Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4341/2025 15.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh İB-nin nümayəndəsi X15 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı xeyrinə 99.000 (doxsan doqquz min) manat mənəvi ziyanın, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (yüz iyirmi beş) manat xərcin, ümumilikdə 99.125 (doxsan doqquz min yüz iyirmi beş) manat pul məbləğinin və 388 (üç yüz səksən səkkiz) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X22 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Ağsu X30 İdarəsinin Göyçay Xidmət Sahəsinin Təmir-bərpa xidmətinin rəisi vəzifəsində işləyərək, yerinə yetirdiyi inzibati təsərrüfat funksiyalarına əsasən vəzifəli şəxs olmaqla, Ağsu X30 İdarəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş 03 aprel 2015-ci il tarixli “Ağsu X30 İdarəsinin Təmir-bərpa xidmətinin rəisinin vəzifə Təlimatı”nın 1.1-ci bəndinə uyğun olaraq qaz təsərrüfatında texniki-təhlükəsizlik qaydaları, istehsalatın sanitariyası, elektrik təhlükəsizliyi və yanğından mühafizənin norma və qaydalarına riayət edilməsinə nəzarət etməli, inzibati rayon ərazisində təbii qaz istehlakçılarına təhlükəsiz və fasiləsiz xidmət göstərməli, təbii qazın istifadəsi zamanı təhlükə yaranacağını aşkar edərsə, bu təhlükənin aradan qaldırılması üçün təcili tədbirlər həyata keçirməli (qaz təchizatının dayandırılması da daxil olmaqla), təbii qazla əlaqədar baş verə biləcək qəzaların, bədbəxt hadisələrin, yanğınların, partlayışların baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməli, istismarda olan qaz kəmərlərinin, qaz təchizatı sisteminin, cihazların, bağlayıcı və qaz tənzimləyici qurğuların yerləşməsini, miqdarını, texniki vəziyyətini və təhlükəsiz istismarını təmin etməli, qüvvədə olan “Qaz təsərrufatında təhlükəsizlik qaydaları”nın 1.19-cu bəndinə əsasən qaz təsərrüfatının müəssisə və təşkilatların vəzifəli şəxsi kimi qaydaların pozulması nəticəsində qəza və ya bədbəxt hadisə baş verib-verməməsindən asılı olmayaraq şəxsi məsuliyyət daşıdığı, eyni zamanda özünün tabeliyində olan şəxslərin buraxdıqları səhvlərə görə də məsuliyyət daşıdığı, 12 may 2011-ci tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 nömrəli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə qaydaları”nın 3.1.3, 3.1.6, bəndlərinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı, bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli, 3.2.10-cu yarımbəndində nəzərdə tutulmuş halda məlumat daxil olduqda isə istehlakçının qaz qurğularını dəmir örtüklü qapaqla və ya tıxacla xətdən ayırmalı olduğu halda, bunlara əməl etməyərək Göyçay rayonu, Kürd kəndində partlayış baş vermiş fərdi yaşayış evindən 19-20 metr məsafədə təqribən 1 metr dərinlikdən keçən 63 mm-lik polietilen qaz xəttində "xxxx" MMC tərəfindən 14 noyabr 2017-ci il tarixdə aşkar edilmiş 100 VOL səviyyəli qaz sızmasını aradan qaldırmadan işinə vicdansız və laqeyd münasibət göstərməklə həmin yeraltı qaz xəttindəki qaz sızmasını aradan qaldırmayaraq təmir-bərpa xidmətinin rəisinin vəzifə Təlimatı”nın 1.1-ci bəndinin, “Qaz təsərrufatında təhlükəsizlik qaydaları”nın 1.19-cu bəndinin və “Qazdan istifadə qaydaları”nın 3.1.3, 3.1.6, bəndlərinin tələblərini pozmuş göstərilən hərəkətlərinin həmin ünvanda yaşayan şəxslərin ölümünə və ya digər ağır nəticələrə səbəb olacağı ehtimalını görməli olduğu halda, üzərinə düşən xidməti vəzifələrini yerinə yetirməyərək onları görməmiş, nəticədə 06 dekabr 2017-ci il tarixdə həmin qaz xəttindən sızan qaz Göyçay rayonunun Kürd kəndində yerləşən X8 məxsus fərdi yaşayış evinin darvazasının önündəki mərkəzləşdirilmiş germetik kanalizasiya quyusuna, oradan da Məhəmməd Zərbaliyevin yaşadığı evin mətbəxinin kanalizasiya borusu vasitəsi ilə evin mətbəxinə yığılmış, partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının alışdırıcı mənbənin təsirindən yanması nəticəsində ehtiyatsızlıqdan X9 almış olduğu yanıq yaraları nəticəsində baş vermiş orqanizmin ümumi yanıq intoksikasiyasından 13 dekabr 2017-ci il tarixdə saat 23:45-də Bakı şəhərində yerləşən Ə.Əliyev adına Az.DHTİ-nin plastik və rekonsturuktiv cərrahiyə klinikasında ölməsinə səbəb olan səhlənkarlıq etmişdir. Hadisə nəticəsində həyatını itirmiş X16 İddiaçı valideyni-anası olmuşdur. Mərhum X4 rayonunun Kürd kəndində fərdi tikili evdə ailəsi - əri X12 və oğlu İddiaçıa ilə birlikdə yaşayırdı. Yeganə Zərbaliyeva 13 dekabr 2017-ci il tarixdə müalicə olunduğu xəstəxanada ölmüşdür. İddiaçı hesab edir ki, hadisə nəticəsində ona 99.000 (doxsan doqquz min) manat mənəvi ziyan dəymişdir. X1 itkisi ailəsi üçün dərin və ağır bir kədər buraxmışdır. X21 İddiaçı anası idi. Yeganə Zərbaliyeva nəinki ailəsinin qayğıkeşi, evinin işığı idi. Zərbaliyeva Yeganə ailənin əsas dayağı olmuş, həm həyat yoldaşı, həm də oğlu üçün əvəzsiz bir insan olmuşdur. Oğlu İddiaçı 1995-ci il təvəllüdlüdür. Gənc yaşda anasını bu cür faciəli şəkildə itirməsi onun psixoloji durumuna, emosional vəziyyətinə dərin təsir göstərmişdir. Bu itki gənc bir insan üçün olduqca ağır olmuş, həyatında dərin iz buraxmışdır. Bu acını sözlə ifadə etmək mümkün deyil. Gənc yaşında o, həyatın ən çətin sınağını yaşadı. Bu faciə bir ailənin taleyini dəyişdi. Yeganə Zərbaliyevanın oğlu anasız qalmaqla bərabər, həm də həyatın ən sərt üzünü gördü. O, yaşının az olmasına baxmayaraq bir günün içərisində ruhən qocaldı. Anasını itirən bir övlad üçün dünya artıq eyni deyil. Hazırda iddiaçı yalnız fiziki deyil, mənəvi baxımdan da ciddi zərər görmüşdür. Bu hadisənin onun həyatında yaratdığı izlər və yaşatdığı iztirabların təsvir olunması belə çətindir. Bu hadisədən sonra iddiaçının gündəlik həyatı kökündən dəyişmişdir. Sadə, sakit bir ailə həyatı yaşayan insanlar bir anda böyük bir faciənin mərkəzinə düşmüşlər. Həyat bir anda yarımçıq qalmış, yaşadıqları ev artıq onun üçün bir isti ocaq deyil, faciəni xatırladan bir yerə çevrilmişdir. Hər gün onun adını çəkmədən keçmir, hər xatirə bir daha bu ağrını xatırladır. Bu faciə təkcə bir can itkisi deyil, eyni zamanda ailənin daxili dincliyinin, təhlükəsizlik hissinin, həyatla bağlı plan və ümidlərinin də bir anda parçalanması olmuşdur. Bu qədər dərin və təsirli bir ziyanın qarşılıqsız qalması, heç bir şəkildə tanınmaması iddiaçı üçün ikinci bir zərbə olardı. İddiaçı iddianın verilməsi üçün vəkilin göstərdiyi hüquqi yardıma görə müqavilə bağlanması üçün 125 (yüz iyirmi beş) manat pul ödəmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra o əlavə olaraq bildirmişdir ki, hadisə ilə bağlı mənəvi ziyan tələbləri ilə iddiaçının atası Məhəmməd Zərbaliyev də məhkəməyə müraciət etmişdir və buna dair məhkəmə aktı çıxarılıb. Onun iddiası 10.000 manat çərçivəsində təmin edilmişdir. İddiaçı mənəvi ziyanla bağlı iddia vermək kimi bir hüququnun olduğunu bilmirdi. Atası ilə münasibəti yoxdur. Çünki atası anası rəhmətə gedən kimi dərhal ailə həyatı qurub. Başqa bacıqardaşı yoxdur. Cavabdeh İB-nin nümayəndəsi X26 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. O bildirmişdir ki, əməkdaşları hadisəni qəsdən törətməmiş və hadisə ehtiyatsızlıqdan olmuşdur. Mərhumun bütün yas mərasimlərində Cavabdeh İB-nin əməkdaşları iştirak etmişdir. Zərbəliyev Bəhruz atasının izahatı ilə eyni izahat verərək bildirmişdir ki, heç bir şikayət və tələbləri yoxdur. Bu səbəbləri nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh İB məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, aşağıdakı səbəblərdən iddia tələbi təmin edilməməlidir. 1) 06 dekabr 2017-ci il tarixində, saat 08:00 radələrində Göyçay rayonunun Kürd kəndində baş vermiş partlayış hadisəsi Cavabdeh İB əməkdaşı tərəfindən qəsdən törədilməmişdir, hadisə ehtiyyatsızlıqdan baş vermişdir. 2) Eyni hal üzrə indiki iş üzrə iddiaçı X5 atası X11 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının xx.xx.2024-cü il tarixli,2(103)-2014/2024 saylı qətnaməsinə əsasən mənəvi zərərin əvəzi olaraq 10.000 (on min manat) məbləğində vəsaitin Cavabdehndən tutularaq verilməsi qət edilmiş və həmin məbləğ iddiaçıya ödənilmişdir. Bu səbəbdən də eyni iş üzrə yeni iddia tələbinin qaldırılması və məbləğin 99.000 manat qiymətləndirilməsi ağlabatan deyildir. Belə ki, ehtiyatsızlıqdan baş vermiş cinayət hadisəsi zamanı vurulan zərər məbləği, qəsdən törədilmiş cinayət hadisələri zamanı vurulan zərər məbləğindən düzgün fərqləndirilməlidir. 3) Cavabdeh İB-nın işçisi X13 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi zamanı, Göyçay Rayon Məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmış X12 təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir (hökmün 5-ci vərəqəsinin 1-ci abzası, son cümlə). Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi X12 tərəfindən Göyçay Rayon Məhkəməsinə verilmiş yazılı ərizədən də müəyyən olunmuşdur ki, o, X22 ilə barışmış, onun təqsirləndirilən şəxs X17 qarşı heç bir şikayəti və maddi tələbi yoxdur (hökmün 21-ci vərəqəsinin 5-ci abzası). 4) Hadisə 2017-ci ildə baş vermiş, mənəvi zərərlə bağlı tələb isə 8 il sonra irəli sürülmüşdür. İddia tələbinin hadisədən sonrakı yaxın illərdə deyil, daha sonradan, aradan uzun müddət keçdikdən sonra qaldırılması mənəvi zərərin əvvəlki illərə nisbətdə təsir gücünü zəiflədir. Belə ki, İddiaçı hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırki vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz. 5) Cavabdeh İB-nın işçisi X13 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi zamanı, Göyçay Rayon Məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi kimi X12 tanınmış, o da öz növbəsində maddi və mənəvi ziyan tələbinə dair iddia qaldırmış, təmin edilmiş məbləği də artıq almışdır. Odur ki, yuxarıda qeyd edilənlərə və sadalananlara əsasən iddiaçı X5 99.000 manat mənəvi ziyanın, vəkil xərcinə görə 125 manatın və ödənilmiş 388 manat dövlət rüsumunun Cavabdehndən alınmasına dair iddia ərizəsinin əsasız hesab edilərək rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materillarında olan Göyçay rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(046)-56/2048 saylı hökmünün surətindən görünür ki, X22 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətində dövlət və yerli özünüidarə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, X17 təyin olunan əsas cəza Azərbaycan Respublikası CMnin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il sınaq müddəti müəyyən olunaraq şərti hesab olunması, davranışı üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək təqsirləndirilən şəxs X13 üzərinə vəzifə kimi qoyulması, sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərində nəzarətin həyata keçirilməsi Göyçay rayon İcra və Probasiya Şöbəsinə tapşırılması, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə 483 (dörd yüz səksən üç) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iş üzrə maddi sübut kimi Göyçay rayon prokurorluğunda saxlanılan hadisə yerindən aşkar edilərək götürülmüş bir ədəd 63 mm-lik polietilen borunun məhv edilməsi hökm edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 17 saylı “Hüquqi yardımın göstərilməsi haqqında” İddiaçı ilə vəkil Nümayəndə arasında bağlanılan müqavilənin surətindən görünür ki, vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Mpay” vasitəsilə aparılmış ödəniş qəbzindən görünür ki, 125 manat pul vəsaiti İddiaçı tərəfindən “Alibi” vəkil bürosuna ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 513 saylı arayışın surətindən görünür ki, X14 13 dekabr 2017-ci ildə Bakı şəhərində ölmüşdür. Ölüm haqqında 23.12.207-ci il tarixli, 25 nömrəli akt qeydi tərtib olunmuşdur. Ölüm səbəbi olaraq orqanizmin ümumi intosikasoyası qeyd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-2014/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X7 Cavabdehnə qarşı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-5863/2023 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilməsi, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq Cavabdehndən 10.000 manat məbləğində vəsait tutularaq iddiaçı X8 ödənilməsi, iddiaçı tərəfindən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 52,5 manatı tutularaq iddiaçı X8 ödənilməsi, apellyasiya şikayətinin veriləsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin cavabdehin özünə aid edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-2595/2024 saylı qərarının surətindən görünür ki, iddiaçı X7 Cavabdehnə qarşı iddiası ilə bağlı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2014/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəlləsinin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 82.4-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığı və iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi üçün ilk növbədə cavabdehin işçisimin iddiaçının ailə üzvünün ölümündə təqsirli olub-olmaması, habelə cavabdehin öz işçisinin hərəkətinə görə məsuliyyət daşıyıb-daşımaması araşdırılaraq hüquqi qiymət verilməlidir. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçının ona maddi və mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdeh təşkilatın Ağsu X30 İdarəsinin Göyçay Xidmət Sahəsinin Təmir-bərpa xidmətinin rəisi X13 əməllərinin qanuna zidd olması, cinayətin baş verməsində onların təqsirli olması, habelə onların əməlləri nəticəsində iddiaçının anasının ölməsi iş materialları ilə öz təsdiqini tapır. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçının anasının ölməsində cavabdeh təşkilatın işçilərinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilir. Cinayət qanunu ilə qadağan edilmiş əməllərlə yanaşı mülki hüquq pozuntusu törətmiş X13 hərəkətlərinə görə cavabdeh təşkilatın məsuliyyət daşıması məsələsi ilə bağlı qanuni əsaslar isə Mülki Məcəllənin qeyd edilən 1099.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəaya əsasən hüquqi və ya fiziki şəxsin öz işçsinin törətdiyi deliktə görə məsuliyyət daşıması üçün əsasən iki şərt tələb olunur: birinci, delikt törətmiş şəxs hüquqi və ya fiziki şəxsin işçisi olmalıdır. Mülki Məcəllənin 1099.1-ci maddəsinin mənası baxımından işçinin dairəsi Mülki Məcəllənin 1099.2-ci maddəsində (işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun) göstərilmişdir. İkincisi, delikt işçinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı törədilməlidir. X13 cavabdeh təşkilatın işçisi olması işin mübahisəsiz halıdır. X2 əmək vəzifələrinin icrası zamanı törətməsi qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçisinin təqsirindən iddiaçının ailə üzvü ölmüşdür. Şübhəsiz ki, ailə üzvünün itirilməsi iddiaçıda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin işçisinin təqsirli hərəkətləri ilə iddiaçının ailə üzvünün ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir. Məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının anasının ölməsini, bu hadisə ilə bağlı mənəvi zərər tələbinə dair iddiaçının atası M.Zərbaliyevin iddiası əsasında sonuncunun xeyrinə 10.000 manat məbləğində pul vəsaitinin tutulmasını da nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 20.000 manat pulun tutulması ağlabatandır. Məhkəmə iddia ərizəsinin hüquqi yardım üçün tələb edilən məbləğinə də qiymət verərək, hesab edir ki, hüquqi yardıma görə çəkilmiş xərcin məbləği ağlabatan şəkildə müəyyənləşdirilərək 125 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəməklə əlavə xərc çəkdiyindən və tələb qismən təmin edildiyindən, iddia tələbi ödənilmiş dövlət rüsumunun 150 manat hissəsinin cavabdehdən tutulması hissəsində də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X3 vəfatı ilə əlaqədar İddiaçı dəymiş mənəvi zərərə görə 20.000 (iyirmi min) manat pul məbləği, hüquqi yardıma görə çəkilmiş 125 (bir yüz iyirmi beş) manat xərc məbləği və iddiaçı tərəfindən ödənilmiş 388 (üç yüz səksən səkkiz) manat dövlət rüsumunun 150 (bir yüz əlli) manat məbləğinə bərabər hissəsi Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-4341/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4341/2025
15.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver