Məhkəmə qərarları › İş №e-2(011)-4537/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4537/2025

15.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4537/2025 15.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbduov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı – “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması və aliment” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı İddiaçı və Cavabdeh arasındakı nikaha xitam verilməsinə, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X3 ananın himayəsinə verilməsinə, X7 nəzərən aylıq 246 manat və X8 nəzərən isə aylıq 1000 manat olmaqla, ümumilikdə aylıq 1246 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə, birgə mülkiyyətə daxil olan köhnə qaydalarla Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26A, mənzil 207M, yeni qaydalarla isə AZ 1149, ünvan 1 ünvanında yerləşən yaşayış mənzili və Hundai i30 markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili üzərində iddiaçının ½ hissədə mülkiyyət hüququnun tanınmasına və qeyd olunan əmlakın hərracda satılması və satış pulunun iddiaçı və cavabdeh arasında paylara uyğun bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-4537/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi, aliment” barədə iddia tələbi və İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaklara mülkiyyət hüququn tanınması, əmlakın hərracdan satılması və satış pulunun iddiaçı və cavabdeh arasında paylara uyğun bölünməsi” barədə iddia tələblərinə ayrı-ayrı icraatlarda baxılması qərara alınmışdır. İddia tələbinin dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh xx.xx.2011-ci ildə nikaha daxil olmuşdurlar. Sözügedən nikahdan onların övladları – xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X11 dünyaya gəlmişdir. Tərəflər birgə nikahda olduqları dövrdə Cavabdeh adına rəsmiləşdirilməklə köhnə qaydalarla Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26A, mənzil 207M, yeni qaydalarla isə AZ 1149, ünvan 1 ünvanında yerləşən yaşayış mənzilini və Hundai i30 markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini əldə etmişdir. Hazırda isə tərəflərin münasibətləri pozulmuş və evliliyin davam etdirilməsi artıq qeyri-mümkün olmuşdur. Bu səbəbdən, İddiaçı artıq Cavabdeh qarşı“nikahın pozulmasına, birgə əmlakın bölgüsünə, uşaqların ananın yanında qalmasına və aliment tələbinə dair” iddia qaldırır. Qeyd etmək istərdik ki, uşaqlar ananın yanında qaldığından və ona bağlı olduqlarından, uşaqların ananın himayəsinə verilməsinə dair qətnamə qəbul edilməsi məqsədəmüvafiqdir. Bununla yanaşı həmçinin, uşaqların saxlanılması üçün Cavabdeh aliment alınması zərurəti də vardır. O da qeyd edilməlidir ki, uşaqlardan X11 autizm spektr pozuntulardan əziyyət çəkməklə yanaşı, qulluq və müalicə tələb edən ciddi davranış pozuntularına malikdir və onun saxlanılması üçün uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumundan - 246 manatdan daha çox məbləğdə xərc tələb olunmaqdadır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdfiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbinin nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılmasına razı olduqlarını, lakin iddianın uşağın xəstəliyi ilə bağlı alimentin tutulmasına dair hissəsinə etiraz edərək, uşağın xəstəliyi ilə bağlı uşağa 250 manat, anasına 130 manat olmaqla, cəmi 380 manat sosial müavinət aldıqlarını nəzərə alaraq cavabdehin əmək haqqının 1/3 hissəsi miqdarında alimentin tutulmasını xahiş etdi. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X4 xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 71 nömrə ilə qeydə alınmış rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Alıyev, arvada Alıyeva soyadı verilmişdir. Onların birgə nikahlarından uşaqları – xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X11 doğulmuşdur. xx.xx.2025-ci il tarixli Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, tərəflər ilkin medisiya sessiyasında iştirak etmiş və iddiaçı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Odur ki, heç kəs iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası AM-nin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq Hüquqları haqqında Qanunun 5-ci maddəsinə əsasən, Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-a maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75-4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 78.3-cü maddəsində isə təsbit edilmişdir ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarının 8.4-1-ci bəndindən görünür ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndələri və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İşdən görünür ki, tərəflərə barışmaları üçün 3 (üç) ay müddət müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2011-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X11 doğulmuşdurlar. Tərəflər ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrılıqda yaşayaraq, birgə təsərrüfat aparmadıqlarından artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın birbirini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin nikahları pozulmalıdır. İddia nikahın pozulmasına dair hissədə ona görə təmin edilməlidir ki, tərəflərə barışmaları üçün vaxt təyin edilmiş, onlar təyin edilmiş müddət ərzində barışmamışlar. Məhkəmə eyni zamanda hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları faktiki vəziyyətə və cavabdeh tərəfin razılığına uyğun olaraq iddiaçının yanında qalmalıdırlar. Həmçinin ana uşaqların saxlanmaları üçün atadan aliment tələb edir. O, ərizəsində alimentin miqdarını X7 aylıq 246 manat və X8 isə aylıq 1000 manat olmaqla, ümumilikdə aylıq 1246 manat məbləğində göstərib. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddiaçıdan tutulacaq alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir, bu miqdarda alimentin tutulması Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. Belə ki, uşağın xəstəliyi ilə bağlı aylıq zəruri xərclərin iddia tələbində göstərilən miqdarda olmasına dair iddiaçının tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarının 8.4-1-ci bəndindən görünür ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Cavabdeh birgə yaşamaları və ailənin qorunub saxlanması qeyri-mümkün olduğuna görə onlar arasında xx.xx.2011-ci il tarixdə qeydə alınmış nikah pozulmalı və tərəflərin birgə nikahlarından doğulan xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X11 boşanmadan sonra anaları İddiaçı yanında qalmalı və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment aliment tutularaq X2 verilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(011)-267/2025 saylı qərardadı ilə iş üzrə yekun məhkəmə aktı çıxarılanadək, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(011)-267/2025 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(011)-267/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə görülmüş müvəqqəti təminat tədbirlərinin tətbiqinin müddəti uzadılmış və iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək xx.xx.2012ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Buna görə də, məhkəmə hesab edir ki, uşağın saxlanması üçün alimentin tutulma müddəti hazırkı qətnamə çıxdığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddiaçının məhkəmə xərcləri ilə bağlı tələbi olmadığından məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixində 71 nömrəli akt qeydi ilə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikah pozulsun. xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X5 boşanmadan sonra anaları İddiaçı yanında qalsınlar. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması müddəti xx.xx.2025-ci il tarixdən müəyyən edilsin. Qətnamə aliment hissəsində dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar