Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4875/2023 24.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh əlavə xərclərə cəlb edilərək xx.xx.2023-cü il təvəllüdlü X6 3 yaşı tamam olanadək əlavə olaraq hər ay 250 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, hamiləliyi çox ağır keçdiyi üçün həkim müayinələrinin olunmasında, dərman peraparatlarının alınmasında xərclənilmiş 5417,13 manatın və övladı xx.xx.2023-cü il təvəllüdlü X1 əməliyyatı ilə anadan olduğuna görə ödənilmiş 1021 manatın, toplan 6438,13 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, mediasiya xərci üçün ödənilmiş 50 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh əlavə xərclərə cəlb edilərək xx.xx.2023-cü il təvəllüdlü X6 3 yaşı tamam olanadək əlavə olaraq hər ay 250 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, hamiləliyi çox ağır keçdiyi üçün həkim müayinələrinin olunmasında, dərman peraparatlarının alınmasında xərclənilmiş 5286,81 manatın və övladı xx.xx.2023-cü il təvəllüdlü X1 əməliyyatı ilə anadan olduğuna görə ödənilmiş 1021 manatın, toplan 6307,81 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, mediasiya xərci üçün ödənilmiş 50 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, məhkəmə üçün ödənilmiş 85 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı qızma ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikah 2 saylı Bakı Asan Xidmət Mərkəzində 1280 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X8 doğulmuşdur. İddiaçı bildirir ki, ailə qurduğu vaxtdan etibarən cavadehlə münasibətləri yaxşı olmamışdır. Cavabdeh evdə tez-tez söz söhbətlər yaradaraq dinc yaşamağa qoymamışdır. Hətta cavabdeh hamilə olduğunu bildiyi gündən o iddiaçı ilə daha da aqresiv davranmağa başlamışdı. Belə ki, Cavabdeh anasının sözü ilə iddiaçı ilə mübahisələr edərək, onu təhqir etmiş, hamilə olmasına baxmayaq onu döymüşdür. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Cavabdeh iddiaçı ilə yersiz mübahisələr edərək kobud rəftar etmiş, hələ azmış kimi hamilə olduğunu bildiyi halda qəsdən ona bədən xəsarətlər yetirərək hamiləliyinin sonlanmasına səbəb olmuşdur. Amma həkimlərin müdaxilə və müayinəsi nəticəsində hamiləliyi həyatı təhlükəsi olmadan davam etdi. Bundan sonra onun şikayəti əsasında Xətai RPİ-nin 34-cü PŞ-də Cavabdeh barəsində ( 21 noyabr 2022-ci il tarxili qərar) HK-1/2602 saylı material aidiyyatı üzrə Xətai rayon Məhkəməsinə göndərilmişdir. Xətai rayon Məhkəməsində araşdırma zamanı Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi olduğu müəyyən edilmiş, Cavabdeh iddiaçını döyməsini məhkəmədə etiraf etdiyinə görə, onu gələcəkdə birdə döyməyəcəyini və ailəsinə laqeyd olmayacağını dediyinə görə iddiaçı da ailənin qorunması məqsədilə məhkəmədə cavabdehin ona qarşı törətmiş olduğu səhvlərini bağışladığı üçün Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(011)-1413/2023 saylı qərarı ilə xitam verilmişdir. Araşdırma zamanı cavabdehin onu döyməsi, şiddət göstərməsi işin mübahisələndirilməyən halıdır. Bunlara səbəb olaraq iddiaçının hamiləliyi çox ağır keçmiş, daima həkim nəzarətində olaraq müayinələrdən keçmiş və dərman peraparatları qəbul etmişdir. Həmin dərman peraparatlarının alınmasında yalnız valideynləri maddi köməklik göstərmişdir. Hamiləlik dövründə xərclədiyi dərman peraparatlarının qəbzlərini iddia ərizəsinə əlavə etmişdir. Bundan başqa uşağı təbii doğuşla deyil keysəriyyə əməliyyatı ilə anadan olmuşdur. Bununda ödənişlərini valideynləri etmişdir.Cavabdeh nə hamilək dövründə nədəki uşağın anadan olmasında çəkilən xərcləri üçün heç bir maddi köməklik göstərməmişdir. İddiaçı bu barədə dəfələrlə cavabdehə zəng etdikdə və “Whatsapp” tətbiqi vasitəsi ilə mesaj yazdıqda o müxtəlif bəhanələr gətirərək maddi köməklik göstərməkdən boyun qaçırmışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddianı qismən qəbul edərək edərək, izahatında bildirdi ki, iddiaçıya hər ay 250 manat aliment və uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat aliment ödəməyə razıdırlar. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı öz seçimi ilə və orada işlədiyi üçün özəl klinikaya müraciət etmişdir. Dövlət Xəstaxanasına müraciət etsəydi bütün müayinələr və doğuş pulsuz olardi.Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İİ seriyalı, 519373 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Səfərli, arvada Səfərli soyadı verilmişdir. İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İV seriyalı, 882316 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, tərəflər mediasiya sessiyasında iştirak etmiş, iddiaçı mediasiya xərci üçün 50 manat ödəmişdir. İş materiallarında olan, ********** nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə 86 manat İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1413/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış icraata xitam verilmişdir. İş materiallarında olan, CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlarından görünür ki, İddiaçı "X4-Bakı" Qapalı Səhmdar Cəmiyyətində tibb bacısı vəzifəsində işləyir və əmək haqqısı 450 manatdır. İş materiallarında olan, “X11” klinikası trəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixində “X11” klinikasında ginekoloqun müayinəsində olmuşdur. Hamiləliyin 14-cü həftəsində xəstəyə serklaj icra olunub,19-cu həftəsində isə peysari taxılıb. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli,00791850 nömrəli qəbzdən görünür ki, RY-USM xidməti üzrə Məmmədova Günel tərəfindən 190 manat “Oksigen”klinik xəstəxanasına ödənilmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli,00791850 nömrəli qəbzdən görünür ki, RY-USM-AF-03 xidməti üzrə Məmmədova Günel tərəfindən 190 manat “Oksigen”klinik xəstəxanasına ödənilmişdir. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Məmmədova Günel tərəfindən 38 manat “X11” klinikasına ödənilmişdir. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Məmmədova Günel tərəfindən 50.40 manat “X11” klinikasına ödənilmişdir. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Məmmədova Günel tərəfindən 134 manat “X11” klinikasına ödənilmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Məmmədova Günel tərəfindən 10.50 manat “X11” klinikasına ödənilmişdir. İş materiallarında olan, “X11” Klinikasının xx.xx.2023-cü il tarixli fakturasından görünür ki, İddiaçı tərəfindən 1021 manat ödənilmişdir. İş materiallarında olan, İddiaçı tərəfindən ödənilmiş xx.xx.2023-cü il tarixli, N000005531 nömrəli çekdən görünür ki, ümumilikdə 409.30 manat aptekə ödənilmişdir. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Məmmədova Günel tərəfindən 30 manat “X11” klinikasına ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbz ilə 30.90 manat aptekə, xx.xx.2023-cü il tarixli qəbz ilə 134 manat aptekə, xx.xx.2023-cü il tarixli qəbz ilə 12.60 manat aptekə, xx.xx.2023-cü il tarixli qəbz ilə 88.95 manat aptek “Fatimə”-yə, xx.xx.2023cü il tarixli qəbz ilə 5 manat aptek “Fatimə”-yə, xx.xx.2022-ci il tarixli qəbz ilə 3.83 manat aptek “Fatimə”-yə, xx.xx.2023-cü il tarixli qəbz ilə 3.06 manat aptek “Fatimə”-yə, xx.xx.2022-ci il tarixli qəbz ilə 9.50 manat aptek “Fatimə”-yə, xx.xx.2022-ci il tarixli qəbz ilə 54.81 manat aptek “Fatimə”-yə, xx.xx.2023-cü il tarixli qəbz ilə 92.82 manat aptek “Fatimə”-yə, xx.xx.2022-ci il tarixli qəbz ilə 8.57 manat aptek “Fatimə”-yə, xx.xx.2022-ci il tarixli qəbz ilə 36.33 manat aptekə,xx.xx.2022-ci il tarixli qəbz ilə 54.30 manat aptek “Fatimə”-yə, xx.xx.2022-ci il tarixli qəbz ilə 17.51 manat aptek “Fatimə”-yə, xx.xx.2023-cü il tarixli qəbz ilə 15.17 manat aptek “Fatimə”-yə, xx.xx.2022-ci il tarixli qəbz ilə 19.40 manat aptek “Fatimə”-yə, xx.xx.2022-ci il tarixli qəbz ilə 11.64 manat aptek “Fatimə”yə,xx.xx.2023-cü il tarixli qəbz ilə 86.37 manat aptekə, xx.xx.2023-cü il tarixli qəbz ilə 100.67 manat aptekə, xx.xx.2022-ci il tarixli qəbz ilə 19.24 manat aptek “Fatimə”-yə, xx.xx.2023-cü il tarixli qəbz ilə 42.12 manat aptek “Fatimə”-yə, xx.xx.2023-cü il tarixli qəbz ilə 85.32 manat aptekə, xx.xx.2023-cü il tarixli qəbz ilə 79 manat aptekə, xx.xx.2022-ci il tarixli qəbz ilə 98.50 manat aptekə, xx.xx.2023-cü il tarixli qəbz ilə 79 manat aptəkə, xx.xx.2023-cü il tarixli qəbz ilə 54.50 manat aptekə, xx.xx.2023-cü il tarixli qəbz ilə 79 manat aptekə, xx.xx.2023-ü il tarixli qəbz ilə 69.55 manat aptekə, xx.xx.2023-cü il tarixli qəbz ilə 133.50 manat aptek “Fatimə”-yə, xx.xx.2022-ci il tarixli qəbz ilə 41.80 manat aptek “Fatimə”-yə, xx.xx.2023-cü il tarixli 6.32 manat aptek “Fatimə”-yə, xx.xx.2023-cü il tarixli qəbz ilə 79 manat aptek “Fatimə”-yə, xx.xx.2023-cü il tarixli qəbz ilə 7.85 manat aptek “Fatimə”-yə, xx.xx.2023-cü il tarixli qəbz ilə 64.38 manat aptek “Fatimə”-yə, xx.xx.2023-cü il tarixli qəbz ilə 85.32 manat aptek “Fatimə”-yə, xx.xx.2023-cü il tarixli qəbz ilə 52.77 manat aptek “Fatimə”-yə, xx.xx.2023-cü il tarixli 10.94 manat aptek “Fatimə”-yə, xx.xx.2023-cü il tarixli qəbz ilə 143.80 manat aptek “Fatimə”-yə, xx.xx.2023-cü il tarixli qəbz ilə 64.70 manat aptekə, xx.xx.2022-ci il tarixli qəbz ilə 42.99 manat aptek “Fatimə”yə, xx.xx.2022-ci il tarixli qəbz ilə 10.02 manat "xxxx" MMC-yə, xx.xx.2023-cü il tarixli qəbz ilə 22.95 manat aptekə, xx.xx.2022-ci il tarixli qəbz ilə 5.19 manat aptekə, xx.xx.2022-ci il tarixli qəbz ilə 18.45 manat aptekə, xx.xx.2023-cü il tarixli qəbz ilə 17.55 manat "xxxx" MMC-yə, xx.xx.2022-ci il tarixli qəbz ilə 53.65 manat aptekə, xx.xx.2022-ci il tarixli qəbz ilə 18.03 manat aptek “Fatimə”-yə, xx.xx.2022-ci il tarixli qəbz ilə 30 manat aptekə, xx.xx.2023-cü il tarixli qəbz ilə 61.13 manat aptek “Fatimə”-yə, xx.xx.2023-cü il tarixli qəbz ilə 34.07 manat aptekə, xx.xx.2022-ci il tarixli qəbz ilə 79 manat aptek “Fatimə”-yə, xx.xx.2023-cü il tarixli qəbz ilə 84.72 manat aptekə, xx.xx.2023-cü il tarixli qəbz ilə 54.80 manat aptekə, xx.xx.2023-cü il tarixli qəbz ilə 8 manat aptekə, xx.xx.2022-ci il tarixli qəbz ilə 94 manat aptekə, xx.xx.2023-cü il tarixli qəbz ilə 11.34 manat aptekə, xx.xx.2023-cü il tarixli qəbz ilə 15.20 manat aptekə, xx.xx.2023-cü il tarixli qəbz ilə 7.85 manat aptekə ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini, cavabdehin nümayəndəsi və vəkilini dinləyərək, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair razılığını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, iddia uşağın yetkinlik yaşına çatanadək cavabdehdən tutulacaq alimentin məbləği hər ay 220 manat müəyyən edilməlidir. Alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Məhkəmə eyni zamanda iddia tələbinin “uşağın 3 yaşı tamam olanadək cavabdehdən hər ay 250 manat məbləğində pul vəsaitinin tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Buna görə də iddianın həmin hissəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin həqiqətən də zəruri vəsaitə malik olmasına dair hər hansı sübut təqdim etmədiyindən, bununla da cavabdehin zəruri vəsaitə malik olması müəyyən edilmədiyindən, iddia tələbi bu hissədə qismən təmin edilərək, cavabdehdən hər ay 50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Bundan başqa, məhkəmə alimentin və uşağın 3 yaşı tamam olanadək cavabdehdən tutulan alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin və uşağın 3 yaşı tamam olanadək cavabdehdən tutulan alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də xx.xx.2023-cü il təvəllüdlü X2 üçün alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin və uşağın 3 yaşı tamam olanədək alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Məhkəmə iddia tələbinin İddiaçı “hamiləliyi çox ağır keçirdiyi üçün həkim müayinələrinin olunmasında, dərman peraparatlarının alınmasında xərclənilmiş 5286.81 manatın və övladı xx.xx.2023-cü il təvəllüdlü X1 əməliyyatı ilə anadan olduğuna görə ödənilmiş 1021 manatın, ümumilikdə 6307.81 manay məbləğində pulun Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsinə” dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissə də qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin hesablanmasından görünür ki, hamiləlik dövründə və uşağın doğum ilə bağlı çəkilən ümumi xərc 4824.18 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh X6 valideynləri olduğundan onun doğumu ilə bağlı çəkilmiş xərclər hər iki valideynə aid edilməlidir. Belə ki, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməli olduğundan, İddiaçı tərəfindən hamiləlik dövründə çəkilmiş əlavə xərclərdə (dərmanlar, analizlər, doğum xərcləri və s.) tərəflərin iştirakı bərabər hesablanmalı, iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş sübutlar (qəbzlər) nəzərə alınmaqla, həmin məbləğin (4824.18 manat) yarısını təşkil edən 2412.09 manat İddiaçı aid edilməli, digər yarısı isə Cavabdeh aid edilməklə, ondan alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı 86 manat dövlət rüsumu və 50 manat mediasiya sessiyalarının keçirilməsi üçün pul ödəmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən 50 manat dövlət rüsumu və mediasiya xərci üçün ödənilmiş 86 manat rüsum alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı qızma ödənilsin. 13 06.2023-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X6 3 yaşı tamam olanadək, yəni xx.xx.2026-cı il tarixədək Cavabdeh hər ay 50 (əlli) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 2412.09 ( iki min dörd yüz on iki manat, doqquz cıəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh X5 50 (əlli) manat məbləğində medıasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh X5 86 (səksən altı) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentin və uşağın 3 yaşı tamam olanədək alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-4875/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4875/2023
24.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver