Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4620/2025 08.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəçinin Sabit pul məbləğində tutulan aliment indeksləşdirilməsi haqqına Ərizəm tam olaraq təmin edilsin. Maraqlı şəxs Cavabdeh, mənim himayəmdə saxlanılmış 3 övladımız xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2014-cüil təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı uşaqlarımızın saxlanılması ərizənin verildiyi vaxtan icra qaydasına tutulması, 2025-ci il 01 yanvar tarixindən Azərbaycan Respublikası ərazisində, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği olan 400 manatın 0.5 misli miqdarında, yəni hər bir uşaq üçün 200 manat, cəmi 3 uşaq üçün 600 manat Alimentin indeksləşdirilərək Cavabdeh mən İddiaçı xeyrinə ödənilməsinə dair Qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və digər iş materiallarını nəzərdən keçirib hesab edair ki, iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsi sadələşdirilmiş qaydada verilməklə, iddia tələbi “ərizəçinin Sabit pul məbləğində tutulan aliment indeksləşdirilməsi haqqına Ərizəm tam olaraq təmin edilsin. Maraqlı şəxs Cavabdeh, mənim himayəmdə saxlanılmış 3 övladımız xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2014-cüil təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı uşaqlarımızın saxlanılması ərizənin verildiyi vaxtan icra qaydasına tutulması, 2025-ci il 01 yanvar tarixindən Azərbaycan Respublikası ərazisində, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği olan 400 manatın 0.5 misli miqdarında, yəni hər bir uşaq üçün 200 manat, cəmi 3 uşaq üçün 600 manat Alimentin indeksləşdirilərək Cavabdeh mən İddiaçı xeyrinə ödənilməsinə dair Qərardad” barədədir. EMİS-dən çıxarışdan görünür ki, məhkəmənin icraatında eyni məzmunlu tələbə dair mülki iş vardır. Belə olan halda məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduğundan, hazırkı iddia tələbi üzrə yeni əsaslara dair hallar iddia ərizəsində göstərilmədiyindən və buna dair subutlar ərizəyə əlavə olunmadığından iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4620/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4620/2025
08.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver