Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4433/2021 10.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyinə xitam verilməsi və aliment borcunun silinməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment öhdəliyinə xitam verilməsi və aliment borcunun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.01.2015-ci il tarixli 2(006)-440/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliklərinə xitam verilməsi və həmin qətnamə əsasında yaranmış borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 12.09.2012-ci il tarixində Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində rəsmi qeydiyyatdan keçərək ailə qurmuşdur. Ailə münasibətlərindən 25.11,2013-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.01.2015-ci il tarixli 2(006)-440/2015 saylı qətnaməsi ilə Cavabdeh nikahın pozulması və aliment tələbinə dair iddiası təmin edilərək tərəflər arasında 12.09.2012ci il tarixdə Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında 1322 № ilə qeydə alınmış nikah pozulmuş, 25.11.2013-cü il təvəllüdlü X4 anasının yanında qalması və uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 24.11,2014-cü il tarixdən başlayaraq cavabdehdən hər ay 108 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Daha sonra X2 Rayon Məhkəməsində iddia qaldıraraq, 25.11.2013-cü il tarixdə anadan olmuş X5 dair cavabdeh İddiaçı valideynlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 20.05.2016-cı il tarixli 2(031)-498/2016 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh İddiaçı 25.11.2013-cü il tarixdə anadan olmuş X5 qarşı valideynlik hüququndan məhrum edilmişdir. Yuxarıda qeyd etdiyi məhkəmə araşdırmalarının və qəbul edilən qətnamələrin (qərarların) heç birindən məlumatı olmamışdır. Onda olan məlumata görə, 25.11.2013-cü il tarixdə anadan olmuş X6 Talıbov Orxan adlı şəxs övladlığa götürərək adını dəyişdirmiş və X3 sənəddə qeyd edilmişdir. X8 da həmin şəxslə nikaha girərək Talıbova soyadını götürmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək göstərmişdir ki, 02.06.2021-ci il tarixində, məhkəmənin iclas zalında Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.08.2018-ci İl tarixli 2(005)-883/2018 saylı qətnaməsini məhkəmə təhqiqatına təqdim edərək, X6 X13 tərəfindən övladlığa götürüldüyü və qətnamə əsasında uşağın da adının dəyişdirilərək şəxsiyyət vəsiqəsində X3 qeyd olunduğu barədə məlumat vermişdir. Şabran İcra və Probasiya şöbəsinin məktubunda aliment öhdəlikləri üzrə borcun hai-hazırda 8424 manat olduğu göstərilmişdir. Qeyd olunanlara əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.08.2018-ci il tarixli 2(005)- 883/2018 saylı qətnaməsi ilə X1 Orxan Şakir oğlu tərəfindən övladlığa götürüldüyü üçün həmin tarixdən İddiaçı aliment öhdəliyindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, iddiaçı 3 aylıq uşağını və onu tərk edərək Rusiyaya getmişdir. Uşağın saxlanılması üçün aliment tutulması barədə məhkəmə qərarının olmasına baxmayaraq iddiaçı heç vaxt aliment ödəməmişdir. Onun Rusiyada olan ünvanı barədə heç bir məlumatı olmamışdır. Bundan sonra 2016-cı ildə X13 ilə ailə qurmuşdur və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.08.2018-ci il tarixli 2(005)- 883/2018 saylı qətnaməsi ilə X1 Orxan Şakir oğlu tərəfindən övladlığa götürülmüşdür. Məhkəmə tətəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tam, qərəzsiz, obyektiv və hərtərəfli araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.01.2015-ci il tarixli 2(006)-440/2015 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı "nikahın pozulması tələbinə dair" iddiası qismən təmin edilərək tərəflər arasında 12.09.2012-ci il tarixdə Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında 1322 № ilə qeydə alınmış nikah pozulmuş, 25.11.2013-cü il təvəllüdlü X4 anasının yanında qalması və uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 24.11,2014-cü il tarixdən başlayaraq cavabdehdən hər ay 108 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 20.05.2016-cı il tarixli 2(031)- 498/2016 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı "valideynlik hüququndan məhrum edilməsi tələbinə dair" iddiası təmin edilərək cavabdeh İddiaçı 25.11.2013-cü il tarixdə anadan olmuş X5 qarşı valideynlik hüququndan məhrum edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.08.2018-ci İl tarixli 2(005)-883/2018 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, ərizəçi X9, Cavabdeh və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxslər qismində cəlb etdiyi “övladlığa götürülmə barədə" ərizəsi təmin edilərək 25.11.2013-cü il tarixdə anadan olmuş X4 X13 tərəfindən övladlığa götürülməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.06.2021-ci İl tarixli məktubundan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.08.2018-ci İl tarixli 2(005)- 883/2018 saylı qətnaməsi 10.09.2018-ci i! tarixdə qanuni qüvvəsini almışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 113.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir. Həmin Məcəllənin 113.2-ci maddəsinə görə isə məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: 113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; 113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə; 113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; 113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; 113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.08.2018-ci İl tarixli 2(005)-883/2018 saylı qətnaməsi ilə 25.11.2013-cü il tarixdə anadan olmuş X4 X13 tərəfindən övladlığa götürülməsini, qeyd olunan qətnamənin 10.09.2018-ci i! tarixdə qanuni qüvvəsini almasını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, İddiaçı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.01.2015-ci il tarixli 2(006)- 440/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliklərinə 10.09.2018-ci i! tarixdən xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaşı İddiaçı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.01.2015-ci il tarixli 2(006)- 440/2015 saylı qətnaməsinə əsasən aliment ödəmək öhdəliyindən 10.09.2018-ci il tarixdən etibarən azad edilsin və aliment öhdəliklərinə xitam verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4433/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4433/2021
10.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver