Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4507/2024 31.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı iddiaçı "xxxx" ASC-nin cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və sərəncam hüququ verilmiş X2 müştərək qaydada 502,61 (beş yüz iki manat, altmış bir qəpik) manat məbləğində sığorta ödənişinin, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat məbləğində xidmət haqqının, cəmi 533,01 (beş yüz otuz üç manat, sıfır bir qəpik) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı"xxxx" ASC-nin hesabına ödənilməsi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 mülkiyyətində olan, etibarnamə əsasında Cavabdeh3 sərəncam hüququ verilmiş və X3 idarə etdiyi "xxxx" ASC-də “icbari sığorta” qaydasında sığortalanmış **-TO-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobil və X8 idarə etdiyi, **-OX-*** dövlət nömrə nişanlı “Mercedes Benz E 200 minik” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində X5 təqsirli bilinmiş və AR İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində **-OX-*** dövlət nömrə nişanlı “Mercedes Benz E 200 minik” markalı avtomobilə dəymiş zərər "xxxx" ASC-nə xidmət göstərən “Carpoint Autoservice” tərəfindən 730 (yeddi yüz otuz) manat məbləğində qiymətləndirilmişdir. İştirakçılar arasında keçirilmiş nettinqin nəticəsinə əsasən dəymiş zərərlə bağlı 702,61 (yeddi yüz iki manat, altmış bir qəpik) manat məbləğində sığorta ödənişi tərəflərindən müvafiq qaydada "xxxx" ASC-nin bank hesabına köçürülmüşdür. ASC tərəfindən cavabdehlərə dəymiş ziyanın ödənilməsi üçün xx.xx.2023-cü il tarixli, BS-S-23/2458 saylı geriyə tələb məktubu göndərilmiş, X5 xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin ofisində həmin məktubun surətinə imza etməklə məktubu qəbul etmiş və borcu hər ay 100 (yüz) manat olmaqla hissə-hissə ödəməyi barədə öhdəsinə götürmüşdür. Lakin xx.xx.2023-cü il tarixdə 200 (iki yüz) manat məbləğində ödəniş edildikdən sonra cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş və bu günə qədər qalıq 502,61 (beş yüz iki manat, altmış bir qəpik) manat məbləğində pulun ödənilməsi təmin edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli PBA********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsindən müəyyən olunur ki, **-TO-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobil ASC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “icbarisığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, AR İXM-in 327.1-ci və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə arayış”a əsasən hadisə baş verən anda **-TO-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobil mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2017-ci il tarixli, ƏN- 567798 nömrəli etibarnamənin surətindən müəyyən olunur ki, **-TO-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobil etibarnamə ilə idarə etmə hüququ əsasında Cavabdeh1 sahibliyi və istifadəsinə verilmişdir. “Carpoint Autoservice” nin dəymiş zərərin hesablanmasına dair aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində **-OX-*** dövlət nömrə nişanlı “Mercedes Benz E 200 minik” markalı avtomobilə dəymiş zərər 730 (yeddi yüz otuz) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin ödəniş aktından müəyyən olunur ki, **-OX-*** dövlət nömrə nişanlı “Mercedes Benz E 200 minik” markalı avtomobilə dəymiş zərərə görə 730 (yeddi yüz otuz) manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, nettinqin nəticələrinə əsasən 702,61 (yeddi yüz iki manat, altmış bir qəpik) manat məbləğində pulun ödənilməsi tələbi “**-OX-*** dövlət nömrə nişanlı “Mercedes Benz E 200 minik” markalı avtomobilin sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" ASC qarşısında irəli sürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/2458 saylı geriyə tələb məktubunun surətindən və məktubun üzərindəki qeydlərdən müəyyən olunur ki, X5 xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin ofisində həmin məktubun surətinə imza etməklə məktubu qəbul etmişdir və borcu hər ay 100 (yüz) manat olmaqla hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, ödəniş tapşırığından görünür ki, X5 tərəfindən 200 (iki) yüz manat məbləğində sığorta ödənişi edilmişdir. Cavabdeh3 tərəfindən məhkəməyə etiraz ünvanlayaq bildirmişdir ki, etibarnamənin olduğunu və sürücünün bəlli olmasına baxmayaraq, "xxxx" ASC iddiaçı olaraq onu da cavabdeh qismində cəlb etmişdir. O, bununla bağlı təbdir görülməsini xahiş etmişdir. Cavabdehlər X4 və Cavabdeh2 məlum olan ünvanları üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri onlara göndərilmişdir və iddiaçı "xxxx" ASC-nin tələbinə dair etirazlarının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim olunması təklif edilmişdir, lakin cavabdehlər iddiaya dair etirazlarını məhkəməyə bildirməmişlər. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən X7 ünvanlanmış xx.xx.2023cü il tarixli məktubun surətindən görünür ki, zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 702,61 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin bank hesabına köçürülmüşdür. İş materiallarında olan “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərüfatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "xxxx" markalı, **-TO-*** dövlət nömrə nişanlı minik avtomobil “Daewoo “Mercedes Benz E 200 minik” markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli "xxxx" markalı, **-TO- *** dövlət nömrə nişanlı minik avtomobili idarə edən şəxs olmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verməsi zamanı X8 idarə etdiyi “Mercedes Benz E 200 minik” markalı, **-OX-*** nömrə nişanlı minik avtomobilinə zərər dəymişdir. İş materiallarında olan ZBT153065/23 saylı "xxxx" ASC tərəfindən tərtib edilmiş ödəniş aktından görünür ki, sığortalanmış “Mercedes Benz E 200 minik” markalı, **-OX- *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və dəymiş zərər 730 manat təşkil etmişdir. İş materiallarında olan İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" markalı, **- TO-*** dövlət nömrə nişanlı minik avtomobilini idarə edən Cavabdeh1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 200 manat məbləğində pul vəsaiti Cavabdeh1 tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş izahatın surətindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 00:30-00:45 radələrində etibarnamə ilə idarə etdiyi **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sülh küçəsi və Heydər Əliyev küçəsinin kəsişməsində “şaurma” restoranın yaxınlığında “üç göyərçin” abidəsi istiqamətində işıqforun qırmızı işığında dayanaraq qarşısında dayanmış **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsində dəymişdir. O, hadisə yerində düşüb avtomobilə baxış keçirmişdir. Həmin avtomobilin sürücüsü ilə razılaşıb, hadisə barədə polisə məlumat vermədən hadisə yerini tərk etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci və 63.1-ci maddələrinə görə həmin Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi hallar, yəni Cavabdeh1 tərəfindən idarə olunan "xxxx" markalı **-TO-*** qeydiyyat nişanlı avtomobilin “Mercedes Benz E 200 minik” markalı **- OX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, bunun nəticəsində sonuncu avtomobilə zərər dəyməsi və yol-nəqliyyat hadisəsi törətmiş Cavabdeh1 yol-nəqliyyat hadisəsi yerindən yayınması iş materialları ilə təsdiq olunur. Sahibinin mülki məsuliyyəti icbari qaydada sığortalanmış "xxxx" markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz E 200 minik” **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilə vurulmuş ziyanın iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırılması və "xxxx" ASC-nin hesabına 702,61 manat məbləğində pul vəsaitinin köçürülməsi də iş materialları ilə təsdiq olunur. Məhkəmə həmçinin, işin materiallarında olan ödəniş tapşırığından müəyyən edir ki, Cavabdeh1 "xxxx" ASC-yə 200 manat məbləğində ödəniş etmişdir. Bununla da, "xxxx" markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, yəni yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsinın sürücüsü olaraq yol nəqliyyat hadisəsi yerindən yayındığına görə "xxxx" ASC-nin Cavabdeh1 subroqasiya qaydasında dəymiş ziyanın aradan qaldırılması üçün ödənilmiş pul vəsaitini tələb etmək hüququ vardır. Məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, onların sözügedən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirləri müəyyən edilmədiyindən, onlara qarşı irəli sürülmüş iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu da Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh1 subroqasiya hüququ əsasında 502,61 (beş yüz iki manat, altmış bir qəpik) manat məbləğində sığorta ödənişinin, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 533,01 (beş yüz otuz üç manat, bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-4507/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4507/2024
31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver