Məhkəmə qərarları › İş №e-2(011)-3924/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3924/2022

25.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3924/2022 25.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı mənəvi ziyanın ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Cavabdehndən iddiaçının xeyrinə azyaşlı qızı- X3, bacısı- X7 və bacısının 2 yaşlı uşağı-X4 faciəvi surətdə ölmələri lə bağlı 80.000 (səksən min) manat məbləğində mənəvi ziyana görə kompensasiyanın, həmçinin ödənilmiş 330 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bir ata, qardaş və dayı kimi çəkdiyi mənəvi sarsıntı və onun ardınca yaşadığı iztirabları heç kimə arzu etməzdi. Çünki o ata kimi qızını-X5, qardaş kimi bacısı – X10 və dayı kimi isə bacısının qızı – X8 birdən itirmişdir. X20 Azərbaycan Respublikası CM-in 314.3-cü maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, təqsirləndirilən şəxs X2 Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətinin rəisi vəzifəsində işləyən vəzifəli şəxs olmaqla, işə laqeyid münasibət göstərib, öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməklə ehtiyatsızlıqdan üç nəfər şəxsin ölümünə, bir nəfər şəxsin isə sağlamlığına yüngül zərər yetirilməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına səbəb olmuşdur. Belə ki, verilmiş ittihamda göstərilmişdir ki X2 Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətinin rəisi vəzifəsində işləyərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarına” uyğun olaraq, tərtib edilmiş xx.xx.2017-ci il tarixli 17841 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsinin” 2.1.2- ci, həmçinin X37 İstismarı İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 09 dekabr 2016-cı il tarixli X37 İstismarı İdarəsinin inzibati rayonlar üzrə Təbii qazın qəbulu və satışı xidməti rəisinin peşə təlimatının 1.1-ci bəndinin 3-cü abzasına əsasən xidmətin işçiləri tərəfindən evdaxili qaz cihazlarının təhlükəsiz istifadə qaydalarına dair bütün əhali və qeyri- əhali abonentlərə il ərzində bir dəfədən az olmayaraq, təlimatın keçirilməsini təmin etmək, o cümlədən həmin Təlimatın 1.1-ci bəndinin 19-cu abzasına əsasən tabeçiliyində olan işçi heyətinin fəaliyyətini təşkil etmək, istiqamətləndirmək və rəhbərlik etmək funksiyalarının yerinə yetirilməsinin ona həvalə edilməsinə baxmayaraq , işə laqeyid münasibət göstərib öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib xidməti ərazidə olan evdaxili qaz cihazlarının təhlükəsiz istifadə qaydalarına dair tabeliyində olan əməkdaşların abonentlərlə təlimatın keçirilməsini düzgün təmin etməmiş, həmçinin tabeliyində olan işçi heyətinin fəaliyyətini düzgün təşkil etməmiş, nəticədə X37 İstismarı İdarəsinin Zaqatala rayonu üzrə onun rəisi olduğu Təbii qazın qəbulu və satış xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri vəzifəsində işləyən X11 üzərinə müvafiq əmrlə Zaqatala şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən mənzillərdə abonentlərlə təlimatın keçirilməsi vəzifəsi qoyulmasına baxmayaraq, sonuncu “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsinin” 2.1.2-ci həmçinin çilingərin peşə Təlimatının 2.3-cü bəndinə əsasən, istehlakçının ildə bir dəfədən az olmayaraq “X9 tələblərinə uyğun olaraq təlimatlandırmalı, o cümlədən, həmin Müqavilənin 2.1.4-cü və Qaydaların 2.9-cu bəndinin “a” yarımbəndinə əsasən, abonentin yaşadığı ünvanda istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaqla əlavə qaz cihazlarının quraşdırılması hallarını aşkar etdikdə bu barədə xidmət rəisinə rəsmi məlumat təqdim etməli olduğu halda, bunları etməməklə qeyd olunan müqavilənin və peşə təlimatının tələblərini kobud surətdə pozaraq ünvan 1 ünvanında mənzilin mülkiyyətçisi, eyni zamanda isteklakçı olan X21 deyil, qanunsuz olaraq istehlakçı hesab edilməyən X1 xx.xx.2017-ci il tarixdə qazdan istifadə qaydaları ilə bağlı təlimatlandırıb, bununla bağlı müvafiq jurnalda qeydiyyat aparmış, həmçinin 2017-ci ilin təqribən noyabr ayında göstərilən ünvanda sayğac göstəricilərini çıxaran zaman, evin mətbəxinin pəncərəsindən bayıra çıxarılmış axımlı su qızdırıcısının yanma məhsullarının xaric olunma borusunu gördükdən sonra, abonentin yaşadığı ünvanda əlavə qaz cihazının quraşdırıldığını bilib, həmin ünvanda qaz qurğularının tam və dəqiq uçotunu aparmamış, müvafiq olaraq bu barədə xidmət rəisinə rəsmi məlumat verməmiş və nəticədə qazdan istifadə qaydaları ilə bağlı təlimatlandırılmayan istehlakçı X30 və 2017-ci ilin oktyabr ayından öz ailəsi ilə həmin ünvanda kirayədə yaşayan X22 qazdan istifadə qaydalarından xəbərsiz olmuş, həmçinin 2017-ci ilin oktyabr ayında Nuranə Muxtarlının iştirakı ilə həmin evin mətbəxində qazla işləyən axımlı su qızdırıcısı quraşdırılarkən su qızdırıcısı olan otaq lazımı şəraitlə yəni, ventilyasiya kanalları və qəfəsə, yaxud otağa hava keçməsi qapı ilə döşəmə arasında sahəsi 0.02kv.m.-dan az olmayan məsafənin kəsilməsi təmin olunmadığından, quraşdırılması və istifadə olunması normativ aktların tələblərinə uyğun olmamış, axımlı su qızdırıcısı qurularkən tüstü borusu müvafiq qaydaların tələblərinə zidd olaraq polad materialdan olmamaqla olmamaqla qızdırıcının yuxarı hissəsindən 0.5metrə qədər şaquli vəziyyətdə çəkilmədiyindən, borunun çölə çıxarılmış hissəsi dam örtüyündən ən az 0.5 metr hündürlüyə qaldırılmadığından, yanma məhsullarının xaric olunma borusu qızdırıcının tüstüçıxanına kip birləşdirilmədiyindən, həmin hissədə boru yüksək temperaturun təsirindən əriyərək təxminən 3 sm məsafədə olduğundan, mətbəxə davamlı hava (normal yanma prosesi üçün zəruri olan həcmdə oksigen ) axını təmin edilmədiyindən, oksigen çatışmazlığı şəraitində su qızdırıcısının odluğunda ifrat dərəcədə açılmış təbii qazın tam yanmaması səbəbində yaranan dəm qazının 31 dekabr 2017 –ci il tarixdə gecə saatlarında mənzilə dolması nəticəsində ehtiyatsızlıqdan 3 nəfərin yəni, X22, X14 və X3 dəm qazından zəhərlənərək ölməsinə, X6 isə sağlamlığına yüngül zərər yetirilməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına səbəb olmuşdur. Zaqatala rayon məhkəməsinin 1(033)-25/2018 saylı, 22 may 2018-cu il tarixli hökmünə əsasən X29 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2.-ci maddəsinə əsasən 02 (iki) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarda rəhbər və maddi –məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. Zaqatala rayon Məhkəməsinin 1(033)-25/2018 saylı, 22 may 2018-ci il tarixli hökmü X20 münasibətdə qanuni qüvvəyə minmiş və hökm icraya yönəldilmişdir. Bu baş vermiş hadisə ilə əlaqədar cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə X37 İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətinin rəisinin-Cavabdeh əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində oxuduğu məktəbdə məktəb 1-cisi seçilən 12 yaşlı azyaşlı qızının, orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyən bacıs və bacımın 2 yaşında olan uşağının faciəvi surətdə ölməsi ilə bağlı mənim və digər ailə üzvlərimin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(033)-25/2018 nömrəli hökmü hökm edilmişdir ki: təqsirləndirilən şəxs X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, 01 (bir) il 06 (altı) ay müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs X27 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs X11 cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs X27 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs X29 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 46.2- ci maddəsinə əsasən, 02 (iki) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs X29 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs X15 cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs X29 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həmin Hökmün surətindən həmçinin görünür ki, X2 Regional Qaz İstismarı İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətinin rəisi vəzifəsində işləyərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə QaydalatT’na uyğun olaraq, tərtib edilmiş xx.xx.2017-ci il tarixli 17841 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsinin 2.1.2-ci, həmçinin, X37 İstismarı İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 09 dekabr 2016-cı il tarixli “X37 İstismarı İdarəsinin inzibati rayonlar üzrə Təbii qazın qəbulu və satışı xidməti rəisinin peşə təlimatCnın 1.1-ci bəndinin 3-CÜ abzasına əsasən xidmətin İşçiləri tərəfindən evdaxili qaz cihazlarının təhlükəsiz istifadə qaydalarına dair bütün əhali və qeyri-əhali abonentlərə il ərzində bir dəfədən az olmayaraq, təlimatın keçirilməsini təmin etmək, o cümlədən, həmin Təlimatın 1.1-ci bəndinin 19-cu abzasına əsasən tabeçiliyində olan işçi heyətinin fəaliyyətini təşkil etmək, istiqamətləndirmək və rəhbərlik etmək funksiyalarının yerinə yetirilməsinin ona həvalə edilməsinə baxmayaraq, işə laqeyid münasibət göstərib öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib xidməti ərazidə olan evdaxili qaz cihazlarının təhlükəsiz istifadə qaydalarına dair tabeliyində olan əməkdaşların abonentlərlə təlimatın keçirilməsini düzgün təmin etməmiş, həmçinin tabeliyində olan işçi heyətinin fəaliyyətini düzgün təşkil etməmiş, nəticədə X37 istismarı İdarəsinin Zaqatala rayonu üzrə onun rəisi olduğu Təbii qazın qəbulu və satış xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri vəzifəsində işləyən X11 üzərinə miivafıq əmrlə Zaqatala şəhəri H.Z.Tağıyev küçəsində yerləşən mənzillərdə abonentlərlə təlimatın keçirilməsi vəzifəsi qoyulmasına baxmayaraq, sonuncu “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Miiqaviləsi”nin 2.1.2-ci, həmçinin, çilingərin peşə Təlimatının 2.3-cü bəndinə əsasən, istehlakçını ildə bir dəfədən az olmayaraq “Qazdan istifadə Qaydalarf’nm tələblərinə uyğun olaraq təlimtlandırmalı, o cümlədən, həmin Müqavilənin 2.1.4-cü və Qaydaların 2.9-cu bəndinin “a” yarımbəndinə əsasən, abonentin yaşadığı ünvanda istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaqla əlavə qaz cihazlarının quraşdırılması hallarını aşkar etdikdə bu barədə xidmət rəisinə rəsmi məlumat təqdim etməli olduğu halda, bunları etməməklə qeyd olunan müqavilənin və peşə təlimatının tələblərini kobud surətdə pozaraq ünvan 2 ünvanınında mənzilin mülkiyyətçisi, eyni zamanda istehlakçı olan X23 deyil, qanunsuz olaraq istehlakçı hesab edilməyən X1 xx.xx.2017-ci il tarixdə qazdan istifadə qaydaları ilə bağlı təlimatlandırıb, bununla bağlı müvafiq jurnalda qeydiyyat aparmış, həmçinin 2017-ci ilin təqribən noyabr ayında göstərilən ünvanda sayğac göstəricilərini çıxaran zaman, evin mətbəxinin pəncərəsindən bayıra çıxarılmış axımlı su qızdırıcısının yanma məhsullarının xaric olunma borusunu gördükdən sonra abonentin yaşadığı ünvanda əlavə qqaz cihazının quraşdırıldığını bilib, həmin ünvanda qaz qurğularının tam və dəqiq uçotunu aparmamış, miüvafıq olaraq bu barədə xidmət rəisinə rəsmi məlumat verməmiş və nəticədə qazdan istifadə qaydaları ilə bağlı təlimatlandırılmayan istehlakçı X30 və 2017-ci ilin oktyabr ayından öz ailəsi ilə həmin ünvanda kirayədə yaşayan X22 qazdan istifadə qaydlarından xəbərsiz olmuş, həmçinin 2017-ci ilin oktyabr ayında Nuranə Muxtarlının iştirakı ilə həmin evin mətbəxində qazla işləyən axımlı su qızıdırcısı quraşdırılarkən, su qızıdırıcısı olan otaq lazımi şəraitlə yəni, ventilyasiya kanalları və qəfəsə, yaxud otağa hava keçməsi üçün qapı ilə döşəmə arasında sahəsi 0,02 kv.m.-dan az olmayan məsafənin kəsilməsi təmin olunmadığından, quraşdırılması və istifadə olunması normativ aktların tələblərinə uyğun olmamış, axımlı su qızıdırıcısı qurularkən tüstü borusu müvafiq qaydaların tələblərinə zidd olaraq polad materialdan olmamaqla qızdırıcının yuxarı hissəsindən 0,5 metrə qədər şaquli vəziyyətdə çəkilmədiyindən, borunun çölə çıxarılmış hissəsi dam örtüyündən ən azı 0,5 metr hündürlüyə qaldırılmadığından, yanma məhsullarının xaric olunma borusu qızıdırıcımn tüstüçıxanına kip birləşdirilmədiyindən, həmin hissədə boru yüksək temperaturun təsirindən əriyərək təxminən 3 sm məsafədə açılmış vəziyyətdə olduğundan, mətbəxə davamlı hava (normal yanma prosesi üçün zəruri olan həcmdə oksigen) axını təmin edilmədiyindən, oksigen çatışmazlığı şəraitində su qızdırıcısının odluğunda ifrat dərəcədə açılmış təbii qazın tam yanmaması səbəbindən yaranan dəm qazının 31 dekabr 2017-ci il tarixdə gecə saatlarında mənzilə dolması nəticəsində ehtiyatsızlıqdan 3 nəfərin yəni, X22, X14 və X3 dəm qazından zəhərlənərək ölməsinə, X6 isə sağlamlığına yüngül zərər yetirilməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına səbəb olmuşdur. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli, 1(107)-151/2018 saylı hökmünə əsasən təqsirləndirilən şəxs X15 müdaifəçisi X32 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, təqsirləndirilən şəxs X28 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, zərər çəkmiş şəxslərin hüquqi varisləri Məmmədov ilqar Camal oğlu, Yekibaşova Aşurey Ramazan qızı və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Hüseynlu Tura! Rasul oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.2-ci maddəsi ilə, X24 Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsilə ilə təqsirləndirilmələrinə dair Zaqatala Rayon Məhkəməsinin 22 may 2018-ci tarixli 1(033)- 25/2018 nömrəli hökmü qismən, yəni X16 aid hissədə ləğv edilmiş, X16 qarşı Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 124.2-ci maddəsi ilə irəli sürülən ittiham üzrə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli, 1(102)-550/19 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli, 1(107)-151/2018 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan AZ-İ seriyalı, 915090 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X22 xx.xx.2018-ci il tarixində dəm qazı ilə zəhərlənmə nəticəsində ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı, 915156 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx.xx.2018-cu il tarixində dəm qazı ilə zəhərlənmə nəticəsində ölmüşdür. İş materiallarında olan Vİİİ-ЖГ № 390539 saylı “Doğum haqqında şəhadətnamə”-nin surətindən görünür ki, X17 xx.xx.1982-ci il tarixdə anadan olmuşdur, atası Yekibaşev Sabir Muxtar, Yekibaşev Aşurey Ramazan qızıdır. İş materiallarında olan AZ-İ № 640094 saylı “Doğum haqqında şəhadətnamə”-nin surətindən görünür ki, X25 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur, atası X26, anası X18r. Göründüyü kimi, Cavabdeh səhlənkarlığı, yəni işə laqeyd münasibətləri, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələri nəticəsində iddiaçının azyaşlı qızı- X3, bacısı- X7 və bacısının 2 yaşlı uşağı-X4 dəm qazından zəhərlənməsinə görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşlarının Cavabdeh fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehin işçilərinin təqsiri üzündən yaxınlarının ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, mənəvi zərərin həcmi 80000 manat məbləğində deyil, iddiaçının keçirtdiyi stress, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 60.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin iddianın 330 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən mənəvi zərərə görə 60.000 (altmış min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 330 (üz yüz otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən iddiaçıya ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar