Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3357/2024 28.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X4, İddiaçı MMC-nin cavabdehlər Bakı şəhəri 36 saylı Notariat ofisinin xüsusi notariusu X1, Cavabdeh1 ASC-yə və "xxxx" MMC-yə qarşı “Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş icra qeydi ləğv edilməklə, həmin icra qeydinin əsasında keçirilmiş hərracın etibarsız hesab edilməsi və "xxxx" ASC-nin adına rəsmiləşdirilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC cavabdehlər Bakı şəhəri 36 saylı Notariat ofisinin xüsusi notariusu X1, Cavabdeh1 ASC-yə və "xxxx" MMC-yə qarşı “Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş icra qeydi ləğv edilməklə, həmin icra qeydinin əsasında keçirilmiş hərracın etibarsız hesab edilməsi və "xxxx" ASC-nin adına rəsmiləşdirilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8İ-2365 nömrəli, xx.xx.2023-cü il tarixli “İcra qeydi” ləğv edilməklə, həmin icra qeydi əsasında İddiaçı MMC-nin mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 22 ünvanında yerləşən, ümumi sahəsi 464 kv.m-dən ibarət 30 nömrəli mənzilə tutmanın yönəldilməsi nəticəsində cavabdeh "xxxx" MMC tərəfindən keçirilmiş hərracın və cavabdeh "xxxx" MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 279/23 saylı protokolun etibarsız hesab edilməsi, X2” MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında, ümumi sahəsi 464 kv.m-dən ibarət 30 nömrəli mənzilə dair Cavabdeh1 ASCnin adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC tərəfindən verilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məzmunundan və iş materiallarından müəyyən edilir ki, tərəflər hüquqi şəxs olmaqla yanaşı, tərəflər arasında yaranan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqəli olmuşdur. Belə ki, iş materiallarında olan 26 iyul 2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin verilməsinin əsasını təşkil edən 20 dekabr 2022-ci il tarixli 1**-MF-*** №-li kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ASC tərəfindən İddiaçı MMC-yə məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərtilə, 48 ay müddətinə illik 17% dərəcəsi ilə 866000 manat kredit verilmişdir. Azərbaycan Respublikası MPM-nin məhkəmə aidiyyətini müəyyən edən norması olaraq 26-ci maddəsi təsbit edir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12). Hesab edirəm ki, tərəflərin hər birinin hüquqi şəxs olması ilə yanaşı, iddia ərizəsində irəli sürülən tələblə bağlı qanunvericilik başqa halı nəzərdə tutmadığı üçün mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar olduğundan, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən prosessual qanunvericiliyin məhkəmə aidiyyəti ilə bağlı imperativ tələbinə əməl edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılmalı, həmçinin 14221301 təsnifat kodlu dövlət büdcəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı MMC-nin cavabdehlər Bakı şəhəri 36 saylı Notariat ofisinin xüsusi notariusu X1, Cavabdeh1 ASC-yə və "xxxx" MMC-yə qarşı “Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş icra qeydi ləğv edilməklə, həmin icra qeydinin əsasında keçirilmiş hərracın etibarsız hesab edilməsi və "xxxx" ASC-nin adına rəsmiləşdirilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı MMC (VÖEN: **********) tərəfindən Elektron hökümət ödəniş portalı vasitəsilə 14221301 təsnifat kodlu dövlət büdcəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılsın. İddiaçıya iddia ərizəsini müvafiq kommersiya məhkəməsinə vermək hüququ izah olunsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-3357/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3357/2024
28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver