Məhkəmə qərarları › İş №e-2(011)-4451/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4451/2024

16.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4451/2024 16.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Cavabdeh MTK-a qarşı “mənəvi zərərin ödənilməsi” tələbi üzrə müvafiq olaraq ilkin və qarşılıqlı iddia tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı dəymiş mənəvi zərərə görə Cavabdeh MTK-dan 200.000 (iki yüz min) manat tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı dəymiş mənəvi zərərə görə 100.000 (bir yüz min) manat, sağlamlığına dəymiş zərərə görə 100.000 (bir yüz min) manat ümumilikdə 200.000 (iki yüz min) manat Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə CavabdehMTK arasında xx.xx.2012-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən kooperativin ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 196,1 kv.metr olan mənzilin hər 1 kv.metr üçün 707 manat cəmi 138643 manat pulu payçı kimi CavabdehMTK-ya 6 ay müddətində ödəməyi, CavabdehMTK isə həmin mənzili tikinti quraşdırma işlərini layihə sənədlərinə uyğun qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq edilmiş tikinti norma və qaydalarına, qəbul edilmiş standartlara uyğun yerinə yetirməklə, binanın bütün dəmir-beton və hörgü suvaq işlərini, binanın daxili divar və arakəsmələrin hörülməsi və suvanması, binaya xarici elektrik xətlərinin çəkilməsi və avtonom transformator mərkəzinin quraşdırılması, binanı fasadındakı pəncərə və eyvan qapılarının plastikdən hazırlanması və şüşə paketlə şüşələnməsi, mənzillərin giriş qapılarının metoplastik materiallardan hazırlanması və qıfılların qoyulması, binanın daxili su kəməri və kanalizasiya xətləri (stoykaların)quraşdırılması, xarici su kəməri və kanalizasiya xətlərinin quraşdırılması və magistral şəbəkəyə qoşulması, məhəllədaxili su anbarı nasos stansiyalarının quraşdırılması, məhəllənin mühafizə zolağının yaradılması, ərazinin abadlaşdırılmasını üzərinə götürmüşdür. Müqavilə üzrə iddiaçı tərəfindən ödənilmiş 138643 manat pul vəsaiti Cavabdeh MTK-nin kassasına mədaxil edilmiş və bu barədə iddiaçıya 192 saylı, xx.xx.2012-ci il tarixli kassa mədaxil qəbzi verilmişdir. Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməyinə baxmayaraq Cavabdeh MTK ötən 6 ildən artıq müddət ərzində müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, müqavilənin 2-ci bəndində göstərilən, yuxarıda qeyd edilən işləri görməmiş, binada yaşayış üçün zərurəti olan şərait yaratmamış, mənzili iddiaçıya təhvil verməmiş, mənzilin təmiri işlərinə başlamağa icazə verməmişdir. ünvan 1 ünvanının yaxınlığında yerləşən (Milli Məclisin ətrafı, dəniz görünüşlü), eyni sahəli mənzillərin aylıq kirayə qiyməti təxmini 3000 manat təşkil edir və mənzil iddiaçıya təhvil verilmədiyi üçün 6 il (72 ay) ərzində əldə edə biləcəyi həmin gəlirdən məhrum olmuşdur, bununla bağlı CavabdehMTK-ya pretenziya edərək xx.xx.2012-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini, müqavilənin 2-ci bəndində göstərilən işləri görməyi, qaz, su, elektrik təchizatını təmin etməklə binada yaşayış üçün zərurəti olan bütün şəraitləri yaratmağı, mənzili iddiaçıya təhvil verməyi, mənzilin təmiri işlərinə başlamağa icazə verməyi və 216000 manat pul vəsaitini (72 ay * 3000 manat) iddiaçıya ödəməyi xahiş etmişdir, iddiaçının etdiyi pretenziyaya Cavabdeh MTK tərəfindən cavab verilməmiş, göstərilən işlər yer yetirilməmişdir. Bununla əlaqədar dəfələrlə zəng etməyinə baxmayaraq, telefonlara cavab verməmişdir. Bu səbəbdən iddiaçı stres keçirməyi ilə əlaqədar əsəb sister pozulmuş, insult olmuşdur, bununla bağlı iddiaçİ Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi 17 ünvanında inşa edilmiş yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, sahəsi 196.1 kv.m olan mənzildə xx.xx.2012-ci il tarixli müqavilənin İİ bəndində əks olunmuşişləri yəni, ıkadığaşa"ıçtardoP'‘ tikinti quraşdırma işlərini (binanın bütündəmir-beton və hörgü,suvaq işləri, binanın daxili divar və arakəsmələrin hörülməsi və suvanması, binaya xarici elektrik xətlərinin çəkilməsi və avtonom transformator mərkəzinin quraşdırılması, binanın fasadındakı pəncərə və eyvan qapılarının plastikdən hazırlanması və şüşə paketlə şüşələnməsi, mənzillərin girişqapılarının metoplastik materiallardan hazırlanması və qıfılların qoyulması, binanın daxili su kəməri və kanalizasiya xətləri (stoykaların) quraşdırılması və sınması, xarici su kəməri və kanalizasiya xətlərinin quraşdırılması və magistral şəbəkəyə qoşulması, məhəllədaxili su anbarı nasos stansiyaların quraşdırılması, məhəllənin mühafizə zolağının yaradılması və ərazinin abadlaşdırılması) yerinə yetirməklə həmin mənzilin İddiaçı oğlunun istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi qət edilmiş, iddiaçİ “Mars-A" Mənzil Tikinti Kooperativinin iddiaçıya qarşİ ninəlivaqüm« ləğvi, ödənilmiş məbləğin qaytarılması« barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçİ “Mars-A" MTK-nın apellyasiya şikayəti təmin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı İddiaçı oğlunun cavabdeh "xxxx" MTK-ya qarşİ Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi 17 ünvanında inşa edilən çoxmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 196,1 kv.metr olan mənzillə bağlı bağlanmışxx.xx.2012-ci il tarixli müqavilə üzrə "xxxx" MTK-nın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, mənzilin onun istifadəsinə verilməsi, müqavilənin 2-ci bəndində göstərilən işləri görməyin qaz, su, elektrik təchizatını təmin etməklə binada yaşayışüçünzərurəti olan bütünşəraitlərin yaradılmasının, mənzilin ona təhvil verilməsinin, mənzilin təmiri işlərinə başlamağa icazə verilməsinin cavabdehə həvalə edilməsi, 216000 manat (72 ay X 3000 manat) əldən çıxmış gəlirin və 72000 manat mənəvi ziyanın (72 ay X 1000 manat), 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair ilk iddiası rədd edilmişdir. İddiaçİ "xxxx" MTK-nın cavabdeh İddiaçı oğluna qarşı26 aprel 2012-ci il tarixli müqavilənin və 192 saylı 26 aprel 2012-ci il tarixli kassa mədaxil qəbzinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqli iddiası təmin edilmiş, İddiaçı oğlu ilə "Mars-A” MTK İçtardop) adlandırılacaq) arasında bağlanmış 26 aprel 2012-ci il tarixli müqaviləsi və 192 saylı 26 aprel 2012-ci il tarixli kassa mədaxil qəbzinin etibarsız hesab edilməsi, "xxxx" MTK-dan İddiaçı oğlunun xeyrinə 108.643 manat züy) səkkiz min yüz qırx üç) manat məbləğində pulun tutulması qət edilmişdir. Bu qərar Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(102)- 5691/2019 saylı qərarı ilə qüvvəsində saxlanılmışdır. Məhkəmə araşdırmaları ilə sübuta yetirilmişdir ki, cavabdeh 26 aprel 2012ci il tarixdən 108.643 manat vəsaiti özündə saxlamaqla ona zərər vurmuşdur. 2012-ci ildən sonra manat bir neçə dəfə devalvasiyaya uğramış, dəyərdən düşmüşdür, qiymətlər bir neçədəfə artmışdır. Qeyd edilmiş qətnamə xx.xx.2023-cü il tarixində icra edilmişdir. Beləliklə də müəyyən olunur ki, cavabdeh 26 aprel 2012-ci il tarixdən iddiaçıya məxsus 108643 manat pulu qanunsuz olaraq özündə saxlamış,həmin məbləğixx.xx.2022-ci il tarixdə iddiaçıya ödəmişdir. Gecikdirilməyə görə məhkəməyə müraciət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3431/2023 saylı qətnaməsi ilə Cavabdeh MTK-dan iddiaçİ İddiaçı oğlunun xeyrinə vurulmuş maddi zərər kimi 54,155,52 manat (əlli dörd min yüzəlli beşmanat əlli iki) manat pul vəsaiti tutulmuşdur. İddiaçı xx.xx.2012-ci il tarixində mənzil alqı-satqısı üçün ödəniş edərkən, niyyəti orada mənzil almaq və gələcəkdə bundan gəlir əldə etmək olmuşdur. Hal-hazırda həmin mənzilin bazar qiyməti 250.000 manatdan artıqdır. Bundan əlavə bu problemlərə görə iddiaçı mənəvi iztirablar sarsıntılar çəkmiş, insult keçirmiş və buna görə də Türkiyədən gələn həkim briqadasının beyin əməliyyatı nəticəsində həyatda qala bilmişdir, uzunmüddətli müalicə fizioterapiya nəticəsində yaşaya bilsə iddiaçının bədəninin bir tərəfi funksiyalarını itirdiyi üçün müddətsiz İİ qrup əlil olmuşdur və əmək qabiliyyətini itirmişdir, iddiaçı əmək qabiliyyətini itirənə qədər Milli Təhlükəsizlik Nazirliyində idarə rəisinin müavini olmuş və polkovnik-leytenant rütbəsi daşımışdır, işləsəydi bugün illik gəliri 80.000 manat yaxın olacaqdı. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişdirlər. Bununla belə iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 2707/2018-ci il saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, sahəsi 196.1 kv.m olan mənzildə xx.xx.2012-ci il tarixli müqavilənin İİ bəndində əks olunmuş işləri yəni, “Podraçı” aşağıdakı tikinti quraşdırma işlərini (binanın bütün dəmir-beton və hörgü-suvaq işləri, binanın daxili divar və arakəsmələrin hörülməsi və suvanması, binaya xarici elektrik xətlərinin çəkilməsi və avtonom transformator mərkəziin quraşdırılması, binanın fasadındakı pəncərə və eyvan qapılarının plastikdən hazırlanması və şüşə paketlə şüşələnməs, mənzillərin giriş qapılarının metoplastik materiallardan hazırlanması və qıfılların qoyulması, binanın daxili su kəməri və kanalizasiya xətləri (stoykaların) quraşdırılması və sınması, xarici su kəməri və kanalizasiya xətlərinin quraşdırılması və magistral şəbəkəyə qoşulması, məhəllədaxili su anbarı nasosstansiyaların quraşdırılması, məhəllənin mühafizə zolağının yaradılması və ərazinin abadlaşdırılması) yerinə yetirməklə həmin mənzilin İddiaçı istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi, ilkin iddia qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh - cavabdeh İddiaçı qarşı «müqavilənin ləğvi ödənilmiş məbləğin qaytarılması« barədə qarşılıqlı iddia tələbi təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4474/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2707/2018-ci il saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı ilkin iddiası rədd edilmiş, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı 26 aprel 2012-ci il tarixli müqavilənin və 192 saylı 26 aprel 2012-ci il tarixli kassa mədaxil qəbzinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, X2 ilə “Mars-A" MTK (podratçı adlandırılacaq) arasında bağlanmış 26 aprel 2012-ci il tarixli müqaviləsi və 192 saylı 26 aprel 2012-ci il tarixli kassa mədaxil qəbzi etibarsız hesab edilmiş, Mars-A” MTK-dan İddiaçı xeyrinə 108.643 manat (yüz səkkiz min altı yüz qırx üç) manat məbləğində pul tutulması qət edilmişdir. Həmin Qətnamədən görünür ki, mübahisəli mənzillərə ipoteka predmeti olaraq tutma yönəldilməsi haqqında qüvvədə olan məhkəmə qətnaməsi olduğu halda, cavabdeh "xxxx" MTK İddiaçılə 26 aprel 2012-ci il tarixdə ipoteka saxlayan olan "xxxx" ASC-nin yazılı razılığını almadan həmin mənzil barəsində sərəncam verməklə, etibarsız, hazırkı halda isə əhəmiyyətsiz oqd olan podrat müqavilələri bağlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5691/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 15 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3431/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən apellyasiya şikayəti təmin edilmiş, Səbail Rayon Məhkəməsinin 2(009)-133/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MTK-dan İddiaçı xeyrinə vurulmuş maddi zərər kimi 54,155,52 manat (əlli dörd min yüz əlli beş manat əlli iki) manat pul vəsaiti tutulması, iddia tələbi qalan hissədə təmin edilməməsi, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu (30+150=180) (bir yüz səksən) manat Cavabdeh MTK-dan iddiçı İddiaçı xeyrinə tutulması, ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat Cavabdeh MTKdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli binanın tikintisini Cavabdeh MTK-a həvalə edir, CavabdehMTK isə tikinti quraşdırma işlərini layihə sənədlərinə uyğun qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq edilmiş tikinti norma və qaydalarına, qəbul edilmiş standartlara uyğun yerinə yetirir. İddiaçı 5-ci mərtəbədə yerləşən tam sahəsi 196,1 kv.metr olan mənzilin sahəsinin dəyəri hər 1 kv.metr üçün 707 manat cəmi 138643 manat pulu CavabdehMTK-ya 6 ay müddətində ödəməyi öhdəsinə götürür. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə 138643 manatı Cavabdeh MTK-ya ödəmişdir. İş materiallarında olan “X4”n Epikrizindən görünür ki, İddiaçı tibb müəssisəsinə xx.xx.2017-ci il tarixdə daxil olmuş, xx.xx.20217-ci il tarixdə çıxış olmuş, “Başağrısı, başgicəllənmə, sağ ətraflarda keyimə, zəiflik” şikayətləri ilə daxil olmuş, “BQDP Beyin kötüyündə (uzunsov beyində) infarkt. Hiipertoniya xəstəliyi İİİ mərhələ, sağ tərəfli hemiparez, ÜİX. Koronarokardioskleroz Xroniki hepatit. Xroniki xolesistit. Xroniki pankreatit. Xroniki pielonelrit, Nefrolitiaz, OU-hipertonik angiopatiya” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Göndərişdən görünür ki, İddiaçı xəstəliyinin başlama tarixi 2013-cü il olmuş, xəstəliyin gedişi kimi “Xəstəliyini gərgin iş şəraiti ilə əlaqələndirir. Dəfələrlə AT qalxması ilə əlaqədar MTN Poliklinikasına və DTX HTl-nə müraciyyət etmişdir. 03.06.17-ci il tarixdə BQDP Beyin kötüyündə infarkt keçirdib. Baki Baş Səhiyyə İdarəsinin X4ndə 03.06.17-xx.xx.2017-ci il tarixdə stasionar müalicəsi alıb. Sonra, 24.07.17-04.08.17-cı il tarixdə DTX HTl-də "BQDKP-uzunsov beyin infarktı-erkan qalıq əlamətləri Sağ tərəfli hemiparez. Hipertoniya xəstəliyi İİİ mərhələ. ÜİX. Koronarokardioskleroz", 22.08.17-31.08.17ci İl tarixlərdə təkrar KTM-də MBQDP. Beyin kötüyündə9 uzunsov beyində) infarkt. Hipertoniya xəstəliyi İİİ mərhələ, sağ tərəfli hemiparez ÜİX.Koronarokardioskleroz Xroniki hepatit. Xroniki xolesistit. Xroniki pankreatit Nefrolitiaz. OU-angiopatiya" diaqnozu ilə stasionar müalicəsi almışdır. Hal-hazırda müalicəni ambulator şəraitdə davam etdirir” göstərilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Xəstəlik şəhadətnaməsindən görünür ki, İddiaçı “baş ağrısı, baş gicəlləməsi, sag ətraflarda zəyiflik, hərtəkət məhdudluğu, keyləşmə, yerişin çətinləşməsi, yaddaş zəifliyi, diqqət dağınıqlığı” şikayətləri olmuş, xəstəliyin anamnezi “Şəhadətləndirilənin söyləməsinə və təqdim etdiyi tibbi sənədlərin (58/4 saylı tibb kitabçası, KTM, DTX Hərbi-tibb idarəsindən verilmiş epikrizlər) məlumatlarına əsasən 2017-ci ildən xəstədir. Xəstəliyini gərgin iş şəraiti ilə əlaqələndirir. 03.06.17-ci il tarixdə BQDP. Beyin kötüyündə infarkt keçirdib. Baki Baş Səhiyyə İdarəsinin X4ndə 03.06.17-20.06.17-ci il tarixdə stasionar müalicəsi alıb. Sonra, 24.07.17-04.08. 17ci il tarixdə DTX HTl-də “BQDKP-uzunsov beyin infarktı-erkən qalıq əlamətləri. Sağ tərəfli hemiparez. Hipertoniya xəstəliyi İİİ mərhələ. ÜİX. Koronarokardioskleroz”, 22.08.17- 31.08.17-ci il tarixlərdə təkrar KTM-də “BQDP. Beyin kötüyündə (uzunsov beyində) infarkt. Hipertoniya xəstəliyi İİİ mərhələ, sağ tərəfli hemiparez. ÜİX. Koronarokardioskleroz. Xroniki hepatit. Xroniki xolesistit. Xroniki pankreatit. Nefrolitiaz. OU-angiopatiya” diaqnozu ilə stasionar müalicə almışdır. Hal-hazırda müalicəni ambulator şəraitdə davam etdirir. Hərbi xidmətə yararlığının təyin edilməsi məqsədi ilə MHHK-na göndərilmişdir”. Ona “Mərkəzi sinir sisteminin funksiyalarının mühüm dərəcədə pozulması ilə müşayiət olunan beyin qan dövranının pozulması, beyin kötüyü (uzunsov beyin) infarktın qalıq əlamətləri. Sağ tərəfli hemiparez. Üçüncü mərhələ hipertoniya xəstəliyi. Ürəyin işemik xəstəliyi. Koronarokardioskleroz. Sağ gözün mürəkkəb, düz tipli, dərəcəsi 2. OD, ümumi ametropiyası 6.5D olan hipermetropik astiqmatizm. Sol gözün mürəkkəb, əks tipli, dərəcəsi 2.0D, ümumi ametropiyası 6. OD olan hipermetropik astiqmatizm. Korreksiyasız görmə itiliyi sağ gözdə=0.1, sol gözdə=0.1; korreksiya ilə hər iki gözdə=0.8)” diaqnozu qoyulmuş “Hərbi qeydiyyatdan çıxarılmaqla hərbi xidmətə yararsız” olması “xəstəlikdir hərbi xidmət dövründə alınması” barədə və hərbi-həkim komissiyasının qərarı qəbul etmişdir. İş materiallarında olan digər tibbi sənədlərdən görünür ki, İddiaçı müxtəlif vaxtlarda müalicə olunmuşdur. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, Cavabdeh MTK-nın mülkiyyətində müxtəlif daşınmaz əşyalar qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə podrat müqaviləsinə əsasən, İddiaçı ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli binanın tikintisini Cavabdeh MTK-a həvalə etmiş, İddiaçı 5-ci mərtəbədə yerləşən tam sahəsi 196,1 kv.metr olan mənzilin sahəsinin dəyəri hər 1 kv.metr üçün 707 manat cəmi 138643 manat pulu CavabdehMTK-ya 6 ay müddətində ödəməyi, CavabdehMTK isə tikinti quraşdırma işlərini layihə sənədlərinə uyğun qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq edilmiş tikinti norma və qaydalarına, qəbul edilmiş standartlara uyğun yerinə yetirməyi öhdəsinə götürmüş, İddiaçı xx.xx.2012-ci il tarixdə 138643 manatı Cavabdeh MTK-ya ödəmişdir. Buna baxmayaraq, cavabdeh öz öhdəliklərini icra etməmiş, tikilməli olan binanın yerləşdiyi torpaq sahəsi ipoteka ilə yüklü olduğundan podrat müqaviləsinin icrası mümkün olmamış, buna görə də məhkəmə qətnaməsi ilə müqavilə etibarsız hesab edilməklə, Cavabdeh MTK-dan İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 108643 manat məbləğində pul tutulması qət edilmiş, eyni zamanda həmin məbləğin İddiaçı verilməsi gecikdirildiyi üçün onun xeyrinə 54 155,52 manat (əlli dörd min yüz əlli beş manat əlli iki) manat pul vəsaiti tutulması qət edilmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 2013-cü ildən başlayaraq İddiaçı səhhətində problem yaşanmış, xəstəliyin gedişi kimi “Xəstəliyini gərgin iş şəraiti ilə əlaqələndir”məsi göstərilmiş, 2018-ci ildə bu xəstəliyi ilə əlaqədar “hərbi xidmətə yararsız” olması müəyyən edilmişdir. İddiaçı səhhətində baş vermiş problemlərin Cavabdeh MTKnın qanunsuz əməlləri nəticəsində onda yaranmış əsəb, gərginlik fonunda yarandığını, bundan sonra xəstəliyi səbəbindən xidmət etdiyi qurumdan ehtiyyata buraxıldığını və nəticədə ona maddi (xidmət etməsi halında əldə edəcəyi gəlir) və mənəvi (səhhətində baş vermis xəstəlik) zərər vurulduğunu iddia etməklə, mənəvi zərərə görə 100 000 manat, sağlamlığına dəymiş zərərə görə isə 100 000 manatın cavabdehdən alınaraq ona verilməsini tələb edir. Bununla belə, cavabdehin vurduğu ziyan üzrə öhdəliyinin istisna edən hallar, o cümlədən cavabdehin hüquqa zidd hərəkətləri ilə iddiaçının sağlamlığına vurulmuş zərər arasında səbəbli əlaqə olmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinin “mənəvi zərər” hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh MTK-nın İddiaçı ilə bağlamış olduğu podrat müqaviləsi cavabdehin təqsiri ucbatından icra edilməmiş, mənzil 6 il ərzində iddiaçıya təqdim edilməmiş, sonda isə həmin podrat müqaviləsi, müqaviləyə əsasən tikilməli olan binanın yerləşdiyi torpaq sahəsi ipoteka ilə yüklü olduğundan etibarsız hesab edilmiş, 2019-cu il tarixdə iddiaçıya dəymiş maddi ziyanın əvəzi kimi 108643 manat məbləğində pulun ona ödənilməsi qət edilmişdir, lakin həmin məhkəmə qətnaməsi də cavabdeh tərəfindən vaxtında icra edilməyərək gecikdirilmiş və iddiaçıya yenidən maddi ziyan vurulmuşdur, cavabdehin bu icranı gecikdirməsi nəticəsində iddiaçıya maddi ziyan vurulması 2023-cü il tarixdə məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Cavabdeh öz öhdəliklərini icra etməyərək hüquqa zidd hərəkətlərə yol vermiş, bununla da iddiaçı bu müddət ərzində ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmaqla, ona mənəvi zərər yetirilmiş, iddiaçıya vurulmuş ziyanın aradan qaldırılması və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli və həmin məbləğ İddiaçı dəymiş mənəvi zərərin əvəzi 2000 manat həddində qiymətləndirilməlidir. Məhkəmə, iddia tələbinin “sağlamlığa vurulmuş zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, bu zaman iddiaçının sağlamlığına dəymiş zərərin məhz cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə sağlamlığına dəymiş arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir, hazırki işdən isə İddiaçı sağlamlığına dəymiş zərərin məhz Cavabdeh MTK-nın hüquqa zidd hərəkətləri nəticəsində baş verməsi, bu hərəkətlər ilə iddiaçının xəstəliyi arasında səbəbli əlaqənin olması müəyyən edilmir. Əksinə, iş materiallarında olan tibbi sənədlərdən görünür ki, İddiaçı “Xəstəliyini gərgin iş şəraiti ilə əlaqələndir”mişdir ki, bu da iddiaçının sağlamlığına dəymiş zərərin birbaşa cavabdehin hərəkətləri ilə bağlı olmasını istisna edir. Belə olan halda məhkəmə həmin hissədə əsaslı deyil və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarındakı hüquqi mövqeyinə görə, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarın 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. "Alexina və digərləri Rusiyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mənəvi ziyana görə kompensasiya məsələsinə gəldikdə, məhkəmə hazırkı vəziyyətdə Konvensiyanın pozulduğunu aşkar edərsə, bu fakt ərizəçilər üçün mənəvi ziyanın ədalətli kompensasiyası kimi qəbul edilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MTK-dan mənəvi zərərin əvəzi kimi 3000 manat məbləğində pul alınaraq İddiaçı verilməli iddia tələbi qalan hissələrdə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin həcminin (3000 manat) nəzərə alınmaqla, dövlət rüsumu cavabdehə aid edilməli və 50 manat ondan alınaraq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MTK-dan mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat olmaqla, ümumilikdə 3050 (üç min əlli) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar