edərək bu yolla etibarnamə alsınlar. Yeganənin şəxsiyyət vəsiqəsində olan şəkilində saçlarının rəngi qəhvəyi olmuşdur. Həmin vaxtlar Rozanın saçlarının rəngi sarı olduğu üçün o qadın salonuna gedərək saçlarının rəngini qəhvəyi etdirmişdir. Həmçinin gözünə linza qoyataq qəhvəyi rəngdə etmişdir. Roza əvvəlcədən Yeganənin şəxsiyyət vəsiqəsində olan imzasına baxaraq həmin imzanı oxşatmaq üçün kağız üzərində bir neçə dəfə çəkib məşq etmişdir. 20.02.2013-cü il tarixdə o, dostu Cavabdeh6 zəng edərək «Neftçilər» metrostansiyasının yaxınlığında olan notariat kontoruna dəvət etmişdir. Cavabdeh1 Şahinə arvadı İddiaçı kimi təqdim etmiş və Şahindən xahiş etmişdir ki. onun adına etibarnamə versinlər. Cavabdeh6 ilə yaxın münasibətləri olduğu üçün sonuncu ona inanaraq heç bir sual vermədən razılaşmışdır. Notariat kontorunda Cavabdeh1 özünü İddiaçı kimi təqdim etmiş və onun adından Şahın Soltanovun adına etibarnamə verilmişdir. Lakin sonradan Şahinin saxta sənəd almasını bilməsini istəməmişdir. 2013-cü ilin mart-aprel aylarında Roza ilə belə razılaşmışlar ki, yenə də özünü İddiaçı kimi təqdim etsin və mənzili qardaşı Cavabdeh3 adına sənədləşdirsinlər. Roza ilə birlikdə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində olan nömrəsini bilmədiyi notariat kontoruna getmişlər. Zülfəliyə də zəng edib həmin notariat kontoruna dəvbt etmişdir. Zülfəliyə mənzili onun adına sənədləşdirib, sonra isə banka girov qoyub kredit götürəcəyini bildirmiş və o razılaşmışdır. Roza yenə də gözünə linza qoyaraq rəngini dəyişdirmiş və Yeganənin şəxsiyyət vəsiqəsində olan imzasına baxaraq həmin imzanı bir neçə dələ kağız üzərində çəkmişdir. Bundan sonra notariat kontoruna keçmişlər və Cavabdeh1 özünü İddiaçı kimi təqdim edərək mənzili Cavabdeh3 adına sənədləşdirmişlər. Sonra Daşınmaz əmlakın Dövlət Reyestri xidmətinə müraciət edərək Aytənin köməkliyi ilə mənzilə qardaşı Cavabdeh3 adına çıxarış almışlar. Bundan sonra isə mənzili «Standard Bankın» Nizami rayon filialına girov qoyaraq Zülfəlinin adına 50000 manat kredit götürmüşlər. Krediti götürərkən Cavabdeh1 Zülfəliyə zamin dayanmışdır. Həmin qanunsuz hərəkətləri barədə Cavabdeh6 və qardaşı Cavabdeh3 məlumatı olmamışdır. Pulu götürdükdən sonra hamısı birlikdə ona məxsus mənzilə gəlmişlər və orada Zülfəlinin Rozadan ğötütdüyü 15000 manat pulu faizi ilə birlikdə qaytarmışdır. Sonradan o. krediti ödəyə bilmədiyi üçün qardaşı Ülvi bankın borcunu tam ödəyərək evi girovdan çıxarıb, Zülfəlinin adından Cavabdeh2 adına olan etibarnamə əsasında satmışlar. Qardaşları Ulvi və Zuhəlı Cavabdeh1 evinin ticintisinə icazə alınması və evin tikintisi ilə əlaqədar heç vaxt pul almamışlar. Göstərdiyi proseslərdən qardaşı Cavabdeh2 iimumiyyətcə məlumatı olmamışdır. Şahid qismində dindirilmiş Cavabdeh2 Qapdaşxan oğlu göstərmişdir ki. qardaşı X19 əvvəllər. Rusiya Federasiyasında ticarətlə məşğul olmuş və maddi imkanı yaxşı olmuşdur. Lütfəli ona və Zülfəlinin ailəsinə həmişə kömək etmişdir. Sonradan Lütfəlin işləri yaxşı getmədiyi üçün maddi durumu aşağı düşmüş, həmçinin xərçəng xəstəliyinə tutulmuşdur. Bundan sonra Lütfəli həm Rusiyada, həm də Bakı şəhərində yaşayaraq müalicələr almışdr. 2015-ci ildə məhkəmədən evlərinə bildiriş gəlmiş və ona məlum olmuşdur ki. Lütfəli evini girov qoyaraq bankdan kredit götürüb, krediti ödəmədiyi üçün bank sənədləri məhkəməyə göndərib. Həmin vaxt Lütfəli bildirmişdir ki, müalicəsinə pul lazım olduğundan Rozadan borc pul istəmiş və Roza ona faizlə pul vermişdir. Bir müddət Rozaya pulun faizini ödəmiş, lakin sonradan pulu ödəyə bilməmişdir. Ona görə də özünə məxsus, arvadı İddiaçı adına. olan mənzili banka girov qoyaraq 50000 manat kredit götürmüş və həmin puldan Rozaya olan borcunu ödəmişdir, qalan 19000 manatı isə özü götürmüşdür. Lütfəli həmçinin demişdir ki. Yeganə Rusiya Federasiyasında olduğundan əvvəlcədən razılaşdiqları kimi, onun şəxsiyyət vəsiqəsi ilə Cavabdeh1 hansısa notariat kontoruna aparmış və Roza özünü İddiaçı kimi təqdim etmiş, Yeganənin adından Cavabdeh3 adına baş etibarnamə verilmişdir. Sonra isə mənzili Zülfəlinin adına sənədləşdirərək banka girov qoymuşlar. O, bunları bildikdən sonra bankın borcunu ödəmək üçün pul axtarmışdır. Lakin, pul tapa bilmədiyi üçün Lütfəli ilə belə razılığa gəlmişlər ki, mənzili satıb bankın pulunu ödəsinlər və qalan pulu isə götürsünlər. Qardaşları Lütfəli və Zülfəli ilə aralarında olan ümumi razılaşma əsasında Cavabdeh3 adından onda olan etibarnamə ilə Lütfəliyə məxsus mənzili xatırlamadığı şəxsə sataraq bankın borcunu tam ödəmiş, qalan pulu isə Lütfəliyə vermişdir. Bir müddət sonra Lütfəli ona bildirmişdir ki. Rozaya hansısa məbləğdə borcu var. O, özünə məxsus Qala qəsəbəsində olan torpaq sahəsini pulun əvəzinə Rozaya verə biləcəyini bildirmişdir. Ona görə də birlikdə Xətai rayonu ərazisində yerləşən 6 saylı notariat kontoruna getmişlər və o özünə məxsus torpaq sahəsini Rozanın adına rəsmiləşdirmək istəmişdir. Həmin vaxt torpaq sahəsini aldığı adını xatırlamadığı şəxsi də oraya çağırmışdır ki, bir başa onun adından Rozanın adına etibarnamə verilsin. Roza torpaq sahəsini etibarnamə əsasında istəmədiyi üçüm onun adına sənəd verməmişdir. Heç kimə qarşı dələduzluq etməmişdir. Şahid qismində dindirilmiş Cavabdeh6 göstərmişdir ki, əvvəllər işləmək üçün Rusiya Federasiyasının Tumen vilayətinin Radujni şəhərinə gedib-gəlmiş, orada əslən Laçın rayonundan X20 ilə tanış olmuş və dostluq münasibətləri yaranmışdır. Sonradan Bakı şəhərinə gəlmişdir. Lütfəli Bakı şəhərinə gəldikdə həmişə ona zəng etmiş və görüşüb söhbət etmişlər. Sonradan ona Lütfəlinin onkoloji xəstəlikdən əziyyət çəkməsi məlum olmuş, ona görə də Lütfəliyə tez-tez zəng edib halını soruşmuşdur. İddiaçı şəxsən tanımasa da, onun Lütfəlinin arvadı olmasını bilmişdir. Yeganəni heç vaxt görməmişdir. 2013-cü ilin fevral ayının əvvəllərində Lütfəli ilə söhbət edərkən sonuncı xəstəliyi ilə əlaqədar cərrahiyyə əməliyyatı olunacağını, arvadı İddiaçı Rusiya Federasiyasına gedəcəyini bildirmiş və ondan xahiş etmişdir ki, arvadının adından ona etibarnamə verilsin, sonradan özünə məxsus mənzili banka girov qoyub pul götürəcəkdir. Lütfəli ilə yaxın münasibətləri olduğu üçün razılaşmışdır. Aradan bir neçə gün keçdikdən sonra Lütfəli ona zəng edərək «Neftçilər» metro stansiyasının yaxınlığında olan notariat kontoruna dəvət etmşdir.-Orada Lütfəli təxminən 35-40 yaşlarında qadını təqdim edərək arvadı İddiaçı olduğunu bildirmiş, notariat kontoruna daxil olaraq şəxsiyyət vəsiqələrini təqdim etmişlər. Orada İddiaçı adından onun adına etibarnamə verilmişdir. Etibarnamə verildikdən sonra oradan çıxıb getmişdir. Lütfəli etibarnaməni özündə saxlamış və evi banka girov qoyub kredit götürəndə onu çağıracağını bildirmişdir. Lakin sonradan Lütfəli ilə görüşəndə sonuncu bank məsələsinin alınmadığını, evi girov qoya bilmədiyini demişdir. Yeganə Quiyevanın adından verilmiş etibarnamə əsasında başqa şəxslərə etibarnamə verib-verməməsini xatırlamır. Cinayət işində olan Məhkəmə Ekspertiza Mərkəzinin 29.06.2017-ci il tarixli 14827 saylı məhkəmə xətşünaslıq ekspertizasının rəyinə əsasən, ekspertizaya təqdim edilmiş. İddiaçı adından Cavabdeh6 adına verilmiş 20.02.2013-cii il tarixli etibarnamədə "İMZA” qrafasındakı imza və “Quliyeva” soyadı, hömin etibarnamənin qeydiyyatdan keçdiyi 7E/8 reyestr jurnalının 25-ci vərəqəsində '“6642” sırada "İddiaçı" yazıları qarşısında “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza. "Quliyeva” soyadı və "**********” rəqəmləri- Cavabdeh1 Bila qızı tərəfindən icra olunmuşdur. Cavabdeh1 istintaqa verdiyi, 04.11.2017-ci il tarixli ifadəsində bildirmişdir ki. İddiaçı yerinə Lütvəli və Zültəliyə etibar edərək, sənədin mahiyyətini bilmədən imza etmişdir. Heç bir gəlir güdməmişdir. Lütvəli ona olan borcunu qaytaracağını bildirdiyi üçün mənzilin banka girov qoyularaq 50.000 manat pulun götürülməsinə razılıq vermişdir. 20.02.2013-cü il tarixdə o 15 saylı notariat kontoruna getmişdir, lakin hər hansı bir etibarnaməyə imza etməsi yadında deyil. Belə ki, Lütfəli ona demişdir ki, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən Yeganənin adına olan mənzilə dair onda baş etibarnamə vardır. Həmin mənzili banka girov qoymaq üçün rəsmi iş yeri olan şəxs ehtiyacı var, ona görə də ondan köməklik istəmişdir. Lütfəli ona bildirmişdir ki, Yeganə ilə onun arasında borc müqaviləsi bağlanacaqdır. Beləliklə Notariat kontoruna daxil olub əlində bir neçə sənəd ilə gələrək Yeganə ilə arasında borc müqaviləsi olduğunu bildirmiş və sənədə "Quliyeva" sözünıı yazmağını demişdir. O da həmin yerə "Quliyeva" sözünü yazmışdır. Həmin vaxt Zülfəli də onun yanında olmuşdur. Etibarnamədən xəbəri olmamışdır, borc müqaviləsi kimi ona təqdim edilən, əslində isə istintaq zamanı bildiyi etibarnamə üzərindəki “Quliyeva" yazısını o yazmışdır. Lakin oradakı imzanı o çəkməmişdir. X39 istintaqa verdiyi ilkin ifadəsinin əksinə olaraq sonrakı ifadələrində bildirmişdir ki, Yeganənin adına olan Nərimanov rayonu F.X.Xoyski küçəsi ev 106, 70 saylı mənzilin banka girov qoyulmasından xəbərsiz olmuşdur. Zülfəli və Ülvi onun xəbəri olmadan Rozanı Yeganəyə bənzədərək mənzili ələ keçirmişlər. Lakin adına İddiaçı adından etibarnamə verilmiş Cavabdeh6 iş üzrə şahid qismində dindirilən zaman bildirmişdir ki, nə Rozanı, nə Zülfəlini, nə də Ülvini tanımır. O, yalnıız Lütfəlini Əlini) tanıdığını və onun xahişi ilə mənzilin onun adına rəsmiləşdirilməsinə razılıq verdiyini bildirmişdir. X40 dindirilən zaman ona “mənzili Ülvi, Roza, Zülfəli ələ keçirmək işdəyırdilərsə, nə üçün həmin mənzilə dair etibarnamə onların yaxın tanışlarına deyil, onun tanışı olan Cavabdeh6 verilmişdir?” sualına heç bir cavab verə bilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki. 20.02.2011-ci il tarixdə Bakı şəhəri 15 saylı Notariat kontorunda Cavabdeh1 X21 xahişi ilə və pulunu geri almaq məqsədi ilə özünü İddiaçı kimi təqdim edərək onun adından Nərimanov rayonu F.X.Xoyski küçəsi ev 106, 70 saylı mənzilə dair X51 etibarnamə vermişdir. Cinayət işi materiallarının ikinci cildinin 85-ci səhifəsindən görünür ki, həmin mənzilə dair Cavabdeh6 X25 18.09.2013-cü il tarixli etibarnamə vermişdir. Bundan sonra Bakı şəhəri 27 saylı Notariat kontorunda 20.05.2014-cü il tarixdə qeyd olunan mənzilə dair X39 ilə qardaşı Cavabdeh3 arasında bağışlama müqaviləsi bağlanmışdır. Sonradan Cavabdeh3 adına həmin mənzilə dair çıxarış alınmış, mənzil Bank Standard QSC-yə girov qoyulmuş, Cavabdeh1 rəsmi iş yeri olduğu üçün o zamni durmuş və bankdan 50.000 manat kredit alınmışdır. Həmin pulu Əli Quluzadə götürmüşdür. X80 tərəfindən götürülməsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Əli Qulizadənin özünün ifadələri ilə tam təsdiq olunmuşdur. Sonradan banka odan borcu ödəyə bilmədiyi üçün Əli Quluzadə özü ifadəsində bildirmişdir ki, qardaşı Ülviyə müraciət etmişdir və Ülvi də pul verib banka olan borcu bağlamışdır. Daha sonra qardaşı Cavabdeh3 ona verdiyi etibarnamə əsasında həmin mənzili Cavabdeh11 adlı şəxsə satmış, evin satışından artıq qalan pulu isə yenə Əli Quluzadəyə vermişdir. lstintaq toplanmış sübutları tədqiq edib, onlara bir-birləri ilə müqayisəli şəkildə qiymət verərək belə bir nəticəyə gəlmişdir ki, 2012-ci ilin iyul ayında Əli Quluzadə Cavabdeh1 ilə birlikdə saxta sənəd olan etibarnamədən istifadə etməklə İddiaçı Qiidrət qızının mülkiyyətində olan Bakı şəhəri, F.X.Xoyski küçəsi ev 106, 70 saylı mənzili girov qoymuş, Əli Qulizadə «Standard Bankın» Nizami rayon filialından 50.000 manat kredit götürmüşdür. Beləliklə müəyyən edilmişdir ki, Cavabdeh1 bilə-bilə saxta sənəddən istifadə edərək, həmin hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə müddətin keçməsi ilə bağlı şəxs cinayət məsuliyyətindən azad edilir. Ona görə də Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən rədd edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X22 mülkiyyətində olan Bakı şəhəri, F.X.Xoyskı küçəsi ev 106, 70 saylı mənzili onun icazəsi olmadan saxta sənətlər əsasında banka girov qoyan və pul əldə edən şəxs X26r. İddiaçı Oüdrət qızı ilə Əli Qulizadə ər-arvad münasibətində olmuşlar. X21 İddiaçı Qiidrət qızının mülkiyyətində olan mənzili onun razılığı olmadan özgəninkiləşdirməsi faktı üzrə əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 əməlində Azərbaycan Respublikası CMnin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmçinin, 2012-ci ilin iyun ayında Cavabdeh2 sabiq qardaşı arvadı Cavabdeh1 ev tikmək üçün Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətindən icazə almaq adı ilə 15000 manat, daha sonra isə evi tikmək adı ilə 13000 manat pul alması və Cavabdeh2 ona qarşı dələduzluq etməsi faktı müəyyən olunmadığı üçün həmin fakt üzrə cinayət təqibinə xitam verilmişdir. Bundan başqa İddiaçı ərizə ilə müraciət edərək bildirmişdir ki, özünə məxsus “İnfıniti FX35” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobili qayınları Ülvi və Zülfəli ondan icazəsiz saxta sənədlər əsasında sataraq pulunu ələ keçirmişlər. Həmin xüsusat üzrə dındirilmiş X41 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, avtomobil Yeganəyə məxsus olmuşdur. Həmin avtomobil 2007-ci ildə alınmışdır. Qardaşı Lütfəli ilə Yeganə ər-arvaddır. 2011-ci ildə qardaşı Rusiya Federasiyasından ona öz tanışı ilə göndərmiş, o da həmin etbarhaməni hava limanından götürmüşdür. 2011-ci ilin aprel-may aylarında ona zəng edib pul lazım olduğunu, avtomobili öz adına keçirib banka qoymasını, pul götürməsini, həmin pulu ona göndərməsjnı demişdir. O da həmin avtomobili öz adına keçirtmiş, sonra dəqiq xatırlamadığı banka girov qoyaraq dəqiq xatırlamadığı məbləğdə pulu götürüb qardaşı Lütfəli ilə Dağıstanda görüşüb ona vermişdir. Avtoımbili adına keçirtdiyi tarixlə banka qoyub pul götürdüyü tarix arasında bir müddət vaxt keçmişdir. Onu da qeyd etmişdir ki, o avtomobili adına keçirtdikdən sonra Lütfəli və Yeganəyə etibarnamə vermişdir. Əgər qanunsuz yolla və ya Lütfəlinin xəbəri olmadan bunu etsəydi, onda heç maşını adına keçirdikdən sonra etibarnamə belə verməzdi. Avtomobili banka qoyub pul götürdükdən sonra aylıq pulu qardaşı ödəmişdir. Sonradan həmin avtomobil qardaşının göstərişi ilə X1 və pulu da Anar qardaşına vermişdir. Həmin avtomobilin üzərində olan **-VL-*** dövlət qeydiyyat nişanın isə qardaşı avtomobil ilə birlikdə satmaq istəmədiyindən Cavabdeh9 vermişdir. Sonradan Sahibəddindən aldıqları borcun qarşılığında həmin nömrə ilə əvəzləşdirilmişdir. Həmin xüsusat üzrə dindirilmiş Cavabdeh9 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Ülvi, Lütvəli və Zülfəli onun qohumlarıdır. 2012-ci ilin dekabr ayında Ülvi ona zəng edərək qardaşı Lütvəliyə məxsus;“İnfiniti FX35" markalı maşını onların öz. qohumları olan Anar adlı şəxsə satmasını demişdir. Ülvi Lütfəlinin yaxın qohumu olduğu üçün Anara “İnfiniti FX35” markalı maşını **-VL-*** dövlət qeydiyyat nömrəsi ilə birlikdə satmaq istəmədiyini demişdir. Çünki düşünmüşdür ki, əgər satsa maşının nömrəsini gələcəkdə Anardan istəvə bilməyəcək. O belə başa düşmüşdür ki, Anardan pul maşına görə alınmışdır. Nömrənin pulu alınmamışdır. Anar Lütfəlinin maşının nömrəsini ona verməsini, gələcəkdə alacağını dediyini bildirmişdir. O, Anar, Ülvi..birlikdə.2012-ci ilin dekabr ayında Baş Dövlət Yol Polis idarəsinə getmiş, "İnimin FX35" markalı maşının üzərində **-VL-*** dövlət qeydiyyat nömrəsi onun "Mazda CX9” markalı avtomobilinin üzərinə qeydiyyata salınmışdır. Orada dəqiq eşitmişdir ki, Anar Ülviyə narazılıq edərək Lütfəlinin ona yaxşı nömrə verəcəyini demişdir. Ülvi isə Lütfəli deyibsə özü gələndə verməsini demişdir. O belə başa düşmüşdür ki, bu iş Lütfəli ilə məsləhət olunaraq edilmişdir. Bundan bir neçə ay sonra Ülvi qardaşı Lütfəliyə 8000 manat, pul lazım olduğunu demişdir. O qədər pulunun olmadığını və 4000 manat pulunun olduğunu bildirmişdir. 4000 manat pulunu Ülviyə vermişdir. Ülvi də qardaşına göndərdiyini demişdir. Qohum olduqları üçün pulu bir müddət istəməmişdir. Sonradan Ülvi ilə danışan zaman Ülvi ondan **-VL-*** dövdət qeydjyyat nömrəsini alıb-almamaq istədiyini soruşmuş, o da 4000 manata ala biləcəyini demişdir. Ülvi Lütfəliyə xəstə olduğu üçün bir neçə şəxsdən borc alaraq pu! göndərdiyini demişdir. Həmin şəxslərdən biri də o olmuşdur Beləliklə ondan aldığı pulu nömrə ilə əvəzləşdiımişlər. Sonradan həmin nömrəni “X76” markalı avtomobilinə, sonra isə oğlu Cavabdeh10 məxsus “VAZ-21214” markalı maşının üzərinə qeydiyyata saldırmışdır. Hazırda isə həmin nömrə "BMW” markalı avtomobilin üzərindədir. Həmin avtomobili isə oğlu idarə edir. Cinayət işi materiallarında olan Məhkəmə xətşünaslıq ekspertizasının 08.06.2020-ci il tarixli 4/59 saylı rəyinə əsasən, ekspertizaya təqdim edilmiş. Rusiya Federasiyası Tümen vilayəti Xantı-Mansiysk Muxtar vilayəti Radujnıy şəhərində 17.09.2010-cu il tarixli, 02- 01/489000 nömrəli etibarnamənin kserosurətində "Podlisğ” qarafasındakı imza və “X77 kızı” yazıları Cavabdeh3 tərəfindən icra olunmuşdur. ƏN-İ seriyalı 287878 nömrəli 31.10.2011-ci il tarixli etibarnamənin kserosurətində "İMZA:" qrafusındakı imza və "Qulijeva" soyadı-İddiaçı tərəfindən yox, Cavabdeh1 tərəfindən yox, Cavabdeh3 tərəfindən yox, Cavabdeh2 tərəlındən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. ƏN-İ seriyalı 287378 nömrəli 31.10.2011-ci il tarixli 17.09.2009-cu il tarixli 02-02/489000 nömrəli etibarnamənin kserosurətində “İMZA:" qrafasındakı imzanın və “Qulijeva” soyadının Quliyev Lütfəli (Qulıızadə Əli) Qardaşxan oğlu tərəfindən icra olunub- olunmamasını tədqiqat prosesinin təsviri hissəsində 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. 17.09.2009-cu il tarixli 02-02/489000 nömrəli etibarnamənin kserosurətində olan “X77 kızı" yazılarında yazıların qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmamışdır. 17.09.2009-cu if tarixli 02-02/489000 nömrəli etibarnamənin kserosurətində "Podlisğ" qarafasındakı imzanın qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmamışdır. Həmin xüsusat üzrə dindirilmiş Cavabdeh3 ifasdəsində bildirmişdir ki, həmin etibanaməni o görməmişdir, avtomobilin alınması, satılması və banka qoyulub pulunun götürülməsi proseslərinin heç birində o iştirak etməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 cinayət işi mateıiallarında olan 17.09.2010-cu il tarixdə Rusiya Federasiyası Tümen Vilayəti Xantı-Mansiysk Muxtar vilayəti Radujnıy şəhərində 02-01/489000 nömrəli etibarnaməni saxtalaşdırmışdır. Həmin hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası. CM 75.1.1-cı maddəsinə əsasən, nəzərdə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə müddətin keçməsi ilə bağlı şəxs cinayət məsuliyyətindən azad edilir. Ona görə də Cavabdeh3 barəsində Azərbaycan Respublikası CM-nin 320.1-cı maddəsi ilə olan hissədə cinayət təqibinin başlanması rədd edilmişdir. Cavabdeh3 həmin saxta sənəddən istifadə etməsi cinayət işi materialları ilə öz təstiqini tapmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan “İnfiniti FX35" markalı avtomobili sataraq pulu əldə edən şəxs onun əri X24r. İddiaçı ilə Əli Qulizadə ər-arvad münasibətində olduğundan, həmin avtomobil onların ümumi mülkiyyətidir. Həmin mülkiyyət isə İddiaçı razılığı olmadan satılmışdır. Ona görə də İddiaçı mülkiyyətində olan “İnfiniti FX35” markalı avtomobilinin ələ keçirilməsi xüsusatı üzrə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. X21 İddiaçı mülkiyyətində olan "İnfiniti FX35" markalı avtomobili onun razılığı olmadan özgəninkiləşdirməsi faktı üzrə əməlində Azəybaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. "İnfiniti FX35” markalı avtomobilin dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə Cavabdeh2 və Cavabdeh3 əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bundan başqa, İddiaçı ərizə ilə müraciət edərək bildirmişdir ki, adına olan Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən torpaq sahəsi X49 və Cavabdeh2 tərəfindən satılmışdır. Bakı şəhəri 6 saylı notariat kontorundan verilmiş 31.10.2011-ci il tarixli 7E/28071 reyestrda qeydə alınmış etibarnamədə göstərilmişdir ki, İddiaçı həmin tarixdə Bakı şəhəri, 6 saylı notariat kontorunda qaynı Cavabdeh3 əmlak hüquqlarına dair baş etibarnamə vermişdir. Lakin 6 saylı notariat kontorundan verilmiş məktubdan görünür ki. 31.10.20l2-ci il tarixli 7E/28071 reyestrdə belə bir etibarnamə qeydiyyatdan keçməmişdir. Həmçinin müəyyən edilmişdir ki, etibarnamənin verildiyi tarixdə İddiaçı Azərbaycan Respublikası hdüdudlarından kənarda olmuşdur. Həmin xüsusat üzrə dindirilmiş Cavabdeh3 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Bakı şəhəri 6 saylı notariat kontorundan verilmiş 31.10.2011-ci il tarixli 7E/28071 reyestrdə qeydə alınmış etibarnamədən xəbəri olmamışdır. , Cinayət işi materiallarından görünür ki, 31.10.2011-ci il tarixli 7E/28071 reyestr nömrəsi ilə qeydiyyatdan keçməyən etibarnamə əsasında Cavabdeh3 Cavabdeh2 20.06.2012-ci ıl tarixdə etibarnamə vermişdir. 27.06.2012-ci il tarixdə həmin etibarnamə əsasında Ülvi Ouliyev atası Qardaşxan Quliyevə etibarnamə vermişdir. Sonuncu etibarnamə əsasında torpaq sahəsi X49 tərəfindən Cavabdeh4 satılmışdır. Həmin xüsusat üzrə dindirilmiş Cavabdeh2 istintaqa verdiyi ifadəsində bildirmişdir ki. Yeganədən Ziilfəliyə etibarnamə verilmişdir. Həmin etibanamənin verilməsində o iştirak etməmişdir. Sonradan qardaşı Lütfəli həmin torpaq sahəsinin satılmağını ondan xahiş etmişdir. Lakin o, işləri ilə əlaqədar alqı-satqı proseslərində iştirak edə bilməyəcəyinə görə Zülfəlinin ona verdiyi etbarnamə əsasında atası Qardaşxana etibarnamə vermiş, atası etibarnamə əsasında həmin torpaq sahəsini Seyran adlı şəxsə satmışdır. Alqı-satqıda o da iştirak etmişdir. Həmin alqı-satqıdan əldə edilmiş pul Lütfəliyə verilmişdir. Lakin pulun dəqiq məbləğini xatırlamır. Həmin xüsusat üzrə dindirilmiş Quliyev. Qardaşxan Əli oğlu istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Ülvi, Lütfəli və Zülfəli onun oğullarıdır. İddiaçı Lütfəlinin həyat yoldaşıdır. Yeganənin adına olan bütün mülkiyyətin hər birini oğlu Lütfəli almışdır. Yeganə heç bir yerdə işləməmişdir, hazırda da işləmir. Həmin torpağa görə Lütfəlinin Ülviyə, Yeganənin Zülfəliyə baş etibarnamə verdiyini, Zülfəlinin də Ülviyə həmin baş etibarnamə əsasında etibarnamə verdiyini demişdir. X60 həmin torpaq sahəsini satmasını xahiş etmişdir. Ülvi də torpaq sahəsinə müştəri tapacağını demiş, lakin işləri çox olduğuna görə ona etibarnamə vermişdir. 26.03.2014-cü ildə Ülvi Lütfəli ilə birlikdə onu avtomobillə ünvanını dəqiq xatırlamadığı notariat kontoruna aparmışdır. Orada o torpağı Seyran adlı şəxsə satmışdır. Alınan pul Lütfəliyə verilmişdir. Digər proseslərdən isə onun xəbəri olmamışdır. Cinayət işi materiallarında olan məlikəmə xətşünaslıq ekspertizasının 08.06.2020-ci il tarixli 4/59 saylı rəyində qeyd edilmişdir kı, əksi ekspertizaya təqdim edilmiş. ƏN-l seriyalı 287878 nömrəli 31.10.2011-ci il tarixli etibarnamənin kserosurətində "İMZA:” qrafasındakı imza və ‘'Quliyeva” soyadı-İddiaçı tərəfindən yox, Cavabdeh1 Bila qızı tərəfindən yox: Cavabdeh3 tərəfindən yox, Cavabdeh2 tərəlindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Etibarnamənin kserosurətində "İMZA" qrafasındakı imzanın və “Quliyeva" soyadının - Quliyev Lütfəli (Quluzadə Əli) Qardaşxan oğlu tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən elmək mümkün olmamışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Badamdar qəsəbəsi, l-ci yaşayış massivi unvanında yerləşən torpaq sanəsının salışından pulu əldə edən şəxs onun əri X24r. Bıı fakt şahid ifadələri, həmçinin cinayət materiallarında olan və Əli Quluzadənin öz xətti ilə yazdığı və imzası ilə təsdiq etdiyi ərizəsi ilə tam təsdiq olunmuşdur. İddiaçı ilə Ə.Qulizadə ər-arvad münasibətində olduğundan, həmin torpaq sahəsi onların ümumi mülkiyyətidir və İddiaçı razılığı olmadan satılmışdır. Ona görə də torpaq sahəsinin ələ keçirilməsi xüsusatı üzrə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən xitam verilmişdir. X21 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Badamdar qəsəbəsi, 1 -ci yaşayış massivi ünvanında yerləşən torpaq sahəsini onun razılığı olmadan özgəninkiləşdirməsi faktı üzrə əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibirə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Torpaq sahəsinin dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə Cavabdeh2 və X69 oglunun əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində həmin maddə ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Cinayət işi materiallarında olan 29.11.2016-ci il tarixli “adın, ata adının və soyadının dəyişdirilməsi haqqında" şəhadətnamədən görünür ki, X13 adını dəyişərək X39 etmişdir. Buna görə də cinayət işi materiallarında olan X13 ilə X39 eyni şəxs kimi nəzərə alınmalıdır. Beləliklə, hazırki mülki işin məhkəmə baxışında araşdırılmış sübutlarla, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı ilə və tərəflərin izahatları ilə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, İddiaçı ilə Quliyev Lütfəli (Qulizadə Əli) Qardaşxan oğlu 1995-ci ildə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahları dövründə tərəflər iş üzrə mübahisə predmetləri olan - "İnfiniti FX35" markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsini və Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 106, 70 saylı mənzili əldə etmişlər və həmin əmlaklar İddiaçı adına qeydiyyatdan keçmişdir. Quliyev Lütfəli (Qulizadə Əli) Qaprdaşxan oğlu onkoloji xəstəliyə tutulmuş və müalicə xərclərini qarşılamaq məqsədi ilə qardaşları Cavabdeh2 və Cavabdeh3 yardımı ilə İddiaçı adından verilmiş saxta etibarnamələr əsasında mübahisəli daşınar və daşınmaz əmlakları özgəninkiləşdirmiş, əldə olunmuş pul vəsaitini müalicəsinə və bu məqsədlə götürdüyü borcların ödənilməsinə sərf etmişdir. Mübahisə predmeti olan daşınar və daşınmaz əmlakları əldə etmiş şəxslərin qeyd olunan əmlakları əldə etmələri ilə bağlı hər hansı qanunazidd əməllərdə iştirakı təkzib olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Ailə Məcəlləsinin 33.1-ci, 33.2-ci, 33.3-cü maddələrinə əsasən ər-arvadın ümümı əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı maddəsinə görə, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı). Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2020-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı).” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “X14 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, yalnız əmlakın əvəzli surətdə əldə edilməsi, mülkiyyətçinin və ya sahibin hökmranlığından yuxarıda göstərilən səbəblər ucbatından çıxmaması, əldə edənin isə əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır.. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.” Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin sadalanan normalarının tələblərinə və müvafiq məsələ üzrə Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, iş üzrə araşdırılmış sübutlarla cavabdehlər Cavabdeh11 və X50 tərəfindən İddiaçı adına qeydiyyatdan keçən, sonuncunun Quliyev Lütfəli (Qulizadə Əli) Qardaşxan oğlu ilə birgə nikahları dövründə əldə edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsini və Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 106, 70 saylı mənzili alqı-satqı anında dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüquqlarına əsaslanan və həmin əmlakları özgəninkiləşdirmək hüququna malik olan satıcılarla bağlanmış alqı-satqı müqavilələri əsasında əldə etmələri, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanunazidd əməlləri barədə məlumatlarının olmaması və bununla da, vicdanlı alıcı olmaları, İddiaçı Quliyev Lütfəli (Qulizadə Əli) Qardaşxan oğlu ilə 1995-ci ildən sonuncunun vəfatına qədər ailə münasibətində olduqları, onların bu müddət ərzində birgə təsərrüfat aparması, özgəninkiləşdirilmiş əmlakların pulunun ailə ehtiyacları üçün sərf olunması müəyyən edilmişdir. Odur ki, mübahisə obyekti olan torpaq sahəsinin və mənzilin əldə edilməsi ilə bağlı bağlanmış alqı-satqı müqavilələri əsasında verilmiş çıxarışlar (reyestrdəki qeyd) etibarsız hesab edilə bilməz. Həmçinin, iddiaçı qeyd olunan müqavilələrin etibarsızlığına dair əsaslı və şübhədənkənar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən, "İnfiniti FX35" markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin satılaraq əldə olunmuş vəsaitin ərinin xəstəliyinə sərf olunmasının 2012-ci ilin yay aylarında ona məlum olması İddiaçı ibtidai istintaqa vermiş olduğu ifadəsində birbaşa etiraf olunmuşdur. Odur ki, hazırda həmin avtomobilin dəyərinin tələb olunmasının heç bir hüquqi əsası yoxdur. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbləri əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh11, Paşayev Aİlahverdi Sahibəddin oğluna, Cavabdeh9 Şayəddin oğluna, Cavabdeh8, Cavabdeh7, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə, X23 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh3, Cavabdeh6, X34, üçüncü şəxslər Bakı şəhəri 6 saylı notariat ofisinə, Bakı şəhəri 11 saylı notariat ofisinə, Bakı şəhəri 15 saylı notariat ofisinə, Bakı şəhəri 27 saylı notariat ofisinə, Bakı şəhəri 28 saylı notariat ofisinə, Bakı şəhəri 38 saylı notariat ofisinə, Bakı şəhəri 51 saylı notariat ofisinə, Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Omlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “müqavilələrin ləğv və etibarsız hesab edilməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №e-2(011)-315/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-315/2022
18.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver