Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3942/2021 16.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh kreditor İddiaçı MMC-nin xeyrinə 508 manat borc məbləği, 60 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 588 manat məbləğində pulun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər baxılmanın sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, borclu X1 13.11.2019-cu il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsi üzrə 508 manat məbləğində qalıq borcun və 60 manat cərimə borcunun alınaraq kreditor İddiaçı MMC-yə ödənilməsi barədədir, tələbin əsasını cavabdehlə ““İntiqam RST”-ın müdiri X2 (VÖEN:**********) arasında 13.11.2019-cu il tarixində bağlanmış nisyə alqı-satqı müqaviləsi təşkil edir, həmin müqavilənin predmetİ “Samsung A505 64 DS” markalı əşyanın alıcıya verilməsindən, alıcının isə əşyanı qəbul edib əvəzində bu müqavilənin şərtlərini yerinə yetirməsindən ibarətdir. İş materiallarından alıcının həmin əşyaları müqavilə şərtlərinə uyğun olaraq təhvil alması görünmür. Həmçinin, həmin müqavilədən görünür ki, müqavilənin 7.3-cü bəndinə əsasən, bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilə bilər, həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, tərəflərin məhkəməyə müraciət etmək hüququ var. Lakin buna baxmayaraq, ərizə və ona əlavə olunmuş sənədlərdən, kreditorun pretenziya qaydasına əməl etməsi görünmür. Digər tərəfdən, müqavilə tərəflər arasında bağlansa da, ona olan tələbin güzəşti barədə 03.01.2021-ci il tarixli əlavə birtərəfli qaydada İ.Tağıyev tərəfindən qəbul edilmiş, digər müqavilə tərəfinin buna razılığı alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər işin əmr icraatı qaydasında baxılaraq məhkəmə əmri çıxarılması üçün yetərli hesab oluna bilməz və buna görə də ərizənin qəbul edilməsindən imtina edilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, ərizəçi oxşar məzmunlu ərizə ilə əvvəllər də məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli, e-2(011)-2784/2021 saylı qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina edilmiş, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, ərizəçi tərəfindən qərardadlarda göstərilənlər nəzərə alınmadan eyni məzmunlu ərizə ilə təkrar Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268, 276 və 279-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı MMC-nin “borclu X1 508 manat borc məbləği, 60 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 588 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılması”na dair ərizənin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3942/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3942/2021
16.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver