Məhkəmə qərarları › İş №e-2(011)-4746/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4746/2025

13.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4746/2025 13.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Səmədov Söhrab Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 iyun 2024-cü il tarixdə Cavabdeh 190000 manat məbləğində ödənilmiş kompensasiyanın 2/7 hissəsi, yəni 27 sentyabr 2018-ci il təvəllüdlü X14 və 24 aprel 2020ci il təvəllüdlü X15 ödənilməli olan 54285 manat məbləğində pulun və ödənilmiş 252 manat 60 qəpik dövlət rüsumunun tutulub qanuni nümayəndə, yəni anaları İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, X16 ilə 21 iyun 2016-cı il tarixdə rəsmi nikah bağlamış və həmin nikahdan 27 sentyabr 2008-ci il təvəllüdlü X21 və 24 aprel 2020-ci il təvəllüdlü X22 adında iki uşaqları doğulmuşdur. İddiaçı nikaha daxil olduğu vaxtdan ünvan 1 ünvanına gəlin köçmüş, cehiz əşyalarını həmin ünvanda yerləşdirilmişdir. ünvan 3nında yerləşən yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamış, sadəcə olaraq Nizami Rayon İcra Hakimiyyətinin başçısının 1401 saylı 23 avqust 1996-cı il tarixli sərəncamına əsasən X2 Xətai rayonu ərazisindəki K.Əhmədov küçəsindəki, 6 N-li evin məhdud kommunal şəraitli sahəsi 35,4 kv.m. olan 2 otaqlı 11/10 Nli mənzili mənzil növbəsi çatanadək, pasport qeydiyyatına alınmaqla müvəqqəti yaşamaq üçün N.Məhərrəmovaya 3 nəfər ailə tərkibi ilə (özü, əri, oğlu) verilmişdir. X1 Sənan Mansur oğlunun anasıdır. İddiaçı cavabdeh Ağayeva (Məhərrəmova) Naibə İbixan qızına qarşı “istifadə hüququ tanınmaqla mənzilə köçürülmə” tələbinə dair iddia tələbi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3425/2021 saylı və 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməsə də, onun azyaşlı uşaqları 27 sentyabr 2008-ci il təvəllüdlü X21 və 24 aprel 2020-ci il təvəllüdlü X22 həmin mənzilə qeydiyyata alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 29 may 2024-cü il tarixli, 85 saylı sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyəti Bakı şəhəri Xətai rayonu, Y.Səfərov, K.Əhmədov və H.Abbasbəyli küçələrinin əhatəsində yerləşən ərazidə abadlıq işlərinin aparılması üçün sözügedən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi məqsədi ilə Xətai Rayon İcra Hakimiyyəti Başçısının 05 iyun 2024-cü il tarixli, 193 saylı Sərəncamı əsasında komissiya yaradılmış, yaradılmış komissiya həmin ərazidə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edib, cavabdeh Ağayeva (Məhərrəmova) Naibə İbixan qızı rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyaya dəvət olunmuş və Nizami Rayon İcra Hakimiyyəti Başçısının 23 avqust 1996-cı il tarixli, 1401 saylı sərəncamı əsasında ona ayrılmış Xətai rayonu, K.Əhmədov küçəsi ev 6, mənzil 11/10 ünvanında yerləşən ümumi sahəsi 70.38 kv.m olan yaşayış sahəsinə ödəniləcək kompensasiya həmin mənzildə daimi qeydiyyatda olan ailə üzvlərinin razılığı əsasında vətəndaş Ağayeva (Məhərrəmova) Naibə İbixan qızının bank hesabına köçürülmüşdür. Lakin, qediyyatda olan 27 sentyabr 2018-ci il təvəllüdlü X10 və 24 aprel 2020-ci il təvəllüdlü X11 qanuni nümayəndəsi İddiaçı razılıq ərizəsi alınmamış, 27 sentyabr 2018-ci il təvəllüdlü X14 və 24 aprel 2020-ci il təvəllüdlü X15 çatası kompensasiya məbləği anaları İddiaçı ödənilməmişdir. Belə ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1654/2021 saylı və 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə X25 ilə İddiaçı arasında 21 iyun 2016-cı il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində bağlanmış və 145 saylı akt qeydi ilə rəsmiləşdirimiş nikah pozulmuş və birgə nikahından doğulmuş 27 sentyabr 2018-ci il təvəllüdlü X21 və 24 aprel 2020-ci il təvəllüdlü X22 anaları İddiaçı yanında saxlanılmişdır. Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyətinin Başçısının 21 iyun 2024-cü il tarixli razılaşma aktına əsasən, Kamandar Əhmədov küçəsi 6, mənzil 11/10 ünvanında yerləşən və Cavabdeh mülkiyyətində olan 70.38 kvm sökülən tikilinin yaşayış sahəsinə görə ona 190000 manat hesablanmışdır. Bundan sonra, 28 iyun 2024-cü il tarixdə Cavabdeh Xətai rayonu İcra Hakimiyyətinin nümayəndəsi X6 arasında müqavilə bağlanmış və müqaviləyə əsasən 190000 manat məbləğində kompensasiya almaqla Baki şəhəri, Xətai rayonu, Kamandar Əhmədov küçəsi ev 6, mənzi 11/10 ünvanında yerləşən, ümumi sahəsi 70.38 kv.m. olan yaşayış sahəsini Xətai rayonu İcra Hakimiyyətinin xeyrinə imtina etmişdir. İddiaçı hesab edir ki, 190000 manat məbləğində ödənilmiş kompensasiya qeydiyyatda olan vətəndaşların arasında bərabər bölünməlidir. Belə ki, ünvan 5 ünvanında 7 nəfər qeydiyyatda olmaq ilə, 27 sentyabr 2018-ci il təvəllüdlü X14 və 24 aprel 2020-ci il təvəllüdlü X15 çatası məbləğlər qanuni nümayəndəsinə, yəni anaları İddiaçı 190000 manatın 2/7 hissəsi, yəni 54 285 manat ödənilməlidir. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 17 sentyabr 2024-cü il tarixli ******* №-li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, ünvan 6 ünvanında X7, X8, X9, Cavabdeh və X22 qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 17 sentyabr 2024-cü il tarixli ******* №-li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, ünvan 6 ünvanında X21, X7, X8, X9 qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən vəkil Nümayəndə ünvanlanmış 11 noyabr 2024-cü il tarixli, 5-11/2-1962/2024 saylı məktubun surətindən görünür ki, vəkil Nümayəndə 21 oktyabr 2024-cü il tarixli, 101 nömrəli məktubuna Rayon İcra Hakimiyyətində baxılmışdır. Məktubda Bakı şəhəri Xətai rayonu, K.Əhmədov küçəsi, 6 nömrəli binanın dövlət layihəsi çərçivəsində plana düşməsi ilə əlaqədar olaraq qeydiyyatda olan Ağayeva (Məhərrəmova) Naibə İbixan qızına ödənilmiş müvafiq kompensasiya məbləğinin hansı hüquq müəyyənedici sənədlər əsasında və hansı bank vəsitəsi ilə hesaba ödənildiyi barədə məlumatı sorğu sahibinə təqdim edilməsi xahiş olunmuşdur. Məlumat üçün bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 may 2024-cü il tarixli, 85 saylı sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyəti Bakı şəhəri Xətai rayonu, Y.Səfərov, K.Əhmədov və H.Abbasbəyli küçələrinin əhatəsində yerləşən ərazidə abadlıq işlərinin aparılması üçün sözügedən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi məqsədi ilə Xətai Rayon İcra Hakimiyyəti Başçısının 05 iyun 2024-cü il tarixli, 193 saylı Sərəncamı əsasında komissiya yaradılmışdır. Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında Xətai Rayon İcra Hakimiyyətində yaradılmış komissiya həmin ərazidə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Vətəndaş Ağayeva (Məhərrəmova) Naibə İbixan qızı rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyaya dəvət olunmuş və Nizami Rayon İcra Hakimiyyəti Başçısının 23 avqust 1996-cı il tarixli, 1401 saylı sərəncamı əsasında ona ayrılmış Xətai rayonu, K.Əhmədov küçəsi ev 6, mənzil 11/10 ünvanında yerləşən ümumi sahəsi 70.38 kv.m olan yaşayış sahəsinə ödəniləcək kompensasiya həmin mənzildə daimi qeydiyyatda olan ailə üzvlərinin razılığı əsasında vətəndaş Ağayeva (Məhərrəmova) Naibə İbixan qızının bank hesabına köçürülmüşdür. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 21 iyun 2024-cü il tarixli razılaşma aktının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov, Yusif Səfərov və Həmid Abbasbəyli küçələrinin ərazisində yerləşən yaşayış və qeyriyaşayış obyektlərinin köçürülməsi zərurəti yaranmışdır. Köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti Başçısının 5 iyun 2024-cü il tarixli, 193 saylı Sərəncamı ilə komissiya yaradılmışdır. Yaradılmış komissiya tərəfindən bu aktı ona görə tərtib etmişdir ki, Xətai rayonu, Kamandar Əhmədov, Yusif Səfərov və Həmid Abbasbəyli küçələrinin ərazisində yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi zərurəti ilə əlaqədar olaraq yazın ərazidə aparılmış sorğulara əsasən tikilinin yaşayış sahəsinin 1 kv.m-nin alqı-satqı orta abzar qiyməti 2700 manat müəyyələndirilərək əmlak sahiblərinə təklif olunmuşdur. Belə ki, Kamandar Əhmədov küçəsi 6, mənzil 11/10 ünvanında yerləşən və Cavabdeh mülkiyyətində olan 70,38 kv.m sökülən tikilinin yaşayış sahəsinə görə ona 190000 manat hesablanmışdır. Aktda Cavabdeh komissiyanın işində iştirak etmiş, aparılmış ölçülərlə və alacağı təzminatın məbləği ilə razılaşmış, gələcəkdə ona məxsus daşınmaz əmlak ilə bağlı heç bir irad və tələbi yoxdur və öhdəsinə götürmüşdür ki, 7 gün müddətində yuxarıda qeyd olunan ünvandakı mülkiyyətini tam boşaldaraq sökülmək üçün şərait yaradacaqdır. Birinci tərəf Cavabdeh ilə ikinci tərəf Bakı şəhəri Xətai İcra Hakimiyyəti adından X17 arasında bağlanmış 28 iyun 2024-cü il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhərində qəzalı vəziyyətdə olan binalardan birdəfəlik maddi yardım (kompensasiya) ödənilməklə köçürülməsi ilə bağlı Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti başçısının 2024-cü il tarixli razılaşma aktı əsasında Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel (8 Noyabr prospekti) prospekti ilə Xəzər dənizi arasında yerləşən bir sıra yaşayış evlərindən sakinlərin köçürülməsi üçün kompensasiyanın ödənilməsi Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin 2 saylı Xəzinədarlıq İdarəsi tərəfindən Xətai Rayon İcra Hakimiyyətinə ayrılmış vəsait hesabına həyata keçirilir. Birinci tərəf ikinci tərəfdən 190000 manat məbləöində kompensasiya almaqla ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 70.38 kv.m olan yaşayış sahəsini ikinci tərəfin xeyrinə imtina edir. 21 iyun 2024-cü il tarixli müqavilə üzrə ödənilməli məbləğin depozit hesabın qoyulması üçün notariusun banka təqdim edilən məktubun surətindən görünür ki, Xətai İcra Hakimiyyəti adından X17 notariat qaydasında təsdiq ediləcək müvafiq müqavilə üzrə 190000 manatı müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında Cavabdeh İbuxan qızına verilməsi üçün "xxxx" ASC-də olan depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3425/2021 saylı 31 avqust 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “istifadə hüququ tanınmaqla mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və iki övladının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqları tanınmaqla həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, iddia tələbi təmin edilməmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan Hüquqları üzrə Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında Xətai Rayon İcra Hakimiyyətində yaradılmış komissiya həmin ərazidə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Vətəndaş Ağayeva (Məhərrəmova) Naibə İbixan qızı rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyaya dəvət olunmuş və Nizami Rayon İcra Hakimiyyəti Başçısının 23 avqust 1996cı il tarixli, 1401 saylı sərəncamı əsasında ona ayrılmış Xətai rayonu, K.Əhmədov küçəsi ev 6, mənzil 11/10 ünvanında yerləşən ümumi sahəsi 70.38 kv.m olan yaşayış sahəsinə ödəniləcək kompensasiya həmin mənzildə daimi qeydiyyatda olan ailə üzvlərinin razılığı əsasında vətəndaş Ağayeva (Məhərrəmova) Naibə İbixan qızının bank hesabına köçürülmüşdür. Hazırda iddiaçı cavabdehə ödənilmiş həmin kompensasiyanın 2/7 hissəsi, yəni 27 sentyabr 2018-ci il təvəllüdlü X14 və 24 aprel 2020-ci il təvəllüdlü X15 ödənilməsini tələb etmişdir. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı “istifadə hüququ tanınmaqla mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3425/2021 saylı 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamə ilə iddiaçının mübahisəli mənzil üzərində istifadə hüququnun yaranmadığı təsdiq edilmişdir. Məhkəmə işdə olan sübutları qiymətləndirib belə qənaətə gəlir ki, iddiaçının və övladlarının mübahisəli mənzildə istifadə hüquqlarının olmaması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu olaraq ödənilmiş 252,60 manat; Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar