Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3377/2025 30.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstəmişdir ki, İddiaçı ASC-nin Şirvan filialı (bundan sonra bank) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kartmane debet karta dair Əsas şərtlər – Razılaşmaya əsasən **********0944-731818 saylı kart hesabı açılmışdır. Müştəri xx.xx.2024-cü il tarixində **********5944-731818 saylı hesabından **********0944-731818 saylı kart hesabına 2500 manat vəsait köçürmüşdür, daha sonra əməliyyatı ləğv etmişdir. Lakin vəsait onlayn olaraq balansına oturmuş və müştəri həmin vəsaiti istifadə etmişdir. xx.xx.2024-cü tarixində onlayn olaraq sistem üzərindən həmin əməliyyat Balans Loader ilə silinərək həmin vəsait geri çəkildiyi zaman hesabda 2463,33 manat overdraft borcu yaranmışdır. Daha sonra müxtəlif tarixlərdə müştəri tərəfindən hesabına edilmiş mədaxillər (cəmi 303,89 manat) onun overdraft borcundan silinmişdir. Hal-hazırda Cavabdeh xx.xx.2025-ci il tarixinə 2159,44 manat overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 38,88 manat faiz borcu olmaqla, cəmi 2198,32 manat borcu vardır. İddiaçı tərəfindən Cavabdeh bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh bu günədək banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, Cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur. Fiziki şəxslərə Bank Xidmətlərinin göstərilməsinə dair Müştəri ilə Bank arasında bağlanan X2 7.23-cü maddəsinə müştəri kart hesabı üzrə yaranan Overdraft və ya Texniki Overdraft borcunu, bu haqda Bankdan məlumat alan tarixdən etibarən Bank tərəfindən daha qısa müddət müəyyən edilməmişdirsə, 30 təqvim günü müddətində Banka ödəməyi öz öhdəsinə götürür. Fiziki şəxslərə Bank Xidmətlərinin göstərilməsinə dair Müştəri ilə Bank arasında bağlanan X2 7.24-cü maddəsinə əsasən müştəri kart hesabı üzrə Overdraft və ya Texniki Overdraft yarandığı təqdirdə, bu haqda Müştəriyə telefon, email və ya SMS vasitəsilə məlumat verilir. Müştəri yaranan borcu Banka Overdraftın və ya Texniki Overdraftın yarandığı gündən etibarən 30 (otuz) təqvim günü ərzində ödəməzsə, bu halda Overdraft borcu məbləğinə müvafiq Razılaşmada müəyyən edilmiş həcmdə illik faiz dərəcəsi ilə faiz hesablanır və Müştəri hesablana kredit borcunu qəbul etməklə Banka ödəməyi öz öhdəsinə götürür. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh 2159,44 manat overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 38,88 manat faiz borcu olmaqla, cəmi 2198,32 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 42 manat dövlət rüsumu məbləğinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının X3 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, cavabdeh digər kartına “card to card” əməliyyatını icra etmiş, sonradan ləğv etmiş, ona məxsus olmaran puldan istifadə etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 sentyabr 2023-cü il tarixli İddiaçı ASC-nin şəxsi plastik kartlarının alınmasına və istifadəsinə dair razılaşmadan görünür ki, Cavabdeh adına **********0944-731818 saylı kart hesabı açılmışdır. Həmin razılaşmanın 3.3-cü bəndinə əsasən tərəflər təsdiq edirlər ki, Bank müştərinin bank qarşısında yaranmış istənilən borc öhdəliyini (kredit, hesablanmış faizlər və dəbbə pulu, texniki overdraft nəticəsində və ya səhvən müştərinin heabına köçürülən vəsaitlər, xidmət haqqı/komissiya və s.) müştərinin razılığı tələb olunmadan onun Bankdakı istənilən vəsaitindən mübahisəsiz qaydada akseptsiz olaraq silmək hüququna malikdir (əgər pul vəsaiti müştərinin hesabından digər valyutalarda silinirsə, konvertasiya silinmə tarixinə Bankın tətbiq etdiyi müvafiq valyuta üzrə məzənnə əsas götürülməklə Bankın tariflərinə əsasən həyata keçirilir.) İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh məxsus hesabdan çıxarışdan görünür ki, Cavabdeh 19 fevral 2024-cü il tarixdə İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 25 fevral 2025-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh 19 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən açılmış **********0944-731818 saylı kart hesabı üzrə olan overdraft borcu aşağıdakı səbəblərdən yaranmışdır. Müştəri 19 fevral 2024-cü il tarixində **********5944-731818 saylı hesabından **********0944-731818 saylı kart hesabına 2500 manat vəsait köçürmüş, daha sonra əməliyyatı ləğv etmişdir. Lakin vəsait onlayn olaraq balansına oturmuş və müştəri həmin vəsaiti istifadə etmişdir. 20 fevral 2024-cü il tarixində onlayn olaraq sistem üzərindən həmin əməliyyat Balans Loader ilə silinərək həmin vəsait geri çəkildiyi zaman hesabda 2463,33 manat overdraft borcu yaranmışdır. Daha sonra müxtəlif tarixlərdə müştəri tərəfindən hesabına edilmiş mədaxillər (cəmi 303,89 manat) onun overdaft borcundan silinmişdir. Hal-hazırda Cavabdeh 18 fevral 2025-ci il tarixinə 2159,44 manat overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 38,88 manat faiz borcu olmaqla, cəmi 2198,32 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı bildirişə əsasən məlum olur ki, bank, cavabdehə borcunun ödənilməsini təklif etmiş, borcu ödəməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) İqtisati lüğətdən çıxarışdan görünür ki, overdraft – müştəri tərəfindən bankda olan özünəməxsus kredit qalığından artıq həcmdə vəsait göstərməklə kredit həddini aşması vəziyyəti. Overdraft elə bir kredit vermə prosesidir ki, bu zaman insan müəyyən məbləğdə vəsait alır, lakin bu məbləğdən bir qədər artıq xərcləyə bilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 sentyabr 2023-cü il tarixli İddiaçı ASC-nin şəxsi plastik kartlarının alınmasına və istifadəsinə dair razılaşmadan görünür ki, Cavabdeh adına **********0944- 731818 saylı kart hesabı açılmışdır. Cavabdeh 19 fevral 2024-cü il tarixində **********5944-731818 saylı hesabından **********0944-731818 saylı kart hesabına 2500 manat vəsait köçürmüş, sonradan həmin əməliyyatı ləğv etmişdir. Lakin vəsait onlayn olaraq balansına oturmuş və müştəri həmin vəsaiti istifadə etmişdir. xx.xx.2024-cü tarixində onlayn olaraq sistem üzərindən həmin əməliyyat Balans Loader ilə silinərək həmin vəsait geri çəkildiyi zaman hesabda 2463,33 manat overdraft borcu yaranmışdır. Daha sonra müxtəlif tarixlərdə müştəri tərəfindən hesabına edilmiş mədaxillər onun overdraft borcundan silinmiş, və hazırda Cavabdeh 18 fevral 2025-ci il tarixinə 2159,44 manat overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 38,88 manat faiz borcu olmaqla, cəmi 2198,32 manat borcu vardır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh kartından yerləşdirdiyi məbləğdən artıq məbləğin xərclənməsinə yol verdiyi iş materialları ilə təsdiqini tapdığından, iddia əsaslı olduğundan təmin edilməli və 2159,44 manat pul vəsaiti (ovedraft), 38,88 manat faiz borcu olmaqla, cəmi 2198,32 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2159,44 manat pul vəsaiti (ovedraft), 38,88 manat faiz borcu olmaqla, cəmi 2198,32 manat pul vəsaiti və ödənilmiş 42 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-3377/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3377/2025
30.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver