Məhkəmə qərarları › İş №e-2(011)-5107/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5107/2025

03.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5107/2025 03.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025il il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə el adəti üzrə evlənmişlər, lakin rəsmi nikaha girməmişlər, birgə münasibətlərindən xx.xx.2025-ci il tarixdə qızları Sevinc doğulmuşdur, cavabdeh uşağa atalıq vermişdir, cavabdehlə ailə münasibətləri kəsilmişdir, birgə təsərüfat aparmırlar, uşağı saxlamaqda çətinlik çəkir, belə ki, cavabdeh uşağın saxlanmasına köməklik göstərmir, maddi tələbatlarını ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair məhkəmədən qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq, qeyd etmişdir ki, iddia tələbinin əsassız olmasna dair birinci dəlilim ondan ibarətdir ki, iddiaçı iddia ərizəsində “cavabdehdən hər ay minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tələbi” irəli sürərkən AR AM-nin 75.1, 75.4, 78.2, 100.2-ci maddəsinə və “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə, Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016- cı il 28 mart tarixli Qərarının 8.4- 1-ci yarımbəndinə əsaslanmış, lakin ondan anadan olmuş xx.xx.2017-cl il təvəllüdlü X2 üçün 01 fevral 2024-cü il tarixdən başlayaraq hər ay İddiaçı uşaq 18 yaşına çatanadək 235 manat aliment ödəməyi öz öhdəsinə götürməyinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4526/2024 №-li qətnaməsinin mövcudlugunu, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2556/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2017-cl il təvəllüdlü X2 üçün ona təyin edilmiş 154 manat alimenti, yəni birlikdə təxminən hər ay 500 manat aliment ödədiyini, və nəhayət o, üçüncü icra sənədi üzrə, başqa bir qadına ( X7) da Ağdam Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(013)-3270/2015 saylı qətnaməsi əsasında 3 uşaq üçün hər ay cəmi 225 manat alimenti də ödədiyini nəzərə almamışdır. Eyni zamanda hazırki iddiaçı X8 da məhkəməyə yeni ərizə verərək digər uşagı Sevincə görə alimentin miqdarının minimum aylıq əmək haqqının 0.61 misli məbləgində müəyyən edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Belə olan halda o bu alimentlərin heç birini lazımi səəviyyədə ödəyə bilməyəcəkdir. Ona görə də hesab edir ki, bu iş üzrə digər keçmiş arvadı X10 da müstəqil tələb irəli sürən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmalı və onunla birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün də aliment təyin edilməlidir. Bununla yanaşı o da nəzərə alınmalıdır ki, minimum aylıq əmək haqqı məbləgin 0,61 mislinin hamısının ata, yəni onun tərəfindən ödənilməsinin tələb edilməsi qanunsuzdur. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə (ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur) və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.2, 29.1, 56.1ci maddələrinə (Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin, ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.) Əsasən kişi ilə qadının (ərlə-arvadın) hüquqları bərabərdir. Belə olan halda 244 manatın (400x0.61=244 manatın) yarısı, yəni 122 manatı atası, yəni onun tərəfindən, 112 manatı isə anası ( X8) tərəfindən ödənilməlidir. Əgər o, bu pulları ödəməsə o məhkəməyə veriləcəkdir. Ona görə də vəziyyətinin agırlaşmaması üçün alimentin miqdarı maksimum 150 manat təşkil edə bilər. Əks təqdirdə onun ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarım pozulmuş olacaqdır ki, o da bundan şikayət edəcəkdir. İddiaçı X4 ona qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası əsassız oldugundan həmin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin, cavabdeh məhkəmə baxış iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Döğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2025-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2025-ci ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4526/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay İddiaçı uşaq 18 yaşına çatanadək 235 manat aliment ödəməyi öz öhdəsinə götürməsi barədə Barışıq sazişi təsdiq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. AR Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarı: 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu:

1. 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamı:

1. Minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin. Məhkəmənin mövqeyi: Məhkəmə xx.xx.2025-ci il təvəllüdlü X3 tərəflərin birgə münasibətindən doğulmasını, uşağın iddiaçının yanında qalmasını, valideynlərin uşaqlarını saxlamaq vəzifəsini və aliment ödəyən əmək qabiliyyətli valideynin qazanca malik olmaması və ya qazancının az olmasının onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmədiyini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Məhkəmə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumunun 246 manat, minimum əmək haqqının 400 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, alimentin məbləği onun indeksasiyası məqsədi üçün minimum əmək haqqı məbləğinin 0,61 mislinə uyğun müəyyən edilməli, həmçinin alimentin tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət olunan xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2025-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar