Məhkəmə qərarları › İş №e-2(011)-4526/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4526/2023

08.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4526/2023 08.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi Bəndəliyev Zaur Taleh oğlunun katibliyi İddiaçı «X7 Azərbaycan» QSC-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə İddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıqməhkəmə iclasında baxaraq, müəyyən etdi: «X7 Azərbaycan» QSC məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh 1270.93 (bir min iki yüz yetmiş) manat məbləğində maddi zərərin və 32.70 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçınnı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş 2(011)-10296/2017 saylı iş üzrə Bankın iddiasının təmin olunması ilə bağlı yekun məhkəmə aktı çıxmışdır. "xxxx" QSC“X2” MMC ilə bağlanmış xx.xx.2016 -ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini “X2” MMC -yə sifariş etmişdir. “X2 MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək yekün məhkəmə aktı üzrə ödənimlməmiş ümumilikdə 8 262.78 (səkkiz min iki yüz altmış iki manat 78 qəpik) manat o cümlədən, xx.xx.2020-ci il tarixindəki 297.88 manat, xx.xx.2020-ci il tarixindəki 17.28 manat və xx.xx.2022-ci il tarixindəki 7 947.62 manat borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh tərəfindən ödənilən ümumilikdə 8 262.78 (səkkiz min iki yüz altmış iki manat 78 qəpik) manat məbləğlərindəki vəsait “X2” MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən “X2” MMC -yə 1270.93 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2016 -ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə “X2” MMC -yə cavabdeh(lər) tərəfindən"xxxx" QSC-yə ödənilmiş hər məbləğin, o cümlədən xx.xx.2020-ci il tarixindəki 297.88 manat ödənişə görə 25%, xx.xx.2020-ci il tarixindəki 17.28 manat ödənişə görə 25% və xx.xx.2022-ci il tarixindəki 7 947.62 manat ödənişə görə 15% həcmində yəni ümumilikdə 1270.93 manat məbləğində xidmət haqqı ödəmişdir, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin 5 və 6-cı bəndində «Borcvеrən»-in hüquq və vəzifələri / Borcalanın hüquq və vəzifələri(öhdəlikləri)ndə qeyd edilmişdir ki: «Borcalan» tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yеrinə yеtirilmədikdə krеdit və ona hеsablanmış faiz borcunu, o cümlədən krеdit üzrə gеcikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, krеditin gеri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmətl ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün хərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq\almaq); Bu müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə krеditin gеri qaytarılması ilə bağlı “Borcverənin” çəkdiyi və\və ya çəkməli olduğu bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu xərclərin) əvəzini, habelə “Borcverənin” əldən çıxmış faydasını ödəmək. X1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək bildirmişdir ki, o, məhkəmə tərəfindən müəyyən edilmiş məbləği icra şöbəsinin icra məmuru vasitəsilə tam həcmdə ödəmişdir və hazırda banka heç bir borcu qalmamışdır. O, borcun ödənilməsi ilə bağlı mütəmadi olaraq icra şöbəsi və bankla əlaqə saxlamışdır. İddia ərizəsində qeyd olunan MMC barədə məlumatlı deyil, həmin MMC ilə hər hansı bir ödəniş və ya hesablaşması olmamışdır. Borcu tam həcmdə ödədiyi üçün hazırda bankın iddia etdiyi məbləğin necə və hansı əsasla yarandığını başa düşmür, buna görə də iddia tələbini qəbul etmir. Sonda Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır və ona görə də rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, «X7 Azərbaycan» QSC ilə Cavabdeh arasında bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Hüquqi xidmət haqqında Müqavilədən görünür ki, “X2” MMC ilə «X7 Azərbaycan» QSC arasında istehlak kreditləri, avtomobil kreditləri, kredit kartları və ya istehlak kreditləri, avtomobil kreditləri, kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən, istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimlənməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Akta əsasən “X2” MMC ilə «X7 Azərbaycan» QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi xidmət haqqında Müqavilənin 5.1.1 maddəsinə əsasən 2020-ci ilin Sentyabr ayı üzrə MMCnin göstərdiyi xidmət üzrə kredit kart borclu müştərilərin QSC-yə etdiyi geri ödənişləri 3 642,80 (Üç min altı yüz qırx iki) manat 0.80 qəpik təşkil etmişdir və QSC tərəfindən qeyd olunan pul vəsaiti borclu müştərilərdən qəbul edilmişdir. Bunun əsasında kart borclu müştərilərin QSC-yə geri ödənişləri 3 642,80 (Üç min altı yüz qırx iki) manat 0.80 qəpik təşkil edir.Toplamda kart borclu müştərilər üzrə QSC, MMC-yə 1596 xidmət haqqını yəni 546,42 (Beş yüz qırx altı) manat 0.42 qəpik ödəniş edəcəkdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Akta əsasən “X2” MMC ilə «X7 Azərbaycan» QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi xidmət haqqında Müqavilənin 5.1.1 maddəsinə əsasən 2020-ci ilin Avqust ayı üzrə MMC-nin göstərdiyi xidmət üzrə borclu müştərilərin QSC-yə etdiyi istehlak kreditləri üzrə geri ödənişləri 2.980,23 (lki min doqquz yüz səksən) manat 23 qəpik təşkil etmişdir və QSC tərəfindən qeyd olunan pul vəsaiti borclu müştərilərdən qəbul edilmişdir. Bunun əsasında QSC-yə geri ödənişlər 2.980,23 (lki min doqquz yüz səksən) manat 23 qəpik təşkil edir.Toplamda 2.980,23 (iki min doqquz yüz səksən) manat 23 qəpik üzrə QSC, MMC-yə 2596 xidmət haqqını yəni 745,06 (Yeddi yüz qırx beş) manat 0.06 qəpik ödəniş edəcəkdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Təhvil Aktından görünür ki, «X7 Azərbaycan» QSC-nin istehlak krediti üzrə Cavabdeh 2020-ci ilin sentyabr ayı üçün 17,28 manat ödənişi Banka təhvil verilmişdir, büroya ödəniləcək 25% AZN-lə 4,32 manatdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Təhvil Aktından görünür ki, «X7 Azərbaycan» QSC-nin istehlak krediti üzrə Cavabdeh 2020-ci ilin avqust ayı üçün 297,88 manat ödənişi Banka təhvil verilmişdir, büroya ödəniləcək 25% AZN-lə 74,47 manatdır. İş materiallaından görünür ki, xx.xx.2023-cü ildə «X7 Azərbaycan» QSC tərəfindən Cavabdeh bildiriş-pretenziya göndərilməklə ondan 1270,93 manat xidmət haqqını 5 iş günü ərzində ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 33,10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2016-cı il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-10296/2017 saylı qətnaməsi ilə cavabdehdən müqavilə üzrə 8262,78 AZN manat borc tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir, cavabdeh həmin borc üzrə xx.xx.2020-ci il tarixdə 297,88 manat; xx.xx.2020-ci il tarixdə 17.28 manat; xx.xx.2020-ci il tarixdə 7947,62 manat “X7 Azərbaycan” QSC-yə ödəniş etmişdir, “X7 Azərbaycan” QSC ilə “X2” MMC arasında xx.xx.2016-cı il tarixli Hüquqi xidmət haqqında müqavilədən bağlanmışdır, həmin müqavilə istehlak kreditləri, kredit kartları və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən, istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimlənməsi barədədir. Bununla belə, məhkəmə qətnaməsinin icrasının “X2” MMC tərəfindən həyata keçirilməli olduğunu təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən, məhkəmə qərarlarının məcburi icrası nəzərdə tutulmuşdur, belə icra tədbirləri icra məmurları tərəfindən həyata keçirilir, bu tədbirlər üzrə könüllü icra müddəti müəyyən olunmuşdur və bu müddətdə icraya görə icra ödənişi alınmır, digər hallarda icra tədbirlərinə görə qanunvericiliklə müəyyən olunmuş məbləğdə icra ödənişi tələb olunur. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, əvvəla, həmin tərəflər arasında yaranmış borc müqaviləsinə görə məhkəmə qətnaməsi çıxarılmış və icraya yönəldilmişdir, həmin icra tədbirlərinə alternativ olaraq hər hansı icra tədbirləri və buna dair zərurət halları iş materialları ilə müəyyən olunmur, digər tərəfdən, xüsusilə də, borcun borcludan (cavabdehdən) alınmasında “X2” MMC-nin rolu müəyyən deyil, o cümlədən həmin ödənişlərin həyata keçirilməsində onun fəaliyyətinə dair hallar sübut olunmur. Məhkəmə, iddiaçının təqdim etdiyi sübutlara münasibətdə qeyd edir ki, “X2” MMC və “X7 Azərbaycan” QSC arasında olan xx.xx.2016-cı il tarixli “hüquqi xidmət haqqında” müqavilə, kreditlərdən bank qarşısında yaranan borcların alınması üçün göstəriləcəyi hüquqi xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir, belə müqavilələr bağlamaqda və onun şərtlərinin müəyyənləşdirilməsində tərəflər azaddırlar, həmin müqavilə üzrə tərəflər qarşılıqlı öhdəliklər daşıyırlar, onlar müqavilə öhdəlikləri üzrə bir-birlərini məlumatlandırmaqda sərbəstdirlər və hazırkı iş üzrə onların tərtib etdikləri Təhvil-təslim Aktları da hesabat xarakterli olmaqla ödənişlər və xidmət haqqı barədə məlumatı ifadə etməklə, icra tədbirlərinin, o cümlədən də belə ödənişlərin həmin təşkilatın xidmətləri hesabına başa gəlməsi barədə halları təsdiq etmədiyindən, hazırkı tərəflərə münasibətdə formal xarakterlidir. Belə olan halda məhkəmə hesab edir ki, həmin sübutlar icra tədbirləri barədə fəaliyyətdə “X2” MMC-nin iştirakı barədə halları özündə ifadə etmədiyindən, məhkəmə tərəfindən iddia tələbinin təmin olunması üçün nəzərə alına bilməz. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2016-ci il tarixli kredit müqaviləsinin 5 və 6-cı bəndi üzrə nəzərdə tutulan: «Borcvеrən»-in hüquq və vəzifələri / Borcalanın hüquq və vəzifələri(öhdəlikləri)ndə qeyd edilmişdir ki: «Borcalan» tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yеrinə yеtirilmədikdə krеdit və ona hеsablanmış faiz borcunu, o cümlədən krеdit üzrə gеcikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, krеditin gеri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmətl ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün хərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq\almaq); Bu müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə krеditin gеri qaytarılması ilə bağlı “Borcverənin” çəkdiyi və\və ya çəkməli olduğu bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu xərclərin) əvəzini, habelə “Borcverənin” əldən çıxmış faydasını ödəmək” barədə razılaşmaya münasibətdə isə qeyd edir ki, tərəflər müqavilə şərtlərində razılığa gəlməkdə azaddırlar və belə şərtlərə dair öhdəliklər daşıyırlar, hazırkı müqavilədə “gələcək hər cür xərclərin”, o cümlədən vəkil/hüquqi xidmətlərin həddi, məzmunu və məbləği dəqiq ifadə olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı yaranmış xərclərə (vəkil/hüquqi xidmətlərin göstərilməsinə) və bunun cavabdehin borcuna aidiyyətinə dair sübutetmə vəzifəsi daşıyır, xüsusən də, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qanunvericiliklə nəzərdə tutulmuş qaydada məcburi icrasının gözlənildiyi bir vəziyyətdə, lakin iş materiallarından belə hallar sübut olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 451-ci maddəsinə əsasən, borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.3-cü maddəsinə əsasən, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui istifadədir. Həmin Məcəllənin 560.3.5.4-ci maddəsinə əsasən, müqavilənin bağlanmasının elə bir müəyyən şərtlə bağlılığı ki, həmin şərtə görə müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olduqda hüquqdan sui istifadədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının tələbləri başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən, bu Qanunun 4.1-ci və 4.2-ci maddələrində göstərilən orqanlar, təşkilatlar, habelə şəxslər məcburi icra orqanları sayılmır. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, «X7 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehoğluna qarşı “1270.93 (bir min iki yüz yetmiş) manat məbləğində maddi zərərin və 32.70 manat dövlət rüsumunun «X7 Azərbaycan» QSC-nin xeyrinə tutulması barədə” iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsiə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: «X7 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin “Cavabdeh 1270.93 (bir min iki yüz yetmiş) manat məbləğində maddi zərərin və 32.70 manat dövlət rüsumunun tutulması” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar