Məhkəmə qərarları › İş №e-2(011)-4197/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4197/2023

22.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4197/2023 22.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2011 -ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan tutulan əmək haqqının 1/2 hissəsi miqdarında alimentin xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək hər ay hər birinə 15 faiz olmaqla, cəmi 45 (qırx beş) faizinin hər birinin adına açılacaq bank hesabına ödənilməsi, digər 55%-nin isə Cavabdeh ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunan sənədləri araşdırıb məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin formasına və məzmununa əməl edilmədiyindən iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, cavabdeh Bakı şəhəri Xətai rayonu ərazisində qeydiyyatda olmadığından, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün “Hökümət ödəniş portalı” vasitəsi ilə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı – birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan tutulan əmək haqqının 1/2 hissəsi miqdarında alimentin xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay hər birinə 15 faiz olmaqla, cəmi 45 (qırx beş) faizinin hər birinin adına açılacaq bank hesabına ödənilməsi, digər 55%-nin isə Cavabdeh ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün “Hökümət ödəniş portalı” vasitəsi ilə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar