Məhkəmə qərarları › İş №e-2(011)-3161/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3161/2021

09.03.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3161/2021 09.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, Tələbkar ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Tələbkar MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu kreditor Tələbkar MMC-nin xeyrinə 257 manat məbləğində əsas borc 100 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 377 manat məbləğində pulun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər baxılmanın sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Borclu 26.01.2019-cu il tarixli müqavilə üzrə qalıq məbləğində borcun alınaraq kreditor Tələbkar MMC-yə ödənilməsi barədədir, mübahisə tərəflər arasında bağlanmş nisyə alqı-satqı müqaviləsindən irəli gəlir, müqavilənin predmeti “Xiaomi Redmi 6 64 Gold (İMEİ**********29170)” markalı əşyanın alıcıya verilməsindən, alıcının isə əşyanı qəbul edib əvəzində bu müqavilənin maddələrinə uyğun olaraq öhdəliklərini yerinə yetirməsindən ibarətdir. Həmin müqavilədən görünür ki, müqavilənin 7.1-ci bəndinə əsasən, bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilə bilər və həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, tərəflərin məhkəməyə müraciət etmək hüququ var. Lakin buna baxmayaraq, ərizə və ona əlavə olunmuş sənədlərdən, kreditorun pretenziya qaydasına əməl etməsi, müqavilədə borclunun öhdəliyini gecikdirməsinə görə kreditora cərimə ödənilməsinə dair hər hansı bir şərtin mövcud olması görünmür. Digər tərəfdən, həmin müqavilədən görünür ki, müqavilənin preambula hissəsinə əsasən satıcı "xxxx" MMC-nin direktoru X2 olsa da, müqavilə Tələbkar MMC-nin direktoru X1 tərəfindən imzalanmış, sonuncu MMC-yə məxsus möhürlə imza təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər işin əmr icraatı qaydasında baxılaraq məhkəmə əmri çıxarılması üçün yetərli hesab oluna bilməz və buna görə də ərizənin qəbul edilməsindən imtina edilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, ərizəçi oxşar məzmunlu ərizə ilə əvvəllər də məhkəməyə müraciət etmiş, eyni əsasla Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20.11.2020-ci il tarixli, 2(011)-6900/2020 saylı qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina edilmiş, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, ərizəçi tərəfindən qərardadda göstərilənlər nəzərə alınmadan eyni məzmunlu ərizə ilə təkrar Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 461-ci maddəsinə əsasən cərimə (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 461.2ci maddəyə əsasən də əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276, 279, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Tələbkar MMC-nin Borclu 257 manat məbləğində əsas borcun, 100 manat cərimə borcunun və 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 377 manat məbləğində pul vəsaitinin alınaraq kreditor Tələbkar MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizənin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar