Məhkəmə qərarları › İş №e-2(011)-3392/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3392/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3392/2023 23.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 3130 manat pul vəsaitinin və 51,30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən X14 minimk arkalı 77BX623 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Bakı şəhəri ərazisində 90DT687 dövlət qeydiyyat nişanlı X21 markalı avtomobili ilə və 99DE539 dövlət qeydiyyat nişanlı Mercedes Benz C200 markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 332.1-ci və 327.2-ci maddələri ilə xx.xx.2022-ci il tarixli protokol yazılmış və AR İXM-nin 327.2-ci və 332.1-ci maddəsi ilə TP ******* qərar yazılmışdır. X13, 90DT687 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1390 manat ödənişi verilmişdir. Mercedes Benz C200 markalı, 99DE539 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1740 manat ödənişi verilmişdir. Bununla da sığortaçının (sığorta şirkəti) ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli PAZ********** saylı “İcbari sığorta müqaviləsinə dair Məlumat”ın surətindən görünür ki, sığortalı X12 “X14” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə sığorta məbləği əmlaka vurulan zərərə görə 5000, sağlamlığa vurulan zərərə görə 5000, bir hadisə üzrə 50.000 manat həddində müəyyən edilmişdir. İş materiallarında olan 926539 saylı “Nəqliyyat vasitəsini qeydiyyat Şəhadətnaməsinin” surətindən görünür ki, “Mercedes Benz C200 CDİ” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X8r. İş materiallarında olan 049563 saylı “Nəqliyyat vasitəsini qeydiyyat Şəhadətnaməsinin” surətindən görünür ki, “Hyundai Santafe” minik markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r. İş materiallarında olan “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” ƏN-V seriyalı 119459 №-li Etibarnamənin surətindən görünür ki, X1 Etibar Zakir oğluna “X14” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətini 3 ay müddətinə etibar etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində saat 16:00-da “X14” markalı **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən AR İXM-nin 332.1-ci və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş xətanı törətmişdir, xəta nəticəsində X9 və X6 maddi zərər yetirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli TP ******* saylı İnzibati tənbehvermə haqqında elektron qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 16:00-da X14 markalı, **-BX-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 332.1-ci və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş xətanı törətmiş, 60 manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”ın surətindən görünür ki, “X21” markalı ** DT *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ehtiyat hissələri və zəhmət haqqı ilə birlikdə 1390 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Dəymiş zərərin hesabat”ından görünür ki, “Mercedes Benz” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği cəmi 1740 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Sığorta aktının surətindən görünür ki, “X21” markalı 90DT687 markalı avtomobilə dəymiş zərərin məbləği 1390 manatdır, sığorta ödənişi 1390 manatdır. Həmin məbləğ avtomobilin təmiri üçün fərdi sahibkar X4 hesabına köçürülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli CML-4204/2022/1-AKT4388/22 saylı “Sığorta aktı”-nın surətindən görünür ki, sığortalı X12, nv-nin markası, “X14” markalı **- BX-*** dövlət qeydiyyat nişanlı, zərərə uğramış avtomobil “Mercedes Benz C200” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobildir, əmlakın sahibi X10r, hesablanmış sığorta ödənişi 1740 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli CML-4204/2022/1-AKT6005/22 saylı “Sığorta aktı”-nın surətindən görünür ki, sığortalı X12, nv-nin markası, “X14” markalı **- BX-*** dövlət qeydiyyat nişanlı, zərərə uğramış avtomobil “Hyundai” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobildir, əmlakın sahibi X5r, hesablanmış sığorta ödənişi 1390 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Ölkədaxili” qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən X7 hesabına ******* saylı akta əsasən 1740 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Bankdaxili” qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən “”Pasha İnsurance” hesabına 6005/22 saylı akta əsasən 1390 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 51,30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “X14” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil PAZ********** saylı “İcbari sığorta müqaviləsi”nə əsasən "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə sığortalanmışdır, Cavabdeh xx.xx.2022-ci il tarixdə həmin avtomobili idarə edərkən M.N.Təhmasibə və E.Q.Alıyevə məxsus “Mercedes Benz C200” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı və “X21” markalı 90DT687 dövlət qeydiyyat nişanlı avtomobillərə maddi ziyan vurulmuşdur, hadisə nəticəsində Cavabdeh AR İXM-nin 332.1-ci və 327.2-ci maddələri ilə təqsirli bilinmiş, onun barəsində inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında Qərar tərtib olunmaqla 60 manat məbləğində cərimə olunmuşdur, sığortaçı iddiaçı tərəfindən zərərçəkmişlərə cəmi 3130 manat (M.Təhmasibə 1390 manat; E.Alıyevə 1740 manat) məbləğində sığorta ödənişi edilmişdir. Bununla belə cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, zədələnmiş avtomobillərin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, o, sığorta ödənişini subroqasiya qaydasında cavabehdən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, sığorta ödənişi kimi ödənilmiş 3130 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 51,30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3130 (üç min yüz otuz) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 51 (əlli bir) manat 30 (otuz) qəpik tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar