Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4929/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçının qəyyumu Liza Kasueva, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X1 iştirakl ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin təyin edilməsi tələbinə dair iddiasına, ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehler Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi Liza Kasueva məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək , iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Kasueva Liza İddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin təyin etdiyi məhkəmə-psixiatriya ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1287 saylı rəyində qeyd olunur ki, İddiaçı keçirilmiş insultdan sonra meydana gələn demensiya müəyyən edilir. İddiaçı hazırki psixi vəziyyəti ilə əlaqədar o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də İddiaçı tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. İddiaçı müəyyən edilən Keçirilmiş insultdan sonra meydana gələn demensiya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1621/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Kasueva Lizanın ərizəsi təmin edilərək, xx xxxx 1956-cı il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1621/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə qüvvəyə minmişdir. İddiaçı cavabdehler Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin təyin edilməsi tələbinə dair hazırki iddia ərizəsi isə məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli rəyinə əsasən öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmaması ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə baxmayaraq o, ekspertizanın rəyi ilə eyni gündə, yəni xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin xx.xx.2024-cü il tarixdə qəbul edilməsinə, xx.xx.2024-cü il tarixdə qüvvəyə minməsinə baxmayaraq İddiaçı psixi vəziyyəti ilə əlaqədar onun öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmaması ilə bağlı vəziyyəti daha əvvəl yaranmışdır, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1621/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi isə bu halı hüquqi müstəvidə təsdiq etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi verildiyi zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə olduğu üçün iddia ərizəsi fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verildiyindən baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.2-ci maddəsinə əsasən ərizə fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4929/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4929/2024
09.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver