Məhkəmə qərarları › İş №e-2(011)-4360/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(011)-4360/2021

30.04.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(011)-4360/2021 30.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə ünvan 1 ünvanında yerləşən kreditor Tələbkar MMC-nin Borclu qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə əmr icraatı qaydasında baxaraq müəyyən etdi: Kreditor Tələbkar MMC Borclu qarşı “borc tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kreditorun ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Borclu Tələbkar MMC-dən 29 iyun 209-cu il tarixli WTCN-000153 saylı alğı-satqı müqaviləsinə əsasən kredit yolu ilə dəyəri 2.293 manat olan Samsung G9** DS *** markalı mobil telefon almışdır. Borclu 29 iyul 2019-cu il tarixdən başlayaraq hər ayın 29-dan gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 191 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 1.340 manatı ödəməmişdir. Ona görə də borcludan 1.340 manat əsas, 300 manat cərimə və 20 manat dövlət rüsumunun, cəmi 1.660 manat pulun Tələbkar MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması xahiş olunur. İş materiallarından görünür ki, kreditor Tələbkar MMC ilə Borclu arasında bağlanmış 29 iyun 209-cu il tarixli WTCN-000153 saylı alğı-satqı müqaviləsinə əsasən alıcı Tələbkar MMC-dən 2.293 manat dəyərində texniki avadanlıq almışdır. Borclunun hazırda 1.340 manat əsas borcu və 300 manat cərimə borcu vardır. Kreditor Tələbkar MMC tərəfindən məhkəmə əmrinin verilməsi üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MPM-nin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor Tələbkar MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığının təsdiq olunduğu üçün məhkəmə həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr etdi: xx xxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, N.Əliyev küçəsi, 46 saylı evin 82 saylı mənzilində qeydiyyatda olan Borclu 1.340 (bir min üç yüz qırx) manat əsas borc və 300 (üç yüz) manat cərimə borcu olmaqla, cəmi 1.640 (bir min altı yüz qırx) manat və 20 (iyirmi) manat dövlət rüsumu, cəmi 1.660 (bir min altı yüz altmış) manat pul vəsaiti Tələbkar MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar