Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3513/2025 14.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh həm hissəvi həm də minimum əmək haqqına mütənasib olaraq, hər uşağa görə 246 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Nəsibova(Ələkbərova) Elvira Nəriman qızı Cavabdeh ilə evlənərək Bakı Nikah evi tərəfindən təsdiq edilmiş xx.xx.2010-cu il tairxli, 2483 saylı nikahın bağlanması haqqında akt qeydi ilə nikahı rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlarında iki övladları doğulmuşdur. Bakı şəhər Xətai Rayon Məhkəməsinin (hakim Sərdar Mehrəliyev) xx.xx.2021-ci il tarixli, 2(011)- 1762/2021 saylı qətnaməsinə əsasən Nəsibova (Ələkbərova) Elvira Nəriman qızı ilə Cavabdeh arasında Bakı Nikah evi tərəfindən bağlanmış xx.xx.2010-cu il tairxli, 2483 saylı nikahın nağlanması haqqında akt qeydi pozulmuş, onların birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 anaları Ələkbərova (Nəsibova) Elvira Nəriman qızının yanında qalmışlar. Bakı şəhər Xətai Rayon Məhkəməsi nikahın pozulması tələbinə dair mülki işə baxarkən iddiaçının aliment tələbi olmamışdır. Lakin indi aliment tələb edir və cavabdehdən uşaqlarının saxlanması üçün alimentin həm hissəvi həm də sabit məbləğdə tutulmasını istəyir. Ona görə ki, Cavabdeh həm Səlyan şəhər Mərkəzi Rayon Xəstəxanasında həm də Bakı şəhəri “Ultra Med” tibb mərkəzində kardioloq vəzifəsində işləyir. Lakin onun nə qədər əmək haqqı alması barədə dəqiq məlumat yoxdur. Ona görə də Cavabdeh Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi və Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin müəyyən edilməsini istəyir. Alimentin əvvəlinin hesablanmasını 2025-ci ilin yanvar ayından hesablanmasını istəyir. Çünki mediasiya arayışından da görünür ki, xx.xx.2025-ci il tarixdən artıq alimenti rəsmi qaydada cavabdehdən tələb edilib. İddiaçı tərəfdən cavabdehə bu barədə təklif göndərilmiş, lakin təklifə cavabdeh tərəfındən münasibət bildirilmədiyinə görə iddiaçı mediasiya təşkilatına müraciət etmişdir. Bakı 18 saylı Mediasiya Təşkilatının mediatoru X7 xx.xx.2025-ci il tarixdə № MŞB/18/2025-00005 saylı məktubla ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayış vermişdir. Ona görə də uşaqların maddi təminatlarının təmin olunması üçün aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı bildirir ki, maddi köməyə çox ehtiyacları var. Günü-gündən də xərclər artır, uşaqların təhsilləri, hazırlıqları, yeməyi, onlara geyim əşyalarının alınması, tibbi müayinə və müalicə olunmaları üçün xeyli vəsait lazımdır. İddiaçı bu ehtiyacları ödəyə bilmir. Lakin cavabdehin buna maddi imkanı çatır və həm də bu onun atalıq borcudur. Ona görə də hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğuna görə təmin edilərək xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən: 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən: minimum əmək haqqına münasib olaraq hər uşağa görə 246 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini istəyir. Cavabdehə təklif edəndə hər uşağa 500 manat aliment ödəməsini təklif etmişdir. Cavabdehin isə buna kifayət qədər maddi imkanı olmuşdur. Çünki onun bunu etməyə kifayət qədər maddi imkanı var. Lakin cavabdeh təklifi qəbul etməmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiasının təmin edilərək onların birgə nikahlarından doğulan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh həm hissəvi həm də minimum əmək haqqına mütənasib indeksasiya edilməklə, sonrakı artımlar nəzərə alınaraq, hər uşağa görə 246 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və alimentin əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiasının təmin edilərək onların birgə nikahlarından doğulan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh hər uşağa görə 400 manat olmaqla, 800 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və alimentin əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etmişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, cavabdeh bir uşağın bütün xərclərini öz üzərinə götürsə, o digər uşağın bütün xərclərini öz öhdəsinə götürə bilər. Lakin, cavabdeh bütün xərcləri ödəməkdən yayınır və gəlirlərini gizlədir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etmişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1) 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2) 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3) 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1762/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X4 ilə Cavabdeh arasında Bakı Nikah evində xx.xx.2010-cu il tarixdə 2483 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı xx.xx.2021-ci il tarixdə pozulmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. İş materillarında olan xx.xx.2025-ci il tarixli Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. “Azemis” Elektron Məhkəmə-İnformasiya Sisteminin məlumatlarından görünür ki, Cavabdeh "xxxx" Şirkətində (əmək haqqı: 410 manat) və "xxxx" MMC-də (əmək haqqı: 200 manat) kardioloq vəzifəsində işləyir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış övladları: xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 təminatlarının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda mövcud iqtisadi vəziyyəti və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh tutulan alimentin məbləği hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli (hər uşağa 246 manat olmaqla, həmin məbləğin ölkə üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinə bölünməsi yolu ilə hesablanaraq) həddində müəyyən edilməlidir. Cavabdehin daha yüksək məbləğdə alimentin ödənilməsinə imkan verəcək gəlirləri iş materialları ilə müəyyən edilmədiyindən, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, məhkəmə xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 üçün tutulan alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, 79,52 (yetmiş doqquz manat əlli iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, alimentin tutulması barədə qətnamə dərhal icra edilməlidir. Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 (sıfır tam yüzdə altmış iki) misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 79,52 (yetmiş doqquz manat əlli iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-3513/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3513/2025
14.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver