Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3591/2023 06.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi tələbi barədə” iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi tələbi barədə” barədə kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 190 (bir yüz doxsan) manat məbləğində sığorta ödənişinin, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının, cəmi 220,4 (iki yüz iyirmi manat qırx qəpik) manat pul vəsaitinin alınaraq "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "BakıSığorta“ ASC tərəfindən xx.xx.2022-ci il tarixli PBA********** №-li “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası“ şəhadətnaməsi üzrə sığortalanmış, “Toyota Prius“ markalı **-KH-*** (k.n.n 77- FS-336) dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində saat 22:00 radələrində Şamaxinka dairəsində Cavabdeh tərəfindən idarə edilərkən “Kia Rio“ markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər DYPİ tərəfindən İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sisteminə yerləşdirilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa (forma 4) əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli hadisə zamanı “Toyota Prius" markalı **-KH-*** (k.n.n ** FS ***) dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Həmçinin, İXM-nin 327.6 və 327.1-ci maddələrinə əsasən onun barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Rio“ markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün “Bakı Sığorta“ ASC tərəfindən 190 (bir yüz doxsan) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, PBA ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "Toyota Prius” markalı **-KH-*** (k.n.n ** FS ***) dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən “icbari sığorta" qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1 -ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Rio“ markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 190 (yüz doxsan) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “Kia Rio" markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün “Bakı Sığorta’ ASC tərəfindən 190 (bir yüz doxsan) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli BS-S-23/0783 saylı “geriyə tələb (subroqasiya)" məktublarından görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 190 (bir yüz doxsan) manat məbləğində ödənilmiş sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarında olan sığortaçı "xxxx" ASC ilə sığortalı X2 arasında bağlanmış icbari sığorta müqaviləsinin surətindən görünür ki, "xxxx" markalı, **-FS-*** dövlət nömrə nişanlı minik avtomobili "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə siğorta hadisəsi hesab edilə bilən halın təfərüfatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "xxxx" markalı, **-KH-*** dövlət nömrə nişanlı minik avtomobil “Kia RİO“ markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli "xxxx" markalı, **-KH-*** dövlət nömrə nişanlı minik avtomobili idarə edən Cavabdehdur. Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində “Kia Rio“ markalı **-HL-*** dövlət nömrə nişanlı minik avtomobilinin sahibi X1 əmlakına zərər dəymişdir. İş materiallarında olan TP5328415 nömrəli xx.xx.2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" markalı, **-KH-*** dövlət nömrə nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş qiymətləndirmə aktının surətindən görünür ki, “Kia Rio“ markalı **-HL-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 190 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, “Kia Rio" markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün “BakıSığorta’ ASC tərəfindən 190 (bir yüz doxsan) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli BS-S-23/0783 saylı “geriyə tələb (subroqasiya)" məktubun surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh sığorta ödənişinin icra olunması ilə bağlı bildiriş ünvanlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci və 63.1-ci maddələrinə görə həmin Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi hallar, yəni Cavabdeh tərəfindən idarə olunan “Toyota Prius“ markalı **-KH-*** qeydiyyat nişanlı avtomobilin “Kia Rio“ markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, bunun nəticəsində sonuncu avtomobilə zərər dəyməsi və yol-nəqliyyat hadisəsi törətmiş Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınması iş materialları ilə sübut olunur. Sahibinin mülki məsuliyyəti icbari qaydada sığortalanmış “Toyota Prius“ markalı **- KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Kia Rio“ markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilə vurulmuş ziyanın iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırılması və sonuncu tərəfindən X1 hesabına 190 manat məbləğində pul vəsaitinin köçürülməsi də iş materialları ilə təsdiq olunur. Bununla da, “Toyota Prius“ markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, yəni yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsinın sürücüsü olaraq yol nəqliyyat hadisəsi yerindən yayındığına görə "xxxx" ASC-nin Cavabdeh subroqasiya qaydasında dəymiş ziyanın aradan qaldırılması üçün ödənilmiş pul vəsaitini tələb etmək hüququ vardır. Buna görə də "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddiası təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh subroqasiya hüququ əsasında 190 (bir yüz doxsan) manat məbləğində pul, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı olmaqla, cəmi 220,4 (iki yüz iyirmi manat qırx qəpik) manat məbləği tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-3591/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3591/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver