Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3212/2024 01.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh Aydina qarşı alimentin təyin edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Aydina qarşı alimentin təyin edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş ilkin iddia üzrə iddiaçı X3 cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbi, qarşılıqlı iddia üzrə İddiaçı cavabdeh X4 qarşı uşağın ananın yanında saxlanılması və aliment tələbi barədə iddiasına dair mülki iş üzrə X6 ilə Əmrahova (Xıdırova) Aygün Gülü qızı arasında 09 iyul 2020-ci il tarixində 1058 nömrə ilə akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, 06 aprel 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 mart 2024-cü il tarixindən hesablanmaqla hər ay 235 (iki yüz otuz beş manat) manat miqdarında aliment X2 tutularaq İddiaçı ödənilməsi və 06 aprel 2021-ci il təvəllüdlü X5 3 yaşına çatanadək, yəni 06 aprel 2024-cü il tarixinədək 100 (yüz) manat məbləğində aliment 18 fevral 2024-cü il tarixdən hesablanmaqla X2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.4-cu maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Aydin oğluna qarşı alimentin təyin edilməsi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-3212/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3212/2024
01.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver