Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4645/2021 19.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, kreditor Tələbkar MMC-nin Borclu qarşı pul tələbi haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, müəyyən etdi: Kreditor Tələbkar MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 257manat borcun, 100 manat cərimə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 377 manat məbləğində pul vəsaitinin alınaraq kreditor Tələbkar MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Tələbkar MMC-nin ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərə borcluya mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat əlavə edilməmişdir. Bununla yanaşı, tələb edilən borcun əsası olan müqavilə Borclu ilə “xxxx” MMC ilə bağlanmış, tələb etmə hüququnun Tələbkar MMC-yə güzəşt edilməsinə dair məktub ərizəyə əlavə edilsə də, bu barədə müqavilə, o cümlədən tələbin güzəşt edilməsinə dair borcluya məlumat verilməsinə dair bildiriş ərizəyə əlavə edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, kreditor tərəfindən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina üçün əsasdır. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268, 279-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kreditor Tələbkar MMC-nin Borclu qarşı pul tələbi haqqında məhkəmə əmrinin verilməsi barədə ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Ərizəçiyə izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması ərizəçinin həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Hakim Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4645/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4645/2021
19.05.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver