Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4355/2021 30.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, Tələbkar ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Tələbkar MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu kreditor Tələbkar MMC-nin xeyrinə 309 manat borc məbləği, 100 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 429 manat məbləğində pulun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər baxılmanın sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Borclu 30.03.2019-cu il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsi üzrə 309 manat məbləğində qalıq borcun və 100 manat cərimə borcunun alınaraq kreditor Tələbkar MMC-yə ödənilməsi barədədir, tələbin əsasını cavabdehlə "xxxx" MMC-nin müdiri İsgəndərov Fərhad (VÖEN:********** arasında 30.03.2019-cu il tarixində bağlanmış nisyə alqı-satqı müqaviləsi təşkil edir, həmin müqavilənin predmetİ “SİLİKON AVTOFOKUS NOKİA 5.1 PLUS BLACK”, “GLASS SAMSUNG A8” , “Nokia 5.1 plus DS (0.8) Black” markalı əşyanın alıcıya verilməsindən, alıcının isə əşyanı qəbul edib əvəzində bu müqavilənin şərtlərini yerinə yetirməsindən ibarətdir. İş materiallarından alıcının həmin əşyaları müqavilə şərtlərinə uyğun olaraq təhvil alması görünmür. Həmçinin, həmin müqavilədən görünür ki, müqavilənin 7.3-cü bəndinə əsasən, bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilə bilər, həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, tərəflərin məhkəməyə müraciət etmək hüququ var. Lakin buna baxmayaraq, ərizə və ona əlavə olunmuş sənədlərdən, kreditorun pretenziya qaydasına əməl etməsi görünmür. Digər tərəfdən, müqavilə tərəflər arasında bağlansa da, ona tələbin güzəşti barədə 07.01.2021-ci il tarixli əlavə birtərəfli qaydada F.İsgəndərov tərəfindən qəbul edilmiş, digər müqavilə tərəfinin buna razılığı alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər işin əmr icraatı qaydasında baxılaraq məhkəmə əmri çıxarılması üçün yetərli hesab oluna bilməz və buna görə də ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268, 276 və 279-cu maddələrini rəhbər tutaraq qərara aldı: Tələbkar MMC-nin “Borclu 309 manat borc məbləği, 100 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 429 manat məbləğində pulun Tələbkar MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılması”na dair ərizənin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şəhriyar Əliyev İş № 2(011)-4355 /2021 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə protokol 30 aprel 2021-ci il Bakı şəhəri Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, Tələbkar MMC -nin Borclu qarşı borc tələbinə dair mülki iş üzrə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 11:30-də başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 11:40-də qurtardı. Sədrlik edən: Məhkəmə iclas katibi:
Məhkəmə qərarları › İş №e-2(011)-4355/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4355/2021
30.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver