Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(011)-4089/2023 18.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X1, ünvan 1 ünvanında yerləşən Kreditor MMC-nin Borclu barəsində müqavilə üzrə 230 manat məbləğində əsas borc, 23 manat cərimə borcu və ödənilmiş 100 manat dövlət rüsumunun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, kreditor "xxxx" MMC ilə Borclu arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən borcluya 569 manat dəyəri olan Xiaomi Redmi 9T, Al-dəyiş Plus 401-500 markalı əşya verilmişdir. Qeyd olunan müqavilənin şərtlərinə əsasən borclu borc məbləğini müqavilədə nəzərdə tutulan müddətdə ödəməlidir. Lakin Borclu müqavilədə göstərilən şərtləri pozaraq, 253 manat borcunun vaxtında ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasına sadələşdirilmiş qaydada yol verilir və bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Buna görə və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin məhkəməyə ərizə verərkən ödədiyi 100 manat məbləğində dövlət rüsumu borcludan kreditorun xeyrinə tutulmalıdır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor "xxxx" MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunduğu üçün həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280- 282-ci və 284-cü maddələrini rəhbər tutaraq Ə M R E T D İ M: xx.xx.1989-cu il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Kreditor MMC-nin xeyrinə ümumilikdə 230 manat məbləğində əsas borc, 23 manat cərimə borcu və ödənilmiş 100 manat dövlət rüsumu tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4089/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(011)-4089/2023
18.05.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver