Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4672/2024 26.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi X1 – İddiaçı kiçik iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Bakı şəhər X4 İdarəsinə qarşı – Bakı şəhər X4 İdarəsinin TP6410463 nömrəli xx.xx.2024-cü il tarixli qərarının ləğvi barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kiçik iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, mövcud ərizəyə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmalı olmadığından, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı X4 İdarəsinin inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək niyyətində olmuşdur lakin o, elektron kabinet vasitəsilə mülki icraat qaydasında kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mövcud ərizəyə sadələşdirilmiş icraat qaydasında, mülki məhkəmədə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə İddiaçı izah edir ki, onun X4 İdarəsinin inzibati xəta ilə bağlı çıxarılmış inzibati tənbeh vermə haqqında qərarından Azərbaycan Respiblikası İXM-nin 126.1-ci maddəsinin tələbləri qaydasında şikayət vermək hüququ vardır. Azərbaycan Respiblikası İXM-nin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Bakı şəhər X4 İdarəsinə qarşı – Bakı şəhər X4 İdarəsinin TP6410463 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğvi barədə kiçik iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı izah olunsun ki, onun X4 İdarəsinin inzibati xəta ilə bağlı çıxarılmış inzibati tənbeh vermə haqqında qərarından Azərbaycan Respiblikası İXM-nin 126.1-ci maddəsinin tələbləri qaydasında şikayət vermək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-4672/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4672/2024
26.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver