Məhkəmə qərarları › İş №e-2(011)-389/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-389/2022

18.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-389/2022 18.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi, birgə ödənilmiş vəsaitin tələb edilməsi” tələbi barəsində iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən yaşayış binasının 11 saylı mənzili üzərində İddiaçı pay hüququnun müəyyən edilməsi və İddiaçı həmin mənzilə köçürülməsi, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 20 saylı evin 62 saylı mənzilinə görə tərəflərin nikahda olduqları müddət ərzində ödənilmiş cəmi 40300 manat ipoteka krediti ödənişinin yarısını təşkil edən 20150 manatın və dövlət rüsumu kimi ödənilmiş 150 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2010-cu ildə nikaha daxil olmuşdur. Son vaxtlar ailə təsərrüfatının idarə edilməsi və digər məsələlərlə bağlı aralarında yaranmış mübahisə səbəbindən, İddiaçı birgə nikahlarından əldə edilmiş əmlakda payının müəyyən edilməsi və nikahda olduqları müddətdə cavabdehin ipoteka krediti üzrə borcu üçün birgə gəlirlərindən ödədikləri məbləğin ½ hissəsinin cavabdehdən tutularaq ona ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı işin məhkəməyədək həlli ilə bağlı, mübahisənin mediasiya prosesində həll edilməsi üçün qarşı tərəfə mediasiya təklifi göndərmiş, qarşı tərəfin razılığı əsasında Mediasiya Şurasının üzvü X3 mediator kimi fəaliyyətə başlamış, xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə mediasiya prosesi həyata keçirilmiş, mübahisənin tərəflərin qaşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü səbəbindən mediasiya prosesinə xitam verilmiş, bu barədə xx.xx.2021-ci il tarixli AM-02-10/-21-1 saylı protokol tərtib edilmişdir. Göstərilən əsaslardan hazırkı tələblə məhkəməyə müraciət edilməsi üçün tam hüquqi əsaslar yaranmışdır. Tərəflərin birgə nikahda olduqları müddətdə, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış binasının 11 saylı mənzilini əldə etmiş, bununla bağlı X4 ilə Cavabdeh arasında Bakı şəhəri 40 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 3M-13 saylı ilkin müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin satış qiyməti 50000 manat müəyyən edilmiş, müqavilənin 2.2ci bəndinə əsasən Cavabdeh tərəfindən 50000 manat müqavilə bağlanarkən notariusun bankdakı depozit hesabına ödənilmişdir. Beləliklə, həmin mənzil tərəflərin nikahı dövründə onların birgə gəlirlərindən əldə edilmişdir. Mənzil əldə edilən vaxt təmirsiz (mayakaltı) vəziyyətdə olmuş, tərəflərin birgə gəlirlərindən tam təmir olunaraq yaşayışa yararlı hala gətirilmişdir. İddiaçı sonradan məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 20 saylı evin 62 saylı mənzilinə görə tərəflərin nikahda olduqları müddət ərzində ödənilmiş cəmi 40300 manat ipoteka krediti ödənişinin yarısını təşkil edən 20150 manatın, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 11 saylı mənzilinə dair X4 ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 40 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 3M-13 saylı ilkin müqavilənin pozulması nəticəsində Cavabdeh əldə etdiyi 50000 manatın yarısını təşkil edən 25000 manatın və dövlət rüsumu kimi ödənilmiş 150 manatın ümumilikdə 45450 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X1 xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara və işdə iştirak etmiş şəxslər tərəfindən verilmiş izahatlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Şükürova (İsgəndərli) Flora Nizaməddin qızının xx.xx.2010-cu il tarixində nikahları bağlanmışdır. İş materiallarında olan birinci tərəf X4 ilə ikinci tərəf Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış ilkin müqavilənin surətindən görünür ki, birinci tərəf ünvan 2 ünvanında yerləşən 11 saylı mənzilini ikinci tərəfin mülkiyyətinə verməyi, ikinci tərəf isə ilkin müqavilə ilə nəzərdə tutulmuş 50000 manat məbləğində vəsaiti birinci tərəfə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər 6 ay müddətində əsas müqavilə bağlamağı öhdələrinə götürmüşdürlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, X4 tərəfindən ilkin alğı-satqı müqaviləsi ləğv edildikdən sonra 50000 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, ünvan 2 ünvanında yerləşən 11 saylı mənzilinə dair Bakı şəhəri 40 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə rəsmiləşmiş, 3M-13 reyestr nömrəli birinci tərəf X4 ilə Cavabdeh arasında bağlanmış ilkin müqavilə ləğv edilmiş, mənzilə dair Cavabdeh tərəfindən X2 verilmiş 50000 manat məbləğində pul vəsaiti notariusun bankda açılan depozit hesabı vasitəsilə geri qaytarılmışdır. İş materiallarından görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli № 022İK/10 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh 300 ay müddətinə qaytarılması şərti ilə 40000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, borclunun göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı kimi ipoteka saxlayan "xxxx" KB ASC ilə ipoteka qoyan Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 20 nömrəli binada yerləşən 62 nömrəli mənzilə dair ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında xx.xx.2010-cu il tarixli 022İK/10 saylı kredit müqaviləsinə əlavənin surətindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 40752,36 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmışdır. Birgə nikah dövründə xx.xx.2018-ci il tarixdə Cavabdeh ünvan 2 ünvanında yerləşən 11 saylı mənzilə dair X4 ilə daşınmaz əmlakın alğı-satqısına dair ilkin müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, mənzilin dəyəri 50000 manat müəyyən edilmiş, sonradan xx.xx.2021-ci il tarixdə həmin müqavilə ləğv edilmiş və X4 tərəfindən 50000 manat Cavabdeh qaytarılmışdır. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 20 nömrəli binada yerləşən 62 nömrəli mənzil xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh tərəfindən əldə edilmiş, daha sonra ipoteka müqaviləsi üzrə ödənişlər xx.xx.2010-cu il tarixdən birgə nikah dövründə aparılmışdır. Tərəflər arasında olan nikah münasibətləri 2021-ci ilin sentyabr ayında pisləşmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Qeyd edilən Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, ünvan 2 ünvanında yerləşən 11 saylı mənzil tərəflərin birgə nikah dövründə əldə edilmiş, lakin sonradan müqavilə ləğv edildiyindən pul vəsaiti cavabdehə geri qaytarılmışdır. Müqavilənin ləğvi və pul vəsaitinin qaytarılması isə tərəflərin nikah münasibətləri faktiki kəsildiyi vaxtda olduğundan, iddiaçı mənzilə dair ödənilmiş, lakin sonradan geri qaytarılmış pul vəsaitinin yarı hissəsinin cavabdehdən tutulub xeyrinə ödənilməsini, həmçinin tərəflərin nikaha daxil olduğu vaxta qədər cavabdehin adına ipoteka müqaviləsi əsasında alınmış Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 20 nömrəli binada yerləşən 62 nömrəli mənzilə dair birgə nikahın bağlandığı vaxtdan münasibətlərin faktiki pisləşdiyi xx.xx.2021-ci il tarixədək ödənilmiş ipoteka ödənişinin yarı hissəsinin cavabdehdən tutularaq xeyrinə ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilməli və Cavabdeh ünvan 2 ünvanında yerləşən 11 saylı mənzilə dair ödənilmiş və sonradan cavabdehə qaytarılmış 50000 manat pul vəsaitinin yarısı olan 25000 manat, həmçinin Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 20 nömrəli binada yerləşən 62 nömrəli mənzilə dair birgə nikah dövründə xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilmiş ipoteka ödənişinin iddiaçı tərəfindən tələb etdiyi hissəsi 20150 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən çəkilən məhkəmə xərcinə daxil olan 150 manat dövlət rüsumu da cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının ayrı-ayrılıqda bütün tələbləri təmin olunduğundan, iddia ərizəsinə əlavədə iddiaçının tələblərinin ümumi məbləğinin 45450 manat göstərilməsini məhkəmə texniki səhv olaraq qəbul edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 242-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh ümumilikdə 45150 (qırx beş min yüz əlli) manat və dövlət rüsumunun əvəzi olan 150 (yüz əlli) manat pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar