Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-339/2024 22.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndələri Leili İsmailova və X10 iştirakları ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-nə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti cəlb edilməklə) “sığorta ödənişinin verilməsi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-nə qarşı “sığorta ödənişinin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Qala Həyat Sığorta” şirkətindən atası X7 peşə fəaliyyətini həyata keçirərkən baş vermiş ölümünə görə 60.000 (altmış min) manat sığorta ödənişinin alınaraq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X3 Asim Mikayıl oğlunun atasıdır. O, 2009-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Suvarma Sistemləri İdarəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə peşə faəliyyətini həyata keçirərkən bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Həmin vaxt o, peşə fəaliyyətini həyata keçirmiş, bu sənədlərdə də öz təsdiqini tapmışdır. Məhkəmə hökmü çıxdıqdan bir müddət sonra iddiaçı sığorta ödənişi ilə bağlı cavabdeh təşkilata müraciət etdikdə oradan ona imtina məktubu təqdim edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Verilmiş imtina tam qanunsuzdur. İmtina məktubunda göstərilən maddi normaların əslində onların manefeyinə uyğun olmasına baxmayaraq cavabdeh həmin qanun normasını tərs təfsir edərək qanunsuz olaraq ona sığorta ödənişi etmir. İmtinada göstərilir ki, “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun 10.1.1-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı əsasında müəyyən olunur. Bu norma ilə bağlı imtina tam əsassızdır. Belə ki, iş materiallarında təqdim etdilmiş sənədlərdə Azərbaycan respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin Dövlət Əmək Müəfəttişliyinin Füzuli Rayon Prokurorluğuna göndərdiyi məktubdandan görünür ki, həmin hadisə həmin qurumda araşdırılmışdır. Bundan başqa, qanun normasının ikinci hissəsi müvafiq icra hakimiyyəti orqanının aktı, yaxud məhkəmə qərarını nəzərdə tutur. Belə olan halda Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci hökmü bədbəxt hadisəni tam əks etdirir. Yəni imtina tam əsassızdır. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, X12 qeyri-iş saatında işə cəlb edilmişdir və nəticədə bədbəxt hadisə baş vermişdir. X12 bu hadisədə qurbandır. Cavabdeh sərxoş vəziyyətdə olan şəxsin ölüm hallarını konkret müəyyən edilmişdir. Məhkəmə nəzərə almalıdır ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 10.1.1-ci maddəsinə görə məhkəmə qərarı da istehsalatda baş verən bədbəxt hadisəni təsdiq edən sənəddir. Buna görə də məhkəmədən xahiş olunur ki, da istehsalatda baş verən bədbəxt hadisə ilə sığorta ödənişin verilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilsin. Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi Leili İsmailova məhkəmə iclasında iddiaya etiraz edərək, iddia ərizəsinə qarşı etirazda qeyd olunmuş hallara uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. O bildirmişdir ki, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.4-cü bəndinə (texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr) uyğun olaraq istehsalatda baş vermiş hadisə bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. M.Nəsirovun ölümünə səbəb olmuş hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi təsdiq edilməmişdir. Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X16 məhkəmə iclasında iddiaya etiraz edərək, iddia ərizəsinə qarşı etirazda qeyd olunmuş hallara uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. O bildirmişdir ki, M.İddiaçı xx.xx.2022-ci il tarixində ölümü ilə nəticələnmiş hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməmişdir. Belə ki, sonuncu alkoqol maddədən istifadə etmişdir. Sığorta ödənişi məbləği sığortaçının daxili proqram təminatındakı məlumatlar əsasında hesablanır. Sığorta hadisəsi baş vermədiyindən hesablanma aparılmamışdır. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Cavabdeh Sığorta Şirkəti ASC ilə “X6 İstismarı” İdarəsi arasında QAL-00001419 nömrəli xx.xx.2011-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi və həmin müqaviləyə xx.xx.2021 -ci il tarixində PR-10 saylı prolonqasiya imzalanmışdır. X1 prolonqasiya üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-cı il tarixinədek sığorta təminatında olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X17 publik hüquqi şəxsin Beyləqan Rayon Şöbəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X20 Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 16/22 saylı məktubla bildirilmişdir ki, mərhumun meyiti xx.xx.2022-ci İİ tarixdə məhkəmə-tibbi ekspertiza müayinəsindən keçirilmiş, məhkəmə tibbi diaqnoz: texniki elektrikvurma, bədən səthində elektrik nişanələri, yüngül dərəcəli alkoqol sərxoşluğudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X20 Xidmətinin 3-17-5/2-18541/2023 nömrəli təhqiqat aktından görünür ki, X8 xx.xx.2022-ci il tarixində ölümü ilə nəticələnmiş hadisə Azərbaycan Kabinetinin xx.xx.2000-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1 4-cü bəndinə (texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr) uyğun olaraq istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Beləliklə, X7 ölümünə səbəb olan hadisə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X20 Xidmətinin 3-17-5/2-18541/2023 nömrəli təhqiqat aktı ilə istehsalatda baş vermiş bədbəxt hadisə kimi təsdiq edilmədiyindən sığorta hadisəsi sayılmır. İddia ərizəsində qeyd edilmişdir ki, Füzuli Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli hökmü istehsalatda bədbəxt hadisəni tam əks etdirir. Qeyd edilənlər tamamilə əsassızdır, belə ki, sözügedən hökmlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs X13 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə hüquqi qiymət verilmiş, baş vermiş hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirilməsinə dair əsaslandırma aparılmamışdır. Mövcud qanunvericiliyə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı əsasında baş vermiş hadisə istehsalatda bədbəxt hadisə hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.4-cü bəndinə (texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr) uyğun olaraq istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Odur ki, göstərilənləri nəzərə alaraq və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 20.0.2-ci, 20.0.3-cü və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.8-ci maddəsini rəhbər tutaraq, “Qala Həyat" Sığorta Şirkəti ASC tərəfindən iddiaçıya sığorta ödənişinin verilməsi öhdəliyi yaranmadığından iddia tələbi təmin edilməməlidir. Üçüncü şəxslər Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Meliorasiya və X27 Səhmdar Cəmiyyəti X18 İdarəsinin (bundan sonra Füzuli SSİ) işçi X7 xx.xx.2022-ci il tarixdə saat 10:00-da radələrində ölümü ilə bədbəxt hadisənin təhqiqat aktının surətindən görünür ki, X7 ölümü ilə nəticələnmiş hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin tədqiqi və uçota alınması Qaydaları”nın 1.4-cü bəndinə (texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr) uyğun olaraq istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. İş materiallarında olan Azərbaycan Meliorasiya və X27 Səhmdar Cəmiyyəti X18 İdarəsi tərəfindən 227 nömrəli xx.xx.2022-ci il tarixli Füzuli hərbi prokurorluğuna ünvanlanmış məktubunun surətindən görünür ki, X18 İdarəsi onun xx.xx.2022-ci il tarixli ********* saylı məktubuna cavab olaraq bildirir ki, Füzuli rayon Şükürbəyli kəndində qeydiyyatda olmaqla yaşamış X12 xx.xx.2021-ci il tarixdən Füzuli SSİ-də subartezian quyularının istismarı sahəsi üzrə V-dərəcəli elektirik montyoru vəzifəsinə qəbul edilmişdir. Əməyin mühafizəsi və texniki-təhlükəsizlik qaydaları ilə bağlı idarənin əməyin mühafizəsi üzrə texniki-təhlükəsizlik mühəndisi X14 tərəfindən təlimatlandırılmışdır, yanvar 2022-ci il tarixdə təlimatlandırılıb və müvafiq jurnalda imzası təsdiq olunmuşdur. Füzuli rayon Qazaxlar kəndi ərazisində yerləşən 30/437 reper nömrəli subartezian quyusunun və həmin quyunun yerləşdiyi ərazidəki elektirik idaretmə şiti Füzuli SSİ-nin balansındadır. Hadisə baş verməzdən əvvəl adı gedən subartezian quyusunun dərinlik nasosunda yaranmış nasazlıqla əlaqədar olaraq cari təmir işlərinin aparılmasına zərurət yaranmışdır. Lakin həmin quyunun elektirik idarəetmə şitində hal-hazıra kimi heç bir nasazlıq olmamışdır və buna cavabdeh şəxs sahə rəisi İbad Xəlilovdur. Mikayıl Nəsirov yuxarıda qeyd olunduğu kimi xx.xx.2021-ci il tarixdə Füzuli SSİ-də subartezian quyularının istismarı sahəsində sahə rəisi İbad Xəlilovun tabeliyində işləmişdir. Hadisə baş vermiş sahədə görülməsi nəzərdə tutulmuş cari təmir işləri qeyri-rəsmi iş gününə təsadüf etdiyi üçün həmin işlər barədə müvafiq sənədləşmənin aparılması mümkün olmamışdır. Hadisənin yay ayına təsadüf etməsi onu deməyə imkan verir ki, havaların həddindən artıq isti keçməsi ilə əlaqədar suvarma işlərində yaranan çətinliklər məişətkommunal və içməli suya olan təlabatın çox olmasını nəzərə alaraq istehsalatda yaranmış zərurət məqsədilə cari təmir işlərinin bəzi hallarda qeyri-rəsmi iş günlərində aparılmasına ehtiyac yaranır. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 1(064)-7/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, X13 Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, X13 barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə növündə cəzanın şərti olaraq tətbiq edilməsi və barəsində 1 (bir) il müddətinə sınaq müddətinin müəyyən olunması, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, X9 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, X9 davranışı üzərində nəzarətin həyata keçirilməsinin Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, X9 üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsinin qoyulması və s. hökm edilmişdir. Həmin hökmdən həmçinin görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsi Beyləqan rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 17/22 nömrəli məhkəmə-tibbi ekspertizası rəyinin nəticə qeyd edilmişdir: 1. X2 meyitinin müayinəsi zamanı aşkar olundu: sağ əl barmaqlarında, sol qabırğaaltı, sol bud nahiyələrində elektrik nişanələri; sol gicgahtəpə nahiyəsinin əzilmiş yarası; daxili üzvlərin venoz doluqanlılığı; ağciyər plevrası altına və ürəyin xarici qişalarına nöqtəvari qansızmalar, ağciyərlərin kəskin emfızeması, qanın duru vəziyyəti, ürəyin sol yarısının qanla doluluğu. 2. X2 ölümünə səbəb texniki elektrikvurma (elektrik cərəyanı ilə zədələnmə) olmuşdur. Meyitin müayinəsi zamanı aşkar olunmuş elektrik nişanələri, ağ ciyər plevrası altına və ürəyin xarici qişasına tünd qırmızı rəngdə nöqtəşəkilli qansızmaların olması, ağ ciyərlərin kəskin emfizeması, qanın duru vəziyyəti və ürəyin sağ yarısının duru qanla tam dolması bu növ ölümü təsdiqləyir. 3. X2 sol təpə-gicgah nahiyəsində aşkar olunmuş əzilmiş yara bərk küt əşyanın təsirindən törənmişdir, hadisə zamanı yıxılaraq başın hər-hansı bir bərk əşyaya dəyməsi nəticəsində əmələ gələ bilərdi, canlı şəxslərdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilir. 4. X2 meyitindən götürülmüş qan nümunəsində bir promilli qatılığında etil spirti aşkar olunmuşdur ki, bu da canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. Laborator tədqiqat zamanı qanda narkotik tərkibli, o cümlədən güclü təsiredici digər maddələr aşkar olunmamışdır. 5. Meyit əlamətlərinin inkişaf dərəcəsini nəzərə alaraq demək olar ki, X2 ölümünün müddəti onun meyitinin müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/5318 nömrəli məhkəmə təhlükəsizlik texnikası ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, X18 İdarəsinin balansında olan Füzuli rayonu, Qazaxlar kəndi ərazisində, 7 ha ərazinin suvarılmasını təmin edən 37/437 reper nömrəli artezian quyusunun elektrik idarəetmə lövhəsində (şitində) quyunun dərinlik nasosuna elektik enerjisi verilişini təmin edən elektrik kabelinin çıxarılması işinin aparılması zamanı, iş sahəsində olan elektrik qurğularının gərginlikdən tam açılmasının təmin edilməməsi baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 3.1.1.1 bəndinin a) və ə) abzaslarının tələbləri pozulmuşdur ki, bu da baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqədə olmuşdur. Füzuli rayonu, Qazaxlar kəndi ərazisində yerləşən 37/437 reper nömrəli artezian quyusunun elektrik idarəetmə lövhəsində (şitində) quyunun dərinlik nasosuna elektik enerjisi verilişini təmin edən elektrik kabelinin çıxarılması işinin aparılması zamanı həmin iş tələb olunan təşkilati və texniki tərkibli təhlükəsizlik tədbirləri (elektrik lövhəsində elektrik enerjisi verilişinin tam dayandırılması və s.) təmin edilmədən aparıldığına görə, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası”nın 3.1.1.1 bəndinin a) və ə) abzaslarının tələbləri həmin işin görülməsinə göstəriş vermiş X18 İdarəsində subartezian quyularının sahə rəisi vəzifəsində işləyən X13 tərəfindən pozulmuşdur. Füzuli rayonu, Qazaxlar kəndi ərazisində yerləşən 37/437 reper nömrəli artezian quyusunun elektrik idarəetmə lövhəsində (şitində) quyunun dərinlik nasosuna elektik enerjisi verilişini təmin edən elektrik kabelinin çıxarılması işinin görülməsi ilə əlaqədar texniki tərkibli təhlükəsizlik tədbirlərinin görülmədiyini nəzərə aldıqda, mərhum X12 tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulması halı müəyyən edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X19 publik hüquqi şəxsi Beyləqan rayon şöbəsinin 16/22 nömrəli xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Füzuli rayonu, Şükürbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, X18 İdarəsində subartezian quyularının istismarı sahəsi üzrə elektrik montyoru vəzifəsində işləyən X12 xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Füzuli rayonu, Qazaxlar kəndi ərazisində yerləşən, X18 İdarəsinə məxsus yanmış olan su quyusunun motorunu təmir etmək məqsədilə elektrik idarəetmə şitini ayırmaq istəyən zaman texniki elektrikvurma nəticəsində hadisə yerində ölmüşdür. Mərhumun meyiti xx.xx.2022-ci il tarixdə Füzuli rayon prokurorluğunun qərarı əsasında məhkəmə-tibbi ekspertiza müayinəsindən keçirilmiş və bu barədə xx.xx.2022-ci il tarixli 17/22 saylı məhkəmə-tibbi ekspertiza rəyi tərtib olunaraq aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə-tibbi diaqnoz: texniki elektrikvurma. Bədən səthində elektrik nişanələri. Yüngül dərəcəli alkoqol sərxoşluğu (qanda etil spirti - 1 (bir) promilli qatılığında). Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın ölümü və peşə əmək qabiliyyətinin itirilməsi hallarına sığorta təminatı verilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X20 Xidmətinin 3-17-5/2-18541/2023 nömrəli təhqiqat aktına əsasən M.İddiaçı xx.xx.2022-ci il tarixində ölümü ilə nəticələnmiş hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.4-cü bəndinə (texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr) uyğun olaraq istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. M.Nəsirovun ölümünə səbəb olmuş hadisə təhqiqat aktı ilə istehsalatda baş vermiş bədbəxt hadisə kimi təsdiq edilmədiyindən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq sığorta hadisəsi hesab edilmir. Eyni zamanda sığorta ödənişi məbləği sığortaçının daxili proqram təminatına əlavə olunan məlumatlar əsasında hesablanır. Sığorta hadisəsi baş vermədiyindən (yəni sığorta hadisəsinin baş verməsini təsdiq edən X20 Xidmətinin təhqiqat aktı mövcud olmadığından və proqram təminatına əlavə edilməsi mümkün olmadığından) sığorta ödənişi məbləğinin cavabdehin proqram təminatında hesablanması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X20 Xidməti tərəfindən yaradılmış komissiya tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aparılmış təhqiqatı təsdiq edən aktın surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixində ölümü ilə nəticələnmiş hadisə Azərbaycan Kabinetinin xx.xx.2000-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1 4-cü bəndinə (texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr) uyğun olaraq istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Beləliklə məhkəmə araşdırılması zamanı təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı atası X5 Suvarma Sistemləri İdarəsində elektrik montyoru peşəsi üzrə xx.xx.2009-cu ildən əmək faəliyyəti ilə məşğul olmuşdur. O, xx.xx.2022-ci il tarixdə rayonun Qazaxlar kəndində yerləşən subartezian quyusunun təmiri üçün əməyə cəlb edilmiş, həmin gün elektrik lövhəsini transfarmatordan ayırmaq istəyən zaman elektrikvurma nəticəsində ölmüşdür. Bədbəxt hadisənin tədqiq olunması, məhkəmə-tibbi ekspertizasının rəyi və həmçinin baş vermiş hadisədə təqsirli şəxs İ.Xəlilovun cinayət məsuliyyətinə cəlb edilməsi barədə qəbul edilmiş Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, Mikayıl Nəsirov baş vermiş hadisə günü spirtli içkinin təsiri altında olmuşdur. Bununla bağlı baş vermiş ölüm hadisəsi istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirilməmişdir və uçota alınmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 924.1-ci maddəsinə əsasən sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir:
1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi;
2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin tədqiqi və uçota alınması Qaydaları”nın: 1.4-cü bəndinə görə İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: -texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 10.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının atasının hadisə baş verən anda yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması ilə əlaqədar baş vermiş hadisənin bədbəxt hadisə kimi qiymətləndirilməməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin tədqiqi və uçota alınması Qaydaları”nın 1.4-cü bəndinə (texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır) uyğun olmuşdur. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:
İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-nə qarşı X7 peşə fəaliyyətini həyata keçirirkən baş vermiş ölümünə görə 60.000 (altmış min) manat sığorta ödənişinin cavabdehdən alınaraq ona ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aynur Abdullayeva