Məhkəmə qərarları › İş №e-2(011)-3815/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3815/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3815/2023 08.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh 670 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 700 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “BMW X5” markalı, 90–ST–755 dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır, sığortalı ilə xx.xx.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır, 2020-ci il fevralın 08-də Cavabdeh idarə etdiyi “BMW X- 5” markalı, 90–ST–755 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, İ.Tolstoy küçəsində “Kia Optima” markalı, 90–LT–092 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur, cavabdeh hadisə yerindən yayınmışdır, həmin hadisə ilə bağlı Nəsimi DYPŞ-i tərəfindən xx.xx.2020-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir, Nəsimi DYPŞ-in xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı(yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “Kia Optima” markalı, 90–LT–092 dövlət nömrə nişanlı avtomobillə 950 manat məbləğində ziyan dəymişdir, iddiaçı xx.xx.2020-ci il tarixində 950 manat məbləği zərərçəkmiş şəxs X3 ödəmişdir, "xxxx" ASC ilə Cavabdeh ilə xx.xx.2020-ci il tarixində borcun etirafı və onun ödənilməsi haqqında razılaşma bağlanılmışdır, həmin razılaşmaya əsasən Cavabdeh etiraf etmişdir ki, 950 manat məbləğində zərər vurmuşdur və 150 manat ödəniş etməklə, qalan borcu hər ay azı 100 manat ödəməklə səkkiz ay ərzində tam ödəməyi öhdəsinə götürmüşdür, Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixində 150 manat, xx.xx.2020-ci il tarixində 50 manat, xx.xx.2021-ci il tarixində 20 manat, xx.xx.2021-ci il tarixində 20 manat, xx.xx.2021-ci il tarixində 40 manat, ümumilikdə 280 manat məbləğində ödəniş etmişdir, yerdə qalan 670 manat məbləğ ödənilməmişdir Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini bildirmiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli PXA ********** saylı İcbari sığorta müqaviləsinə dair Məlumatından görünür ki, “BMW X-5” minik markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa görə bir şəxs üçün 5000, bir hadisə üzrə 50000 manat dəyərində sığorta olunmuşdur. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, Nəsimi rayon DYPŞ bildirir ki, xx.xx.2020-ci il tarixdə saat 09:39 dəqiqədə Nəsimi rayonu, L.Tolstoy küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir, hadisənin növü dayanmış nəqliyyata vurmadır, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan avtomobilin mülkiyyətçisi X4, sürücüsü Cavabdehdır, avtonəqliyyat vasitəsi “BMW X-5” minik markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobildir, zərərçəkən “Kia Optima” markalı, **-LT-*** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və hadisə zamanı idarə edən X6 olmuşdur. İş materiallarında olan TP ******* saylı “İnzibati tənbehvermə” haqqında Qərarın surətindən görünür ki, hadisə zamanı “BMW X-5” minik markalı, **-ST-*** nəqliyyat vasitəsini idarə edən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan “Avtomobillərin Texniki Xidmət Mərkəzi” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “Qüsur Aktı”nın surətindən görünür ki, “Kia Optima” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği ehtiyat hissələr – 590 manat və işçilik - 360 manat olmaqla, toplam 950 manatdır. İş materiallarında olan PXA60161 nömrəli “Sığorta aktı”-nın surətindən görünür ki, sığorta növü Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıdır, sığortalı X1r, sığorta predmeti “BMW X-5” 2002 minik markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobildir, sığorta başlama tarixi xx.xx.2019, sığorta bitmə tarixi xx.xx.2020-ci ildir, hadisənin baş vermə tarixi xx.xx.2020, saat 05:38-dir, 950 manat sığorta ödənişi X2 hesabına köçürmə üsulu ilə ödənilmişdir. İş materiallarında olan “Kart hesabından çıxarış”dan görünür ki, “PXA60161 sığorta aktına əsasən sığorta ödənişi” təyinatı ilə xx.xx.2020-ci il tarixdə hesaba 950 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Təhvil-təslim aktı”nın surətindən görünür ki, 10000 06313 nömrəli kart X5 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh 24 fevral 2020-ci il tarixli məktub ünvanlanaraq, ondan ödənilmiş əvəz miqdarında cəmi 950 manat zərər məbləğini məktubu aldıqdan 7 təqvim günü ərzində "xxxx" ASC-nin ofisinə və ya məktubda göstərilən hesaba köçürmə formasında ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan “Borcun etirafı və onun ödənilməsi” haqqında 06 mart 2020-ci il tarixli Razılaşmanın surətindən görünür ki, Cavabdeh onun günahı üzündən baş vermiş sığorta hadisəsi nəticəsində göstərilən avtomobilə 950 manat məbləğində zərər dəydiyini və zərərin tələbkar tərəfindən zərərçəkmiş şəxsə ödənildiyini etiraf etmiş, 950 manat məbləğində vəsaitin 06 mart 2020-ci il tarixində 150 manat ödəniş etməklə, qalan borcu hər ay azı 100 manat ödəməklə 8 ay ərzində tam ödəmək barədə öhdəlik götürmüşdür. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “BMW X-5” minik markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixdə “Avtonəqliyyat vasitəsi sahilərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmışdır, cavabdeh tərəfindən idarə olunan həmin avtomobil xx.xx.2020-ci il tarixdə X5 məxsus olan və hadisə zamanı da onun tərəfindən idarə olunan “Kia Optima” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sonuncuya zərər dəymişdir, vurulan zərər 950 manat dəyərindədir, hadisə nəticəsində cavabdeh AR İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmiş, onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və o, inzibati tənbeh vermə haqqında Qərar ilə 100 manat cərimə olunmuşdur, sığortaçı - iddiaçı tərəfindən zərərçəkmiş X5 950 manat məbləğində sığorta ödənişi edilmişdir, Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixində 150 manat, xx.xx.2020-ci il tarixində 50 manat, xx.xx.2021-ci il tarixində 20 manat, xx.xx.2021-ci il tarixində 20 manat, xx.xx.2021-ci il tarixində 40 manat, ümumilikdə 280 manat məbləğində ödəniş edilmişdir, cavabdeh iddia tələbini qəbul edir. Bununla belə cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, zədələnmiş avtomobilin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, o, sığorta ödənişini subroqasiya qaydasında cavabehdən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. "İcbari sığortalar haqqında" AR Qanunun 63.1-ci maddəsinə əsasən,həmin qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasinin Qanununun 23.1.6-cı maddəsindəsığortaçının hüquqlarından biri kimi sığorta ödənişini verdikdən sonra müvafıq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ qeyd edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 670 manat pul vəsaiti cavabdehdən alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, təmin edilmiş iddianın həcmi 1000 manatadək olduğundan, 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 670 (altı yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar