Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3961/2025 13.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı – “aliment tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü oğlanları Binyamin və qızları xx.xx.2017-ci il təvəllüdlü Banunun yetkinlik yaşına çatanadək saxlanılması üçün tərəflərin razılaşdıqları alimentin məbləği dəyişdirilərək, cavabdehdən hər ay hər uşaq üçün 300 (üç yüz) manat olmaqla,cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2013-cü il tarixdə oğlanları - Binyamin, xx.xx.2017-ci il tarixdə isə qızları Banu anadan olmuşdur. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-1124/2023 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin uşaqlarının anaları - iddiaçının yanında saxlanılması və cavabdehdən alimentin tutulması qərara alınmışdır. Bundan sonra tərəflər xx.xx.2024-cü il tarixli, MŞB/11/2024- 00319 nömrəli barışıq sazişi bağlayaraq, şərtlə alimentin məbləğini hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat müəyyən etmişlər. Həmin barışıq sazişinin uşaqlarla ünsiyyətə dair hissəsi Xətai Rayon Məhkəməsinin 2(011)-8661/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Aşkar məlum olduğu kimi tərəflərin razılaşdıqları hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat uşaqların ehtiyaclarının çox cuzi hissəsini qarşılaya bilər. Həmçinin məlum olduğu kimi 2025-ci il üçün ölkə üzrə minimum əmək haqqı məbləğində fərq - artım mövcuddur. Göstərilənlərə əsasən hesab edir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-1124/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği sonradan tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/11/2024-00319 nömrəli barışıq sazişi ilə azaldıldığından və həmin sazişdə alimentin məbləği konkret rəqəmlə ifadə edilərək, bu məbləğin sonrakı indeksasiyası nəzərdə tutulmadığından hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Bundan başqa, məhkəmə göstərmişdir ki, ... tərəflər, alimentin azaldılmasını sazişdə qeyd edilən nəqliyyat vasitələrinin iddiaçının mülkiyyətinə verilməsi ilə şərtləşdirmişlər. Əslində həmin nəqliyyat vasitələrini hazırkı iş üzrə iddiaçının ailəsi almış, onlara məxsus olmuş, formal olaraq, cavabdehin adına rəsmiləşdirilmişdir. İddiaçı ilə nikahının pozulmasından sonra bundan istifadə edən cavabdeh məhz belə şərtlə saziş bağlamağa iddiaçını məcbur etmişdir. Hətta şərti olaraq həmin bəndin reallığı əks etdirdiyini qəbul etsə belə, sazişdə də qeyd olunduğu kimi Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yarada bilməz. Bundan əlavə, bu müddətdə cavabdeh tərəfindən alimentin bir çox aylarda ödənilməməsi, ödənildiyi vaxtlarda isə cuzi ödənilməsi hesabına həmin nəqliyyat vasitələrinin pulu çoxdan ödənilmiş, hələ cavabdeh iddiaçıya borclu belə qalmışdır. Bundan başqa, hamıya məlum olan və sübuta ehtiyacı olmayan haldır ki, bu yaşda uşaqları, hərəsinə 110 manatla saxlamaq mümkün deyildir və 2025-ci il üçün ölkə üzrə minimum əmək haqqı məbləği həmin məbləğdən kəskin artıq və fərqlidir. Göstərilənlərə əsasən hesab edir ki, qeyd edilən hallara uyğun olaraq, hazırkı halda həm alimentin məbləği dəyişdirilməli, həm də dəyişdirilmiş aliment məbləği iddiaçının istədiyi sabit məbləğ həddində minimum əmək haqqının misli ilə göstərilməklə, məhkəmə qaydasında yenidən tutulmalıdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq bir müddətlik ölkə xaricində olacağından gələcəkdə qəbul ediləcək bütün məhkəmə sənədlərinin şəxsən iddiaçının öz ünvanına göndərilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1124/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən edilərək X6 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Bakı Nikah evində 2202 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X4 anası X2 yanında saxlanılması, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X3 ödənilməsi qət olunmuşdur. xx.xx.2024-cü il tarixli Bakı 11 saylı Mediasiya təşkilatında barışıq sazişindən görünür ki, tərəflər aliment, uşaqla ünsiyyət, maşın və əmlak bölgüsünə dair razılığa gəlmişlər: 1. X13 X8 Tərəfə İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq övladı(ları) xx.xx.2013-cü il doğum tarixli X1 və xx.xx.2017-ci il doğum tarixli X4 yetkinlik yaşına çatanadək, hər ayın 14-nə qədər, hər birinə 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi manat) sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. 2. Alimentin miqdarının azaldılmasının əvəzində İkinci Tərəf 99FN466 dövlət qeydiyyat nişanlı, Toyota Prius markalı və 99VX309 dövlət qeydiyyat nişanlı Toyota Prius markalı maşınları Birinci Tərəfin on gün ərzində mülkiyyətinə keçirilməsini öz öhdəsinə götürür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8661/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilərək MŞB/11/-2024-00319 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün “İkinci Tərəfin (Cavabdeh) Birinci Tərəfə (İddiaçı) öncədən məlumat verərək onunla razılaşdırmaqla övladları xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüldü X10 ilə ayda üç dəfə gün ərzində ünsiyyət qurmasına şərait yaradılmasını Birinci Tərəf (İddiaçı) öhdəsinə götürür.” məzmununda təsdiq edilməsi qət olunmuşdur. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində idarə qulluqçusu vəzifəsində işləyir və 586,34 manat əmək haqqı alır. xx.xx.2023-cü il tarixli, 12785 saylı, xx.xx.2023-cü il tarixli, 11032 saylı, xx.xx.2023-cü il tarixli, 28916 saylı, xx.xx.2023-cü il tarixli, 6514 saylı, xx.xx.2023-cü il tarixli, 15295 saylı, xx.xx.2023-cü il tarixli, 75534 saylı, xx.xx.2023-cü il tarixli, 13103 saylı, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, 79957 saylı, xx.xx.2023-cü il tarixli, 81448 saylı, xx.xx.2023cü il tarixli, xx.xx.2023-cü il tarixli, 82990 saylı, xx.xx.2023-cü il tarixli, 148599 saylı, xx.xx.2023-cü il tarixli, 84832 saylı, xx.xx.2023-cü il tarixli, 85611 saylı, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, 155747 saylı,xx.xx.2024-cü il tarixli, 88994 saylı, xx.xx.2024cü il tarixli, 987 saylı, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, xx.xx.2024-cü il tarixli, 18674 saylı, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, 1-180728223 saylı, xx.xx.2025-ci il tarixli, 1-210905141 saylı, xx.xx.2025-ci il tarixli, **********7 saylı qəbzlərin surətlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ödənişlər edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 1124/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən edilərək xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X3 ödənilməsi qət olunmuşdur. xx.xx.2024-cü il tarixli Bakı 11 saylı Mediasiya təşkilatında barışıq sazişi ilə tərəflər aliment, uşaqla ünsiyyət, maşın və əmlak bölgüsünə dair razılığa gəlmişlər: 1. X13 X8 Tərəfə İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq övladı(ları) xx.xx.2013-cü il doğum tarixli X1 və xx.xx.2017-ci il doğum tarixli X4 yetkinlik yaşına çatanadək, hər ayın 14-nə qədər, hər birinə 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi manat) sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. 2. Alimentin miqdarının azaldılmasının əvəzində İkinci Tərəf 99FN466 dövlət qeydiyyat nişanlı, Toyota Prius markalı və 99VX309 dövlət qeydiyyat nişanlı Toyota Prius markalı maşınları Birinci Tərəfin on gün ərzində mülkiyyətinə keçirilməsini öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. İddiaçı hazırda cavabdehdən tutulan alimentin məbləğinin artırılmasını tələb edir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə alimentin miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun əsas şərti alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. İş materiallarında olan, CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan gəlir məlumatlarından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində idarə qulluqçusu vəzifəsində işləyir və 586,34 manat əmək haqqı alır. Məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə qanunvericiliyin tələbinə uyğun olaraq alimentin artırılmasına imkan verən hal, yəni cavabdehin maddi vəziyyətinin yaxşılaşması yönündə dəyişiklik baş verməsi müəyyən edilməmişdir. Ona görə də alimentin artırılması əsasları yaranmamışdır. Eləcə də nəzərə almaq lazımdır ki, valideynlər uşaqların saxlanması ilə bağlı bərabər vəzifə və öhdəliklər daşıyır. Məhkəmə onu qeyd edir ki, təkcə bu müddət ərzində uşaqlar üçün yaşayış minimumunun artması alimentin artırılması və iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz, bunun üçün qanunda göstərilən paralel əsaslar da olmalıdır. Məhkəmə işin hallarını, hazırkı vəziyyətdə tərəflərin maddi vəziyyətini, iş üzrə müəyyən edilmiş digər diqqətəlayiq halları, habelə uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-3961/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3961/2025
13.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver