Məhkəmə qərarları › İş №e-2(011)-5016/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5016/2022

19.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5016/2022 19.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada bildiriş göndərilsə də, onlar iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişlər. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə saat 15:00-də Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Cavabdeh2 məxsus və etibarnamə olmadan Cavabdeh1 tərəfindən idarə olunan “Toyota Prius minik” markalı, 990B622 dövlət nişanlı avtomobillə X2 tərəfindən idarə olunan “X6” markalı, 99PH304 dövlət nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “Toyota Prius minik” markalı, 990B622 dövlət nişanlı avtomobil xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci ilədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş İnzibati tənbeh vermə haqqında TP4285281 nömrəli Qərara əsasən, yol nəqliyyat hadisəsi ilə əlaqədar “Toyota Prius minik” markalı, 990B622 dövlət nişanlı avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddələri ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək inzibati cərimə edilmişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən, “X6” markalı, 99PH304 dövlət nişanlı avtomobilə 490 manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, 3990 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Şirkətı tərəfindən zərərçəkən "xxxx" MMC-yə 490 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlara əsasən Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 490 manat məbləğində pul və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu, cəmi 520.40 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - 21 aprel 2021-ci il tarixli 3990 nömrəli sığorta ödənişi ilə bağlı aktından görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” minik markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə olunarkən “X6” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilə 490 manat məbləğində maddi ziyan vurmuşdur. - xx.xx.2020-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Toyota Prius” minik markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" haqqında müqavilə ilə sığortalanmışdır. - xx.xx.2021-ci il tarixli 8840 nömrəli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 490 manat məbləğində sığorta ödənişi "xxxx" MMC-yə ödənilmişdir. - xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesablanmasna dair aktdan görünür ki, “X6” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilə - yekun olaraq 490 manat zərər dəymişdir. - xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 barəsində İXM-nin 327.1 və 332.1-ci maddələri ilə protokol yazılmış və qərar qəbul edilərək cərimələnmişdir. - AB seriyalı 430653 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X6” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, X2 "xxxx" MMC ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Mas-2184 saylı “Daxili lizinq müqaviləsi” əsasında lizinqə verilmiş 1 ədəd “X6” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir - AD seriyalı 984085 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Prius” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dur. - Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2021-ci il tarixli 03/353 nömrəli pretenziya məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 15:17 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində Şirkətdə icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh2 məxsus və etibarnamə olmadan Cavabdeh1 tərəfindən idarə olunan “Toyota Prius” minik markalı, ** OB *** dövlət nişanlı avtomobil “X6” markalı, ** PH *** dövlət nişanlı avtomobillə toqquşaraq nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Bakı şəhəri DYPİ-nin xx.xx.2021-ci il tarixli TP ******* №-li Qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 tərəfindən qanunvericiliyin tələblərini pozaraq AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-cı maddəsi ilə (nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmək) inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “X6“ markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 490 (dörd yüz doxsan) manat məbləğində müəyyənləşdirilərək Şirkət tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və AR Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən yaranmış subroqasiya hüququ təmin edilərək 490 (dörd yüz doxsan) manat pulu aşağıda qeyd olunan bank hesabına köçürməsi xahiş edilmiş, əks təqdirdə borcun ödənilməsi üçün aidiyyatı məhkəmə orqanına müraciət ediləcəyi qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 30 manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2021-ci il tarixdə saat 15:17 radələrində “Toyota Prius” minik markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə olunarkən “X6” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq nəticədə sonuncu avtomobilə maddi ziyan dəymişdir. Bakı şəhəri DYPİ-nin xx.xx.2022-ci il tarixli TP ******* №-li qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 qanunvericiliyin tələbini pozaraq AR İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-cı maddəsi ilə (nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmək) inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “X6” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilə 490 manat maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 3990 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkən “X6” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər görə 490 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, yol nəqliyyat hadisəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Cavabdeh1 tərəfindən idarə edilərkən törədildiyindən, zərərin ödənilməsi ilə bağlı məsuliyyət, həm Cavabdeh2, həm də Cavabdeh1 üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 490 manat məbləğində pul vəsaiti, 30 manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumuvə dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 490 (dörd yüz doxsan) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar