Məhkəmə qərarları › İş №e-2(011)-4396/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4396/2025

18.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4396/2025 18.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X2 üçün hər ay cavabdehin qazancının və digər gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması və mediasiya üçün ödənilmiş 50 manat rüsumun cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə uzun müddət faktiki nikah münasibətlərində olublar. Bu münasibətdən xx.xx.20198-cu il təvəllüdlü X8 doğulub. Artıq uzun müddətdir ki, cavabdeh övladı ilə maraqlanmır və heç bir maddi yardım göstərmir. İddiaçı hal-hazırda işləmir. Himayəsində iki azyaşlı övladı var. Övladını saxlamaqda çətinlik çəkir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh hal-hazırda təqaüddədir və digər əlavə gəlirlərinin olması barədə şifahi məlumatları var. Lakin iddiaçı tərəfindən cavabdehin gəlirləri ilə bağlı müvafiq orqanlara ünvanlanmış sorğuların cavablarını hələ də əldə edə bilməmişlər. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etmişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1) 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2) 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3) 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X6 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş atalığın müəyyən edilməsi barədə şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X6 atasıdır. İş materillarında olan 2 saylı Bakı “Asan” Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixində qeydə alınmış atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X6 atası hesab edilmişdir. İş materillarında olan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Dövlət Vergi Xidmətinə ünvanlanan xx.xx.2025-ci il tarixli sorğunun surətindən görünür ki, iddiaçı Cavabdeh təsisçiliyi ilə yaradılmış hüquqi şəxslər və onların gəlirləri barədə ətraflı arayış verilməsini xahiş etmişdir. İş materillarında olan xx.xx.2025-ci il tarixli Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(011)-277/2025 saylı qərardadı ilə xx.xx.2025-ci il tarixdən hesablanmaqla 1 ay müddətinə xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh 1 ay üçün hər uşağa münasibətdə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 (sıfır tam yüzdə altmış iki) misli həddində sabit pul məbləğində müvəqqəti aliment tutulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(011)-277/2025 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(011)-277/2025 saylı, xx.xx.2025- ci il tarixli qərardadı ilə görülmüş müvəqqəti təminat tədbirlərinin tətbiqinin müddəti uzadılmışdır. İş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün X4 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulması davam etdirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(011)-277/2025 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(011)-277/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı xx.xx.2022-ci il təvəllüdlü X3 üçün Cavabdeh hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində müvəqqəti alimentin tutulması hissəsində ləğv edilmişdir. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği və tutulma qaydası dəyişdirilərək, xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Belə ki, məhkəmə xx.xx.2019-cu il təvəllüdlü X8 üçün tutulan alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti müvəqqəti təminat tədbiri ilə tutulan aliment məbləğləri nəzərə alınmaqla xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025ci il tarixdə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, 68,23 (altmış səkkiz manat iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, alimentin tutulması barədə qətnamə dərhal icra edilməlidir. Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh onun qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilsin. xx.xx.2019-cu il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək saxlanılması üçün hər ay üçün 120,9 (bir yüz iyirmi manat doxsan qəpik) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. 68,23 (altmış səkkiz manat iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar